Bu quşun adı "hinduşka" dilimizə rus dilindən keçib индюк, индюшка hindliyə



Yüklə 62,99 Kb.
Pdf görüntüsü
tarix11.03.2018
ölçüsü62,99 Kb.
#31134


Bu quşun adı – “hinduşka” dilimizə rus

dilindən keçib (индюк, индюшка – hindliyə



xas olan). Orta əsrlərdə Avropa və Asiyanın

bəzi ölkələrində ona “hind toyuğu”, digər 

-

lərində “ispan toyuğu”, Britaniya ada larında



“türk toyuğu” deyir 

dilər. İngilis dilində bu

quşun adı indi də “turkey”dir. Amma hind

toyuqlarının vətəni nə Hindistan, nə İspaniya,

nə də Türkiyə 

dir. Onlar Şimali Amerikada

yaşayıblar, buradan da cənuba yayılıblar.

Avropaya isə hind toyuğunu ilk dəfə 1519-cu

ildə ispan də niz çiləri Meksikadan gətiriblər. 

1547-1577-ci illərdə yazılmış “Yeni İspa -

niyanın ümumi tarixi” kitabında asteklərin

təcrü bə sinə istinad edilərək bildirilir ki, hind

toyuğu əti sağlamlıq üçün xeyirlidir: “Əgər

xəstənin mədəsi tamam pozularsa, ... qoy iki-

üç dəfə qaynadılmış hind toyuğunun bulyo nu -

nu içsin. Xəstəlik keçəcək. Sonra yesin”. 

Beləliklə, “hind toyuğu” Avropa və Asi yaya

məhz İspaniyadan yayılıb. Buna görə də ilk

vaxtlar onun bir sıra ölkələrdə “ispan toyuğu”

44

HİND, İSPAN, YOXSA TÜRK



TOYUĞU

7

7

Oxu vä söz ehtiyatı

1. Hinduşka quşunun vətəni, eləcə də bu sözün mənşəyi və morfoloji

tərkibi ilə bağlı mülahi zələrinizi söyləyin.



ASTEKLƏR

Asteklər orta əsrlərdə Şi 

-

mali Ame rikanın Mexiko va 

-

disində ya 

şamış hindu

xalqlarının adı 

dır. XIV-XVI

əsrlərdə mövcud olmuş Astek

dövlətinə indiki Mek 

si kanın

böyük bir hissəsi daxil idi.

Astek sivili 

zasiyası zəngin

elmi, mədəni irsə malik ol 

-

muşdur. Böyük kitabxa 

na -

larda dini ayinləri və tarixi

hadisələri təsvir edən pikto-

qrafik kitablar (ko 

dekslər)

top lanırdı. Astek 

lərin heca-

söz sisteminə əsas 

lanan öz

yazı sistemləri və təqvimləri

olmuşdur.

1521-ci ildə ispan konkis ta -

dorları Astek dövlətini zəbt

etdikdən sonra asteklər Ame -

ri ka nın müxtəlif guşələrinə

yayıl mışlar.

Bu maraqlıdır

2. 1-ci abzasda rast gəl -

diyiniz üç mühüm mə lu -

matı tezislər şəklində

ifa də edin.  Onların ara -

sından ən mühümünü

seçin.


3.  Sizcə, nə üçün Av 

-

ropada bu quşu həm də



“hind toyuğu” adlandırır -

dılar?



kimi tanınmasını başa düşmək olur. Bəs “türk

toyuğu” ifadəsi ingilislərin dilinə ne cə düşüb?

İlk ba 

xışdan qəliz görünən bu sualın da



cavabı sadədir: hind toyuğu ətinə bri 

ta ni -


yalıları türk tacirləri alışdırıblar. Türk 

lərin


satmağa gətirdikləri quşlar ingilis 

lərin çox

xoşuna gəlib. Britaniyalılar “turkey” adı

verdikləri bu quşların yeni növ lə rini yetişdirib -

lər və onları tamamilə ev şəraitinə uyğun laş -

dırıblar. 1580-ci illərdə İngiltərədə Ye ni il axşamı

masaya bütöv bişirilmiş hind toyuğu qoymaq

adəti yaranıb. Maraqlıdır ki, hind toyuğunun

əsl vətəni Şimali Ame rikaya eyni adəti məhz

britaniyalı köçkünlər gə tiriblər.

İngilislər Şimali Amerikaya gələnədək yerli

əhali vəhşi hind toyuğuna “furkee” deyib. Bu

sözün nə məna verdiyi məlum deyil; ola bilsin

ki, insanlar quşun çıxardığı səsi ona ox şa -

dıblar.

XIX əsrin sonlarından hind toyuğu Amerika



Birləşmiş Ştatlarının milli sim vollarından biri

sayılır. Əvvəlcə amerikalılar ağbaş şahini –

kondoru ölkənin rəmzi seçmək istəyiblər.

Amma ABŞ-ın məşhur dövlət xadimi Ben-

camin Franklin hind toyuğunu təklif edib:

“Doğ rusu, vəhşi hind toyuğu daha dəyərli

quş dur… O, cəsarətli quşdur; yaşadığı fer -

manın həyətinə soxulmaq fikrinə düşən Bri-

taniya əsgərinin üzərinə hücum etməkdən

çəkinməz”.

8. “Bulyon” sözünün mənasını izah edin. Bulyon şorbadan nə ilə fərq -

lənir?


9. Aşağıdakı cümlələri tamamlayın və onları xronoloji ardıcıllıqla düzün.

l

O dövrdə ... “Şərqi Hindistan” adlandırıldığına görə bu quşa “hind toyuğu”



adı qoydular.

l

Hind toyuğunu Avropaya ispan dənizçiləri gətirdiyinə görə onu ... adlan -



dırdılar.

l

Amerikanın yerli əhalisi bu quşu ... adlandırırdı.



l

İngilislər hind toyuğunu ilk dəfə türk tacirlərindən aldıqlarına görə ona ...

deyirdilər.

l

Hind toyuğunun vətəni ... olmuşdur. 



45

4.  Mətndə və “Bu ma -

raq lıdır” 

rubrika sında

verilmiş məlumatlardan

istifadə etməklə müəy yən -

ləşdirin: XVI əsrdə “Yeni

İspa ni ya”  dedikdə  hansı

ölkə nəzərdə tutulurdu?

5.  Nəyə görə brita 

ni 

-

yalıları hind toyuğu ətinə



məhz türk tacirləri alış -

dırdılar? Bu suala cavab

vermək üçün xatırlayın:

nə üçün Vasko da Qama

Hindistana getmək üçün

Afri kanı dolanmalı oldu?

6. Ümumi tarix fənni

üzrə biliklərinizə əsasla na -

raq Bencamin Frank li nin

nitqindəki  son  cüm   ləni

izah edin.

7. Dünya tarixi üzrə

hansı bilikləriniz bu mətn -

dəki məlumatları daha də -

rindən mənimsəməyə kö -

mək etdi? Həmin bilik 

-

lərdən yararlanaraq mətni



genişləndirin və nəql

edin.



10. Aşağıdakı mətni oxuyun və su-

allara cavab verin.

BƏXTİ GƏTİRMƏDİ

O özünə gələndə bütün bədəni

ağrıyırdı. Gözlərini açdı və sual dolu

nəzərlərlə çarpayısının yanında əyləş -

miş tibb bacısına baxdı.

– Cənab Fudzima, – tibb bacısı dil -

ləndi, – sizin bəxtiniz gətirib. Siz iki gün

əvvəl Xirosimadakı atom bombard ma -

nından sağ çıxmış az saylı sakinlər dən -

siniz.


– Bəs indi mən haradayam, – deyə

xəstə zarıldadı.

– Naqasakidə, – tibb bacısı cavab

verdi.


Ø Nəyə görə mətn “Bəxti gə tirmədi”

adlandırılıb?

Ø Bu mətni anlamaq üçün sizə hansı

bilikləriniz kömək etdi?

11. 

Verilmiş fikirləri daha aydın və konkret şəkildə izah



etməyə çalışın.

1. Əslində, hind toyuğunun Hindistan və hindlilərlə heç bir əlaqəsi yoxdur: ...

2. Hind toyuğunun əvvəllər ispan toyuğu adlandırılmasının səbəbi sadədir: ...

3. Şərqdə ilk opera Azərbaycanda bəstələnmiş və səhnələşdirilmişdir: ...

4. Cümlədə söz sırasını müəyyən edən norma vardır: ...

5. Orfoepiya qaydalarına görə, sözün sonunda bəzi cingiltili samitlər öz kar

qarşılığı ilə əvəz olunur, yəni ...

6. Rozet daşı qədim dünya tarixinin öyrənilməsində yeni səhifə açdı: ...



Cütlərlə iş

46

NİTQ  BACARIQLARI



Oxu bacarığını necə inkişaf

etdirməli

Hər bir mətn oxucudan müəyyən intellek-

tual hazırlıq – söz ehtiyatı, dünyagörüşü,

konkret biliklər tələb edir. Hazırlıq səviy -

yəniz nə qədər yüksəkdirsə, bir o qədər

çətin mətnləri mənimsəyə biləcək 

siniz.

Bunun üçün də:



l

Yalnız zövq üçün oxumayın, araş dır -

maqla oxuyun.

l

Əmin olun ki, oxuduğunuz mətndə sizin



üçün heç bir qaranlıq məqam qalmadı.

l

Tanış olmayan sözlərin, şəxs, coğrafi və



s. adların üstündən keçməyin, onları

araşdı rın. Bu, mətni daha dərindən

anlamağa kömək edir.

l

Mətni oxuyub bitirdikdən sonra özünüzə



sual verin: “Mən bu mətndən yeni nə

öy rən dim?”

Əlbəttə, ilk dövrlərdə bu cür oxu insandan

böyük səbir, vaxt, zəhmət tələb edir. Lakin

illər keçdikcə siz bu zəhmətin bəhrəsini

görəcəksiniz.

Dil qaydaları



12. 

Verilmiş mürəkkəb cümlələrin tərkib hissələri arasındakı

məna əlaqə sinə, eləcə də durğu işarələrinə diqqət edin və aşağıdakı

tapşırığı yerinə yetirin.

l

İlbizlərin bir çoxu əzələlərin yığılması və açılması ilə hərəkət edir; orta hərəkət



sürəti dəqiqədə 5-6 sm-dir.

l

İlbizlər çox yavaş hərəkət edir: orta hərəkət sürəti dəqiqədə 5-6 sm-dir.



Ø

Hansı cümlədə tərkib hissələri arasındakı durğu işarəsini “yəni”

bağlayıcısı ilə əvəz etmək olar?

Ø Aşağıdakı qaydalarda nöqtələrin yerinə müvafiq olaraq “qoşa nöqtə” və ya

“nöqtəli vergül” ifadələrini işlədin.

13. Boşluqların yerinə uyğun gələn durğu işarəsini müəy yənləşdirin.

l

Fransız rəssamı Pol Sezannın çəkdiyi “İri almalar” natürmortu incəsənət



tarixində ən bahalı əsərlərdən biridir 

1993-cü ildə bu əsər Nyu-York

hərracında 26 milyon dollara satılmışdır.

l

Hammurapi qanunlarının bir çoxu ədalətli idi 



bu qanunlar qəsdən adam -

öldürmə ilə ehtiyatsızlıqdan adamöldürməni fərqləndirirdi.

l

Bağayarpağının 200-dən çox növü məlumdur 



bir çox növləri adi alaq

otudur.


l

Qorxu və ümid bir-birinə bağlıdır 

qorxusuz ümid, ümidsiz qorxu ola bilməz.

1. Aydınlaşdırıcı cümlə ümumilik bildirən cümlədəki fikri konkret -

ləşdirdikdə tərkib hissələri arasında ... qoyulur.

2. Aydınlaşdırıcı cümlə ümumilik bildirən cümlədəki fikri geniş -

ləndirdikdə tərkib hissələri arasında ... qoyulur.

Analiz

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissə -

lər dən biri ümumilik bildirir, ikincisi isə onu aydınlaşdırır. Bu tərkib

his sələri əksər hallarda bir-birinə intonasiya ilə bağlanır və yazıda

onların arasında qoşa nöqtə və ya nöqtəli vergül qoyulur: 

u

Həyat dağ cığırlarına bənzəyir: yoxuşlar və enişlər bir-birini əvəz edir.

u

Heç nə yaxşılıqla müqayisə edilə bilməz; insan yaxşılığı ilə yadda qalır.

Bəzi hallar da aydınlaşdıran cümlədən əvvəl “yəni” bağlayıcısından

istifadə edilir:

u

Pifaqorçuların fəlsəfəsində ədədlər xüsusi məna kəsb edirdi, yəni hər

ədədin arxasında müəyyən anlayış dayanırdı.

QRAMMATİKA



TABESİZ MÜRƏKKƏB CÜMLƏLƏRDƏ MƏNA ƏLAQƏLƏRİ

(aydınlaşdırma əlaqəsi)

47



14. Verilmiş cümlələri oxuyun. Məna əlaqələri ara sındakı fərqi müəyyən -

ləşdirin.

1. Həyat dalğalı dənizə bənzəyir, yəni batmaq ehtimalı həmişə var. 

2. Həyat dalğalı dənizə bənzəyir, amma sevgi kompası olanlar bu dənizdə

batmazlar. 

15. Cümlələrdə nöqtələrin yerinə hansı bağlayıcılar uyğun gəlir?

l

On dərviş bir kilimə sığışar, ... iki padşah bir ölkəyə sığışmaz. (Sədi)



l

Bu mətni heç cür qavraya bilmirəm. ... oxuyanda diqqətim yayınır, ... bu mətn

üçün hazırlığım kifayət səviyyədə deyil.

16. 


Verilmiş cümlənin tərkib hissələri arasındakı məna əlaqəsini

müəyyən 


ləş 

di 


rin. Müvafiq bölüşdürmə bağlayıcısı əlavə etməklə

cümləni dəyişdirin. Cümlələr arasındakı məna fərqini müəyyən edin.

17. Aşağıdakı iki aforizmi və onların mənaları arasındakı fərqi şərh edin.

Onlardan hansının tabesiz mürəkkəb cümlə olduğunu deyin. 

l

Siz vaxtı itirirsinizsə, vaxt da sizi itirir. 



l

Siz vaxtı itirirsiniz, vaxt isə sizi itirir. 

Günün qürub çağı quşlar cəh-cəh vurur, meşənin dərinliyindən hansısa

heyvanın əcaib səsi eşidilir, ağacların xışıltısı adamı vahiməyə salırdı.



Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələri təşkil edən

sadə cümlələrdə iş, hadisə bir-biri ilə qarşılaşdırılır. Bu qarşılaşdırma

bəzən ziddiyyət, bəzi hallarda müqayisə şəklində özünü göstərir.

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin komponentləri

qarşılaşdırma bağlayıcıları və ya intonasiya ilə əlaqələnir.

u

Yaxşılıq hər şeyi məğlub edir, lakin özü heç vaxt məğlub olmur. 

u

Savadsızlar elmə heyran olur, müdriklər isə ondan bəhrələnirlər. 

u

Qorxaq yüz dəfə ölür, igid bir dəfə.



Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrin komponen tlə -

rin  də iş və hadisə ya növbə ilə bir-birini əvəz edir, ya da iki işdən

yalnız birinin mümkün olduğu nəzərə çatdırılır. Bu komponentlər bir-

biri ilə bölüş dürmə bağlayıcıları ilə bağlanır.

u

Gah yağış yağır, gah da gün çıxıb ətrafı nura bo ya yırdı.

u

Ya biz imtahana yaxşı hazırlaşmalıyıq, ya da universi te tə qəbul



olmaq ehtimalımız xeyli azalacaq.

QRAMMATİKA



TABESİZ MÜRƏKKƏB CÜMLƏLƏRDƏ MƏNA ƏLAQƏLƏRİ

(qarşılaşdırma və bölüşdürmə əlaqələri)

Analiz

48



18. Cümlələr arasında uyğunluğu müəyyən edib mürəkkəb cümlələr

yaradın. Tərkib hissələri arasında bağlayıcını və məna əlaqəsini

müəyyənləşdirin.

19. Boşluqlara uyğun gələn durğu işarələrini və bağlayıcıları artırın.

Məna əlaqələrini müəy yən edin.

1. Orada qışın kəskin soyuqları hamını bərabər üşüdəcək 

günəşin altun

telləri hamını bərabər isidəcəkdir. (C.Cabbarlı)

2. 

ruslar almanların qoşununu zəiflədir 



almanlar texnikanın köməyi

ilə rusların canlı qüvvəsinə ciddi zərbə vururdu. 

3. 1960-cı ildə Kipr müstəqillik əldə etdikdə onun üçün çox sadə bir bayraq

seçilmişdi 

aşağı hissədə iki zeytun budağı adada yaşayan iki etnik qrupu

– yunanlar və türkləri simvolizə edir. 

4. Yereşənlərin maksimum uzunluğu 18 sm, kütləsi 200 qramadəkdir 

onlar


dünyada ən aqressiv yırtıcı hesab olunurlar. 

5. Axşam oldu 

soyuq düşdü 

dərələrdən duman qalxmağa başladı.



(S.S.Axundov)

20. Cümlələri birləşdirməklə mürəkkəb cümlələr yaradın. Hər bir mürək kəb

cümlədə məna əlaqəsini və bağlayıcı vasitəni müəyyənləşdirin.

Elm həyatı öyrənməyə kömək edir



4

heç kəs özünü dəyişdirmək haq 

-

qında düşünmür.



D

Dərdi tək də çəkmək olar



5

heç kim hər şeyi bilmir.



E

milli komandamız medal sayına görə

turnirin ikincisi oldu.

Azərbaycan idmançıları I Avropa

oyunları zamanı yüksək qələbə əzmi

nümayiş etdirdilər 

dövlətimiz onların əməyini yüksək

qiymətləndirdi.

turnirin qalibi Rusiya komandası oldu.

Hər kəs bəşəriyyəti dəyişmək istəyir



1

biz onun yolunda canımızdan

keçməyə hazır olmalıyıq.

A

Azadlığın bizdən umacağı yoxdur



2

sevinc üçün iki nəfər gərəkdir. 



B

Çox adam çox şey bilir



3

yaxşı həyat sürə bilmək ayrı

hikmətdir.

C

49



21. 

Verilmiş şeir par ça -

sındakı mürəkkəb cümlədə

məna  əlaqəsini  müəyyən ləş di -

rin.

Qoy gülləri ya qan sulasın, ya da



ədalət,

Qoy ya bəşəriyyət yaşasın, ya da

əsarət. (C.Cabbarlı)

22. Verilmiş şeir parçası mürəkkəb

cümlənin hansı növünə aiddir? 

Kür qırağının əcəb seyrəngahı var,

Yaşılbaş sonası, hayıf ki, yoxdur.

Ø Cümlənin tərkib hissələri ara -

sında hansı məna əlaqəsi var?

Ø Cümlənin komponentləri ara 

-

sında hansı bağlayıcını işlətmək



olar?

Müzakirə

50

MƏTNİN KOMPLEKS TƏHLİLİ



BOLQAR BİBƏRİ

Bibərin vətəni, əslində, Amerika qitə -

sidir; hal-hazırda bu tərəvəzin dünyada

ən bö yük plantasiyaları da Meksikada

yer lə şir. Bu ekzotik bitkini yetişdirməyə

baş layan ilk Avropa ölkəsi İspaniya

olmuşdur, indi isə bibər, demək olar ki,

bütün qitə 

lərdə əkilir. Vaxtilə bolqar

selek siyaçı tərəfindən  yetişdirilən və

bolqar dilində “kamba” (zınqırov) adlan -

dırılan şirin bibər keçmiş SSRİ-də çox

populyarlaşmış və ruslar onu “bol 

qar

bibəri” adlandırmışlar. Başqa dillərdə bu



tərəvəzin adında ya rəng vurğulanır, ya

dad ön plana çıxarılır, ya da ölçü nəzərə

çatdırılır. Bibər, ilk növbədə, C vitamini

ilə zəngindir: bu vitaminin  miq darına

görə bibərin bəzi çeşid ləri hətta limon-

dan və qara qarağatdan üstündür. 



1. Mətni abzaslara bölün və hər birini məz -

mununa uyğun adlandırın.



2. Bu dərsdə aldığınız məlumatlardan isti fadə

etməklə cavab verin: nə üçün Avropada bi -

bəri yetişdirməyə başlayan ilk ölkə İspaniya

olmuşdur?



3. “Ekzotik” sözünün mənasını izah edin.

Müasir dövrdə bibəri ekzotik bitki ad lan -

dırmaq olarmı? Fikrinizi əsaslandırın. 

4. “Seleksiyaçı” sözünün mənasını izah edin.

Bu söz hansı sözdən yaranmışdır?



5. Mətndəki tabesiz mürəkkəb cümlələrin tər -

kib hissələri arasındakı məna əlaqələrini və

bağlayıcı vasitələri müəy yənləşdirin. 

6. Hansı cümlələrdə eyni məna əlaqəsi var?

7. Mətndə tabesiz mürəkkəb cümlələrə xas olan

hansı məna əlaqəsinə nümunə yoxdur?



8. Mətndə altından xətt çəkilmiş zərflərdən

hansı məna növünə görə digərlərindən fərq -

lənir?

9. Həmin zərflərin aid olduğu feilləri və bu

feillərin formalarını (təsriflənən, təsrif lən mə -

yən) müəyyənləşdirin. 

Zərf və onun məna növləri

t Aşağıdakı cümlədə nöqtələrin

yerinə hansı sözlər uyğun gəlir?

Zərf qrammatik mənasına görə

hərəkətin ..., ..., ..., ... bildirir.

t Zərf feilin təsriflənməyən for ma -

larına aid ola bilərmi? Fikrinizi

nümunələrlə əsaslandırın.

t Zərf düzəldən hansı şəkilçilər is -

min bəzi hal şəkilçiləri ilə omo -

nim lik təşkil edir?

t “Gecə” sözünü cümlələrdə həm

zərf, həm də isim kimi işlədin.

t Ayrı yazılan mürəkkəb zərflərə

nümunələr deyin.

t Hansı saylar cümlədəki yerindən

asılı olaraq həm də zərf ola bilər?

A) bəzi müəyyən miqdar sayları

B) bəzi qeyri-müəyyən miqdar

sayları


C) bəzi sıra sayları

Xatırla !



Yüklə 62,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə