Bu "Nağıllar" kitabının digər nağıllar kitabından fəqrli gözəl cəhəti



Yüklə 496,42 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix18.06.2018
ölçüsü496,42 Kb.
#49584
1   ...   7   8   9   10   11   12   13   14   15

       -

Sumbat,  Hişam,  bəs  deyilmi  ərəblər  bizə  ağalıq  elədikləri?  Nə  vaxta 

qədər biz onların təhqirinə, zülmünə dözməliyik? Gəlin, biz də gedib qoşulaq 

xürrəmilərə, əlimizə qılınc götürək, onları torpaqlarımızdan qovaq!

 

     


Səhl ibn Sumbat dedi:

 

      -



Sənin  əcəlin  çatıb,  Həsən!  Görmürsən  ərəblər  bizdən  nə  qədər 

güclüdürlər?  Onların  qoşunlarının  sayı

-

hesabı  yoxdur.  Sənə  nə  var  ki, 



yetimsən.  Heç  kimin  yoxdur.  Mən  isə  ərəblərə  qarşı  silah  qaldırsam,  onlar 

mənim ata

-

anamın da, bacı



-

qardaşlarımın da qollarını qandallayıb vətənlərinə 

aparıb  qul  kimi  satarlar. 

 Bu  gün-

sabah  Cavidanı  da,  döyüşçülərini  də

  dar 


ağacı  gözləyir.  Mən  belə  axmaq  addım  atıb,  onlara  qarşı  çıxa  bilmərəm. Nə 

yaşamışam ki, özüm öz ayağımla ölümə gedəm?

 

      


Həsən bu cavabdan məyus oldu, üzünü Əli ibn Hişama tutdu:

 

      -



Bəs  sən  nə  deyirsən,  Hişam,  əziz  dostum,  sən  də  belə  fikirdəsən

İstəyirsən  ərəblər həmişə  başımızın  üstündə qamçı ilə dursunlar, bizimlə qul 



kimi davransınlar?

 

      



Əli ibn Hişam xeyli fikirləşəndən sonra dedi:

 

     -



Mənim də ərəb qaniçənlərinə nifrətim var. Amma neyləyə bilərəm, qardaş, 

nə  qədər  ki,  bütün  dünyaya  meydan  oxuyan,  güclü  ərəb  ordusu  var,  onlara 

qarşı  silah  götürüb  vuruşmaq  ağılsızlıqdır.  Gəl,  tələsməyək,  bir  az  da  səbrli 

olaq, gözləyək!

 

      


Yetimçiliklə böyümüş Həsən bu vaxta qədər ağlamamışdı. Amma onların 

cavabı Həsəni ağlatdı. Bir də baxdı ki, yanaqlarında yaş var. Kimsə gözünün 

yaşını görməsin deyə, əlinin arxası ilə onları silib dedi:

 

      - 



Fikirlərimiz üst

-

üstə düşmürsə, istəyimiz ayrı, əqidəmiz ayrıdırsa, deməli 



biz özümüz də tamam ayrı

-

ayrı adamlarıq. Mən elə indicənə gedib Cavidanın 



dəstəsinə 

qoşulacağam, 

ərəbləri 

vətənimdən 

qovmayana 

qədər 


vuruşacağam.

 

     



Onlar ayrıldılar. Həsən dediyi kimi elədi. O, Bəzz qalasına qalxıb Cavidanın 

dəstəsinə qoşuldu. Ərəblərə qarşı vuruşmağa başladı.

 

     


Cavidanın dəstəsi günü

-

gündən artıb, böyük bir orduy



a çevrilirdi.  

     


Cavidan  fikir  verib  gördü  ki,  döyüşə  Həsən  hamıdan  birinci  atılır.  «Çıxın, 

rədd  olun  mənim  vətənimdən»  deyib,  qılıncını  elə  qəzəblə  göyə  qaldırır  ki, 

endirəndə bir neçə düşmən döyüşçüsünü birdən yerə sərir. Həsənin ürəyi nə 

qədər yumşaq, rəhmli olsa da o, döyüşdə qəddar görkəm alır, düşmənə aman 

vermirdi. Həmçinin cəsur oğlanın ağlı, savadı da dəstə başçısının çox xo0,

 

şuna gəlmişdi.



 

       


Çox  ağır  bir  döyüşdən  sonra  Cavidan  qoşun  qarşısında  Həsənin 

igidliyindən danışdı. Sonra isə dedi:

 

    -


Həsən, bu gündən sənin adını Babək qoydum. Bu ad qorxmazlığa, igidliyə 

nişanədir.  İgidlərim!  Qarşınızda  vəsiyyət  edirəm!  Həlak  olaramsa,  qoşuna 

Babək sərkərdəlik etsin!

 

     



Bütün Cavidan ordusu Babəki alqışladı.

 

       



Daha sonra Cavidan qışqırdı:

 

       -



Var olsun xürrəmilər! Var olsun!

 

        



İgidlər onun səsinə səs verdilər:

 

       -



Var olsun xürrəmilər! Var olsun!

      



       

Cavidan daha möhkəm qışqırdı:

 

       -


Rədd olsun ərəb əsarəti, rədd olsun!

 

        



İgidlər yenə də onun səsinə səs verdilər. Bu dəfə nifrətlə bağırdılar:

 

        -



Rədd olsun ərəb əsarəti, rədd olsun!

 

         



Onların səsi Bəzz qalasının qayalıqlarında əks

-

səda verib aləmə yayıldı. 



Səhərisi  günü  yerli  camaat  axınla  gəlib  orduya  qoşuldu.  Elə  bil  onlar  Bəzz 

qalasında əks

-

səda verən «rədd olsun ərəb əsarəti» səsinin sədasına gəldilər.



 

         

Az  bir  vaxtdan  sonra  Cavidan  döyüşdə  həlak  oldu.  Cavidanın  ölümü 

camaatda  düşmənə  nifrəti  bir  az  da  çoxaltdı.  Üsyana  qalxmış  xalq  axışıb 

xürrəmilərin  ordusuna  gəlməyə  başladı.  Ordu  əsgərlərinin  sayı  günü

-

gündən 



artırdı.  Onların  sayı  üç  yüz  minə  çatırdı.  Piyada  və  suvarilərdən  ibarət  xalq 

qoşunu  yarandı.  Cavidanın  yerinə  Babək  sərkərdə  oldu.  O,  ərəblərə  qan 

uddurmağa başladı.

 

     



Babəkin  döyüşçüləri

  

bir  ayın  içərisində  ərəb  ordusunun  ən  güclü  altı 



sərkərdəsini öldürdülər. Bir günün içərisində Həmədanı ələ keçirdilər. 

  

      



Xəbərdən düşmənlərin başçısı xəlifə Mütəsim az qaldı dəli olsun. Özünə 

yer tapa bilmədi. Tutduqları torpaqlar, əldə etdikləri var

-

dövlət onların əlindən 



çıxmaq üzrə

 idi. 


      

Xəlifə Babək haqqında, onun sərkərdəliyi, igidliyi haqqında 

 

çox eşitmişdi. 



O, istəyirdi ki, Babəki güclü və istedadlı sərkərdə kimi öz tərəfinə çəksin. Ona 

görə də təcili tədbir tökmək lazımdı.

 

     


Xəlifə Mütəsim bütün qoşun başçılarını başına yığıb onlara nəyin bahasına 

olur-


olsun, Babəki tutmaq, onun ordusunu dağıtmaq əmri verdi.

 

     



Bundan  başqa  o,  Babəki  diri  gətirənə  iki  milyon,  başını  gətirənə  isə  bir 

milyon dirhəm mükafat verəcəyini vəd etdi.

 

     


Əmr bütün vilayət hakimlərinə göndərildi.

 

     



Xəlifə Mütəsim müharibələrdə şöhrət qazanmış, ən bacarıqlı sərkərdə olan 

Afşini ərəb ordusuna sərkərdə qoydu. Babəki və onun ordusunu darmadağın 

etmək üçün ona iki böyük ordu və otuz milyon dirhəm pul göndərdi.

 

     



Xəlifə özü də Babəki və

 

onun ordsunu məhv etmək üçün hiylələr qurmağa 



və  yollar  axtarmağa  başladı.  O,  ən  əvvəl  bir  yol  tapıb  Babəkin

  

ən  yaxın 



dostunu, - 

Əli ibn Hişamı İsfahana, ən yaxın qonşusunu Səhl ibn Sumbatı isə 

Şəkiyə hakim təyin elədi.

 

      



Aradan  bir  müddət  keçəndən sonra  xəlifə,  Əli  ibn  Hişamı  yanına  çağırıb 

dedi: 


       - 

Əli ibn Hişam! Nizam ordunu başına yığıb, Babəkin üstünə getməlisən! 

Onun ya dirisini, ya da ölüsünü gətirməlisən hüzuruma!

 

       



Əli ibn Hişam xəlifənin sözünü ağzında qoydu:

 

       - 



Ya  xəlifə,  sən

 

bilirsən  ki,  biz  Babəklə  dost  olmuşuq,  mən  onun  üstünə 



düşmən  kimi  gedə  bilmərəm!  Bu  kişilikdən  olmaz!  Döyüşə  bir  başqasını 

göndər!


 

        


Xəlifə Əli ibn Hişamdan belə cavab gözləmirdi. Onu «od götürdü», dedi:

 

        - 



Mən səni İsfahan kimi böyük bir məmləkətə hakim təyin eləmişəm ki, bu 

gün mənim üzümə qayıdasan? Hankı cürətlə mənim bir sözümü iki eləyirsən? 

Bəlkə başın bədəninə ağırlıq edir?

 

       



Xəlifənin tərsliyinə bələd olan Əli ibn Hişam qətiyyətlə dedi:

     



     - 

Əmrə itaətkar olmadığıma görə cəzamı çəkməyə hazıram, ya xəlifə!

 

       


Bu  sözləri  eşidən  xəlifənin  gözləri  qan  çanağına  döndü. 

 

Əmr  etdi  ki, 



Bağdadda meydanın düz ortasında İsfahan hakimini edam etsinlər. 

         

       

Dostu Əli ibn Hişamın edam xəbərin eşidən Babək üç gün, üç gecə y



as 

saxladı.


 

       


Bir neçə gündən sonra Babək Səhl ibn Sumbatdan məktub aldı.

 

        



Məktubda  yazılmışdı:  «Əziz  qardaşım  Babək!  Neçə  gündür  ki,  Əli  ibn 

Hişamın  ölüm  xəbəri  məni  sarsıdıb.  Özümə  yer  tapa  bilmirəm.  Bəlkə  səni 

görsəm  bir  az  təsəlli  taparam.  Cümə  günü  erkən,  camaat  yuxudan 

oyanmamış  gəl  Ərdəbil  məçidinin  arxasındakı  qəbirstanlığa,  orada  görüşək. 

Dostumuz Hişam sağ olarkən sənə məktub yazıb. Vəsiyyətinə görə, gərəkdir 

onu  əlbəəl  sənə  çatdıram.  Mütləq  gəl,  gözləyəcəyəm.  Səni  sevən  Səhl  ibn 

Sumbat». 

      


Babək  məktubu  oxuyub  Səhl  ibn  Sumbatın  görüşünə  gəldi.  Səhl  ibn 

Sumbat  Babəki  görən  kimi  əlində  tutduğu  göyərçini  göyə  buraxdı.  Sonra  isə 

Babəkə  yaxınlaşıb  onu  qucaqladı.  Hönkür  çəkib  yalandan  ağladı.  Babək 

ondan  


edam  edilmiş  Əli  ibn  Hişamın  şəxsi  olaraq  ona  göndərdiyi  məktubu 

istədi:


 

     -


Ver məktubu görüm, 

-dedi,- 


özünü mənə qurban vermiş bədbəxt Həşim nə 

yazıb?


 

      -


Tələsik  gəldim,  məktubu  götürməyi  unutdum!  –

 

Səhl  ibn  Sumbat  belə 



deyəndə, Bəbək ondan şübhələndi. Diqqət eləyib gördü ki, Səhl ibn Sumbatın 

rəngi  ağappaqdır,  əlləri  də  titrəyir.  Bir  az  bundan  onun  göyə  uçurtduğu 

göyərçin yadına düşdü. Şübhələndi.

 

     



Başını qaldıranda gördü ərəb əsgərləri onu mühasirəyə alıb. Başa düşdü 

ki, inandığı adam göyərçinin ayağına məktub bağlayıb göndərməklə, satqınlıq 

eləyib, onun yerini düşmənlərə bildirib.

 

     



Qılıncı  qınından  çıxartdı  ki,  xainliyinə  görə  erməni  Sumbatın  başına 

endirsin, ürəyi gəlmədi. Atlandı atın belinə, təkbaşına vuruşa başladı.

 

    


On  yeddi  düşmən  öldürəndən,  iyirmisini  yaralayandan  sonra  Babəki 

nəhayət ki, çox çətinliklə 

 

tuta bildilər. 



     

      


Onu əli

-

qolu bağlı



  

xəlifənin yaşadığı Samirə şəhərinə apardılar.

 

      


Xəlifə  Mütəsim Babəkin dəhşətli  işgəncə  ilə  edam  ediləcəyini  elan  elədi. 

O,  əmr  etdi  ki,  ən  əvvəl  Babəkin  bir  qolunu,  sonra  o  biri  qolunu  kəssinlər. 

Daha sonra qıçlarını, sonda isə başını bədənindən ayırsınlar.

 

      



Edam  zamanı  Babək  öz  mərdliyi,  əyilməzliyi  ilə  xəlifəni  və  saray 

adamlarını  sarsıtdı.  Cəllad  Babəkin  sağ  qolunu  kəsdikdə,  o  qanı

  

ilə  üzünü 



boyadı

      



Bu zaman xəlifə ondan soruşdu:

 

     -



Nə üçün üzünə qan sürtdün?

 

      



Babək məğrur

-

məğrur cavab verdi:



 

      -


Qan itirdiyimə görə rəngim qaçacaq. Bunu bəziləri qorxmağım kimi başa 

düşə  bilərlər.  Ona  görə  də  üzümü  boyadım  ki,  rəngimin  saraldığını  görən 

olmasın! 

                    

   

Babəkin sonra sol qolunu, qıçlarını, lap axırda başını kəsdilər.



 


   

Xəlifə əmr etdi ki, Babəkin başını xürrəmilərə göndərsinlər. O, elə bilirdi ki, 

Babəkin ölümündən sonra xalq sakitləşəcək, üsyan yatacaq.

 

   



Babəkin  işgəncə  ilə  öldürüldüyünü  eşidən  camaatın  isə 

 

Xəlifəyə,  ərəb 



ordusuna  nifrəti  daha  da  artdı.  Əli  qılınc  tutan  «Vətən  uğrunda,  Babək 

yolunda»  deyib,  qəzəblə  düşmənin  üstünə  getdi.  Ərəb  orduları  darmadağın 

edildi. Xəlifə məhv oldu.

 

  



Babəkin igidliyi, qəhrəmanlığı

  

xalqın canını ərəb əsarətindən qurtardı.



 

  

Biz nağıla başladıq, nağılımız döndü oldu, min il bundan qabağın gerçəyinə. 



Sən  də  bu  gerçəyi  yadında  saxla!  Gerçək  nə  olubsa,  onu  heç  vaxt  yaddan 

çıxarmaq olmaz! 

     

 

 



 

Ana axtaran maral 

(Nağıl)

 

Biri va



rdı, biri yoxdu, bir maral

  

balası vardı. Maral balası çox gözəl idi. Amma 



onun böyük bir eybi var idi ki, özündən başqa heç kəsi bəyənmirdi. Hətta 

anası onun yanında gedəndə belə, o çox xəcalət çəkir, bir az aralıdan gedirdi. 

Bir dəfə ana maral balasına d

edi: 


    -

Mənim gözəl balam, nədən məndən aralı gəzirsən, yaxın dur, qurda

-

quşa 


rast gələrsən. Xəbərim olmaz, səni götürüb apararlar. Bəlkə, sənin gözəlliyin 

yanında pis görünürəm?

 

    


Bala maral qaşqabağını töküb:

 

  -



Sənin buynuzların əyilib, tüklərin tökülüb, üzün də qırış

-

qırış olub, məni 



sənin yanında görənlər heç inanmazlar ki, sən mənim anamsan. Mən cavan, 

qəşəng ana istəyirəm. Ona görə səndən aralı gəzirəm, 

deyə dərdli



-

dərdli 


dilləndi.

 

    



Balasının bu sözlərindən ana maral çox kədərləndi:

 

   -Y



axşı, indi ki, belədir, mən sənə yaxın gəlməyəcəyəm. Səndən aralıda 

olacağam. Amma sənə fəlakət üz versə, məni bircə dəfə çağır, harda olsam 

özümü sənə çatdıracağam.

 

   -



Bu çox yaxşı oldu,

deyib, bala maral anasından aralı gəzməyə başladı. Elə 



bir az gəzmişdi ki, o, böyük bir pələngə rast gəldi. Pələngin iri qara gözləri, 

ağlı


-

sarılı 


 

yumşaq tükləri onun çox xoşuna gəldi:

 

     -


Ay pələng, sən nə qəşəngsən, gəlsənə mənə ana olasan, mənim anam 

qocalıb, o sənin kimi qamətli, sənin kimi yaraşıqlı deyil, 

- dedi. 



     

Pələng razılaşdı:

 

   -


Niyə olmuram ki, sənin kimi gözəl marala kim ana olmaq istəməz ki? Gəl 

mənimlə gəzək. Mənim balam ol.

 

     


Pələng və maral balası meşədə yorulana qədər gəzdilər. Yorulanda 

pələngin yuvasına gəldilər. Təzəcə yuxuya getmişdilər ki, şirlərin nərəsinə 

oyandılar. Pələng qəzəblə

  

dişlərini qıcırdıb, hücuma keçməyə hazırlaşdı. Bu 



vaxt yuvanın ağzında dörd

  

yekə şir göründü. Pələng bildi ki, onlara gücü 



çatmayacaq, yuvanın gizli yerindən çıxıb qaçdı. Bu vaxt ac şirlər istədilər 

cumsunla


r maral balasının üstünə, maral balası yuvanın dərin və darısqal 

yerinə girdi. O, ağlaya

-

ağlaya anasını çağırdı. Şirlər nə qədər çalışdılarsa da, 



onu oradan çıxarda bilmədilər. Amma çıxıb getmədilər və gözlədilər ki, maral 

balası çıxan kimi onu tutub dişlərinə çəksinlər. Aradan azca keçmişdi ki, 

maralın anası özünü yetirdi. Düz gəlib şirlərin qarşısında dayandı və dedi:

 

    -



Balam dara düşüb, məni çağırır, bəlkə onu görmüş olasız?

 

     



Şirlər məətəl qaldılar. Onlar hələ ömürlərində belə cürətli maral

  

görməmişdilər. Başları ilə maral balasının yerini göstərdilər. Ana maral 



balasını yuvadan çıxardıb şirlərə dedi:

 

   -



Acsınızsa məni yeyin, mənim balama dəyməyin.

 

   



Şirlərin ən böyüyü dedi:

 

   -



Biz sənin kimi cəsarətli ananın nə özünü yeyərik, nə də balasına dəyərik!

 

    



Ana maral şirlərə «sağ olun», deyib, balasını qucağına alıb apardı. Bir 

təhlükəsiz yerdə onu öpüb yerə qoydu. Özü isə yenə də balasından aralı 

getməyə başladı.

  

    



Maral balası meşədə gəzəndə

  

böyük bir ayıya rast gəldi. Ayı gözəl idi. 



Onun a

nasında olduğu kimi böyük, əyri buynuzları yox idi. Rəngi boz idi. 

Günün altında tükləri par

-

par parıldayırdı. Sevincək gəlib onun qarşısında 



dayandı və dedi:

 

         -



Mən özümə sənin kimi

  

güclü və qəşəng ana axtarıram. Mənim anam 



olarsanmı?

      


    -

Əlbəttə olaram. Amma bəri başdan deyirəm. Soyuqlar düşəndə mən yem 

tapmıram. Acsam səni yeyə bilərəm. Əgər razısansa, qal mənim yanımda, 

mənim balam ol.

 

   -


Yox, razı deyiləm, 

-deyib bala maral qorxa-

qorxa ayıdan uzaqlaşdı. Gəzə

-

gəzə gəlib bir tülküyə rast oldu. Tülkü çox gözəl idi. Onun məlahətli səsi, 



badamı gözləri var idi. Maralın anasından çox

-çox cavan idi. Tülkü maral 

balasını görən kimi gülümsündü, mehriban səslə dedi:

 



    -

Necə də gözəlsən, hələ mən bu vaxta qədər meşədə belə gözəl heyvan 

görməmişəm.

 

Sənin necə də daş ürəkli anan var. Səni belə bir qalın meşədə 



kimsəsiz qoyub gedib. Gəl mənim balam ol. Səni mən o qədər çox istəyərəm 

ki, gözümdən kənara qoymaram. Mənim balam olsan, hamı bizim paxıllığımızı 

çəkər. Biz ikimiz hamıdan gözəl olarıq.

 

     B



u sözlər maral balasının ürəyindən oldu. Gəlib başını tülkünün yumşaq 

tüklərinə sürtməyə başladı:

 

    -


Razıyam, bu gündən mən sənin balanam, sən də mənim gözəl anamsan! 

 dedi. 



      

Həmin andan onlar oldular ana

-

bala. Yorulana qədər gəzəndən sonra 



tülkünü

n yuvasına gəldilər. Bir

-

iki gün həddindən çox mehriban dolandılar. 



Üçüncü gün qəfildən yuvaya ovçular gəldi. Tüfənglərini tülküyə tuşladılar. 

Tülkü işi belə görüb canını qurtarmaq üçün fırıldağa əl atdı:

 

    -


Mənim beş balam var, onlar meşədə gəzirlər, indicənə gələcəklər, mən 

onları əmizdirməliyəm. Mənə

  

yazığınız gəlsin, beş balamı yetim qoymayın, 



alın, bu maral balasını verim sizə, məndən əl çəkin!

 

    



Ovçuların maral balasından çox xoşları gəldi. Onu tutub torbaya saldılar. 

Maral balası səsi gəldikcə anasını çağırdı.

 

    


Ovçular atlarını minib gedirdilər ki,

  yolda ana marala rast oldular. Onlar 

mat-

məətəl qaldılar. Maral qorxmadan yolda dayanmış, ovçuların qarşısını 



kəsmişdi. Onun gözlərindən yaş

  tökülürdü: 

   -

Yalvarıram sizə, ovçular, mənim



  balama 

dəyməyin, o çox balacadır, onu 

buraxın, əvəzində məni aparın!

 

    



Ovçuların marala yazıqları gəldi, onunla

  

razılaşdılar. Ana maralı tutub 



torbaya saldılar, bala maralı isə buraxdılar.

 

       



Bir xeyli yol gedəndən sonra qaranlıq düşdüyündən bir yerdə dayandılar 

ki, dincəlsinlər. Maral olan torbanı da atdan düşürüb yerə qoydular, özləri də 

yatdılar.

 

Sən demə bala maral



  

onların arxasınca gəlirmiş. O, etdiyi hərəkətlərindən 

peşman olmuş, başa düşmüşdü ki, dünyada ən gözəli, ən mehribanı

  onun 


anasıdır. Bala maral hamının yatdığını görüb anası olan torbaya yaxınlaşdı. 

Çətinliklə də olsa onun ağzını açdı

Ana maral sevincək torbadan çıxdı. Onlar 



qucaqlaşdılar.

 

Bala maral ovçular eşitməsin deyə, pıçıltı ilə anasının qulağına dedi:



 

-

Gəl qaçaq, mənim hamıdan gözəl anam, gəl qaçaq! Dünyada səndən gözəl 



ana yoxdur ! 


Bunu deyib, bala maral anasına sarıldı və on

u öpdü. Ana maral  

sevindiyindən 

ağladı.


 

Onlar qaçıb ovçulardan canlarını qurtardılar. Biz də çox sevindik. Elə bu yerdə 

nağılımız qurtardı. Göydən altı dənə alma düşdü. Almalar elə düşdülər ki, düz 

keçdilər ana maralla bala maralın buynuzlarına. Ana maral

 

buynuzun əydi, 



bala maral almaları yedi, bala maral da buynuzun əydi, ana maral almaları 

yedi. 


Bizə də eləcənə baxmaq qaldı.

 

 



 

 

 



 

 

 



Gülzar İbrahimova

 

Yüklə 496,42 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə