Bu materialın hazırlanması Amerika xalqının xeyirxah arzusu və ABŞ Beynəlxalq
İnkişaf Agentliyinin dəstəyi ilə mümkün olmuşdur. Materialın məzmununa tərtibatçılar
cavabdehdir və onlar ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və ya ABŞ dövlətinin
mənafeyini həyata keçirmir. Bu material ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ibtidai
təhsil proekti intervalında hazırlanmışdır, hansı ki, Gürcüstan Elm və Təhsil nazirliyi
ilə birlikdə həyata keçirilir.
İBTIDAI SINIFLƏRDƏ
RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ
KARTOÇKALAR
İstifadə təlimatı
1
Riyaziyyat tapşırıqları məktubları
Tapşırıq məktubunun şərhi:
Tapşırıq məktubu şagirdə mənsub edilən çalışmanın yazılı
şəklidir ki, orada müəllim tərəfindən uşağa verilən tapşırığın necə
yerinə yetirilməsi göstərilmişdir.
Məktubların dizayn tərtibi uşaqları problemin həllinə, fiki
rləşməyə, sual etməyə, şifahi və yazılı rabitə və əməkdaşlığa
yönəltməlidir. Uşaqlar asan başa düşsün deyə, tapşırıq məktubları
sadə dillə tərtib edilməlidir. Orada təqdim olunan məsələlər
müəllimlərin asistentləri, valideynlər və uşaqlar üçün asan anlaşılan
olmalıdır.
Yaxşı tərtib edilən məktubun göstəriciləri:
•
Diferensiyal potensiyala malikdir, çünki müxtəlif yanaşma,
strategiya və yazılış texnikasından istifadə imkanı verir;
•
Uşaqlara əvvəlki qabiliyyətlər və biliklərdən əlavə daha da
irəliləşmək imkanı verir;
•
Məsələnin, birdən artıq həlli ya da həllinə aparacaq bir neçə
yolu var.
•
Məsələnin yerinə yetirilməsi üçün sadəcə faktların yadda
saxlanılması və xatırlanması deyil, daha artıq gərəkdir;
•
Uşağa riyazi ideyaları yazılı ya modellərdən istifadə edərək
təqdim etmək imkanını yaradır.
•
Uşağa, sübutlu müzakirə ya digərlərinin müzakirəsini qiy
mətləndirmək üçün, imkan yaradır;
•
Qısa və anlaşılan direktiflərdən ibarətdir.
2
Məktubun strukturu:
•
Lazımı materiyallar – tapşırığın yerinə yetirilməsində ehtiyac
duyduğu şeylər;
•
Tapşırığın yerinə yetirilməsi yolları – sadə təlimatlar, riyazi
düşüncənin stimullaşdırılması üçün lazımi açıq suallar və
işarələr;
•
Tədris proqramının planlaşdırılması və şagirdin qiymətlə
ndirilməsinə yardım etmək məqsədilə, məktubda verilən
tapşırıq aid edilən aydın ifadəli tədris məsələsi.
Əsas tapşırıqları digərlərindən tez yerinə yetirən şagird üçün
düzgün tərtib olunmuş tapşırıq məktubu nümunəsi:
Riyazi tapşırıq məktubu
Hər uşağın neçə yaşı olduğunu hesablayın.
Luka Lali Anna Keti Mari Kaxa Liana
= 2
= 3 = 1
3
Əsas tapşırığı digərlərindən tez yerinə yetirən şagird üçün
pedaqoji baxımdan uyğun olmayan tapşırıq məktubunun nümunəsi:
Riazi tapşırıq məktubu
100%
Damalı kağız vərəqində 100-dən 1-ə qədər ədədlərini
əkssay yolu ilə yazın
Müəllimlər tərəfindən tez-tez istifadə olunan tapşırıq
məktublarının nümunələri:
Aşağıda, nümunə və təlqin mənbəyi kimi istifadə edilə biləcək
tapşırıq məktubları ilə rastlaşacaqsınız.
Açıq tapşırıq
Riazi tapşırıq məktubu
Böcəklər haqqında ədədlərin üstə gəlməsindən istifadə
edilən məsələ qur.
Cavabından 18-dən üstün olmayan ədədini almalısan.
4
Diaqnostik qiymətləndirmə üçün tapşırıq məktubu
Riazi tapşırıq məktubu
Aşağıdakıları ehtiva edən ədədləri yazın:
8 onluq və 6 təklik
9 onluq və 2 təklik
2 onluq və 0 təklik
4 onluq və 7 təklik
5 onluq və 5 təklik
0 onluq və 4 təklik
Çevik məşğuliyyət üçün tapşırıq məktubu
Riazi tapşırıq məktubu
Cədvəlin boş xanalarını doldur
Hər verilmiş ədəddən 3-ü çıx
8
6
11
12
5
Təkrar üçün məktub
Riazi tapşırıq məktubu
Verilən ədədləri azalan sıra ilə düz
34, 68, 13, 84
46, 25, 47, 16
19, 15, 12, 5
Qrup işi üçün məktub
Riazi tapşırıq məktubu
Verilən kəsrləri rəsmlər vasitəsilə təqdim et
2
3
3
5
1
4
5
6
2
8
4
7
5
9
1
2
6
Şagirdin müstəqil məşğulu
üçün məktub
Riazi tapşırıq məktubu
Yastı fiqurlar çək və altına adlarını yaz
1. Düzbucaq
2. Kvadrat
3. Dairə
4. üçbucaq
Bütün sinif iştirakı üçün məktub
Riazi tapşırıq məktubu
Sinif otağındakı mövcud uzunluğu təxminən on altı
santimetrə bərabər əşyaların siyahısını tutun
7
“Düşün və cütlük dostunla paylaş” məktubu
Riazi tapşırıq məktubu
Həmsinifliləriyin köynəklərinə diqqət yetir. Müxtəlif
rəngli köynəklərin miqdarını əks etdirən diaqram qur.
Sənin qurduğun diaqramı cütlük yoldaşına yoxlatdır.
Ev tapşırığı məktubu
Riazi tapşırıq məktubu
Dəniz ulduzları haqqında çıxma ilə həll olunan məsələ
qur. Məsələnin müvafiq ədədi ifadəsini yaz.
8
Dərslərdə tapşırıq məktublarından istifadə:
Şagirdlər öz fikirlərini nizamlayır
, şərh edir və qiymətləndirir
.
Məsələlərin həlli
3
Sonrakı ədəd hansıdır?
150, 155, 160, 165, 170, 175
Məsələni hansı yolla həll etdin?
• Rəsm çəkdim • Qanunauyğunluq əldə etdim • Məsələnin durumunu tamaşalandırdım
• T
apdım və yoxladım • Cədvəl qurdum • əksyolla hesabladım
• T
apdım və yoxladım • Cədvəl qurdum • əksyolla hesabladım
Məsələlərin həlli
4
Nika birinci sıradadır
, Lekso isə dörd
şagirddən sonra onun arxasında durur
.
Lekso sırada neçəncidir?
•
Rəsm çəkdim • Qanunauyğunluq əldə etdim • Məsələnin durumunu tamaşalandırdım
• T
apdım və yoxladım • Cədvəl qurdum • əksyolla hesabladım
• Əvvəlcə daha sadə məsələni həll etdim
Məsələlərin həlli
1
aAndriya bağda on dörd,
Vano – on, Qiorqi – altı,
Erekle isə Dörd alma dərdi: uşaqlar bütün neçə alma dərdilər? Məsələni hansı üslubla həll etdin?
• Rəsm çəkdim • Qanunauyğunluq əldə etdim • Məsələnin durumunu tamaşalandırdım
• T
apdım və yoxladım • Cədvəl qurdum • əksyolla hesabladım.
• Əvvəlcə daha sadə məsələni həll etdim
Məsələlərin həlli
2
Liananın anbarcığında 6 qutu oyuncağı var idi. Hər qutuda üç oyuncaq qoyulmuşdu.
Liananın bütün neçə oyuncağı var idi?
Məsələni hansı yolla həll etdin?
•Rəsm çəkdim • Qanunauyğunluq əldə etdim • Məsələnin durumunu tamaşalandırdım
• T
apdım və yoxladım. Cədvəl qurdum • əksyolla hesabladım
• Əvvəlcə daha sadə məsələni həll etdim.
9
Şagirdlər tədqiq edirlər:
Müəyyən edin, doğrudurmu
yoxsa yoxmu:
İki ardıcıl üçbucaq ədədin cəmi tam
ədədin kvadratıdır
Müəyyən edin, doğrudurmu
yoxsa yoxmu:
Düz bucağın 2 simmetrik oxu var
Müəyyən edin doğrudur
yoxsa, yoxmu:
6-nın tam bölünməsi sadə
ədədlərdən 1-lə artıq ya 1-lə azdır.
Müəyyən edin, doğrudurmu
yoxsa yoxmu:
Dörd cüt ədədin cəmi 4ə bölünür.
Müəyyən edin, doğrudurmu
yoxsa yoxmu:
Cüt ədədini, tək ədədinə vursaq tək
ədədini alarıq
Müəyyən edin, doğrudurmu
yoxsa yoxmu:
Dördbucaqlı 2dən artıq kor bucağa
malik ola bilməz
Müəyyən edin, doğrudurmu
yoxsa yoxmu:
20 tetridən az üç monetlə toplanması
mümkün olmayan ikicə məbləğ var
Müəyyən edin, doğrudurmu
yoxsa yoxmu:
İki rəqəmli ədədi və onun rəqəmlərinin
yerlərini dəyişərək alınan ədədin fərqi
həmişə 9a tam bölünəndir.
10
Riyazi tapşırıq məktublarından necə istifadə
etməliyik
Tapşırıq məktublarından nə üçün istifadə edirik?
Tapşırıq məktubları motivasiyanın yüksəldilməsi və faydalı tədris
vasitəsidir. Ondan istifadə etməklə şagirdləri riyazi fəallıqlara daha
effektiv qatmış oluruq.
Bu dəyərli vasitədən istifadəni nəzərə almaqda bir neçə səbəb
mövcuddur:
•
Tapşırıq məktubları şagirdlərin motivasiyasını yüksəldir o
səbəbdən ki, məktubda yalnız bir tapşırıq yazılmışdır. Şagird
eyni zamanda bir neçə tapşırığı yerinə yetirməli olsaydı o sadəcə
özünü narahat hiss edərdi. Lakin eyni tapşırıqların tapşırıqlar
məktublarında paylandığına görə, şagird onları sıra ilə birbir
yerinə yetirir. Tapşırığın birinin başa vurmasına nail olduqda o
razılıq hissinə varır və növbəti tapşırığa həvəslə keçir.
•
Spesifik tədris məqsədlərinin həyata keçirilməsi üçün tapşırıq
məktublarını tərtib etmək olar. Şagirdləriniz bu ya digər sahədə
zəyiflədikdə, spesifik qabiliyyətin inkişafına yönəldilmiş tədris
zamanı tapşırıq hazırlayıb yuxarıda verilən hansısa nümunədən
istifadə edə bilərsiniz. Buna görə testlərə hazırlaşmaqda tapşırıq
məktubları mühüm vasitədir.
•
Tapşırıq məktubları öyrənmənin bölüşdürülməsini asanlaşdırır.
Korreksiya öyrənmə ehtiyacına malik şagirdlərə xüsusi
tapşırıqlar verilə bilər ki, çətin anlaşılan anlayışları asan başa
düşə bilsinlər.Bu və ya digər anlayşıları artıq yaxşı mənimsəmiş
olan şagirdlərə əlavə tapşırıqlar da vermək olar ki, həmin
anlayışlara aid bilikləri daha dərinləşsin.
11
•
Tapşırıq məktubları müxtəlifdir. Tapşırıq məktublarınn bir
komplektindən çox cür istifadə etmək olar. Fərdi olaraq; ri
yazi güşələrdə, cütlük ya kiçik qruplarda və bütün siniflə birgə.
Məktublar gündəlik əlalətdən qaçınmanıza kömək edə bilər.
həmçinin onlardan istifadə bütün siniflərdə mümkündür.
Məktublardan istifadə üslubları
Tapşırıq məktublarının ən qüdrətli cəhəti ondan ibarətdir ki, onlar
dan çox cür istifadə etmək olar. Müəllimlər məktublardan istifadəni
şagirdlər üçün adi tədris günün bir hissəsinə çevirə bilərlər. Anlayışların
mənimsənilməsində çətinlik çəkən şagirdlərin əlavə məşğul olmaları
ya tapşırığı başqalarında tez yerinə yetirən şagirdlərin biliyinin
zənginləşdirilməsi üçün istifadə edə bilərlər.
İbtidai siniflərin bəzi müəllimləri riyaziyyatda dərs başlamazdan
10 dəqiqə əvvəl şagirdləri tapşırıqlar məktublarına cəlb edir. Həmin
tapşırıq məktublarında o ilin materialına, bəzi məqamlarda isə keçən
ildə qazanılan qabiliyyətlərin təkrarına aid olur. Müəllimlər şagirdlərdən
məhz onları zənginləşdirəcək tapşırıq məktubları komplekti üzərində
çalışdırırlar. Uşaqlar bu məktublardan istifadəni sevirlər və bu prosesə
həvəslə qatılırlar.
Tapşırıq məktubları tədrisini rövnəqliyi və bölüşdürülməsi üçün
çox gözəl vasitədir! Müəllimlər məktubların iki təqribən eyni komple
ktini təşkil edirlər, lakin komplektin birində əlavə pillələr əlavə edilir.
Müəllimlər hətta şagirdin müvafiq sinfinin proqramından daha yüksək
səviyyəli məktublar komplekti də hazırlayırlar. Bu komplektdən verilən
materyalı yaxşı bilən şagirdlər istifadə edir. Məktubların bir hissəsi
şagirdlərin tənqidi düşüncələrini yoxlayan tapşırıqları da ehtiva edir. Bu
cür məktublar üzərində çalışarkən şagirdlər sevinirlər!
12
Hazırlamanın aşağı səviyyəli şagirdləri üçün qalıqlı
bölməyə aid tapşırıq:
Riyazi tapşırıq məktubu
4 o cür ədəd yazın ki, 7yə böldükdə 2 qalıq alınsın.
Hazırlaşmanın orta səviyyəli şagirdləri üçün qalıqlı
bölməyə aid tapşırıq
Riyazi tapşırıq məktubu
Qalıq nəyə bərabərdir?
(5
X
6
X
7
X
8
X
9+4):7
Hazırlaşmanın yüksək səviyyəli şagirdləri üçün qalıqlı
bölməyə aid tapşırıq:
Riyazi tapşırıq məktubu
5ə, 6ya, 7yə böldükdə qalıqda 2 alınan ən kiçik
ədədi deyin.
Məktublardan fərdi istifadə
Müəllim məktublar komplektini şagirdlərə növbə ilə paylayırsa,
o müəyyən üslubdan istifadə etməlidir ki, məktublar üzərində işin
kim tərəfindən yerinə yetirməsinə diqqət yetirə bilsin. Belə nəzarəti
müəllimlər şagirdlərin özünə həvalə edə bilər ki, onlar vərəqlərdə,
müəllimin jurnalında, elanlar lövhəsində ya da ulduzla cədvəldə
qeydlər aparsınlar. Həmçinin müəllim işin sonunda düzgün cavabları
şagirdlərə göstərə bilər ki, onların özü öz işlərinin nəticəsini yoxlaya
bilsinlər.
13
Tapşırıq məktubundan fərdi istifadə üçün bir neçə ideya təklif edirik:
•
Müəllimlər müəyyən tipli məktublar üçün xüsusi olaraq ri
yaziyyat “güşəsi” yarada bilərər ya tapşırıq məktublarını riyazi
“güşənin” tərkib hissəsinə çevirə bilərlər. Şagirdlər bu məktublar
üzərində “riyazi güşə” üçün ayrılan vaxtda ya da boş vaxtları
qaldıqda işləyə bilərlər.
•
Şagirdlər tapşırıq məktublarını götürüb öz yerlərində də doldura
bilərlər.
•
Sinifdə hansısa şagird müəyyən konsepsiyanı anlamaqda çox
çətinlik çəkirsə, müəllim tapşırıq məktubları komplektini evə
aparmaq icazəsi verəbilər ki, konkret qabiliyyətin inkişafı
üçün istifadə etsin. Beləki, şagirdə çətin qabiliyyət üzərində
fikrini cəmləşdirmək üçün nəyinki yalnız əlavə vaxt verilir,
həmçinin həmsinifliləri qarşısında öz zəyifliyinə görə keçirəcək
sıxıntıdan da azad olur. İkinci tərəfdən, valideyn uşağı üçün
əlavə ev tapşırığının verilməsini xahiş etsə, müəllim tapşırığın
zənginləşdirilməsi üçün şagirdə bir neçə açıq sualdan ibarət
məktub verə bilər.
•
Buna baxmayaraq ki, tapşırıq məktubları test kimi qavranılmır,
lakin məktublar komplekti testi əvəz etmiş olsa pis olmazdı.
Müəllim əmin olmaq üçün ki, şagird bu və ya digər anlayışı necə
qavramışdır, bir neçə məktubdan ya bütün komplektdən istifadə
edə bilər.
Cütlüklərdə ya kiçik qruplarda
Bəzi məktub cütlüklərdə ya kiçik qruplarda asan istifadə olunur.
Bir neçə ideyanı sizə təqdim edirik:
Şagirdlər cütcüt bölünürlər, birbirilərinə növbə ilə sual edirlər və
cavab verirlər. Şagird düzgün cavablar vərəqindən istifadə edə bilər
ki, cüt yoldaşının cavabının doğruluğunu yoxlasın.
Kiçik qruplarda qrupun lideri məktubları oxuyur, qrupun digər
üzvləri isə cavabları öz kiçik lövhələrinə yazırlar. Liderin əmrini
“cavabları göstərin” gözləyərək, heç kəsə göstərmirlər.
14
Bütün fəallıq müddətində qrupun bir ya da əvəz edərək bir neçə
lideri ola bilər. Şagirdlərin məktubları növbə ilə cavablandırılmaları
vacib deyil. Xüsusi qurulmuş güşədə bir neçə şagird bir komplekt
üzərində çalışar və məktubları paylaşa bilər.
Tapşırıq məktubları müxtəlif növ oyunlar üçün də yararlı ola bilər.
Bütün siniflə birgə
Müəllimlər sinif otağını güşələrə bölməyə də bilərlər və tapşırıq
məktublarından bütün siniflə birgə istifadə edərlər. Bir neçə ideyanı
sizə təqdim edirik
•
Məktublardan dərsin giriş aktivliyi kimi istifadə etmək olar,
şagirdlər sinif otağına daxil olduqda müəllim açıq sualdan ibarət
məktubu yuxarı tutaraq göstərir;
•
Məktublardan “yerdəyişmə” oyununda da istifadə etmək olar.
Bunun üçün müəllim hər bir şagirdə bir məktub və cavabları
yazmaq üçün nömrəli vərəq verir. Şagirdlər məktubları öz
partalarının üstünə qoyur və hər kəs öz partasının yanında
dayanır və məktubdakı suala cavabı cavablar vərəqinin xüsu
si göstərilən yerində yazır. Bir neçə dəqiqədən sonra müəllim
“yerlərinizi dəyişin” əmrini verir. Bu zaman hər uşaq növbəti
partaya keçir və suala cavab yazır. Belə o vaxta qədər davam
edir ki, şagirdlər məktublardaki suallara cavab vermiş olurlar.
Tapşırıq məktublarının tipləri
Tapşırıq məktubları istənilən riyazi məsələyə aid ola bilər. O sin
fin səviyyəsinə, tədris hədəfinə və fəallığa müvafiq olmalıdır. Tapşırıq
məktublarının təsnifatı müxtəlif sinfin səviyyəsi və mövzusu üzrə
15
aparılır. Bundan başqa, onlar birbirindən formatla da fərqlənirlər.
məktubu tərtib edərkən hansı tip sualın zəruriliyi nəzərə alınır.
Müxtəlif tipli sual müxtəlif aktivliyin keçirilməsinə imkan verir.
Seçiləcək cavablar
Seçiləcək cavablara malik tapşırıq məktubları yəqin ki, ən asan
istifadə olunandır. Şagirdlər onları nisbətən tez həll edirlər, bun
dan başqa bu cür məktubların formatı standart testlərin çox saylı
tipinə oxşar olduğundan, testlərə hazırlaşdıqda onlardan istifadə çox
yaxşıdır. Məktubların cavablandırılması tez və sadəliklə başa gəlir,
çünki şagird orada yalnız bir hərf yazmalı ya da dairəyə almalıdır.
Əlimizdə düzgün cavablar vərəqi varsa şagirdlər öz işlərini asnlıqla
yoxlaya bilərlər. Seçiləcək cavablardan ibarət məktub bütün siniflə
“yerdəyişmə” kimi oyunlar üçün ya da fərdi lövhələr yanında duraraq
cavab verərəkən tam münasibidr.
Qısa cavab
Qısa cavabdan ibarət tapşırıq məktubunun əsas məziyyəti ondan
ibarətdir ki, onlar seçiləcək cavablardan ibarət məktublara nisbətən
şagirdi düşüncəyə daha təhrik edir. Bu cür məktublardan istifadə
edərək bölüşdürülmənin üsullarından biri bərabər səbəbləndirməyə
malik məktubların iki komplektinin almasıdır, onlardan biri nisbətən
bacarıqlı şagirdlər üçün qısa cavablardan ibarət məktublardır. Qısa
cavablardan ibarət məktubların cavabları adi olaraq daha uzun çəkən
prosesdir, çünki bu məqamda şagird bir hərfdən çox yazmalıdır.
Düzgün cavablar vərəqinin mövcudluğu şagirdlərin öz işlərinin
yoxlanılmasına burada da imkan yaradır.
16
Açıq suallar
Açıq suallara yeganə düzgün cavab mövcud deyildir. Bir neçə
məqbuli cavabın olması da mümkündür, ya da ki, sual tam açıq da
qala bilər və ona hər bir şagirdin unikal bir cavabı ola bilər. Bu tipli
məktub kreativlik üçün daha geniş məkan yaradır. Bu səbəbdən belə
məktublar şagirdlərin sevdikləri növdəndir.
Aktivlik məktubları
Aktivlik məktublarında adi olaraq sual edilməmişdir. Onlarda şagird
tərəfindən yerinə yetirilmiş tapşırıq verilmişdir. Bu cür məktublardaki
tapşırıqların hamsının birdən yerinə yetirilməsi qeyri mümkündür. Bir
məktubdaki tapşırığın yerinə yetirilməsinə şagird bir neçə saat sərf
etməli olacaq. Bu cür məktublar ev tapşırığı roluna çox münasibdir.
Digər nəzərə alınası məsələlər
Çox hallarda müəllimlərin özü məktubları çap edir, kəsir və
laminləşdirir. Məktubları aldıqlarına yaxud özləri hazırladıqlarına bax
mayaraq, onlar vaxt və materyalı nəzərə almalıdırlar. Eyni zamanda
həmin məktublardan necə istifadə olmasını bilməlidirlər.
•
Məktubların ölçüsü: böyük ölçülü məktublar balaca yaşlılar
tərəfindən çox yaxşı istifadə edilir. İkinci tərəfdən, kiçik ölçülü
məktublardan istifadə etməklə kağızı qənaət edə bilərik.
•
Rənglərdən necə istifadə edilir: Bəzi tapşırıq məktubu alabəzək
fona malikdir. Buna görə məktublar qəşəng görkəmli olur, lakin
onların çapı üçün müəllim çox boya sərf etmiş olur.
•
Ümumi keyfiyyəti: müəllimlər əmin olmalıdırlar ki, şagirdlərlə
çalışarkən istifadə etdikləri məktublar yaxşı dizayına malikdir
və gözə xoş gəlir.
17
Keçilən materyalın möhkəmləndirilməsi üçün məktublar
Bu və digər sahədə az da olsa məşğul olmasına ehtiyac duyulan
şagirdlər üçün tapşırıq məktublarından istifadə çox yaxşı ideyadır.
Şagirdlər məktubları əksər hallarda çalışmalar vərəqəsindən üstün tu
turlar, çünki məktubda yalnız bir tapşırıq olur bu da ki, şagirdi ləng
olmaqdan qoruyur. Şagirdlər, konkret qabiliyyətə alışmaları üçün
münasib miqdardatapşırıq məktubu həll edə bilərlər. Müəllim qru
pla çalışdığı zman şagird tapşırıq məktubları üzərində çalışa bilər,
həmçinin məktublar komplektini sonrakı gün üçün əlavə məşğuliyyətə
ehtiyacı olan şagirdlərə ev tapşırığı kimi vermək olar.
Təcrübənin rəngarəngləndirilməsi
Bacarıqlı şagirdlərə təhrik edən tapşırıq məktublarının verilməsi
yaxşı fikirdir. İdeal məqamda məktublarda verilmiş tapşırıqlarla
öyrəniləsi məsələni daha dərindən müəyyən etməli ya qonşu
məsələlərlə əlaqə qursun. Yekrənq tapşırıqlar üzərində çalışdırmaqla
yaxşı şagirdin vaxtı hədər getməməlidir.
Qruplarda iş
Kiçik qruplarda tapşırıq məktublarından bir neçə üslubla istifadə
edə bilərik. Fərdi lövhələrdən istifadə edərək eyni məktub üzərində
hamı çalışa bilər və sonrakı məktuba keçməzdən əvvəl birbirinin
cavablarını yoxlaya bilərlər. Eləcə də, hər şagirdə müxtəlif məktub
paylayıb, tapşırığın yerinə yetirilməsində müəyyən vaxt verərək
xahiş etmək olar ki, öz məktubunu yanındakı şagirdə ötürsün və yeni
tapşırığın yerinə yetirilməsi ilə məşğul olsun.
18
Tərəqqiyə göz-qulaq olmaq
Cavabların yazılması üslubu müəllim tərəfindən hansı ti
pli məktubların istifadəsindən asılıdır. Qısacavablı məktubların
məqamında cavablar vərəqi tamamilə məqbulidir. Şagirdlər öz
cavablarını cavablar vərəqinə yazıb onu müəllimə verirlər ki, müəllim
onlara payladığı düzgün cavablar vərəqi vasitəsilə öz cavablarını
yoxlasınlar.
Bəzi tapşırıqlar məktubunun həlli üçün nisbətən geniş, açıq cavab
lar lazımdır. Müəllim şagirdlərə cavabları dəftərin vərəqinə ya da
tapşırıqlar məktubunun suallara cavab üçün gündəliyində yazdıra
bilər.
Ola bilər ki, bir komplektlə nəzərə alınan tapşırıqların yerinə
yetirilməsi üçün şagirdə bir neçə gün vaxt lazım olsun. Digər məqamda
müəllim şagirdlərə müəyyən miqdarda məktublar seçdirə bilər. Həll
olunmuş məktublara gözqulaq olmaq üçün şagirdlərə nəzarət vərəqi
əlverişlidir.
Əgər müəllim kağızdan istifadə etmək istəmirsə, şagirdləri
kompüterlə çalışdırıb cavabları elektron şəkildə yazdıra bilər.
Qısacavablı məktubların məqamında kağızsız işləmənin daha
bir varyantı şagirdlər tərəfindən öz cavabalarının fərdi lövhələrə
yozulmasıdır və öz işlərini yoxlamaq üçün düzgün cavablar
vərəqəsindən istifadədir.
Document Outline - Matematikis Baratebi Kda-AZERI
- Matematika daval-baratebi-Azerbaijan
Dostları ilə paylaş: |