Bu Konsepsiya "Think Tank"



Yüklə 53,84 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü53,84 Kb.
#6972


 

 

 



 

 

Đ



qtisadi və Sosial Đnkişaf Mərkəzinin Đctimai Əlaqələr  Üzrə Đnkişaf Konsepsiyası 

 

 



Bu Konsepsiya 

“Think Tank” Fondunun Đnstitusional Yardım Layihəsi çərçivəsində 

Đ

qtisadi və Sosial Đnkişaf Mərkəzi tərəfindən hazırlanmışdır 

 

 

BAKI   

 

 

 

 

 

 

 

Đ

yul  2010 

 

 

Đ



qtisadi və Sosial Đnkişaf Mərkəzi 

Dilara Aliyeva 115, 

Bakı Az1009,Azərbaycan  

Telefon: (99412) 597 0691 

Faks:    (99412) 437 3240 

Email: 


cesd@aztelekom.net

 

cesd.az@gmail.com

 

Web:    


http://www.cesd.az

 

 

 


Đ

qtisadi və Sosial Đnkişaf Mərkəzinin Đctimai Əlaqələr  Üzrə Đnkişaf Konsepsiyası 

İqtisadi və

 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

2



 

 

 



 

Giriş  

 

Azərbaycanda  ictimaiyyətlə əlaqələr, Qərbin dili ilə desək pablik rileyşnz  (PR)  son  3-4 ildə  



dövlət  və  ya    qeyri    dövlət    təşkilatlarının  idarəetmə  sahəsi  kimi  xüsusi  diqqət  ayırdıqları  

sahədir.  Əgər  illər öncəsi   təkcə xarici şirkətlərdə   pablik rileyşnz fəaliyyətinə rast gəlinirdisə 

və  yerli təşkilatlar  üçün bu  sahə    bir  qədər  yad  görünürdüsə,  artıq baxışlar  dəyişib.  Təşkilatlar 

(fərqi  yoxdur  dövlət  və  ya  qeyri  dövlət)    imiclərini  yüksəltmək  məqsədilə  ictimaiyyətlə 

ə

laqələrini gücləndirməyə çalışırlar. Đctimaiyyətlə əlaqələr şöbələrinin yaradılmasına isə ən çox 



maraq  göstərənlər    qeyri  hökümət  təşkilatları,  böyük  neft    şirkətləri,  hətta  deyilənə  görə  illik 

dövriyyəsi  80  milyon  manatdan  çox  olan  biznes  qurumlarıdır.  Hansıki  xarici  təşkilatlarla 

müqayisədə  həmin qurumlarda da  pablik rileyşnz işini  mükəmməl hesab etmək olmaz. Belə ki,  

Azərbaycanda  ictimai  əlaqələrin  qurulması  və  inkişaf  etdirilməsi    yeni  peşə  sahəsi  hesab 

edildiyindən    bu  sahədə xeyli  çatışmamazlıqlar  var.  Məsələn,  bütün  dünyada  PR  üçün  2  vacib 

şə

rt irəli sürülür. Birincisi peşəkarlıq, ikincisi maliyyə. Azərbaycanda isə digər sahələr kimi bu 



sahənin də özündə cəmləşdirdiyi  fəaliyyət prinsipi fərqlidir. PR fəaliyyətində peşəkarlıqdan və 

maliyyədən  öndə  tanışlıq  mühüm  rol  oynayır.  Piar  fəaliyyətini  həyata  keçirən  mütəxəssis  

peşəkar olmaqla yanaşı dövlət , biznes qurumları və mətbuatla tanışlıq əlaqələri olmalıdır. 

 Digər məqam, “PR “ termininin Azərbaycan dilinə tərcüməsinin “Đctimaiyyətlə əlaqələr” olduğu 

halda  Azərbaycanda  onun  mənasıının  daha  çox    “ictimaiyyəti  məlumatlandırma”  kimi  qəbul 

edilməsidir.  Yəni  bir  çox  təşkilatlarda  ictimaiyyətlə  əlaqələr    departamentlərinin  fəaliyyəti 

məlumatların yayılması ilə  məhdudlaşır. Yeni ictimai əlaqələrin yaradılması  – dövlət qurumları, 

biznez  qurumları  ilə  əlaqələr  Azərbaycanda    pablik  rileyşnz  fəaliyyətinə    bir  o  qədər  də  daxil 

edilmir.  Halbuki  ictimaiyyətlə  əlaqələr  işinin  ictimaiyyətə  məlumat  verməklə  yanaşı  qurumu 

maraqlandıran informasiyanı toplamaq, onu analiz etmək və rəhbərliyin doğru qərarlar almasına 

yardımçı  olmaq  kimi  məqsədləri    var.  Đctimaiyyətlə  əlaqələri    digər  idarəetmə  sahələrindən 

fərqləndirən daha bir mühüm  xüsusiyyət  isə onun həm qurumun daxili, həm də xarici mühiti ilə 

ünsiyyət qurmasıdır.  

 



Đ

qtisadi və Sosial Đnkişaf Mərkəzinin Đctimai Əlaqələr  Üzrə Đnkişaf Konsepsiyası 

İqtisadi və

 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

3



 

 

 



Azərbaycanda  pablik  rileyşnz  işi  nə  qədər  yeni  olsa  da  təcrübə  PR  fəaliyyətinin  daim  mövcud 

olduğu  təşkilatların  nüfuzunun  kəskin  şəkildə  düşməsi  ehtimalının  çox  az  olduğunu  göstərir. 

Birbaşa təsir vasitəsi kimi PR hər bir təşkilatın həyatı üçün böyük strateji əhəmiyyət kəsb edir.  

 

 

    


QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması 

  

Aparılan araşdırmalar  göstərir ki, ölkədə faəliyyət göstərən 2570 QHT –dən heç də hamısında 



PR  –  ictimaiyyətlə  əlaqələr  departamenti fəaliyyət  göstərmir.  Bunun  səbəblərindən  biri    QHT-

lərin  ictimaiyyətlə  əlaqələr    departamentinin  saxlanılması  üçün  maliyyə  vəziyyətlərinin  yetərli  

olmamasıdırsa,  digəri  Azərbaycan  üçün  PR  işinin  yeni  olması  və  vətəndaş  cəmiyyətləri 

institutlarıının  öz  fəaliyyətlərində  piar  mütəxəssisinə  ehtiyac  görməmələridir.  Lakin  yaxşı 

qurulmuş  PR  işi  ən  zəif  təşkilat  haqqında  belə  ictimai  rəydə  yüksək  fikir  oyada  bilər. 

Ümumiyyətlə    Azərbaycanda  vətəndaş  cəmiyyətinin  mühüm  tərkib  hissəsi  olan  qeyri-hökumət 

təşkilatlarının  daha  da  inkişaf  etdirilməsi,  fəaliyyətlərində  şəffaflıq  və  hesabatlılığın  təmin 

olunması baxımından ictimaiyyətlə əlaqələrin inkişafı vacibdir. Yeri gəlmişkən, ictimai əlaqələr 

dedikdə,  həm  vətəndaş  cəmiyyəti  institutlarının  xarici  ölkələrdəki  analoji  qurumlarla,  həm  

daxildə  digər  QHT-lər,  həm  dövlət  orqanları,  həm  də  biznes  və  mətbuatla  əlaqələri  nəzərdə 

tutulmalıdır. Bu dörd istiqamətdə əlaqələrin peşəkar müstəvidə qurulması və inkişaf etdirilməsi 

QHT-lərin fəaliyyətində davamlılığın, şəffaflığın, hesabatlılığın təmin olunması, həyata keçirilən 

layihələrin  təsir  gücünün  artırılması,  qarşıya  qoyulan  məqsədlərə  çatılması  baxımından 

ə

həmiyyətli  ola bilər.  Amma bütün  bunlar  dövlət, biznes  qurumları  ilə əlaqələrin  qurulmasının   



asant olduğu anlamına gəlməməlidir.  Đstər dövlət qurumları, istər biznes qurumları ilə vətəndaş 

cəmiyyəti (VC) institutlarının əlaqələrinin yaradılmasında problemlər var.  



 

 

 



Đ

qtisadi və Sosial Đnkişaf Mərkəzinin Đctimai Əlaqələr  Üzrə Đnkişaf Konsepsiyası 

İqtisadi və

 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

4



 

 

 



Dövlət orqanları ilə problemlər  

 

Ə



vvəla, bir sıra dövlət orqanları VC institutlarına qapalıdırlar. Daha doğrusu  onların  QHT-lərlə 

işləmək  ənənləri  yoxdur  desək  yanılmarıq.  Dövlət  orqanlarının  əksəriyyətində  ictimaiyyətlə 

ə

laqələr  şöbələri    olsa  da  onlar  fəaliyyətlərini  ictimai  əlaqələrin  qurulmasına  kökləməyiblər. 



Xüsusilə    vətəndaş  cəmiyyəti  institutları  ilə  işgüzar  münasibətlərin  yaradılmasında  maraqlı 

deyillər. QHT-lərin informasiya sorğularını belə cavablandırmaqdan yayınırlar.  

Məsələnin digət tərəfi  QHT-lərin özlərinin  də bu sahədə peşəkar olmamaları, dövlət orqanları 

ilə  işləmək bacarığına malik olmamalarıdır.  Çox az sayda QHT var ki, təşkil etdiyi tədbirlərdə 

hökümət nümayəndələri üzvlərinin iştirakına rast gəlmək olar. Və ya illik fəaliyyətləri ilə bağlı 

dövlət qurumlarını məlumatlandırırlar.  



Biznes qurumları ilə problemlər  

Digər  spesifik  problem  iri  biznes  subyektlərinin  QHT-  lərlə    əməkdaşlığa  meyilli  olmamalarıdır. 

Azərbaycanda  vətəndaş  cəmiyyətləri  institutlarının  fəaliyyətində  biznes  qurumları  ilə  əlaqələrin 

qurulmasına  dair  hər  hansı  nümunə  yoxdur.  Bunda  dövlətin  özü  də  maraqlı  görünmür.  Çünki,  xarici 

dövlətlərdən fərqli olaraq Biznes-QHT əməkdaşlığının stimullaşdırıcı vergi normaları yoxdur. QHT-lərin  

özləri də bizneslə  əməkdaşlıq sahəsində siyasətlərini qura bilməyiblər. Korporativ 



Sosial  Məsuliyyət 

və  ya  onun  üstünlükləri    haqqında  hər  iki  tərəfdə  lazımı  məlumatlar,  bu  sahədə  işləmək  üçün 

bilik və bacarıqlar yoxdur.  

  

Mətbuatla əlaqələr  

 

Digər ictimai münasibətlərlə müqayisədə QHT- mətbuat  əlaqələrini  inkişaf etmiş  hesab etmək 



olar. Lakin bu əlaqələrdə də müəyyən problemlər var. Məsələn media hesab edir ki,  iki 

institutun əlaqəli işləməsi üçün QHT-lərin üzərinə böyük məsuliyyət düşür. QHT-lər  mətbuatla 

iş sahəsində məlumatı hazırlayıb yaymaq bacarığı və vərdişinə yiyələnmələdirlər. Đctimaiyyətlə 

ə

laqələr departamentlərinin fəaliyyətlərini genişləndirməli, peşəkarlıq səviyyəsini artırmalıdır.  



QHT –lərin bu əlaqələrdə narazılığı  mətbuat orqanlarının vətəndaş cəmiyyəti institutlarının 

tədbirlərinə etinassız yanaşmaları və bir çox hallarda belə tədbirlərdə qeyri-peşəkar 

ə

məkdaşlarının iştirakının təmin etmələri ilə bağlıdır.  



 

 

 




Đ

qtisadi və Sosial Đnkişaf Mərkəzinin Đctimai Əlaqələr  Üzrə Đnkişaf Konsepsiyası 

İqtisadi və

 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

5



 

 

 



Đ

SĐM-də Đctimai Əlaqələr 

 

2005-ci ilə Qərb ölkələrində təhsil almış iqtisadçı və sosial iş ekspertləri tərəfindən yaradılan 



Đ

qtisadi və Sosial Đnkişaf Mərkəzi (ĐSĐM) təsis olunduğu ilk vaxtlardan ictimaiyyətlə əlaqələrə 

üstünlük verib. 2007-ci ildə Parlaq Sosioloji Araşdırma Mərkəzi tərəfindən ilin ən aktiv iqtisadi 

beyin mərkəzi elan edilib. Think Tank Fondunun Đnstitusional Qrant Layihəsinin icarısına 

başlandıqdan sonra isə təşkilatda ayrıca pablik rileyşnz – ictimaiyyətlə əlaqələr departamenti 

yaradılıb. Departament  fəaliyyətini  əsasən 4 istiqamətə yönəldib; 

1.

  Mətbuatla əlaqələr  



2.

  QHT-lərlə  əlaqələr  

3.

  Dövlət qurumları ilə əlaqələr  



4.

  Xarici əlaqələr  

Yeni fəaliyyətə başlamasına baxmayaraq hər 4 istiqamət üzrə əlaqələrdə departament naliyyətlər 

ə

ldə edib. 2010-cu ilin 7  ayında ictimaiyyətlə əlaqələr departamenti tərəfindən ölkədəki iqtisadi 



və sosial   proseslərlərlə bağlı 104-dən çox  məqalə  hazırlanıb. Həmin məqalələr ĐSĐM-in  

internet səhfəsində yerləşdirilməklə yanaşı aparıcı Kütləvi Đnformasiya Vasitələrində  – 

“anspress”, “mia”, “modern”, “var”, “olaylar”  sayıtlarında yerləşdirilməsi təmin edilib. Eyni 

zamanda “Yeni Musavat”, “Həftə içi”, “Ekspress”, “Bakı Xəbər”, “Mərkəz”, ”Zaman”, 

“Olaylar”, “Ayna”, “Exo” və digər tanınmış, eləcə də tirajlı mətbu orqanlarda çap olunub. 

Nəticədə son 6 ay ərzidə yerli media ĐSĐM-in məlumatlarına  500 dəfədən çox istinad edib.  

Departamentin hazırladığı ĐSĐM rəhbərinin və ekspertlərinin açıqlamalarına   yerli QHT-lər də 

maraq göstərərək, öz internet səhfələrində həmin məqalələri yerləşdiriblər. 

Ötən müddətdə ictimaiyyətlə əlaqələr departamenti tərəfindən həmçinin 4 mətbuat konfransı 

təşkil olunub.Hansıki həmin tədbirlər kənd təsərrüfatına subsidiyaların ayrılmasındakı 

problemlərə və  vergi qanunvericiliyindəki çatışmamazlıqlara dair ictimai müzakirələri özündə 

ehtiva edib. Tədbirlər dövlət qurumları ilə münasibətlərin qurulması baxımından da əhəmiyyətli 

olub. Çünki, müzakirələrdə Taxıl Fondunun, Dövlət Neft Fondunun, Vergilər, Kənd Təsərrüfatı 



Đ

qtisadi və Sosial Đnkişaf Mərkəzinin Đctimai Əlaqələr  Üzrə Đnkişaf Konsepsiyası 

İqtisadi və

 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

6



 

 

nazirliklərinin nümayəndələri və millət vəkilləri iştirak ediblər.  Birifinqlərdən hazırlanmış press 



realizlər KĐV-də çap  olunub.  

Đ

SĐM-in ekspertləri həmçinin gündəlik olaraq KĐV-də iqtisadi şərhlər veriblər.Bununla da ĐSĐM 



daim mətbuatın gündəmində qalıb.   

Qeyd  etdiyimiz  kimi,  departament  xarici  əlaqələrin  qurulmasında-  xüsusilə  xarici  mətbuatla  

ə

laqələrin  yaradılması  istiqamətində  də  fəaliyyət  həyata  keçirib.  Buna  misal  kimi    ĐSĐM 



rəhbərinin  Belarusiyanın  aparıcı  qəzeti  olan  “BelQazeta”  qəzetinə  müsahibəsinin  hazırlanması 

gətirilə bilər. Đctimaiyyətlə əlaqələr  departamenti təşkilatın veb saytının inkişafında da mühüm 

rola  malik  olub.  Çünki  qeyd  etdiyimiz  kimi  təşkilatla  bağlı  hazırlanan  məlumatlar  ĐSĐM-in 

internet  səhfəsində  yerləşdirilib.    Đctimaiyyətlə  əlaqələr  departamenti  həmçinin    QHT-lər 

tərəfindən keçirilən müxtəlif tədbirlərdə yaxından iştirak edib. Müzakirələrə qatılıb.  

Đ

SĐM-in ictimaiyyətlə əlaqələr departamenti  dövlət qurumları ilə əlaqələrin qurulması, inkişaf 



etdirilməsinə də xüsusi əhəmiyyət verir.

 

Lakin bəzi dövlət qurumları  nəinki müstəqil QHT-lərlə 



ə

məkdaşlıqdan imtina edir, həm də onların keçirdiyi tədbirlərə etinasız yanaşır.

 

Hansıki həmin 



dövlət orqanlarının  sırasına  Maliyyə Nazirliyi, Đqtisadi Đnkişaf nazirlikləri və sair hökümət 

qurumları daxildir.

 

Sözügedən qurumlar



   nəzərə almırlar ki, 

QHT-lər sosial problemlərin həllinə 

yardım məqsədilə yaradılıb. Vətəndaş cəmiyyətlərinin inkişafı üçün QHT hökümət 

münasidətlərinin inkişafı vacib amildir.  

  

 

Görüləcək işlər və məqsədlər  



 

Đ

ctimaiyyətlə əlaqələr  təşkilatın uğurlu münasibətlərinin qurulub saxlanılması texnalogiyasıdır. 



Münasibətlərdə  əsas  şərtlərdən  biri  həqiqət,  səmimiyyət  və  mənəviyyatın  gözlənilməsidir.  

Đ

qtisadi  və  Sosial  Đnkişaf  Mərkəzinin  ictimaiyyətlə  əlaqələr  sahəsində  fəaliyyəti  ictimaiyyətin 



bütün  nümayəndələri  ilə  münasibətlərin  düzgün  koordinasiya  edilməsinə  və  onların  təşkilat  

haqqında informasiya ehtiyaclarının ödənilməsinin təminatına yönəldilib. Departamentin uğurlu 

fəaliyyət  göstərməsi    üçün    qarşısına qoyduğu   bir  sıra hədəflər  var.  Hansıki bura  aşağıdakılar 

daxildir  

Đ

ctimai əlaqələr üzrə strategiya və kommunikasiya planına malik olmaq  




Đ

qtisadi və Sosial Đnkişaf Mərkəzinin Đctimai Əlaqələr  Üzrə Đnkişaf Konsepsiyası 

İqtisadi və

 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

7



 

 

Daxil olan bütün sorğuları vaxtında cavablandırmaq, fəaliyyətımızın  önəmli nəticələri və uğur 



hekayələri barədə dövrü olaraq press-relizlər yaymaq  

 Ötən  dövrlərdə  həyata  keçirilən  layihərin  proqram  və  maliyyə  hesabatları  Đnternet  səhifəsində 

yerləşdirmilməsinə yardımçı olmaq   

Sosial şəbəkələrlə işləmək bilik və bacarıqları artırmaq  

 Beynəlxalq və Avropa səviyyəli QHT şəbəkələri ilə əlaqələr genişləndirilmək  

Dövlət  qurumları  ilə  münasibətlərinin  genişləndirilməsi,  qarşılıqlı  informasiya  mübadiləsinin 

təmin etmək,  

Xarici mətbuatla əlaqələri genişləndirmək   

Təşkilatın faəliyyəti ilə bağlı rüblük hesabatların ictimaiyyətə açıqlanmasını təmin etmək  

Mərkəzin gənc ekspertlərinin piarının təşkili  



 

 

 



Yüklə 53,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə