Bu "Nağıllar" kitabının digər nağıllar kitabından fəqrli gözəl cəhəti



Yüklə 496,42 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix18.06.2018
ölçüsü496,42 Kb.
#49584
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

     

Onlar  meşə  yolu  ilə  az  getdilər,  çox  getdilər,  gəlib  küpəgirən

 

qarının 


komasının yaxınlığına çatdılar. Baxdılar ki, Süsən komanın həyətində ağlaya

-

ağlaya  odun  yarır.  Qız  o  qədər  odun  doğramışdı  ki,  yorğunluqdan  baltanı 



güclə qaldırırdı.

 

     



Nənə onu görən kimi istədi «Süsən», deyə qışqırsın. Əhməd qoymadı, əli 

ilə nənənin ağzını tutdu:

 

       -


Nə edirsən? Küpəgirən qarı eşitsə səsini, başımıza oyun gətirər, bilsə ki, 

qızları aparmağa gəlmisən, onları da məhv edər, bizi də.

 

        


Səltənət  nənə gördü ki,  Əhməd  düz  deyir.  Bir  tərfdə  kirimişcə  dayandı. 

Ağacın  dalında  gizləndilər.  Əhməd  yavaşdan  Süsəni  çağırdı.  Qız  səs  eşidib 

onlara tərəf gəldi. Nənəsini görüb sevindi, qucaqlayıb öpdü. Nigaran nənəsinə 

Sünbülün  sağ

-

salamat  olmasını  çatdırdı.  Nənə  bir  az  sakitləşdi.  Süsən  də 



nənəsinə

  

Əhməd deyəni dedi:



 

        -

Sizi  küpəgirən  görsə,  hamımız  məhv  olarıq.  Onu  ancaq  çiməndə 

öldürmək  olar.  Çünki  soyunanda  üstündə

  

sehrli  nəyi  varsa,  çıxarıb  yerə 



qoyur. Sehrli çubuğu və sehrli darağı qarıda olsa, ona heç kəsin gücü çatmaz.

 

        



Bunu  deyəndən  sonra  qız  qaçıb  komaya  girdi.  Sünbül  yemək  bişirirdi. 

Küpəgirən  qarı  isə  qara  pişiyin  bitlərini  təmizləyirdi.  Süsən  birtəhər  Sünbülü 

başa  saldı  ki,  nənəsi  Əhmədlə  onları  xilas  eləməyə  gəliblər.  Sünbül  də 

sevindi. Küpəgirən qarı onların pıçıldaşmağından şübhələndi:

 

        -



Məndən  nə  danışırsız,  balaca  küçüklər?  Deməsəz,  fal  açaram, 

fikrinizdəkini özüm oxuyaram!

 

        


Qızlar qorxdular. Sünbül tez dedi:

 

       -



Qarı nənə, sən bizim nənəmizsən, səndən bizim gizli nə söhbətimiz olar 

ki?  Süsən  deyir  ki,  istəyirəm  koma  fırlansın,  biz  də  komanın

 

içərisində 



fırlanaq.

 

        -



Hə, dayanın, bu saat sizi fırladaram, 

qarı dedi və əlindəki sehrli çubuğu 



üç dəfə yerə vurub əmr etdi, 

- sehrli çubuq, sehrli  

çubuq, fırlat komanı, mən 

bəsdir, deyənə qədər!

 

         



Koma  bərkdən  silkələndi.  Əvvəlcə  yavaş

-

yavaş,  get



-

gedə  isə  bərkdən 

fırlanmağa  başladı.  O  qədər  fırlandı  ki,  qızların 

 

başları  gicəlləndi.  Hər  ikisi 



qışqırdı:

 

       -



Bəsdir, qarı nənə, başımız gicəlləndi!

 

       



Qarı isə qəhqəhə çəkib gülməyə başladı və qışqırdı:

 

       -



Bir də məndən gizlin heç nə danışmazsız!

 

        -



Hə  qarı  nənə,  danışmarıq,  dayandır  komanı, 

deyib  qızlar  qarıya  söz 



verdilər.

 

        



Qarı  komanı  o  qədər  fırlatdı  ki,  qızlar  bihuş  olub  yerə  yıxıldılar.  Qarı 

çubuğu yerə vurub dedi:

 

        -



Sehrli çubuqlar, dayandırın komanı!

 

         



Koma  dayandı.  Qara  pişik  gəlib  qızların  yanında  bərkdən  silkələndi. 

Onun bitləri qızların üzlərinə tökülən kimi qızlar ayıldılar. Qarı dedi:

 

        -



Əyləndiyiniz bəsdir. İndi gedin, ocaq yandırın, çimim!

 

         



Sünbül ocağı  yandırmağa, Süsən isə su daşıyıb  yekə  qazanın  içərisini 

su ilə doldurmağa başladı. Yüz vedrə su tökəndən sonra qazan doldu. Süsən 




qazanın qapağını qoydu ki, su tez qaynasın. Sünbül də ocağın odununu çox 

qoydu ki, qazan tez qaynara düş

sün. 

         



Günortaya  yaxın  qazan  pıqqapıqla  qaynamağa  başladı.  Qazanın  suyu 

qaynayan  kimi  qarı  pişiyini  gətirib  atdı  qaynayan  suya.  Pişiyin  səsi  meşəni 

götürdü. 

        -

Hə,  indi  çimmək  olar, 

-

qarı  dedi  və  başından  dişləri  tökülmüş  sehrli 



darağını  çıxartdı.  Əlindəki  sehrli  çubuğu  yerə  qoydu.  Qızlara  da  tapşırdı  ki, 

onlardan göz olsunlar. Özü də soyunub qazanda qaynayan suya girdi.

  

        


Əhməd elə bunu gözləyirdi, Səltənət nənəyə dedi:

 

         -



Nənə,  mənim  əllərim  heç  nə  götürə  bilmir.  Sən  ağacın  üstündəki 

saqqızlardan  götür,  sürt  qazan  qapağının  qıraqlarına.  Amma  elə  et  ki, 

küpəgirən görməsin.

 

      



Səltənət nənə 

 

Əhməd deyən kimi elədi. Qazan elə böyük idi ki, küpəgirən 



onu  görmədi.  Süsənlə  Sünbül  isə  tez  qazanın  qapağını  üstünə  qoydular. 

Sonra  da  ocağın  altına  yekə

-

yekə  odunlar  doldurdular  ki,  qazan  yaxşı 



qaynasın. 

  

         



Küpəgirən qarı qazanın qapağını nə qədər qaldırdı, qapaq açılmadı ki, 

açılmadı.  Səsi  kəsilənə  qədər  qışqırdı.  Sonra  da  tilsimli  pişiyi  ilə  bərabər 

cəhənnəmə vasil oldu.

 

         



Tilsim sındı. Koma o qədər fırlandı ki, yer aralandı, girdi yerin altına.

 

          



Süsənlə  Sünbülün  canı  ifritədən  qurtuldu.  Əhmədin  qollarına  qüvvət 

gəldi. O, sevindiyindən Səltənət nənəni

 

evlərinə qədər qolları üstündə apardı. 



   

         

Səltənət  nənə  isə  şad  olub,  şadyanalıq  elədi.  Təndir  qalayıb  çörək 

bişirdi. Bütün kənd camaatını isti təndir çörəyinə qonaq elədi. Onlar yeyib, içib, 

diləklərinə 

 

çatdılar. Biz də yeyək, içək, arzu



-

muradımıza yetişək!

 

 

 



Təbrizlilərlə zülmkar şahın nağılı

 

 

(Nağıl)

 

Biri var idi, biri yox idi, qədim zamanlarda Təbriz məmləkətində Təhmasib adlı 



zülmkar bir padşah vardı. Rəiyyətinin güzəranı şahı çox az düşündürərdi. O, 

vergi  yığılmasına  daha  çox  diqqət  yetirər,  bir  də 

 

kef  məclisləri  qurmağı 



xoşlardı.

 

       



Şah  özü  kimi  qəddar  birisini  –

 

Allahqulu  bəy  Ustaclını  Təbriz  darğası 



qoymuşdu.  Camaat  Allahqulu  bəyin  zülmündən,  haqsızlığından  cana 

doymuşdu.  Allahqulu  bəy  isə 

 

şahın  gözündə  işgüzar  adam



   kimi  ucalmaq 

üçün sənətkarlıq vergisini, divan vergisini günü gündən artırırdı.

 

        


Yoxsulluqdan  təngə  gəlmiş  camaat  həm  vergini  verə  bilmir,  həm  də 

səslərini çıxarmağa, etiraz eləməyə qorxurdular.

 

       


Allahqulu  bəyin  Mustafa  adlı  bir  mulazimi,  yəni  vergi  yığanı 

 var  idi. 

Mustafa  çox  pis  adamdı.  Özü  də  həm  çox  danışan,  həm  də  zəhlətökəndi. 

Girdiyi  həyətdən  vergi  almamış  çıxmazdı.  Ev  sahibi  vergini  verə  bilməsəydi, 




Yüklə 496,42 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə