Bu "Nağıllar" kitabının digər nağıllar kitabından fəqrli gözəl cəhəti



Yüklə 496,42 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix18.06.2018
ölçüsü496,42 Kb.
#49584
1   2   3   4   5   6   7   8   9   ...   15

çıxıb  getdi.  Ona  son  dəfə  Bazardüzündəki  buzlu  qayaya  gedən  yolda  rast 

gəliblər.

 

Rəssam buzlu qayanın yolunu Pəriyə başa salandan sonra, qız dayanmadan 



ora  getdi.  Buzlu  qayaya  gedən  yol  sıx  və  qorxulu  meşədən  keçirdi.  Axşama 

qədər sıx meşə ilə yol gedən Pəri qaranlıqda meşədə gecələməli oldu. Balaca 

qızcığaz  heyvanların  qorxusundan  ən  hündür  bir  ağac  tapdı.  Dırmaşdı  düz 

onun  başına.  Qorxudan  gözlərini  bərk

-

bərk  yumdu.  Amma  bunun  da  xeyri 



olmadı.

 

Birdən  qızın  ağlına  bir  fikir  gəldi.  Durdu  ağacdan  düşdü.  Şəklin  üstünə 



bağladığı  kələğayını  götürdü. Hər  tərəf nura  qərq  oldu.  Bayaqdan  bəri  təkcə 

cırcıramanın  səsi  gəlirdi.  İndi  meşədəki  bütün  quşlar  oyanıb  səslərini 

cırcıramanın səsinə qoşdular. Pərinin qorxusu canından çıxdı. Amma, «ehtiyat 

igidin  yaraşığıdır»,  deyib,  çıxıb  ağacın  başında  şirin  yuxuya  getdi.  Bir  də 

Günəş çıxmağa az qalmış yuxudan oyandı və yoluna

 

düzəldi.



 

Az getdi, çox getdi, dərələr keçdi, dağlar aşdı, axır ki, gəlib Bazardüzü deyilən 

yerə  çatıb,  buzlu  qayaya  yetişdi.  Buzlu  qaya  böyük  bir  gölün  kənarında  idi. 

Uzaqdan  baxanda  adi  sıldırım  qayaya  oxşayırdı.  Yaxınlaşanda  isə  qayanın 

soyuğu  adamı  dondururdu.  Qayanın  üstündə  mağara  var  idi.  Həmin 

mağaranın  girəcəyindən  su  damlaları  tökülən  buz  salxımları  sallanırdı.  Pəri 

nazik  geyindiyindən  tir

-

tir  əsirdi.  Qız  mağaradan  içəri  boylandı.  Gördü 



mağaranın içi tamam buz bağlayıb. Elə bil hər tərəf şüşədən idi. Amma içəri 

soyuq da olsa, çox gözəl idi.

 

Pəri  inanmadı  ki,  Mətin  burada  ola.  Əgər  Mətin  burada  olmuş  olsaydı  da, 



indiyə  qədər  mütləq  donmalıydı.  İstədi  qayıtsın.  Bir  də  fikirləşdi  ki,  bu  qədər 

yol  gəlib,  heç  olmasa  girib  mağaraya  baxsın,  Mətinin  ölüsündən,  dirisindən 

xəbər bilsin. Bu fikirlə Pəri titrəyə

-

titrəyə mağaraya girdi.



 

Bura  möhtəşəm  bir  şah  sarayına  bənzəyirdi.  Hər  tərəf  ağappaq,  cürbəcür 

heykəllərə bənzəyən buzlarla örtülmüşdü. Qayanın içərisi çox soyuq olsa da, 

elə  gözəl  idi  ki,  Pəri  bir  an  hər  şeyi  unutdu.  Birdən  əlini  başına  apardı  ki, 

çadrasını  düzəltsin,  gördü  ki,  saçları  donub  daş  kimi  olub.  Başa  düşdü  ki, 

buradan tez çıxmasa özü də donacaq.

 

Axırıncı dəfə diqqətlə hər tərəfə boylandı. Gözünə oturmuş yerdə buzdan bir 



adam göründü. Həmin adamın əlində çəlik olduğuna görə, qız yəqin elədi ki, 

bu  Mətindir.  Heç  olmasa  özü  donmasın  deyə,  tez

-

tez,  var  qüvvəsi  ilə  onun 



buzunu  sındırmaq  istədi  ki,  oğlanın  ya  ölüsünü,  ya  da  dirisini  buzlaqdan 

çıxarsın.  Amma  buz  çox  bərk  olduğundan  Pəri  buzu  sındıra  bilmirdi.  Qız 

hikkəsindən  ağlamağa  başladı.  Özlüyündə  qərara  gəldi  ki,  Mətini  burdan 

çıxara  bilməsə,  özü  də  burada  qalıb  ölsün.  Bu  fikirlə  Pəri  özü  donmağa 

başlayana  qədər  oğlanın  buzunu  sındırmağa  çalışdı.  Bir  də  baxdı  ki,  artıq 

ayaqları buz bağlayıb. Pəri bunu görəndə hönkür çəkib ağladı.

 

-

Mətin,  sən  mənim  gözlərimə  nur  verdin,  mən  isə  sənə  heç  bir  kömək  edə 



bilmədim.  Bağışla  məni.  İndi  mən  də  sənin  yanında  qalacağam,  mənim 

bundan başqa daha heç nəyə gücüm çatmır. Al, sənə çəkdiyim şəkli də sənin 

yanına q

oyuram, - 

bunu deyib, qız şəklin üstündən kələğayını götürdü.

 

Şəkildəki  Günəşin  isti  şəfəqləri  buz  mağaraya  yayıldı.  Buzlu  qayanın  içərisi 



elə isindi ki, hər yandan buzlar əriməyə başladı. Mətinin də buzu yavaş

-

yavaş 




əriyirdi.  Onun  buzu  əriyib  qurtaran  kimi,  oğlan  tərpəndi.  Pəri  gördü  ki,  oğlan 

şəkildəki günəş şüalarının işığına tab gətirə bilməyib, əlləri ilə gözlərini tutur. 

Qız  Mətinin  gözlərinin  açıldığını  başa  düşdü.  Mətin  qızı  tanıdı.  O,  nə  isə 

demək  istəyirdi  ki,  sözü  ağzında  qaldı.  Bu  vaxt  böyük  bir

 

dəhşət  baş  verdi. 



Onlar sevinmək istədilər, sevincləri üzlərində dondu.

 

Hər  tərəfdən  iri  buz  parçaları  yerə  tökülüb  parçalanırdı.  Mağaranın  ağzı 



buzdan  tamam  tutulmuşdu.  Şəkil,  əriyib  tökülmüş  buz  qırıntılarının  altında 

qalmışdı. Mətin tez qızın əlindən tutub, onu buz qırıntılarının arasında gizlətdi 

ki, başına böyük buz parçaları düşməsin. . Özü də böyük bir buz parçasının 

yanında gizləndi. Onlar hər ikisi qopub gələn buzlardan özlərini qoruya

-qoruya 

bir-


birlərinin əlindən möhkəm tutmuşdular.

 

Buzlaqlar  qo



pub  töküləndən  sonra  əriyib  suya  çevrildilər  və  qəfildən  gölə 

töküldülər. Göl bir an təlatümləndi və aradan çox keçmədi ki, sakitləşdi.

 

Mətin  birtəhər  üzüb  gölün  kənarına  çıxdı.  Çətinə  düşsə  də  o,  Pərinin  əlini 



buraxmamış,  onun  balaca  ovcunu  sıxıb  əlində  saxlamışdı.  Mətin  qızı  sudan 

çıxartdı, amma Pərinin huşu özündə deyildi. Qız hannan

-

hana özünə gələndə 



özünü lap nağıllardakı kimi hiss elədi və sevindiyindən Mətinin boynunu bərk

-

bərk  qucaqlayaraq  ağladı.  Mətin  də  onu  qucağından  yerə  qoymayıb,  qolları 



üstü

ndə  elinə

-

obasına  gətirdi.  Oğlan  balaca  bir  qızın  bu  qədər  etibarlı 



olmasına heyran olmuşdu.

 

Fərəh  bacısı  ilə  Mətinin  salamat  qayıtmasına  çox  sevindi.  Pəri,  niyyəti  hasil 



olduğuna görə gedib «Yeddi gözəl» şəlaləsini ziyarət elədi.

 

Mətin  sevincindən  qızlara



 

və  kənd  camaatına  böyük  qonaqlıq  verdi.  Mən  də 

qonaqlıqda idim. Doyunca yeyib

-

içəndən sonra Mətinlə Pəridən xahiş elədim 



ki, bir Gülzar nənələrinin də şəklini çəksinlər. Onlar da eləmə tənbəllik şəklimi 

çəkdilər.

 

Sən  demə,  onların  heç  biri  yaxşı  şəkil  çəkə  bilmirmiş.  Şəkli  alıb  nə  görsəm 



yaxşıdır?  Üzü  yüz  yerdən  qırışmış,  beli  bükülmüş  bir  qarı.  Mənim  cəmi

-

cümlətanı yüz qırx yaşım var. Mənim sifətimdə o qədər qırış nə gəzir? Düzünü 



desəm,  heç  belim  də  bükülməyib.  Özüm  duranda  belimi  əyirəm  ki,  uca 

boyuma b


ədnəzər dəyməsin.

 

Nə  başınızı  ağrıdım,  indiyə  qədər  onlardan  küsülüyəm.  Bəlkə  novruz 



bayramında, 

bütün küsülülər barışanda barışdım.



 

 

 



 

 

 



Süsən

  



  Sünbülün  

nağılı

 

 

(Nağıl)

 

       



Biri  vardı,  biri  yoxdu,  bir  kənddə  Səltənət 

 

adlı  qoca  bir  arvad  vardı. 



Səltənət  nənənin 

 

iki  ekiz  qız  nəvəsi  vardı.



    

Qızlardan  birinin  adı  Süsən,  o 

birisininki  isə  Sünbül  idi.  İkisinin  də  on  bir  yaşı  vardı.  Qızlar  çox  ağıllı  və 



Yüklə 496,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə