Bu sayimizda



Yüklə 9,87 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix22.07.2018
ölçüsü9,87 Mb.
#57834
1   2   3   4   5   6   7

15 may 2017-ci il

4

http://w w w.amu.edu.az



M ü s a h i b ə

Bir il öncə Azərbaycan 

Tibb Universitetində ye­

ni təyinat baş verdi. Pro­

fessor Gəray Gəraybəyli 

bü 


tün karyerasını həsr 

etdiyi  doğma  uni ver si

­

tetin rektoru təyin olun­



du.

İstənilən  sahədə  bir  il 

he-

sabat  vermək  üçün  il-



kin  mərhələ  sayılır.  Bu 

müddətdə Azərbaycan Tibb 

Universitetində  nələr  də-

yiş di, yeni rektor hansı sa-

hələrə  diqqəti  daha  da  ar-

tırdı?


Hədəflər nə idi və bir ildən 

sonra gözləntilərin doğrul-

duğunu demək olarmı? 

Bütün  bunlar  haqqında 

ATU-nun  rektoru,  profes-

sor  Gəray  Gəraybəyli  ilə 

müsahibəni təqdim edirik:

- Artıq bu işə başla ma-

ğınızın bir ili tamam ol-

du. Yəqin ki, yeni işə 

başlayanda müəyyən dövr 

üçün hədəfləriniz olub. İndi 

keçən müddətə baxanda, nə 

demək olar–qarşıya qoyu-

lan hədəflərə nə dərəcədə 

nail olundu?

-  Bir  il  bir  tərəfdən  qısa, 

digər  tərəfdən  isə  kifayət 

qədər  böyük  bir  dövrdür. 

İndi  geriyə  baxanda  deyə 

bilərəm ki, bir il çox tez ke-

çib getdi. Və bu bir ilin hər 

gününü  çox  gözəl  xatırla-

yıram. Çünki bu günlər çox 

gərgin,  hadisələrlə  zəngin 

günlər oldu. 

Əlbəttə ki, əsas hədəf uni-

versitetin  gələcək  inkişafı 

ilə bağlıdır. Bunun üçün ilk 

olaraq  universitetin  bütün 

istiqamətlər üzrə fəaliyyətini 

monitorinq  etmək  qərarına 

gəldim. Məqsəd də o idi ki, 

ən  çətin,  ən  zəif  bəndləri 

aşkarlayım  və  imkan  daxi-

lin  də  bu  problemlərin  həlli 

yollarını  tapaq.  Hesab  edi-

rəm  ki,  bu  bir  ildə  qarşıya 

qoyulan  hədəflərin  böyük 

əksəriyyətinə nail olmuşuq.

- Bu bir ildə tədris 

prosesində nələr dəyişdi? 

Bildiyimiz qədər, dövlət 

imtahanlarına kimi bir çox 

yeniliklər tətbiq olundu. 

Artıq hansısa nəticələrdən 

danışmaq olarmı?

-Əsas  strateji  hədəfimiz 

tədrisin  keyfiyyətinin  yax-

şılaşdırılmasıdır.  İstəyirik 

ki,  ATU-nun  məzunları  ar-

tıq  savadlı,  tam  yetişmiş 

həkim  kimi  universiteti 

bitirsinlər.  Bunun  üçün  də 

imtahanlar,  tədris  prose-

sinin  təkmilləşdirilməsi  ən 

vacib  meyarlardan  biridir. 

Bu  məsələ  ilə  bağlı  əsasən 

2  istiqamətdə  işlər  aparı-

lıb.  Birincisi-obyektivliyin, 

şəffaflığın  artırılması,  han-

sısa  subyektiv  faktorların 

aradan  qaldırılması,  ikin-

cisi  -  tələbələrin  praktiki 

vərdişlərinin yüksəl dilməsi. 

Bizim  tələbələrimizin  ək-

səriy yəti  yüksək  nəzəri 

biliklər  nümayiş  etdirirlər. 

Lakin  praktiki  vərdişlər 

istədiyimiz  səviyyədə  de-

yil.  Məhz  bu  istiqamətdə 

son  bir  il  ərzində  konkret 

işlər  görülüb.  Məsələn,  ar-

tıq  dövlət  imtahanları  iki 

formada  aparılır:  həm  şi-

fahi  nəzəri  biliklərin  yox-

lanılması  üçün  test  imta-

hanları, həm də bilikləri və 

praktiki  vərdişləri  nümayiş 

etdirmək  üçün  beynəlxalq 

OSKİ  imtahanları  tətbiq 

edilir.  Bu  sistem  ötən  ilin 

yayında  universitetimizdə 

ilk  dəfə  tətbiq  olundu.  Bu 

imtahanlarda  iştirak  edən 

tələbələrin  həqiqi  rəyini 

öyrənmək  üçün  imtahan 

aparılan  mərkəzlərdə  ano-

nim  qutular  yerləşdirdik. 

Nəticədə  fərqli  məktublar 

aldım.  Tələbələr  yeni  sis-

temin  tətbiqindən  razılıq 

edirdilər.  Hətta  OSKİ  im-

tahanlarının  digər  kurslar-

da,  yəni  kliniki  fənlərdə  də 

tətbiqini təklif edirdilər. Bu, 

çox  sevindirici  bir  haldır. 

Gələcəkdə  kliniki  bazaya 

gedən tələbənin öz imtaha-

nını həm vərdiş, həm kliniki 

formada  verə  bilməsi  üçün 

işləri davam etdiririk.

Digər tərəfdən, bu ildən bi-

rinci kursların kurs imtahan 

forması də dəyişdi. Çünki bir 

neçə il bundan öncə univer-

sitetin  keçmiş  rəhbərliyinin 

təşəbbüsü  ilə  ATU-da  test 

imtahanları  tətbiq  edildi. 

Məqsəd  şəffaflığa  nail  ol-

maq,  müəllim-tələ bə  mü-

na  sibət lərində 

xoşagəl-

məz  və  neqativ  halların 

qar

  

şısını  almaq  idi.  Buna 



da  nail  olundu.  Təəssüf  ki, 

artıq  bu  test  imtahanların-

da  da  problemlər  yaşanır. 

Məsələn, tələbələr cavabları 

öncədən əldə edirdilər. Açıq 

deyirəm,  bəzən  tələbələrə 

cavabları  satırdılar.  Biz  də 

istədiyimiz obyektivliyi itir-

diyimiz  üçün  beynəlxalq 

təcrübədən  istifadə  edə-

rək,  mütəxəssisləri  dəvət 

etdik.  Bu  şəxslər  ATU-

nun  müəllimləri  deyil, 

sırf  testlə  məşğul  olan 

nümayəndələrdir.  Onlar  bir 

neçə  Avropa  ölkələrində: 

Almaniya,  İsveçrə  və  digər 

ölkələrdə təcrübə keçib. Biz 

onları dəvət etdik, fikirlərini 

öyrəndik. 

I  kursların  qış  imtahan 

sessiyasında  sınaqlar  yeni 

üsulla  aparıldı.  Bu  yeni-

lik  həm  imtahan  zamanı 

tələbəyə verilən vaxtda, həm 

də  sualların  keyfiyyətində 

özünü  göstərdi.  Biz  imta-

handan  bir  ay  öncə  sual-

ları  internetə  yerləşdirdik. 

Bu,  tələbəyə  özü-özünü 

təkmilləşdirməsinə  imkan 

verir.  Müşahidə  etdik  ki, 

tələbələr  hər  dəfə  suallar-

dan  daha  çox  bal  topla-

yır. Demək, tələbə hər dəfə 

daha yaxşı hazırlaşır, özünü 

təkmilləşdirir.

- Universitetin özəyini 

peşəkar kollektiv təşkil 

edir. Bəs müəllim heyətinin 

ixtisasını artırmaq üçün 

hansı addımlar atılır?

-Tamamilə  razıyam,  pe-

şə kar  kollektiv  hər  bir  ali 

təhsil ocağının əsasıdır. 

Əvvəla,  son  bir  ildə  biz 

professor-məsləhətçi  və-

zi  fəsini  təsis  etdik.  Hər 

bir  kollektivdə  olduğu  ki-

mi,  bizdə  də  ağsaqqal, 

böyük  təcrübəyə  malik 

mütəxəssislərimiz,  müəl-

limlərimiz  var.  Onlar  bizim 

Qızıl Fondumuzdur, onların 

təcrübəsindən  daim  yarar-

lanmalıyıq.  Eyni  zamanda, 

elm  və  səhiyyə  daim  inki-

şaf  edir.  Biz  xaricdə  təhsil 

alan,  orada  praktikadan 

keçən,  müxtəlif  dillər  bilən 

həkim lərimizdən, 

gənc 


kadr  lardan da müəllim kimi 

istifadə etməliyik. Ona görə 

də 

professor-məs ləhətçi 



vəzifəsini təsis etməklə həm 

yaşlı kadr ların sosial statu-

sunu,  kafedradakı  yerlərini 

qoruya bildik, həm də gənc 

kadrlara yol açmış olduq. 

Digər  tərəfdən,  müəllim 

də  daim  öz  üzərində 

işləməlidir.

Müəllim  nə  vaxtsa  aldığı 

biliyi  hər  il  eynilə  tələbəyə 

ötürə  bilməz.  Bəzən  elə 

olur  ki,  müəllimlər  elə  30 

il  bundan  əvvəl  oxuduğu 

mühazirəni  yenə  auditori-

ya qarşısında oxuyur. Artıq 

hər  kəsin  internetə  çıxışı 

var,  tələbələr  hər  şeydən 

məlumatlıdırlar.  Buna  görə 

də  biz  bu  il  müəllimlərin 

biliklərini  yoxlamaq  üçün 

reytinq  bal  şkalası  üzrə 

xüsusi  komissiya  yarat-

dıq.  Bu  bal  reytinq  şka-

lasında  müəyyən  bəndlər 

tələbənin  müəllim  haqqın-

da  fikrini  ifadə  edir.  Ola 

bilər  ki,  müəllim  güclü  bir 

mütəxəssisdir,  amma  pe-

daqoq kimi zəifdir.

Bir neçə ay bundan öncə ilk 

olaraq innovasiya şöbəsinin 

nəzdində  yeni  “Təhsilin 

keyfiyyətinin  təminatı  və 

innovasiya”  şöbəsi  yaradıl-

dı. Məhz bu şöbə tələbələri 

deyil,  müəllimlərin  necə 

dərs  apardıqlarını  yoxla-

yacaq.  Bizim  universitetdə 

xaricdə  oxumuş,  Avropa-

nın  tədris  sistemini  bilən 

mütəxəssislərimiz  də  var. 

Mən  onlarla  görüşmüşəm, 

onların tədris prosesinə qa-

tılmasının tərəfdarı olduğu-

mu  bildirmişəm.  Biz  artıq 

beynəlxalq  əlaqələ rimizdən 

də  istifadə  etmə yə  başla-

mışıq.  İnanıram  ki,  bunla-

rın  hər  biri  bu  işə  müsbət 

təsirini biruzə verəcək.

-Tələbə olmasa universitet 

də olmaz. Bildiyimiz qədər, 

tələbələrin rəyi sizin üçün 

önəmlidir. Hətta onları daha 

yaxşı eşitmək, istəklərini 

öyrənmək üçün xüsusi 

görüşlər də keçirirsiniz. 

Tələbələr nə istəyirlər?

-Tələbələrin  istəklərinin 

böyük  əksəriyyəti  keyfiy-

yətli tədrislə bağlıdır. Bəzən 

onlar  müəyyən  müəl lim-

lərdən,  dərs liklər  və  infor-

masiya  mənbələrinin  qıt-

lığından  da  gileylənirlər. 

Bizim tədris proqramımızın 

digər xarici ölkələrin proq-

ramlarından  fərqli  olduğu-

nu  da  deyirlər.  Çünki  son-

radan  bu,  təhsilini  xaricdə 

davam  etdirmək  istəyən 

tələbələrə  çətinlik  yara-

dır.  Bəzi  tələbələr  praktiki 

məşğələlərin az olmasından 

şikayət  edirlər.  Müəyyən 

patologiyalar  üzrə  xəstələr 

klinikalara daxil olmadığın-

dan,  həmin  xəstəliyin  ge-

dişini  əyani  müşahidə  edə 

bilmirlər. Azsaylı sosial xa-

rakterli şikayətlər də olur.

-Tibb elmi yerində saymır, 

hər gün hansısa yeniliklər 

barədə xəbərlər yayılır. ATU 

həm də elm ocağıdır. Elmi 

tədqiqatların aparılması 

üçün hansı şərait var və gənc 

alimlərimizdən gözləntilər 

özünü doğruldurmu?

-Elm  hər  bir  universitetin 

vacib  tərkib  hissəsidir,  bu 

olmasa, keyfiyyətli təhsildən 

danışa bilmərik. Elmi Şurada 

səslənən  son  hesabata  ar-

xalanaraq  deyə  bilərəm  ki, 

universitetimizdə elmi işlə-

rin  yüksək  səviyyədə  araş-

dırılması üçün kifa yət qədər 

şərait  var.  Azər baycanda 

heç yerdə olmayan elektron 

mikroskop  ATU-da  möv-

cuddur.  Müxtəlif  sahələrdə 

araşdırma aparmağa imkan 

verən  laboratoriyalarımız, 

elmi-tədqiqat  mərkəzimiz 

var. Onların bəzilərini yeni-

ləməyi planlaşdırırıq. 

Hazırda  əsas  hədəfimiz 

xarici ölkələrin universitet-

ləri  ilə  qarşılıqlı  elmi  işlər 

aparmaqdır.  Bunun  üçün 

biz müxtəlif universitetlərlə 

qarşılıqlı əməkdaşlıq saziş-

ləri bağlayırıq. Və bu haqda 

müraciətlərin  sayının  art-

ması sevindirici haldır. 

ATU-da  rezidentlərin  və 

gənc  alimlərin  konfransla-

rın  keçirilməsi  bizim  gözəl 

ənənələrdən  biridir.  Bunlar 

artıq ənənəvi xarakter alıb. 

Bir  neçə  ay  əvvəl  Tələbə 

Elmi  Cəmiyyətin  konfran-

sı  baş  tutub.  Bir  müddət 

öncə  3  tələbəmiz  Rusiyada 

keçirilən elmi festivalda iş-

tirak ediblər, hətta 1-ci yeri 

qazananı  da  olub.  Bunlar 

da  tələbələrimizin  fəallığını 

göstərir.  Ancaq  hələlik 

tələbələrimizin 

elmi-


tədqiqat  sahəsində  iştira-

kından  tam  razı  olduğumu 

deyə bilmərəm.

- Və sonda həkim-müəl-

lim olmaq rahatdı, yoxsa 

rektor?


-Əlbəttə,  həkim-müəllim 

olmaq asandır. Yəqin ki, hər 

bir  insanda  anadangəlmə 

hansısa  bir  sahəyə  maraq, 

daxili  cəzbetmə  qüvvəsi 

olur.  Mən  həmin  hissin 

təsiri  ilə  ATU-ya  gəldim. 

Qismət elə gətirdi ki, elə bu 

universitetdə çalışmağa da-

vam etdim. Uzun illər həkim 

və  müəllim  kimi  fəaliyyət 

göstərdim.  Açığı,  indinin 

özündə  də  kafedramızda 

həm  müəllim,  həm  həkim 

olaraq  çalışıram.  Və  bu 

fəaliyyət hazırda rektor kimi 

üzərimdə olan məsulliyyətin 

öhdəsindən gəlməyə, emo-

sional  baxımdan  bərpa 

olunmağıma kömək edir.

Günel ASLANOVA

“Strateji hədəfimiz – təhsilin keyfiyyətinin 

artırılmasıdır”

ATU-nun rektoru, professor Gəray Gəraybəyli 

universitetdə tətbiq olunan yeniliklərdən danışdı



Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə