Bu sayimizda



Yüklə 293,83 Kb.

səhifə5/7
tarix22.07.2018
ölçüsü293,83 Kb.
1   2   3   4   5   6   7

15 may 2017-ci il

6

http://w w w.amu.edu.az



Xatırlananlar

• 

Ölkəmizdə tibb kadr-



larının yetişməsində 

misilsiz rolu olan, öm-

rünün təxminən 60 

ilik dövrünü gənc 

həkimlərin təlimi nə, on-

ların layıqli vətəndaş 

kimi tərbiyə olunması-

na həsr etmiş ATU-nun 

Daxili xəstəliklərin pro-

pedevtikası kafedrası-

nın dosenti Fatimat xa-

nım Adıgözəlova bu gün 

həyatda olmasa da, 

yaxınları, həmkarları və 

tələbələri doğum günü 

ərəfəsində onun əziz 

xatirəsini  yad edirlər. 

Universitetimizin    qocaman 

müəllimlərindən  biri,  vicdan-

lı  və  fədakar  həkim,    Fatimat 

Yəhya qızı Adıgözəlova 1928-ci 

ilin  mayında  Göyçay  şəhərində 

anadan olmuşdur.

Orta 


təhsilini 

1944-cü 


ildə  başa  vurduqdan  sonra 

Azərbaycan  Dövlət  Tibb  İnsti-

tutunun  müalicə-pro fila ktika 

fakültəsinə  daxil  olan  Fatimat 

xanım 1949-cu ildə ali məktəbi 

müvəffəqiyyətlə bitirərək  ana-

dan  olduğu  Göyçay  rayonunda 

həkim kimi fəliyyətə başlamış-

dır.  Beş  il  müddətində  təcrübi 

təbabət sahəsində çalışaraq kli-

nik  təcrübə  toplamış  və  1955-

ci ildə Azərbaycan Dövlət Tibb 

İnstitutunun daxili xəstəliklərin 

propedevtikası 

kafedrasının 

ordinaturasına  daxil  olmuşdur. 

Fatimat  xanım  həmin  kafedra-

da 1957-66-cı illərdə baş labo-

rant, 1966-69-cu illərdə assis-

tent kimi fəaliyyət göstərmişdir.

O,  kafedranın  baş  laborantı 

kimi fəaliyyət göstərdiyi illərdə 

tədqiqat  işini  müvəffəqiyyətlə 

başa  çatdırmış  və  1966-cı  ildə 

namizədlik 

dissertasiyasını 

mü dafiə  edərək,  tibb  elmləri 

nami zədi  elmi  dərəcəsi  al-

mışdır.  1969-cu  ildə  ona  do-

sent  elmi  adı  verilmiş  və  öm-

rünün  sonunadək  Azərbaycan 

Tibb  Universitetində  dosent 

vəzifəsində  fəaliyyət  göstər-

mişdir.


O, uzun illər ərzin də  görkəm-

li  alim,  Azər bay canda  klinik 

təba bə tin  banilərindən  biri 

olan  professor  Məmməd  Əmin 

Əfəndiyevin  rəhbərlik  etdiyi, 

sabahın  həkimləri  üçün  sözün 

əsl mənasında bilik məbədi ol-

muş  daxili  xəstəliklərin  pro-

pedevtikası  kafedrasında    öz 

dövrünün  tanınmış    peşəkar 

mütəxəssisləri  ilə  çiyin-çiyinə 

çalışmışdır.  O,  ömrünün  sonu-

na dək  həmin    məktəbin  ənə-

nə lərinə  sadiq  qalaraq  gənc 

həmkarları  üçün  əvəzolunmaz  

örnək olmuşdur.

 On ildən artıq bir dövrdə Fa-

timat  xanım  ilə  bir  kafedrada 

çalışmaq,  həmin  illər  ərzində 

onun şəxsi və professional key-

fiy yətlərindən,  məsləhət  və 

nə sihətlərindən  bəhrələnmək 

mənə də nəsib olub.    

Fatimat 


xanım 

seçdi-


yi  çətin,  lakin  nəcib  peşənin 

sirləri,  zəngin  həyat  və  pe-

daqoji  təcrübəsini    gənclərlə 

bölüşməkdən xüsusi zövq alar, 

çətin anlarda qayğı və dəstəyini 

onlardan  əsirgəməzdi.  O, 

özünə  və  həmkarlarına  qar-

şı  çox  tələbkar  idi.  Təbabət 

və tibb təh sili sahəsində  ço-

xillik  fəaliyyətinə  baxmaya-

raq,  daim  mütaliə  edər,  öz 

üzərində  yorulmadan  çalı-

şardı.    O,  məşğələ  və  müha-

zi rələrində  şahidi  olduğu 

klinik  hadisələrdən  maraqlı 

misallar  gətirər,  tələbələrinin 

klinik  dünyagörüşünü  inkişaf 

etdirməyə çalışardı.

Fatimat  xanım  tələbələrinə 

qarşı  həmişə  həssas  və  qay-

ğıkeş  münasibət  göstərərdi. 

Gözəl diaqnost, yüksək profes-

sionallıq xüsusiyyətlərinə malik 

olan Fatimat xanım xəstələri ilə 

də səmimi münasibət qurar, on-

ların  müalicəsinə  böyük  diqqət 

və  məsuliyyətlə  yanaşardı. 

Heç  də  təsadüfi  deyil  ki,  Tibb 

Universitetində  çalışdığı  illər 

ərzində Fatimat xanım məhz bu 

xüsusiyyətlərinə  görə  onunla 

təmasda olmuş yüzlərlə insanın 

hörmətini  və  məhəbbətini  qa-

zanmışdı. 

Böyük  bir  məktəbin  yetişdir-

məsi  və  davamçısı  olan  Fati-

mat  xanım  Adıgözəlova  artıq 

bir  ilə  yaxındır  ki,  aramızda 

yox dur.  Öz  ömrünü,  biliyi-

ni,  bacarığını  gənc  həkimlərin 

təlim-tərbiyəsinə  həsr  etmiş 

peşəkar müəllim, səmimi insan 

Fatimat  xanımın    əziz  xatirəsi   

həmkarları  və  tələbələrinin 

qəlbində daim yaşayacaq.

Rəhimə QABULOVA,

ATU-nun dosenti

Peşəkar həkim, unudulmaz müəllim



Mayın 3-də Stomatologiya fakültəsi nin Tələbə 

Elmi Cəmiyyətinin növbəti konfransı keçirildi. 

Konfrans iki bölmədən – kliniki və xarici dillər 

bölmələrindən ibarət olub, müvafiq olaraq ATU-nun sto-

matoloji klinikasında və xarici dillər kafedrasında keçiril-

di. Fakültənin dekanı, professor Zöhrab Qarayev kliniki 

bölmədə əvvəlcə tələbə və gənc həkimlərin 1-ci, 2-ci və 

3-cü Beynəlxalq tibb konqreslərində Stomatologiya 

fakültəsi tələbələrinin uğurlu çıxışlarını vurğulayaraq, bu 

gün ilk addımlarını atan gələcəyin elmi tədqiqatçılarına 

müvəffəqiyyət arzuladı və məruzəçilərin hamısını qalib 

adlandırdı. 

Kliniki bölmədə 10 məruzə dinlənildi. Məruzələrin 

hamısı kliniki xüsusiyyətli olub, stomatologiyanın aktual 

problemlərinə həsr olunmuşdur. Konfransda terapevtik 

stomatologiya üzrə - 3, ağız və üz-çənə cərahiyyəsi üzrə - 

2, uşaq stomatologiyası üzrə - 3, ortopedik stomatologiya 

üzrə - 2 məruzə dinlənildi. Məruzəçi tələbələr hazırlıqlı, 

sərbəst çıxış edərək, kliniki materiallarını əyani surətdə 

kompüter görüntüləri ilə nümayiş etdirərək, verilən 

sualları düzgün cavablandırdılar. 

Konfransın gedişində professorlar T.Hüseynova və 

R.Əliyeva, t.e.d. N.Pənahov, t.e.d. A.Paşayev  və dosent 

Ə.Hacıyev aktiv iştirak edərək öz irad və tövsiyələri ilə 

məruzəçilərə faydalı məsləhətlər verdilər. 

Sonra sədr elmi rəhbərlərə, məruzəçilərə və münsiflər 

heyətinə minnətdarlığını bildirərək, bölmədə fərqlənən 

məruzələrin “Tələbə və gənc həkimlərin 4-cü Beynəlxalq 

Tibb Konqresi”nə təqdim olunacağını vurğuladı. 

Konfransa yekun vuran professor Zöhrab Qarayev 

edilən çıxışlara münasibətini bildirərək məruzəçilərin 

və elmi rəhbərlərin işini müsbət qiymətləndirdi, sonda 

tələbələr diplom və sertifikatlarla təltif olundular. 

* * *

Xarici dillər bölməsi üzrə keçirilən konfransı açan 



fakültə TEC-in elmi rəhbəri və təşkilat komitəsinin sədr 

müavini, dosent Ə.Hacıyev məruzəçiləri təbrik edərək 

onlara çıxışlarında uğur dilədi. Torpaqlarımızın müda-

fiəsi zamanı qəhrəmancasına şəhid olan əsgər və zabitlərə 

həsr edilən çıxışlarla başlayan konfransda 20 məruzə 

dinlənildi. Onlardan 15 tələbə ingilis, 3 tələbə rus və 3 

tələbə alman dilində çıxış etdilər. Tələbələr xarici dildə 

sərbəst çıxış edərək, kompüter görüntüləri ilə möv-

zuya uyğun öz fikirlərini auditoriyaya çatdırıraq, sual-

lara düzgün cavab verdilər. Sonda çıxışları ilə fərqlənən 

tələbələr diplom və sertifikatlarla təltif olundular. 

Konfransa yekun vuran dosent Ə.Hacıyev tələbələrin 

keçən konfranslarda çıxışları ilə müqayisədə onların elmi 

işə həvəsinin daha da artdığını, bu işin təşkilində kafe-

dra müdiri, professor Z.Məmmədovanın və tələbə elmi 

dərnəyinin rəhbəri, dosent E.Hüseynovanın zəhmətini 

xüsusi qiymətləndirdi. O, elmi rəhbərlərə və münsiflər 

heyətinin üzvlərinə konfransda aktiv iştirakına görə 

minnətdarlığını bildirdi. 

Ə.HACIYEV, 

Stomatologiya fakültəsi TEC-in elmi rəhbəri, dosent

Ümumilikdə 13 nəfər tələbə 

TEC-in  ictimai  fənlər  üzrə 

konfransına  elmi  iş  hazırla-

yaraq  çıxışa  təqdim  etmiş-

di.  Mövzular  çox  aktual  və 

maraqlı  idi.  Təqdim  olunan 

elmi  konfrans  materiallarının 

əksəriyyəti  ümummilli  lider 

Heydər  Əliyevin  anadan  ol-

masının 94 illiyinə həsr olun-

muşdu. Dahi şəxsiyyətin həyat 

və fəaliyyətinin tələbə gənclər 

üçün  bir  məktəb  olduğu  on-

ların  elmi  işlərində  də  geniş 

əksini tapmışdı. 

800

b

  qrup  tələbəsi  Ay-



tac  İsmayılova,  800

a

  qrup 



tələbəsi  Fatimə  Hacıyeva,  8

a

 



qrup  tələbəsi  Fidan  Cəfərli, 

801


a

  qrup  tələbəsi  Aysel 

Məhərrəmova,  168

a

  qrup 



tələbəsi  Şəhla  Adilova,  802

qrup  tələbəsi  Fidan  İsmayı-



lova,  160

b

  qrup  tələbəsi  İnci 



Əzizova,  160

b

  qrup  tələbəsi 



Şəfa  Novruzlu,  160

b

  qrup 



tələbəsi  Şəkər  Həsənzadə, 

8

b



  qrup  tələbəsi  Ərşad 

Səfərov, 8

b

 qrup tələbəsi Ayşə 



Səlimzadə,  20

a

  qrup  tələbəsi 



Nəzrin  Kərimzadə  və  801

b

 



qrup  tələbəsi  Həcər  Babaye-

vanın  məruzə  etdikləri  elmi 

işlər  konfrans  iştirakçıları 

tərəfindən maraqla qarşılanıb.  

Son olaraq münsiflər heyəti 

tərəfindən  tələbələrə  dolğun 

və  əhatəli  çıxışlarına  görə 

təşəkkür  edilib,  onlara  yeni-

yeni yaradıcılıq uğurları arzu-

lanıb.


Elbrus Sadıqov,  

İctimai fənlər kafedrasının 

dosenti

KAFEDRALARDA TEC-İN KONFRANSLARI KEÇİRİLİR



• 

Mayın 5­də İctimai fənlər kafedrasında tələbə elmi 

cəmiyyətinin konfransı keçirilmişdir. İctimai fənlər kafed­

rasının müdiri, professor Qoşqar Əliyev konfransı açıq elan 

etdkdən sonra ictimai fənlər üzrə TEC­ə məsul şəxs, dosent 

Cavanşir Sadıqov tələbələrə proqrama müvafiq olaraq çı­

xış üçün söz verdi.


: tebib qezeti
tebib qezeti -> BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib
tebib qezeti -> S.ƏLİyev: “TƏDRİSİn yüKSƏk səVİYYƏDƏ aparilmasi müƏLLİMLƏRİn təLƏBƏLƏRƏ olan
tebib qezeti -> Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR
tebib qezeti -> Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir
tebib qezeti -> Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı
tebib qezeti -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib qezeti -> Atu-nun Tələbə Gənclər Təşkilatının sədri Fəxri Fərmanla təltif edilib
tebib qezeti -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib
tebib qezeti -> Atu-da “Düzgün kliniki Praktika” seminarı keçirilib
tebib qezeti -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə