15 may 2017-ci il
2
http://w w w.amu.edu.az
ATU-nun mətbuat xidməti
m
Azərbaycan Tibb Univer
si te tin də ulu öndər Heydər
Əliyevin anadan olmasının
94cü ildönümü ilə əlaqədar
anım mərasimi keçirilib.
ATU-nun rektoru, professor
Gəray Gəraybəyli ümummilli li-
der Heydər Əliyevin gözəl insan
və müdrik siyasətçi olduğunu
deyib. Rektor bildirib ki, xal-
qımız ulu öndərin 94-cü ildö-
nümünü təkcə Azərbaycanda
deyil, ölkə hüdudlarından
kənarda da qeyd edir: “Müxtəlif
şəxsiyyətlərin tarixdəki rolu
haqqında hər zaman diskus-
siyalar aparılır. Kimisi deyir ki,
tarixi şəxsiyyətlər formalaş-
dırır, kimisi isə bunun əksini
iddia edir. Lakin yaxın və keç-
miş tariximiz onu göstərir ki,
Heydər Əliyev şəxsiyyətinin
Azərbaycanın formalaşmasın-
da, tərəqqisində, inkişafında və
dünya ictimaiyyətində tutduğu
yerdə rolu danılmazdır. Özümü-
zü xoşbəxt saya bilərik, çünki
ömrümüzün bir hissəsi Heydər
Əliyevin rəhbərliyi dönəmində
keçib. Biz Azərbaycanın necə
dəyişdiyinin, inkişafının canlı
şahidləriyik”.
Ulu öndərin səhiyyə sahəsinin
inkişafı istiqamətində əvəzsiz
işlər gördüyünü deyən rek-
tor Gəray Gəraybəyli, tibb
müəssisələrinin əsaslı təmir
edildiyini, yeni səhiyyə ocaq-
ları tikildiyini və müasir
avadanlıqlarla təchiz olun-
duğunu xatırladıb. Rektor
həmçinin Heydər Əliyevin
ATU-nun həyatında olan ro-
lundan da bəhs edib. Onun
sözlərinə görə, ümummilli
lider hələ XX əsrin 70-80-ci
illərində ilk dəfə respublikaya
rəhbərlik etdiyi dövrdə Tibb
İnstitutuna xüsusi diqqətlə
yanaşıb. Ulu öndərin qayğısı
nəticəsində ATU-da zəngin
maddi-texniki baza yaradı-
lıb, tədris korpusu, tələbə ya-
taqxanası, xəstəxana və po-
liklinikalar tikilərək istifadəyə
verilib, elmi-tədqiqat labora-
toriyaları müasir cihazlar və
avadanlıqla təchiz edilib.
ATU-nun İctimai Fənnlər
kafedrasının
professoru
Fəxrəddin Məmmədov çıxış
edərək, ulu öndər Heydər Əli-
yevin həm fəlsəfədə, həm də
tarixdə uzun diskussiyalara
səbəb olan bir alim olduğu-
nu bildirib: “Bəşər tarixində
şəxsiyyətlərin böyük rolu olub.
Onlar bəşər tarixinə öz imza-
larını atıblar. Azərbaycanda da
belə şəxsiyyətlər var. Ulu öndər
Heydər Əliyev də bəşər tarixinin
ən böyük alimlərindən biri olub.
O, birinci dəfə hakimiyyətə
60-cı illərin sonunda gəldi. O
zaman respublikada vəziyyət
ürəkaçan deyildi. Heydər Əliyev
qısa müddət ərzində respublika
iqtisadiyyatını, mədəniyyətini
kifayət qədər yüksəyə qaldırdı”.
Millət vəkili, ATU-nun tərbiyə
işləri üzrə prorektoru, pro-
fessor Rafiq Məmmədhəsə nov
ümummilli lider Heydər Əliyevin
həyat yolu na nəzər sala raq,
onun dövlət vəzifələrində ça-
lışdığı müddətdə gördüyü iş-
lər və həyata keçirdiyi layihələr
haqqında ətraflı məlumat verib.
O, Heydər Əliyevin çox çətin
bir dövrdə Azərbaycan xal-
qının tələbi ilə respublikanın
siyasi rəhbərliyinə qayıtdığı-
nı vurğulayaraq qeyd edib ki,
ümummilli liderin rəhbərliyi
altında qısa müddət ərzində
ölkədə ordu və dövlət quru-
culuğu, ölkədaxili sabitlik və
təhlükəsizlik təmin edilib. Onun
rəhbərliyi ilə Azərbaycanın
beynəlxalq əlaqələri inkişaf
etdirilib, yeni neft-qaz strate-
giyasının və uzunmüddətli iq-
tisadi inkişafın əsasının qoyul-
ması kimi iri miqyaslı tədbirlər
həyata keçirilib.
Qeyd olunub ki, Azər bay-
canın müasir inkişafı dahi lider
Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə daha sonra ATU-
nun I daxili xəstəliklər və re-
animatologiya
kafedrasının
dosenti Nağ dəli Zamanov çı-
xış edərək Heydər Əliyevin
nitqlərində estetik kateqori-
yaların necə işlənməsi barədə
düşüncələrini bölüşüb. Sto-
matologiya fa kültəsinin xarici
tələbəsi də ulu öndər haqqında
öz ürək sözlərini söyləyib.
Mənsur ƏLƏKBƏRLİ
Ulu öndər Heydər Əliyevin 94-cü ildönümü
ilə əlaqədar anım mərasimi keçirilib
Rektor G.Gəraybəyli faşizm üzərində
qələbənin 72-ci ildönümü – 9 may
Qələbə Günü münasibətilə “1941-
1945-ci illər Vətən Müharibəsində
fədakar əməyə görə” medalı ilə təltif
edilmiş arxa cəbhə veteranlarını uni-
versitetin professor-müəllim heyəti
və tələbələri adından təbrik edib:
“Uşaq olanda çox bayramları qeyd
edirdik. Amma 9 may Qələbə Günü
hər zaman bu bayramlar içərisində
xüsusi yer tutub. İstər məktəbdə,
istərsə də baba-nənələrimizdən
müharibə haqqında öyrəndiklərimiz
bu bayramın əhəmiyyətini daha
da artırırdı. XX əsrdə İkinci Dün-
ya Müharibəsi illəri bəşəriyyət
üçün ən ağır və dəhşətli dövr olub.
Çox təəssüf ki, Qələbə Bayramı bir
müddət qeyd olunmadı. Ancaq ulu
öndərimiz Heydər Əliyev bu bayra-
mın da qeyd olunmasının bərpasına
nail oldu”.
Daha sonra ATU-nun Həmkarlar
İttifaqı Komitəsinin sədri Cahangir
Qasımov rektorun əmri ilə tədbir iş-
tirakçılarını tanış etdi. Əmrə əsasən
arxa cəbhə veteranları - ATU-nun
kommunal və qidalanma gigiyena-
sı kafedrasının professoru Maqsud
Qasımov, əmək gigiyenası və uşaq-
yeniyetmələr gigiyenası kafedrasının
dosenti Rəhim Orucov universitet
rəhbərliyi tərəfindən pulla mükafat-
landırıldılar.
Rektor universitetimizdə çalışan
veteranlarla görüşüb
Mayın 8də Azərbaycan Tibb Universitetinin rekto ru, professor
Gəray Gəray
bəy
li bu ali təhsil oca
ğın
da çalışan İkinci Dünya
müharibəsi veteranları ilə görüşüb.
•
Azərbaycan Tibb Univer si te tində
Həmkarlar İttifa
qı Komitəsinin
(HİK) toplantısı keçirildi. Toplan-
tıda ATU-nun rektoru, professor
Gəray Gəraybəylinin təlimatı
ilə kafedra, yataqxana və klini-
kalarda nizam-intizam qayda-
larının gücləndirilməsi və buna
nə dərəcədə riayət olunması
məsələləri müzakirə olundu.
Toplantını ATU-nun HİK-nin
sədri, dosent Cahangir Qası-
mov açaraq, komitə üzvlərini
tədbirin gündəliyi ilə tanış etdi:
“İlk olaraq ATU-nun Əczaçılıq
fakültəsinin latın dili kafedra-
sının əməkdaşlarının əmək və
nizam-intizamı pozması, daha
sonra idman kompleksində
işçilərin əmək və intizamın
pozması və 1 saylı yataqxa-
nanın komendantı haqqında
məsələlərə baxılacaq”.
Toplantıda ATU-nun Latın
dili kafedrasının müdiri, do-
sent Bahadur Hüseynov ka-
fedra işçilərinin nizam-inti-
zam qaydasına riayət etmədiyi
üçün inzibati tənbeh edildi.
Daha sonra ATU-nun idman
kompleksinin müdiri Nuriyə
Sebeşova, kompleksin tibb
bacısı Simnarə Mahmudo-
va və təlimatçı Royal Qocayev
nizam-intizam
qaydalarına
riayət etmədikləri üçün komitə
tərəfindən töhmət aldılar.
Həmçinin ATU-nun 1 say-
lı yataqxanasının komendan-
tı Söhrab Əhmədova iş saatı
bitmədən işdən getdiyi üçün
töhmət verildi. Anbardar Anar
İsmayılov isə əmək vəzifəsini
kobud pozduğu üçün işdən
azad edildi.
ATU-nun Həmkarlar İttifaqı
Komitəsinin toplantısı keçirilib