Bu "Nağıllar" kitabının digər nağıllar kitabından fəqrli gözəl cəhəti



Yüklə 496,42 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix18.06.2018
ölçüsü496,42 Kb.
#49584
1   2   3   4   5   6   7   8   9   ...   15

Mətinin  gözlərinə  sürtdü.  Oğlan  yuxuda  elə  qışqırdı  ki,  özü  öz  səsinə  ayıldı. 

Əllərini  gözlərinə  sürtdü,  gözləri  hələ  də  yaş  idi.  Mətin  yuxuda  gördüklərinə 

məəttəl  qalmışdı.  Oyandığını  hiss  edirdi,  amma  hər  yanı  qaranlıq 

gördüyünd

ən elə bilirdi ki, hələ də yatıb. Gözlərini bərkdən açdı. Hər tərəf qap

-

qaranlıq  idi.  Əllərini  otlara  sürtdü.  Birdən  başa  düşdü  ki,  gözləri  tutulub.  Diz 



çöküb  əllərini  göylərə  tutdu  və  hönkür

-

hönkür  ağlayaraq  Allaha  yalvarmağa 



başladı. Axşama qədər ağlayıb

-

sızladı, sonra da yorulub oturdu.



 

Mətin  halsız

-

halsız  yaşıllıqda  üzüqoylu  uzanıb  qalmışdı.  Bir  də  eşitdi  ki, 



qoyunların mələşmə səsi gəlir.

 

Çoban  uzaqdan  yerə  uzanmış  cavanı  görüb  yaxın  gəldi  və  onun  yanındakı 



şəklə doyunca tamaşa edəndən sonra Mətinə «afərin» dedi.

 

Mətin isə cavab vermək əvəzinə ondan soruşdu:



 

-

Çoban qardaş, bilmirsən indi axşamdır, yoxsa səhər?



 

Çoban başa düşdü ki, cavan oğlan kordur:

 

-

İndi  yavaş



-

yavaş  axşam  düşür.  Bəs  sən  burada  neyləyirsən?  Yanındakı  bu 

gözəl şəkil nədir?

 

Bədbəxt  rəssam  başına  gələnləri  çobana  danışdı.  Çoban  cavanın  halına 



acıdı.

 

Mətin çobandan xahiş elədi ki, onun çəkdiyi şəkli dəyirmanın yanında yaşayan 



kor  qıza, 

Pəriyə  çatdırsın.  Çobana  and  verdi  ki,  onun  gözlərinin  tutulması 



haqqında heç kəsə bir söz deməsin.

 

Çoban şəkli götürüb Mətinin dediyi evə gəldi. Darvazanı döydü. Bacısı Fərəh 



evdə olmadığından darvazaya Pəri özü gəldi:

 

-



Kimsən? 

soruşdu.



 

-

Mənəm, çobanam, rəssam Mətin sənə şəkil göndərib, onu gətirmişəm



deyə 


çoban dilləndi.

 

Rəssam adı eşidən kimi balaca, kor qız sevincək qapını açdı. Əllərini qabağa 



uzatdı. Çoban başa düşdü ki, qız əli ilə şəkli axtarır. Şəkli qıza uzatdı.

 

Pərinin  kor  gözləri  şəklə  sataşdı.  O  şəkli  olduğu  kimi  gördü.  Pəri  həmişə 



bacısına yalvarırdı ki, ona dünyanın gözəlliyindən danışsın. Bacısı da ona hər 

şeyin  rəngini  öyrədər,  gözəlliyini  təsvir  edərdi.  Amma  Fərəh  dünyanı,  onun 

təbiətini  çox  da  tərifləmirdi,  elə  başa  düşürdü  ki,  əgər  dünyanın  gözəlliyini 

bacısına olduğu kimi təsvir etsə , kiçik bacısı kor oldğuna görə daha da dərd 

ç

əkər.


 

Ona görə də indi Pəri Mətinin çəkdiyi sehrli şəkildə təbiəti belə gözəl görəndə 

özünü  itirdi.  Şəkildəki  Günəşin  şüaları  qızın  gözlərini  qamaşdırdı,  balaca 

qızcığazın  gözlərinə  nur  verdi.  Pərinin  gözləri  açıldı  və  o  şəkildən  başqa  da 

hər  şeyi  gördü.  Qız  sevindiyindən  səsi  gəldikcə  «mən  görürəm»  deyə 

qışqıraraq, huşunu itirdi.

 

Səsə qonşular yığıldılar. Bu vaxt Fərəh də gəlib çıxdı. Bir təhər qızı ayıltdılar. 



Fərəh  bacısının  gözlərinin  açılmasına  az  qalırdı  sevindiyindən  uçsun.  Onlar 

qucaqlaşıb həyəcandan hönkür çəkib ağladılar.

 

Çoban  isə  hay



-

küyü  görüb  sakitcə  gözdən  itdi  ki,  ondan  heç  kəs,  heç  nə 

soruşmasın.  Amma  onu  da  başa  düşdü  ki,  rəssam  sehrli  şəkil  çəkib  qızın 

gözlərini açıb, amma bundan sonra özü kor olub.

 



Bir  neçə  gün  qonum

-

qonşu  gəlib  yetim  qızlara  gözaydınlığı  verdilər.  Ara 



sakitləşən kimi Pəri bacısına dedi:

 

-



Bacı, bəs rəssam oğlan niyə görünmür, bəlkə naxoşlayıb eləyib?

 

-



Düz  deyirsən  Pəri,  elə  mən  də  bu  neçə  gündə  onu  fikirləşirdim.  Evlərini 

tanısaydım,  gedib  baş  çəkərdim,

deyə  Fərəh  də  öz  nigarançılığını  bildirdi. 



Səhər bazar günüdür, yəqin ki, bazarda olar, gedib baxaram.

 

Səhərisi günü Fərəh  bazara  yollandı.  Axşama  qədər Mətini bazarda  gözlədi, 



oğlan gəlib çıxmadı ki, çıxmadı. Soraqlaşa

-

soraqlaşa onun evini axtarıb tapdı. 



Evdə  heç  kəs  yox  idi.  Qonşularından  soruşdu.  Qonşular  da  heç  nə  deyə 

bilmədilər.  Fərəh  yollandı  şəkli  gətirən  çobanı  axtarmağa.  Çobanı  dağdaca 

tapıb, Mətinin yerini ondan soruşdu:

 

-



Çoban,  şəkli  bizə  göndərən  oğlanı  soraqlayırıq,  bəlkə  haraya  getdiyindən 

xəbərin ola?

 

Çoban 


yalan  danışa  bilmirdi  deyə,  əvvəlcə  özünü  itirdi,  sonra  isə  birtəhər 

cavab verdi: 

-

Oğlan məndən xahiş elədi ki, şəkli sizə çatdırım, mən də çatdırdım.



 

-

Bəs sən ona demədin ki, niyə özün aparmırsan?



 

-

O dedi, mən də elədim, indi məndən nə istəyirsiniz?  –



 dey

ə çoban hirslənib 

özündən çıxdı. Çoban yalan danışdığına görə özünü itirmişdi.

 

Fərəh  çobanın  nahaq  yerə  hirslənməyindən  bir  az  şübhələndi.  Amma  daha 



ona  bir  söz  deməyib,  evlərinə  gəldi.  Olanları  bacısına  danışdı.  Pəri  çox 

həssas  idi,  bildi  ki,  Mətinin  başına  nə  gəlibsə,  onun  şəklinin  ucundan  gəlib. 

Fərəh bacısının fikrə daldığını görüb dedi:

 

-



Bacı, mən bilirəm ki, çoban bizdən nə isə gizlədir. Mən bir ot tanıyıram, adına 

«yaddaş  otu»  deyirlər.  Onu  dəmləyib  yaddaşı  pozulmuş  adama  verirlər  ki, 

hafizəsi  təzələnsin  və  sağalsın.  Həmin  otun  dəmlənmişin  içən  kimi  həmin 

adamdan  nə  soruşursansa  adama  düzünü  cavab  verir.  Gəlsənə  çobana 

həmin dəmdən içirdib, həqiqəti öyrənək.

 

Bacılar razılaşdılar. «Yaddaş otunu» dəmlədilər. İçinə bir az da şəkər qatdılar. 



Bir  sərnicə  töküb  apardılar  çobana.  Çobanı  yamacda  tapdılar.  Pəri  çobana 

yaxınlaşıb dedi:

 

-

Çoban qardaş, gözüm açıldığına görə şərbət paylayıram. Al, sən də iç!



 

Qızların əməlindən xəbəri olmayan çoban, şərbətdən düz üç stəkan içdi. Elə o 

an da rəngi oldu sap

-

sarı. Qızlar heç bir şey soruşmamış özü başladı ağlaya



-

ağlaya danışmağa:

 

-

Siz  burda  şərbət  paylayırsınız,  amma  sizin  ucbatınızdan  kor  olmuş  Mətin 



evindən

-

eşiyindən didərgin düşüb, gedib qərib diyarlara. Ölüb, ya sağdır, heç 



kəsin bundan xəbəri yoxdur.

 

Bunları deyəndən sonra çoban əvvəldən axıracan Mətinin ona danışdıqlarını 



qızlara  danışdı.  Çobanın  dediklərini  eşidəndən  sonra  qızların  gözündən  yaş 

leysan  kimi  tökdü.  Fərəh  bir  də  baxdı  ki,  çobanın  rəngi  özünə  gəlib.  Başa 

düşdü  ki,  yaddaş  otu  artıq  təsirini  itirib.  Çobanı  yoxlamaq  üçün  ondan 

soruşdu:


 

-

Mətin görəsən niyə yoxa çıxıb, çoban, bilmirsən?



 

Çoban əvvəlki kimi yenə səsini qaldırdı:

 



Yüklə 496,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə