Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma



Yüklə 391,56 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix14.06.2018
ölçüsü391,56 Kb.
#48859
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

- 32 - 

 

-Ay sağol. Bax bu xətt həyat xəttidi. Qısa olanda ömur az olur, uzun olan çox. Bu 



əyri xətt isə baxt xəttidi. Bax bu isə, xoşbaxtlik xəttidi... 

  Səyyah  olduğu  barədə  yalan  isə  hələ  də  qüvvədə  idi.  Banu  heç  bu  barədə 

soruşmurdu...Bəzən Basatı qucağında yatıra-yatıra astadan ağlayardı. Eyvaz dəqiq 

bilmirdi  göz  yaşlarının  səbəbini, amma  həmin  yaşlarda  Aqil  amilinin də  olması 

şübhəsiz  idi.  Eyvaz  onu  darıxmağa  qoymasa  da,  darıxmaqdan  da  uzaqlaşdıra 

bilmirdi onu. Aqildən isə xəbər yox idi ki, yox idi. Artıq mənasız gəlirdi axtarış 

Eyvaza...Bəlkə  ölüb?  Öldürüblər?  Bəlkə  xaricdədi?  Banu  isə  ümidinü  itirmirdi. 

Bakıdakı  bütün  türmələri  gəzsələr  də  tapmamışdılar.  Züleyxa  Banunun  inadına 

dözməyib  geriyə,  Yevlaxa  qayıtmışdı.  İndi  Banunun  və  Basatın  qeyri  normal 

ailəsi  var  idi.  Səyyah  Eyvazdan,  fahişə  Zarinadan  ibarət...Zarina  da  olduğu  hər 

müştəridən  Aqili  tanıyıb-tanımadıqlarını  xəbər  alırdı.  Gördüm,  tanıdım  deyən 

olmurdu... 

 

Düşünmək görməkdir! (Balzak) 

  Fevral  ayı  idi.  Bakı  ağ  libasını  dəyişmək  istəmirdi.  Artıq  iki  həftə  idi  ki,  qar 

yağırdı...Yayın  cırhacırında  qar,  şaxta  arzulayan  insanlar  indi  də  yay,  isti 

arzulayırdılar. Bu insanlar necə qəribədilər...Bəzən düşünmək olar ki, insanların 

burnu  heç  vaxt  düzəlməyəcək.  Düzəlməsi  üçün  hər  cür  şərait  olsa  belə,  yenə 

hardansa  bir  dərd,  problem  tapıb,  çıxarıb,  əyəcəklər  burunlarını.  Açılmayan 

qaşqabaqlar,  nifrət  dolu  simalar...Gülməyi  unudanlar  şəhəri.  Necə  gülürlər 

görəsən  xöşbəxtlər?  Fərq  varmı  gülüşlərdə?  Var,var...  Xöşbəxtlər  heç  nə 

düşünmədən ürəklə çox rahat gülə bilirlər. Sıradan olanların gülüşündə belə qorxu 

gizlənir.  Rahatsız  gülürlər.  Düşünmək  gözəldi.  Çox  düşünmək  isə  axmaqlıq. 

Aparın  şəhərin  parklarının  birinə  stul  qoyun  və  kənardan  həmin  stulu  müşayiət 

edin.  Kim  necə  yorğun  olsa  da  o  stula  yanaşıb,  oturmayacaq.  Bu  mədəni  olmaq 

demək deyil, qorxudu. Bir ürəkli insan tapılıb oturmayınca, göstərməyincə ki, bu 

adi stul elə oturmaq üçün qoyulub, stul arxa üzü görməyəcək...Bu axmaqlıq, dar 

düşüncəli  olmaq  demək  deyil.  Əksinə,  çox  düşünmək,  hər  şeyi  ifrat  dərəcədə 



- 33 - 

 

ölçüb-biçməkdi. Yeməyi çox yedikcə isə, qabın həcmi, qarının həcmi də böyüyür. 



Gözəl qızla tanış olan, nakam sevgi yaşayan oğlan üçün artıq o qız ideala çevrilir. 

Sonrakı  ötəri  və  hətta  ciddi  sevgililərində  o  qızı  axtarır.  Ağıllı  sevgilisindən 

ayrılan  qız  üçün  Romeo  obrazı  Eynşteyn  olur.  Onların  hədəfə  çatmağı  uğrunda 

etdiyi  mübarizələrdə  qurban  etdikləri  isə  "mənim  təqsirim  nədi"  sualına  cavab 

tapmayanlar olurlar. Çünki, zəif addım və zəif duyğularla heç vaxt mübarizə əzmi 

olan insanı ram etmək olmaz...Yağışı gözləyən günahlı  əlləri okeanla da yumaq 

istəyi yersizdi... 

 

                                      *** 



 

Bir gün olmayacağam. 

Küləkləri sevəcək qəbrimi küləklər şəhərinin. 

Yağışı yuyacaq, qarı örtəcək  

bəyazıyla, şaxtasıyla. 

Gündüzlər,gecələr ötəcək, 

buludlar səmasıyla... 

Günəş qızdıracaq torpağımı,ay şeh salacaq. 

Məndən nə qalacaq? 

Xatirələr təsəllisi. 

Fəlsəfi eşq dəlisi, 

boş otağın qaranlıqlar sərgisi. 

Yazılarımı oxuyacaq oxumağa layiq görmədiklərim, 

söyəcəklər sevə bilmədiklərim. 

Kimə lazım olacaq dediklərim? 


- 34 - 

 

Gözümü kor edəcək gördüklərim, 



beynimi yoracaq bildiklərim. 

Gəlirəm,Allah! 

Qarşılasın cəhənnəm məni. 

Çox utandırdım mələkləri... 

Yoxdu axmaq,dahi dedikləri, 

yoxdu daha bezmiş ruhun cismimə üsyanı. 

Dəyişə bilmədim nə özümü,nə də dünyanı. 

Təqvim eyni,kitab eyni,qələm eyni. 

Qəliblər sıxır zehni. 

Çərçivə darısqal,çıxartdım qəlbi. 

Tapsın azadlıq,tapsın sevgi. 

Yorulmaq xoşbəxtlikdən olacaqsa qoy bədbəxtlik üçün darıxım. 

Sehirli xalça işləmədi,bəhanə oldu ucuzlu çarığım. 

Yazmayacağam,pozmaq olacaq marağım. 

Bir gün olmayacağam. 

Büdrəməyəcək kələ-kötürlü dünya adlanan yalanda ayağım. 

 

 



  Aliki danışdırmaq üçün çox çalışan Cavid, indi onun susması üçün dualar edirdi. 

Acı  həqiqətləri,  hər  beyində  gəzən  düşüncələri  ustalıqla  cəm  edib  sözlərə 

düzdükcə Cavidi qəddarlaşdırırdı. Pessimist deyildi. Optimist olmağı üçün isə heç 

nə  qalmamışdı.  Reallığa  bəsirəti  açıq  olan  bomjun  insanlığa  olan  sevgisini  elə 

insanlar  tükətmişdilər.  Ona  skameyka  göstərmişdilər  yer  istəyəndə.  Ona  araq 

göstərmişdilər  təsəlli  istəyəndə.  İndi  heç  kimin  haqqı  yox  idi  onun  bu 




- 35 - 

 

vəziyyətində  günahlandırsın.  Nə  vermisiz  ki,  istəyəsiz?!  Başının  qanını  yalayan 



divarlar,  önündə  çəkilən  hasarlar,  intihara  qalxan  mərtəbələr  öyrətmişdi. 

Öyrətmişdi nifrətin açan tumurcuğu ilə mərhəmətin bitdiyini. 

  Cavid artıq unutmuşdu buraxıb gəldiyi özünü. O gülərüz simasından əsər-əlamət 

qalmamışdı.  Həqiqətlərin  suladığı  qara  saçlarında  ağlar  görünürdü.  Alikdə 

tapmışdı  özünü...Hər  gün  şəhəri  veyil-veyil  gəzirdilər.  Qarşılarına  iki  cür 

insanlarlar  çıxırdı.  Onlardan  iyrənib,  burunlarını  tutanlar  və  onları  görməzdən 

gəlib,  baxışları  yayındıranlar.  Qəribəsi  bilirsiz  nədi?  Heç  bir  insanı 

maraqlandırmırdı  onların  hara  getməsi,  hardan  gəlməsi,  nə  yeməsi,  nə  içməsi, 

harda  yatıb, harda qalxması.  Hər kəsin  sevdiyi  bu  filmdə  bu  iki  obraz  lazımsız, 

montaja  məhkum  kadr  idi...Alik  belə  şeylərdə  başını  aşağı  salıb  gülümsəyərdi. 

Cavid  öyrəşməmişdi.  Bu  cəmiyyətə  bu  yerdən  baxmağa  öyrəşməmişdi.  Bəzən 

minlərin  arasından  sağaltdığı  xəstələri  də  görürdü.  Ona  məhəl  belə  qoymayan 

xəstələrini...Yenə  xəstə  idilər.  Cəmiyyətin  formasında  maniken  həyata  məhkum 

xəstələr...Sual vermək olmaz heç kimə çünki, hər kəsin bəhanələr şablonu hazırdı. 

  Bərk şaxta var idi havada...Onlar İçərişəhərin bürcündə büzüşüb, oturmuşdular. 

Arada  durub  gəzişirdilər  ki,  donmasınlar.Gecə  düşdüyündən  küçələrdə  ins-cins 

yox  idi.  Qarı  sovuran  küləyin  vıyıltısı  uzaqdan  gələn  polis  sirenaları  və  itlərin 

ulaşmaşıyla qarışırdı. 

  Alik  iki  butulka  boşaltsa  da,  şaxtanın  təsirindən  çıxa  bilməmişdi.  Qaşqabağlı 

üzünü qaşıya-qaşıya nə haqdasa düşünürdü. Cavid dizlərini büküb oturmuş halda 

Alikə  baxırdı.  Bu  gün  demək  olar  ki,  heç  nə  yeməmişdilər.  Qarınlarından  gələn 

müxtəlif əcaib səslər isə ara vermirdi. Alik boğultulu səslə dedi: 

-Yəni bu sondu, hə Cavid? 

Cavid diksindi... 

-Nə sonu? 

-Bu cür şaxtadan sağ çıxmağa ümüdlüsən? 

-Heç nə olmaz, dözərəm, Allah qoysa... 



Yüklə 391,56 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə