Bu "Nağıllar" kitabının digər nağıllar kitabından fəqrli gözəl cəhəti



Yüklə 496,42 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix18.06.2018
ölçüsü496,42 Kb.
#49584
1   2   3   4   5   6   7   8   9   10   ...   15

       -

Səndən danışmırdıq, ay qarı nənə!

 

        


Süsən  elə  ki  gördü  hava  qaralır,  yığdığı  süsən

-

sünbülləri  arabir  yerə 



atmağa başladı ki, qayıdanda azsalar, onlara baxıb, yolu tanısınlar.

             

        

Az  sonra  onlar  meşəyə  girdilər.  Meşənin  içi  ilə  əvvəl  dar  cığırla,  sonra 

enli cığırla, ondan sonra da cığırsız yaşıllıqla, daha sonra sıx ağacların arası 

ilə 


 

xeyli  yol  getdilər.  Hava  qaralmağa  başlayırdı.  Qızlar  qorxa

-qorxa  bir-

birlərinə baxdılar. Amma qarıya heç nə demədilər.

 

       


Qarı  tez

-

tez  arxaya  dönür,  göy,  eybəcər,  çəp  gözləri  ilə  qızlara  baxırdı. 



Hər  dəfə  qarı  onlara  baxanda  Süsəni  qorxudan  titrətmə  tutur,  o  bacısının 

əlindən daha bərk tuturdu. Sünbül də qorxurdu, amma qorxmağını gizlədirdi.

 

     


Meşə  tamam  qaranlıq  olmuşdu.  Amma  onlar  hələ  yol  gedirdilər.  Birdən 

eşşək  yorulub  dayandı.  Qarı  ona  bir

-iki  çubuq  vurdu

.  Eşşək  yerindən 

tərpənmədi  ki,  tərpənmədi.  Bu  vaxt  qarı  əyilib  eşşəyin  qulağına  nə  isə 

pıçıldadı. Eşşək

  

elə həmən yola düzəldi.



 

     


Bunu  görəndən  sonra  qızlar daha  da  qorxdular.  İkisi də  əsməyə  başladı. 

Başa düşdülər ki, qarı tilsimkar qarıdır.

 

       Qa



rı  qızların  gəlməyini  yoxlamaq  üçün  dönüb  geri  baxdı.  Qaranlıq  idi 

deyən, heç nə görmədi. Qızları səslədi:

 

     -


Səsinizi çıxardın, hardasınız? Mənə yaxın gəlin, əlim sizə dəysin, görüm, 

yaxındasınız?

 

      


Sünbül bir az ürəkli idi. Dilləndi:

 

     -



Hə, qarı nənə, burdayıq, gəlirik.

 

      



Qızlar qarıya yaxınlaşdılar. Qarı əllərini onlara sürtəndə gördü ki, hər ikisi 

tir-


tir əsirlər. Qəhqəhəsi bütün meşəni götürdü:

 

       -



Niyə  belə  tir

-

tir  əsirsiniz?  Nə  olsun  ki,  mən  sehrliyəm,  tilsimliyəm, 



küpəgirənəm.  Qoxmayın,  mən  sizə  pislik  eləmərəm.  İstəyirəm  ki,  siz  mənim 

nəvələrim olasız, mənə kömək eləyəsiz. Mən də öz sehrlərimi, tilsimlərimi sizə 

öyrədim.  Mənim  sehrlərimi  öyrənsəz,  hamıdan  güclü,  hamıdan  varlı  olarsız, 

hamıdan  da  çox  yaşayarsız.  Baxın,  mənim  indi  üç  yüz  yaşım  var,  amma 

hamıdan  güclüyəm.  Nənəngildə  özüm  yerimdən  qalxmadım  ki,  nənən  sizi 

mənimlə göndərsin.

 

     


Qarı o qədər danışdı, o qədər danışdı, qızların

  

qulaqları cingildədi. Qızlar 



ağlaya

-

ağlaya  qarıya  qulaq  asırdılar,  amma  qorxudan  dillənmirdilər.  Axır  ki, 



gəlib qarının komasına çatdılar.

     


      

Qarı dedi:

 

     -


Komanın sınıq

-

salxaq olmağına baxmayın, sehrlidir. Əmr edəndə fırlanır. 



Sizə də tilsim öyrədəcəyəm, fırlanmaq istəyəndə komanı fırladasız. Sizin üçün 

burda  çox  maraqlı  olacaq.  Heyvanların,  quşların  dilini  öyrədəcəyəm  sizə. 

Mənim  nəvəm  olsaz,  üçbaşlı  əjdaha  sizin  qulunuz  olacaq,  sizə  baş  əyəcək. 

İlanlar ətrafınızda dolaşıb, əmrinizi gözləyəcəklər. 

  

    


Sünbül  bacısından  cürətliydi.  Qarını  daha  danışmağa  qoymayıb  sözünü 

kəsdi:


 

      -


Nə  sənin  sehrin,  nə  tilsimin,  nə  də  var  dövlətin  bizə  lazım  deyil,  biz  öz 

nənəmizi, ata

-

anamızı, öz komamızı istəyirik. İndi onlar bizdən nigaran qalıb. 



Eşşəyimizi də qaytar, çıxaq gedək!

 

      



Süsən də cürətləndi:

 



      -

Biz heyvanlarla bir yerdə yaşamaq istəmirik. Sənin kimi nənəmiz olmasını 

da istəmirik! 

  

      



Qarı  qızların  sözlərindən  qəzəbləndi,  ağzından  alov  çıxdı,  hikkəsindən 

gözlərindən qan töküldü, dedi:

 

     -


deyirəm ki, qalmaq istəmirsiz, gedin!

 

      



Qızlar eşşəklərini götürüb, qaranlıqdan qorxmadan yola düzəldilər. Elə bir 

az  getmişdilər  ki,  vəhşi  heyvanlar  onları  dövrəyə  aldı.  Qızlar  qaçıb  ifritənin 

dalında  gizləndilər.  İfritə  onları  komaya  gətirdi.  Əlacı  kəsilmiş  qızlar  ağlaya

-

ağlaya küpəgirən qarının yanında qaldılar.



 

      


İndi gəlin görək, qarı ilə nəvələrini yola salan Səltənət nənə neylədi?...

 

      



Qaranlıq  düşənə  qədər  nənə  nəvələrini  gözlədi.  Elə  ki,  hava  tamam 

qaraldı,  durdu  yola  çıxdı  ki,  gəlib

-

keçəndən  nəvələrini  soraqlasın.  Kimdən 



soruşdu, qızları gördüm deyən olmadı ki, olmadı

     



Arvad qorxuya düşdü. Uşaqların fikri bir yandan, oğluna

-

gəlininə nə cavab 



verəcəyi  qorxusu  da  o  biri  yandan  arvadı  karıxdırdı.  Düz  yollandı  meşəyə. 

Təzəcə  meşəyə  girmişdi  ki,  gördü  araba  cırhacırı  gəlir.  Dayandı,  gözlədi. 

Qaranlıqda gələni tanımadı.

 

Gələn isə nənəni tanıdı:



 

       -


Ay  Səltənət  nənə,  gecənin  bu  vaxtında  hara  gedirsən?  Qorxmursan 

qabağına ayıdan, canavardan çıxa?

 

      


Səltənət  nənə  səsindən  odunçu  oğlu  Əhmədi  tanıdı.  Əhməd  çox  zirək 

oğlan  idi,  hamıya  kömək  edərdi.  Onun  nəvələrindən 

bir-

iki  yaş  böyük  olardı. 



Neçə dəfə Səltənət nənə odun yığanda ona kömək eləmişdi.

 

       



Amma  axır  vaxtlar  nənə  neçə  dəfə  Əhmədi  köməyə  çağırmışdısa  da, 

oğlan özünü eşitməməzliyə vurub, yaxın gəlməmişdi. Nənə elə bilirdi ki, oğlan 

ondan küsüb. Amma nənə bilmirdi ki, Əhmədin başına müsibət gəlib, oğlan iş 

görə bilmir.

 

       


İndi  isə  Əhməd  gecə  vaxtı  nənənin  meşəyə  niyə  getməyinin  səbəbini 

öyrənmək  istəyəndə  arvad  çaşıb  qaldı.  İstəmədi  kənd  camaatı  nəvələrinin 

itdiyini bilsin. Camaat xəbəri bilən kimi oğlu da, gəlini də, haray

-

həşirlə onun 



üstünə gələcəkdilər. Ona görə Əhmədə düzünü demədi.

 

      -



Belimə bağladığım şalı yadımdan çıxartmışam, ağacda qoymuşam.

 

       



Əhməd əl çəkmədi:

 

        -



Nənə,  mən  səni  qaranlıqda  tək  meşəyə  buraxa  bilmərəm,  heç  olmasa, 

gəl mənimlə gedək, şalı götür.

 

        


Nənə  oğlanı  başdan  eləmək

  

istəyirdi  ki,  meşədə  bərkdən  nəvələrini 



səsləyə bilsin:

 

        -



Yox  ay  bala,  meşədən  gəlirsən,  yorulmusan,  özüm  yerini  bilirəm, 

taparam. 

        

Əhməd yolun qırağındakı daşın üstündə oturdu:

 

        -



Yaxşı,  istəmirsənsə

  

mən  səninlə  gedim,  burdacana  gözləyirəm  ki, 



qorxmayasan, get şalını götür, gəl!

 

        



Oğlan  gördü ki, nənə yerindəcənə dayanıb, səsi çıxmır. Durdu, nənəyə 

yaxınlaşdı:

 

     -


Nənə, nə olub sənə, niyə getmədin, kirimişcə durdun?

 

      



Əhməd  gördü  ki,  nənə  gözlərinin  yaşını  sel  kimi  tökür.  Elə  ağlayır,  elə 

ağlayır, əzizi ölmüş adam kimi. Oğlan nənədən soruşdu:

 



Yüklə 496,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə