Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini



Yüklə 50,29 Kb.
Pdf görüntüsü
tarix26.03.2018
ölçüsü50,29 Kb.
#34221


Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini

prinsiplərini, istiqamətlərini, təşkilati

-

hüquqi əsaslarını müəyyən edir və bu 



sahədə yaranan münasibətləri tənzimləyir.

 

 



I fəsil

 

Ümumi müddəalar



 

 

Maddə 1. Əsas anlayışlar 



 

 

1.0. Bu 



Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

1.0.1. gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal 



iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai

-siyasi, sosial-iqtisadi, 

təşkilati

-

hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemi;



 

1.0.2. gənclər 

yaşı 14


-

dən 29


-

dək olan şəxslər;

 

1.0.3. gənc ailə 



yaşı 35


-

dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan 

ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35

-

dən çox olmayan tək valideyn;



 

1.0.4. istedadlı gənclər 

təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə 



xüsusi qabiliyyəti olan gənclər;

 

1.0.5. gənclər təşkilatları 



gənclərin problemlərinin həlli, hüquqlarının müdafiəsi, mənəvi 

tələbatlarının ödənilməsi və s. məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada 

yaradılan qeyri

-

hökumət təşkilatları (ictimai birliklər və fondlar). 



 

 

Maddə 2. Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının 



qanunvericiliyi 

 

 



Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan 

Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ

-

hüquqi aktlardan və 



Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 

 

 



Maddə 3. Gənclər siyasətinin məqsəd və

 

prinsipləri 



 

 

3.1. Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli 



və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, 

sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək 

etməkdir.

 

3.2. Gənclər siyasətinin əsas prinsipləri aşağıdakılardır:



 

3.2.1. gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri 

əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət

-

ənənələrinə, dövlət dilinə və 



rəmzlərinə, milli

-

mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması;



 

3.2.2. cəmiyyətin ictimai

-siyasi, sosial-

iqtisadi və mədəni həyatında gənclərin fəal 

iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümu

mmilli 


problemlərin həllinə səfərbər olunması;

 

3.2.3. gənclər siyasətinin həyata keçirilməsi zamanı qadın və kişilərin hüquq 



bərabərliyinə riayət edilməsi;

 

3.2.4. qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, yaşa görə gənclərin 



hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi. 

 

 



Maddə 4. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri 

 

 




4.0. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

 

4.0.1. gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, dövlət proqramlarının 



hazırlanması və həyata keçirilməsi;

 

4.0.2. hüquqi və fiziki şəxslərin gənclərlə iş sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi;



 

4.0.3. gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması 

sahəsində tədbirlərin həyata keçirilməsi;

 

4.0.4. gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sahibkarlıq fəaliyyəti, 



bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində tədbirlərin həyata 

keçirilməsi;

 

4.0.5. gənclər siyasəti sahəsində informasiya təminatının həyata keçirilməsi;



 

4.0.6. gənclərin hərbi xidmətə hazırlanması;

 

4.0.7. gənclər siyasəti sahəsində tədbirlərin maliyyələşdirilməsi;



 

4.0.8. gənclərin vəziyyətinin təhlili və problemlərinin həlli ilə əlaqədar elmi 

araşdırmaların aparılmasının təşkili;

 

4.0.9. Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə, o 



cümlədən xarici ölkələrdə yaşayan gənc həmvətənlərlə qarşılıqlı əlaqələrinin inkişafına 

imkan və şəraitin yaradılması;

 

4.0.10. dünya gəncləri arasında sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın 



gücləndirilməsi, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial və 

humanitar sahələrə yönəldilmiş fəaliyyətin stimullaşdırılması məqsədi ilə Gənclər

 

Fondunun yaradılması



 

4.0.11. gənclər siyasəti sahəsində kadrların hazırlanmasının təmin olunması;

 

4.0.12. istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və inkişafına yönəldilmiş tədbirlərin 



həyata keçirilməsi;

 

4.0.13. gənclərə ailə planlaşdırılması və reproduktiv sağlamlıq sahəsində biliklərin 



verilməsi, bu sahədə xidmət göstərən müəssisələrin işinin təkmilləşdirilməsi. 

 

 



II fəsil

 

Gənclər siyasətinin əsas istiqamətləri



 

 

Maddə 5. Gənclərin mənəvi



-

əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı 

 

 

5.1. Müvafiq icra hakimiyyəti orqanları gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi 



məqsədi ilə hərbi

-

tətbiqi idman növlərinin və hərbi



-

idman oyunlarının keçirilməsi, 

gənclərin mədəni

-

kütləvi tədbirlərə cəlb edilməsini.



 

5.2. Dövlət gənclərin dünyagörüşünün formalaşmasına, mənəvi

-

əxlaqi tərbiyəsinə 



yönəlmiş televiziya və radio verilişlərinin, teatr tamaşalarının və filmlərin 

hazırlanmasına, ədəbiyyatın və mətbuat orqanlarının nəşrinə kömək göstərir.

 

5.3. Müvafiq icra hakimiyyəti orqanları gənclərin mənəvi



-

əxlaqi tərbiyəsi, onlar arasında 

cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan 

qaldırılması, habelə cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərin sosial 

adaptasiyası üçün tədbirlər həyata keçirirlər.

 

5.4. Gənclərin və gənclər təşkilatlarının teatr, konsert və sərgi salonlarından, yaradıcılıq 



emalatxanalarından, studiyalardan, laboratoriyalardan istifadəsi üçün müvafiq icra 

hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən güzəştlər müəyyən edilə bilər. 

 

5.5. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və 



asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya 

yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən edilmiş qaydada “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılır.

 



 

Maddə 6. İstedadlı gənclərə dövlət qayğısı 

 

 

6.1. Sosial və maddi vəziyyətindən asılı olmayaraq istedadlı və yaradıcı gənclərin 



təhsilini davam etdirməsinə dövlət təminat verir.

 

6.2. Sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərə təhsilini başa vurduqdan sonra 



qaytarmaq şərti ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər verilə bilər.

 

6.3. Dövlət istedadlı gənclərin Azərbaycan Respublikasında və onun hüdudlarından 



kənarda müasir peşə və ixtisaslar üzrə təhsil almalarına, təcrübə keçmələrinə şərait 

yaradır.


 

6.4. İstedadlı gənclərin həvəsləndirilməsi məqsədi ilə dövlət və yerli özünüidarəetmə 

orqanları, hüquqi və fiziki şəxslər xüsusi təqaüd, mükafat və müavinətlər təsis edə 

bilərlər. 

 

 

Maddə 7. Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı 



 

 

7.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən gənclərə tibbi yardımın göstərilməsi, 



asudə vaxtın təşkili sahəsində tədbirlər həyata keçirilir.

 

7.2. Təhsil sistemində tibbi xidmət təşkil olunur. Müvafiq icra hakimiyyəti orqanları təhsil 



müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbələrin hər il kompleks tibbi 

müayinədən keçirilməsini təmin edirlər.

 

7.3. Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən 



i

stifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

7.4. Gənclərin bələdiyyə mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən 



istifadə qaydaları yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilir. 

 

 



Maddə 8. Gənclərin məşğulluğunun təmin edilməsi 

 

 



8.1. Dövlət yeni iş yerləri yaratmaq, əmək birjaları, peşə hazırlığı, yenidən hazırlanma 

və ixtisasartırma kurslarının təşkili yolu ilə gənclərin işlə təmin olunmasına kömək 

göstərir. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları gənclərin müvəqqəti 

məşğulluğunu təmin etmək məqsədi ilə onların ödənişli ictimai işlərə cəlb olunmasını 

təşkil edirlər.

 

8.2. Ordudan tərxis olunmuş, həmçinin özəlləşdirilən müəssisə və təşkilatlardan azad 



olunmuş gənclərin yeni peşələrə yiyələnməsi, ixtisaslarının artırılması və məşğulluğu ilə 

bağlı müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən proqramlar 

hazırlanır və həyata keçirilir.

 

8.3. Dövlət orqanları müvafiq proqram və layihələri həyata keçirməklə gənc fermer və 



digər sahibkarlara yardım edir.

 

8.4. Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə 



köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq 

istəyən gənclər qanunvericilikdə müəyyən olunmuş

 

qaydada torpaq sahələri və güzəştli 



kreditlərlə ilk növbədə təmin olunurlar. 

 

8.5. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi, işçilərin sayının və 



ştatlarının ixtisarı halları istisna olmaqla, gənclərin həqiqi hərbi xidmətdə olduğu müddət

 

ərzində mülkiyyət növündən və təşkilati



-

hüquqi formasından asılı olmayaraq 

müəssisələrdə iş yeri və vəzifəsi saxlanılır.

 

 



 

Maddə 9. Gənc ailələrə dövlət yardımı 

 

 

9.1. Yaşayış evi tikmək və ya mənzil almaq, ev təsərrüfatı yaratmaq üçün gənc ailələrə 




həcmi

 

və verilmə qaydası qanunvericiliklə müəyyən edilən güzəştli ipoteka kreditləri və 



ssudalar verilir.  

9.2. Müvafiq icra hakimiyyəti orqanı gənc ailələrlə bağlı sosioloji

-

tədqiqat işlərinin 



aparılmasını təmin edir və informasiya bankını yaradır.

 

 



 

Maddə 10.

 

Gənclər təşkilatlarına dövlət yardımı 



 

 

10.1. Dövlət gənclər təşkilatlarının formalaşmasına və inkişafına şərait yaradır.



 

10.2. Gənclər təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun 

hazırlanmış proqramlar (layihələr) müsabiqə əsasında seçilərək dövlət büdcəsinin 

vəsaiti hesabına maliyyələşdirilə bilər. Proqramların (layihələrin) maliyyələşdirilməsi 

üçün tələb olunan vəsait müvafiq icra hakimiyyəti orqanının xərclər smetasına daxil 

edilir.  

10.3. Gənclər siyasəti sahəsində proqramların (layihələrin) həyata keçirilməsi gənclər 

təşkilatlarına həvalə edilə bilər.

 

 

III fəsil



 

Gənclər siyasətinin həyata keçirilməsinin

 

təşkilati, maddi və maliyyə təminatı



 

 

 



Maddə 11. Gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində 

gənclərin iştirakı 

 

 

Gənclər bilavasitə və ya yaratdıqları təşkilatlar vasitəsi ilə dövlət orqanları qarşısında 



təkliflər irəli sürə, müvafiq qanunvericilik aktlarının hazırlanmasında, gənclər siyasətinin 

əsas istiqamətlərinə uyğun proqramların həyata keçirilməsində iştirak edə bilərlər. 

 

 

Maddə 12. Gənclər siyasətinin həyata keçirilməsində yerli özünüidarəetmə 



orqanlarının iştirakı 

 

 



12.1. Yerli özünüidarəetmə orqanları öz səlahiyyətləri daxilində gənclərin sosial

-

hüquqi 



müdafiəsinə yönəlmiş proqramlar hazırlayıb həyata keçirə bilərlər. Bu proqramlar 

əsasında qəbul olunan qərarlar gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərinə 

uyğun olmalıdır.

 

12.2. Gənclər siyasətinin həyata keçirilməsində müvafiq icra hakimiyyəti orqanları 



tərəfindən yerli özünüidarəetmə orqanlarına təşkilati və metodiki kömək göstərilir. 

 

 



Maddə 13. Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə 

təminatı 

 

 

13.1. Gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı 



fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər 

qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində 

onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə 

edilməsinə yol verilmir.

 

13.2. Gənclər



 

siyasəti tədbirləri dövlət büdcəsinin vəsaiti, habelə qanunvericiliklə 

qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 



 

Maddə 14. Yekun müddəaları 

 

 

14.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.



 

14.2. Bu Qanunun qüvvəyə mindiyi gündən "Dövlət gənclər siyasəti haqqında" 

Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 

1991-


ci il, № 24, maddə 446) qüvvədən düşmüş hesab edilir. 

 

 



 

QEYD: 


 

 

Bu qanun Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 6



 may 2002-ci 

il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 may 2007



-ci il tarixli 

Sərəncamı ilə qanuna dəyişikliklər və əlavələr edilmişdir.



 

 

Yüklə 50,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə