Bu sayimizda



Yüklə 9,87 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix22.07.2018
ölçüsü9,87 Mb.
#57834
1   2   3   4   5   6   7

15 may 2017-ci il

5

http://w w w.amu.edu.az



Konfrasın açılışı zamanı profes­

sor­müəllim  heyətini,  rezi dentləri 

və  qonaqları  salamlayan  univer­

sitetin  rektoru,  professor  Gəray 

Gəraybəyli  Azərbaycan  Tibb 

Universiteti  Rezidentlərinin  Elmi­

Təcrübi  Konfransının  (ATUREK) 

əhəmiyyətindən  danışaraq  qeyd 

etdi  ki,  rezidentlər  yüksək  ixti­

saslı  mütəxəssis,  həkim  kimi 

hazırlanmaqla  yanaşı,  elmi­

tədqiqat işlərinə də cəlb olunma­

lıdır. O, son illər təhsil sistemində

xüsusilə  tibb  təhsili  sistemində 

böyük islahatların aparıldığını xa­

tırladaraq ikipilləli təhsil prosesinə 

keçidi  inqilabi  bir  proses  kimi 

qiymətləndirdi. 

İlk  dəfə  2013­cü  ildə  keçirilən 

ATUREK­in 

universitetimizdə 

ənənəyə  çevrildiyini  bildirən  rek­

tor  bu  konfransların  rezidentlər 

və mütəxəssislər arasında təcrü­

bə  mübadiləsinin  aparılmasına, 

onların  elmi  əlaqələrinin  güc­

ləndirilməsinə  imkan  yaratdığını 

vurğuladı. 

Azərbaycanın  təhsil,  səhiyyə 

sahəsindəki  uğurlarını  ölkə  baş­

çısının  uzaqgörən  siyasətinin 

nəticəsi 

kimi 

dəyərləndirən 



G.Gəray bəyli  gənclərin  gələcə­

yinə xüsusi diqqət ayrıldığını söy­

lədi. Bu baxımdan Səhiyyə  Nazir­

liyinin diqqət və qayğısı sayəsində 

elmi­təcrübi  konfransların  daha 

geniş, zəngin formatda keçirildiyi­

ni vurğulayan  rektor  təkcə Tibb 

Universiteti  rezidentlərinin  deyil, 

ölkəmizin digər bazalarından olan 

rezidentlərin də bu konfransa elmi 

işlər təqdim etməsinin müsbət hal 

olduğunu diqqətə çatdırdı. 

Rezidentləri və onların elmi rəh­

bər lərini təbrik edən G.Gəray bəyli 

konfransın işinə uğurlar dilədi. 

Bundan  sonra  konfrans  rezi­

dentlərin  elmi  tədqiqat  işlərinin 

dinlənilməsi ilə davam etdi.

İki  gün  davam  edən  konfransın 

bağlanışında  çıxış  edən  univer­

sitetin  elmi  işlər  üzrə  prorektoru, 

dosent  Rauf  Bəylərov  maraq­

lı  kliniki  müşahidələrə,  aparılan 

elmi  tədqiqatların  nəticələrinə 

dair  qarşılıqlı  müzakirələrin 

zəruriliyini önə çəkərək dinlənilən 

məruzələrdə  təbabətin  ən  aktu­

al  problemlərinə  toxunulduğunu 

dedi. 

Eyni  zamanda  konfransın  yük­



sək  səviyyədə,  beynəlxalq  stan­

tartlara uyğun keçirilməsinə görə 

universitet rəhbərliyi adından təş­

ki lat komitəsinin üzvlərinə, məru­

zəçilərə  təşəkkürünü bildirdi.

Rezidentura  şöbəsinin  müdiri, 

professor  Rizvan  Məmmədov 

ATUREK­in 2013­cü ildə keçirilən 

ilk konfransına cəmi 41, bu günkü 

konfransa  isə  204  işin  təqdim 

olunduğunu  xatırlatmaqla  diqqəti 

5 ildə qazanılan uğurlara yönəltdi. 

Elmi­təcrübi konfransların keçiril­

mə sində  universitet  klinikalarının 

köməyini  xüsusi  qeyd  edən 

R.Məm  mədov 

gələcəkdə 

ATUREK  konfranslarının  bey­

nəl  xalq  sə viyyədə  təşkilinin, 

rezi  dentlərin  mə qalələrinin  xa­

rici  ölkələrin  yüksək  statuslu 

jur nallarında  nəşrinin  nəzərdə 

tutulduğunu söylədi.

Tədris  Terapevtik  Klinikasının 

direktoru,  professor  Hüseyn  Qa­

bulov,  Tədris  Cərrahiyyə  Klinika­

sının direktoru, professor Surxay 

Hadiyev  və  Səhiyyə  Nazirliyi­

nin  nümayəndəsi  Təranə  xanım 

Əhmədova  da  konfransın  işini 

yüsək  qiymətləndirərək  gənc 

tədqiqatçılara elmi fəaliyyətlərində 

uğurlar arzuladılar.

Konfransın yekununda münsiflər 

heyəti tərəfindən seçilmış ən ma­

raqlı  məruzələrin  müəllifləri  xü­

susi  hazırlanmış  plaket,  diplom 

və hədiyyələrlə mükafatlandırıldı. 

Həmçinin,  konfransın  bütün  iş­

tirakçılarına  sertifikatlar  təqdim 

olundu. 

“ATUREK­5”  konfransın  ilk  gü­

nünün  gedişatını  özündə  əks 

etdirən  video­çarxın  nümayişi  ilə 

başa çatdı. 

Qeyd  edək  ki,  bu  gün  universi­

tetimizin ən müasir tibbi avadan­

lıqlarla  təchiz  olunmuş  tədris­

terapevtik, 

tədris­cərrahiyyə, 

onko loji  və  stomatoloji  klinika­

larında,  eləcə  də  digər  ixtisas 

kafedralarında  30­dan  çox  ixti­

sas  üzrə  650­dək  rezidentimiz 

təcrübi  və  elmi  biliklərini  artırır­

lar. 2013­cü ildən başlayaraq öz 

təcrübi  bacarıqlarının  artırılma­

sı  məqsədilə  müxtəlif  ixtisaslar 

üzrə  rotasiya  keçmək  üçün  xa­

rici  ölkələrə  ezam  olunur.  Hər 

il  təxminən  100­120  nəfər  rezi­

dent  universitetlər  arasındakı 

müqavilələr əsa sın da Türkiyənin 

müxtəlif 

univer sitetlərində, 

eləcə  də  Almaniyada,  İsveçdə, 

Norveçdə, Fransada, ABŞ­da və 

digər ölkələrdə 3­8 ay müddətində 

rotasiyada olurlar. Bundan başqa, 

müxtəlif  ixtisaslar  üzrə  hər  il  10­

dan çox rezidentimiz öz rəhbərləri 

ilə  bərabər  xarici  ölkələrdə  elmi 

konfranslarda,  simpoziumlarda 

iştirak  edirlər.  Artıq  universitetin 

bütün  ixtisaslar  üzrə  məzunları 

var. Onlar ölkəmizin müxtəlif klini­

kalarında və bəziləri kafedralarda 

assistent və doktorant kimi ugurla 

fəaliyyət göstərirlər.

Arif MƏMMƏDLİ

Fotolar Cənnətalı Çingizindir

ATU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə 

həsr olunmuş rezidentlərin 5-ci elmi-təcrübi konfransı

M

ayın 11­də ATU­nun 

böyük akt zalında öz 

işinə başlayan Azərbaycan 

Tibb Universiteti 

Rezidentlərinin xalqımızın 

ümummilli lideri Heydər 

Əliyevin anadan olmasının 

94­cü ildönümünə həsr 

edilmiş 5­ci Elmi­təcrübi 

(ATUREK­5) Konfransının 

əvvəlində tədbir iştirakçıları 

foyedə rezidentlərin elmi­

tədqiqat işlərini əks etdirən 

pasterlə tanış oldular.



Azərbaycan Tibb Univer­



si te tinin Tədris Terapevtik Kli­

nikasında “Web of Science” 

platformasının effektiv isti­

fa dəsi üzrə “Web of Science 

platformasının tibb və bi olo­

giya sahəsində çalışan mütə­

xəssislər üçün imkanları” möv­

zusunda seminar keçirilib. 

Seminarda iştirak etmək üçün Ba-

kıya gələn Ukrayna Milli Elmlər Aka-

demiyası  Molekulyar  Biologiya  və 

Genetika  İnstitutunun  əməkdaşı, 

b.e.n.  İrina  Tixonkova  bir  neçə 

tədris  müəssisəsində,  o  cümlədən 

Azərbaycan  Tibb  Universitetində 

olub. Qonaq seminar iştirakçılarının 

suallarını  cavablandırıb.  Seminarda 

ATU-nun  aspirant-müəllim  heyəti 

də iştirak edib.

Qeyd edək ki, 2015-cı ilin dekab-

rın  22-də  Azərbaycan  Respublika-

sının  Təhsil  Nazirliyi  və  dünyanın 

ən  tanınmış  elmi-analitik  infor-

masiya  təminatçısı  olan  “Thomson 

Reuters”  şirkətinin  Elmi-tədqiqatlar 

və  intellektual  mülkiyyət  üzrə 

şöbəsi  arasında  əməkdaşlıq  haq-

qında  müqavilə  imzalanıb.  Bu 

müqaviləyə  əsasən,  Azərbaycanın 

100  müəssisəsi  Təhsil  Nazirliyinin 

sifarişi  əsasında  dünyada  məşhur 

elmi  istinad  indeksi  olan  “Web  of 

Science®”  platformasına,  eləcə  də 

şirkətin əsas məhsulu olan “Thom-

son Reuters İnCites™” bazasına tam 

çıxış əldə ediblər. Bu, dünya ali təhsil 

müəssisələri  və  elmi  dairələrinin 

fəaliyyətinin  məhsuldarlığını  təhlil 

etmək  fürsəti  verən  elmi  təd qi qat-

ların  qiymətləndirməsinə  imkan 

verən bir alətidir.

Hazırda  “İnCites™”  platforması 

dün yanın  7000-dən  artıq  tanın-

mış  universiteti,  tədqiqat  institutu, 

dövlət qurumu və şirkəti tərəfindən 

istifadə  olunur.  Burada  dünyanın 

18000  ən  yaxşı  dərgiləri,  konf-

rans  materialları,  monoqrafiyalar, 

patentlər indeksləşdirilib.

“Web of Science platformasının tibb və biologiya sahəsində çalışan 

mütəxəssislər üçün imkanları” mövzusunda seminar keçirilib



Klinikamızın zəhmətkeş və işgüzar tibb bacıları tək 

xəstə lərin qeydinə qalmır, eyni zamanda həkimlə xəstə 

arasında əvəzsiz körpü rolunu oynayır.

1972-ci il mayın 12-dən etibarən ingilis mənşəli tibb bacısı Florens 

Naytinqeylin şərəfinə tibb bacıları günü kimi qeyd olunmağa başlayıb. 

Sözügedən gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin qərarına əsasən, 

təsis olunub. Həmçinin, bu komitənin 1912-ci ildə keçirilən 9-cu 

konfransında yaralı əsgərlərə kömək göstərən tibb bacılarını təltif etmək 

üçün yaradılan xüsusi medala Florens Naytinqeyl adı verilib.

12 may BEYNƏLXALQ TİBB 

BACISI GÜNÜDÜR!

ATU-nun mətbuat xidməti




Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə