Bu sayimizda



Yüklə 305,77 Kb.

səhifə1/6
tarix02.06.2018
ölçüsü305,77 Kb.
  1   2   3   4   5   6


Təsisçi: Azərbaycan 

Tibb Universiteti

Qəzet 1933 -cü ildən çıxır.   

http://www.amu.edu.az

     № 10 (1650) 31 may  2017 - ci il    

         Qiyməti 50 qəpik



BU  SAYIMIZDA 

Azərbaycan Tibb 

Universitetində 2016-

2017- ci tədris ilində 

yaz semestrinin 

imtahan sessiyasına 

və Buraxılış Dövlət 

Attestasiyasına 

hazırlığın vəziyyəti, 

imtahanların 

mütəşəkkil 

keçirilməsində 

kollektivin vəzifələri 

müzakirə olunub

İndoneziya səfiri 

universitetimizin 

qonağı olub

Tibbi profilaktika fakültəsində 

yeni növ treyninqlər keçirilir

Tələbələrimiz beynəlxalq 

olimpiadada uğur qazandı



Tədris Cərrahiyyə Klinikada Qalxanabənzər Vəzi Gününə 

həsr 

olunmuş pulsuz müayinə aksiyası keçirildi

Kitabxanamızın 

fondundan minlərlə 

mütəxəssis yararlanır

Tədris Terapevtik Klinikada növbəti 

xəstə təhlilləri aparılıb

Xalq şairi 

məhəbbətlə 

xatırlandı

Şagirdlər alimin 

həyat – fəaliyyəti 

ilə tanış olublar

Ortopedik 

stomatologiya 

kafedrasında tələbələr 

və rezidentlər üçün 

seminarlar keçirilir

2

5

7

5

3

6

7

4, 7

3

4

Hörmətli konqres iştirakçıları!

Sizi – Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya 

gəlmiş alimləri səmimi qəlbdən salamlayır, hər birinizə insanla-

rın sağlamlığı naminə nəcib fəaliyyətinizdə nailiyyətlər arzula-

yıram.

“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin təşkilinin ar-



tıq ənənəvi şəkil alması onun kardiologiya və ürək-damar 

cərrahiyyəsinin inkişafı sahəsində nüfuz qazandığını göstərir. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 

xatirəsinə həsr olunan konqresinizin işində dünyanın müxtəlif 

mötəbər tibb mərkəzlərini, o cümlədən ABŞ-ın Klivlend Klini-

kasını, Almaniyanın Berlin Ürək Mərkəzini, Türkiyə, Rusiya, 

İsveçrə, Avstriya və digər ölkələrin tibb müəssisələrini təmsil 

edən 400-ə yaxın kardioloq alim və cərrahın iştirakı təqdirə la-

yiqdir.

Yaxşı məlumdur ki, kardioloji xəstəliklər müasir dövrdə insan-



ların ən çox məruz qaldığı xəstəliklərdəndir. Dünyanın nüfuzlu 

kardioloji mərkəzlərində aparılan ən çətin əməliyyatların ha-

zırda ölkəmizdə yeni nəsil kardioloqların fəaliyyəti sayəsində 

uğurla həyata keçirilməsi fərəh doğurur. Beynəlxalq təcrübədən 

qarşılıqlı surətdə lazımınca faydalanmaqla kardiologiyanın ak-

tual problemlərinin həllinə yönəlmiş birgə səylərinizin gözəl 

bəhrə verəcəyinə inanıram. Sevindirici haldır ki, Azərbaycan 

səhiyyəsinin bugünkü vəziyyəti təbabətin sürətlə inkişaf 

edən sahələrindən biri kimi kardiologiya elminin ən son 

nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapev-

tik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli 

şərait yaradır.

Ölkəmizdə gerçəkləşdirilən bir çox tədbirlər, xüsusilə əhalinin 

müntəzəm dispanserizasiyası, sağlam həyat tərzinin təbliği

idmanın və bədən tərbiyəsinin geniş vüsət alması kardioloji 

xəstəliklərin profilaktikasına xidmət edir. Builki konqresinizin 

böyük müvəffəqiyyətlə başa çatmış IV İslam Həmrəyliyi Oyun-

larının ardınca keçirilməsi idman və təbabət arasında bağlılıq ba-

xımından rəmzi məna daşıyır. Son illər Azərbaycanda mütəmadi 

təşkil olunan beynəlxalq səviyyəli mötəbər tədbirlər müxtəlif 

ölkələrdən gələn qonaqlara dünyanın ən gözəl şəhərlərindən 

birinə çevrilmiş Bakı ilə, xalqımızın mədəniyyət, elm və iqtisa-

diyyatda nail olduğu parlaq nəticələrlə tanışlıq imkanı yaratmış-

dır. Əminəm ki, siz də doğma vətəninizə xalqımız və şəhərimiz 

haqqında aldığınız xoş təəssüratlarla dönəcəksiniz.

Ümidvaram ki, yüksək elmi və elmi-təcrübi əhəmiyyətə malik 

bu konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə 

əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək və tibb elminin 

inkişafına layiqli töhfəsini verəcəkdir.

Ən səmimi arzularla,



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2017-ci il.



“Bakı Ürək Günləri” V Beynəlxalq 

Konqresinin iştirakçılarına


31 may 2017-ci il

2

http://w w w.amu.edu.az



  2017-ci  ilin  may  ayının  respub-

likamızda  əlamətdar  hadisələrlə 

yadda qaldığını, müstəqil ölkəmizin 

memarı və qurucusu olan ulu öndər 

Heydər  Əliyevin  anadan  olması-

nın  94-cü  ildönümünun  ölkəmizdə, 

cümlədən 



universitetimizdə 

təntənə  ilə  qeyd  edildiyini  deyən 

prorektor  mayın  10-dan  22-dək 

Bakı  şəhərində  keçirilən  IV  İslam 

Həmrəyliyi Oyunlarının Azərbaycan 

standartları  ilə  uğurla  başa  çatdı-

ğını  vurğuladı:  “Azərbaycan  54  İs-

lam  ölkələrinin  birincisi  kimi  böyük 

qələbə ilə, 162 medalla (75 qızıl, 50 

gümüş, 37 bürünc) bu oyunları başa 

vurdu.  Bu  tarixi  qələbənin  qazanıl-

masında  Respublikamızın  Prezi-

denti cənab İlham Əliyevin və Birinci 

vitse-prezident, IV İslam Həmrəyliyi Oyun-

larının təşkilat komitəsinin sədri Mehriban 

xanım  Əliyevanın  apardığı  böyük  təşkilati 

işi, diqqəti və qayğını xüsusilə qeyd etmək 

istərdim. Universitetimizin minlərlə tələbəsi 

və  könüllüləri  IV  İslam  Həmrəliyi  Oyunla-

rının  açılış  və  bağlanış  mərasimlərində, 

həm  də  ayrı-ayrı  stadionlarda  və  idman 

zallarında  oyunların  izlənilməsində  iştirak 

etdi. Buna xüsusi diqqət və qayğı göstərdiyi 

üçün  universitetin  rektoru,  professor 

Gəray  Gəraybəyliyə,  fəallıq  göstərən 

tələbələrimizə,  dekanlarımıza,  xüsusən 

açılış və bağlanış mərasimində tam heyətlə 

iştirak  edən  hərbi  fakültənin  dekanına, 

zabitlərinə  və  tələbələrinə  təşəkkürümü 

bildirirəm”.      

  S.Əliyev ölkəmizdə ali tibb təhsili siste-

minin Avropa təhsil məkanına inteqrasiyası 

və ali tibb təhsilinin forma və məzmununun 

Boloniya Bəyannaməsi prinsiplərinə uyğun-

laşdırılmasının  universitet kollektivi qarşı-

sında əsas vəzifə kimi qoyulduğuna diqqət 

çəkdi.  Hərbi  tibb  fakültəsi  və  hərbi  tibb 

məktəbi  istisna  olmaqla  universitetin  bü-

tün fakültələrində və ixtisaslarında tədrisin 

Boloniya  bəyannaməsinin  müddəalarına 

uyğun  həyata  keçirildiyini  dedi:  “Rektor-

luq,  tədris  hissəsi  və  fakültə  dekanlıqları 

tələbələrin  dərsə  davamiyyətini  gündəlik 

diqqətdə saxlamaq məqsədilə tədris bina-

larında və klinik bazalarda vaxtaşırı reydlər 

keçirmiş, tələbələrin dərsə davamiyyəti isə 

dekanlıqların  və  rektorluq  şurasının  bü-

tün  iclaslarının  müzakirə  predmeti  olmuş, 

ayrı-ayrı  fakültələrin  elmi  şuralarında  se-

mestr  ərzində  bir  neçə  dəfə  müzakirəyə 

çıxarılmışdır.  Əsasən  universitetdə  təhsil 

alan tələbələrin böyük əksəriyyətinin dərsə 

davamiyyəti qənaətbəxşdir. Lakin bir qrup 

tələbə  “Ali  təhsil  müəssisələrinin  bakalavr 

və magistratura səviyyələrində kredit siste-

mi ilə tədrisin təşkili Qaydaları” nın imkan 

verdiyi  həddə  qədər  -  fənn  üzrə  25%-ə 

qədər dərs buraxmağa başlamışdır”. 

Məruzədə həmçinin qeyd edildi ki, dərsə 

gecikən  tələbələrə  güzəşt  edildiyindən 

dərslərə kütləvi gecikmə halları müşahidə 

olunur,  bu  isə  tədrisin  ritmini  pozur.  Ona 

görə də dərsburaxma ilə əlaqədar məsələ 

universitetin  Böyük  Elmi  Şurasında 

müzakirə  olunmalı,  tibb  təhsilinin  xarakter 

xüsusiyyətini nəzərə alaraq müvafiq qərar 

qəbul edilməlidir.

Universitetdə  təhsil  alan  xarici  tələbələr 

haqqında statistik məlumatlar da məruzədə 

öz  əksini  tapdı:  “2016/2017-ci  tədris  ilinin 

əvvəlindən  ATU-da  26  ölkədən  791  nəfər 

tələbə (bu tələbələrdən 6 nəfəri - İordani-

ya vətəndaşları dövlət xətti ilə), 10 ölkədən 

isə 689 dinləyici (bunlardan 40 nəfər - YÖK 

yolu ilə), bundan əlavə 1 nəfər ixtisasartır-

ma kursunda, 30 nəfər rezidenturada və 6 

nəfər isə magistraturada təhsil alır”. 

 S.Əliyev onu da qeyd etdi ki, kredit sis-

temi  ilə  təhsil  alan  tələbələrin  imtahan-

ları  universitetdə  yaradılmış  Virtual  Test 

Mərkəzinin  köməyi  ilə  mərkəzləşdirilmiş 

şəkildə  kompyüter  vasitəsilə  test  üsulu  ilə 

aparılır:  “Cari  tədris  ilinin  yaz  semestrinin 

imtahan sessiyası da kredit sistemi ilə təhsil 

alan tələbələr üçün həm semestr, həm də 

dövlət imtahanları kompyüter vasitəsilə test 

üsulu  ilə  həyata  keçiriləcəkdir.  Universite-

tin  axırıncı  kurs  tələbələri  dövlət  imtahanı 

qabağı    son  sessiya  imtahanlarına  başla-

mışlar. Bu günə olan məlumatlara görə, im-

tahana  buraxılanlardan  37  nəfər  imtahan-

larda  iştirak  etməmiş,  16  nəfər  imtahana 

buraxılmamışdır.  Belə  demək  mümkünsə, 

kompyterlər vasitəsilə test üsulu ilə imtaha-

nın nəticələri onların hazırlıqlarına müvafiq 

olmuşdur.  Qeyd  etməliyəm  ki,  cari  tədris 

ilindən  I  kursdan  başlayaraq  kompyüter 

vasitəsilə test üsulu ilə imtahanların aparıl-

masında  müəyyən  dəyişikliklər  edilmişdir. 

Belə ki, sualların sayı 50-dən 25-ə endiril-

miş, hər tələbəyə 10 açıq sual təqdim olu-

nacaq ki, bu da tələbədən gizli saxlanılır və 

çalışırıq ki, tələbələrin imtahanda qazandı-

ğı nəticələr reallığa daha yaxın olsun, baş-

qa  sözlə  desək,  “əzbərçilikdən  real  biliyə” 

devizini həyata keçirək”.  

Çıxışında 

istehsalat 

müşavirələrinə 

də  toxunan  natiq  dedi  ki,  cari  tədris  ili-

nin  yaz  semestrində  aparılan  istehsa-

lat  müşavirələri  istər  professor-müəllim 

heyətinin,  istərsə  də  tələbələrin  iştirakı 

baxımından  qənaətbəxş  olmuşdur.  Ona 

görə  də  tələbələr  tərəfindən  qaldırılan 

məsələlərin yerindəcə həll edilməsinə im-

kan yaranmışdır: “Universitetin prorektorla-

rı - professor S.Əliyev, dosent R.Bəylərov, 

dosent N.Xəlilov, Universitet Həmkarlar İtti-

faqı Komitəsinin sədri, dosent C.Qasımov, 

tədris şöbəsinin müdiri, dosent N.Qasımov, 

təhsilin  keyfiyyətinin  təminatı  və  innovasi-

ya şöbəsinin müdiri, professor A.Qurbanov 

rektorun sərəncamına əsasən ayrı-ayrı ic-

laslara təhkim edilmişlər. Onların iştirakı ilə 

kafedralarımızı və tələbələri narahat edən 

bir sıra məsələlər açıq müzakirə obyektinə 

çevrilmişdir”.

Rezidenturanın    qəbul  imtahanları    haq-

qında da bəhs edən prorektor qeyd etdi ki, 

“Təhsil haqqında” Azərbaycan Respublika-

sının  Qanununun  qəbulundan  sonra  tibb 

təhsili  əsas  və  rezidentura  təhsilinə  ayrıl-

mışdır:  “Azərbaycan  Respublikası  Nazir-

lər  Kabinetinin  “Rezidentura  təhsilinin 

məzmunu  və  təşkili  Qaydaları”na  uyğun 

olaraq 2011-ci ildən başlayaraq ölkədə re-

zidentura təhsilinə start verilmişdir. 

Ənənəvi  olaraq  rezidenturaya  qəbul  im-

tahanları  Dövlət  Attestasiyasından  sonra 

aparılırdı. Artıq bir neçə ildir ki, rezidentu-

raya qəbul imtahanları 2 mərhələdə aparılır 

və  hər  mərhələ  100  balla  qiymətləndirilir. 

Cari  tədris  ili  üçün  I  mərləhə  -  baza  tibb 

fənləri üzrə 09 aprel 2017-ci ildə aparılmış, 

II  mərhələ  -  klinik  fənlər  üzrə  2017-ci  ilin 

iyul ayına planlaşdırılır.

Rezidenturaya  2017-ci  il  qəbulu  üçün 

1077  nəfər  sonuncu  kurs  tələbəsi  və 

əvvəlki  illərin  məzunları  müraciət  etmişdir 

ki,  onlardan  54  nəfəri  xarici  ölkədə  təhsil 

müəssisələrini  bitirənlərdir.  Səhiyyə  Na-

zirliyi  ilə  razılaşdırılaraq  I  mərhələ  üzrə 

müsabiqə  şərti  40  bal  saxlanılmışdır. 

Sənəd verənlərin böyük əksəriyyəti univer-

sitetimizin  məzunları  və  ya  sonuncu  kurs 

tələbələridir. Ən yüksək toplanan bal 83 bal 

olmuşdur”.

Çıxışının  sonunda  imtahanların  gedişinə 

ciddi  nəzarət  olunacağını  və  hər  bir  ne-

qativ  hal  haqqında  siqnallara  çox  kəskin 

reaksiya  veriləcəyini  vurğulayan  S.Əliyev 

universitet  kollektivinin  bu  məsul  və  çətin 

işin  öhdəsindən  bacarıqla  gələcəyinə 

əminliyini bildirdi.

Kafedra  müdirləri  Zübeyid  Tağıyev,  El-

çin  Ağayev  və  Cavanşir  İsayev,  təhsilin 

keyfiyyətinin  təminatı  və  innovasiya 

şöbəsinin müdiri Akif Qurbanov çıxışların-

da məruzəni qənaətbəxş qiymətləndirərək 

bu  sahədə  görülən  işlərdən  və  həllini 

gözləyən  problemlərdən  söhbət  açdılar. 

Natiqlər  həmçinin    mövcud  olan  bir  sıra 

nöqsanların aradan qaldırılması üçün təklif 

və rəylərini bildirdilər.

Məruzə  və  çıxışlarda  səslənən  fikirlərə 

münasibət  bildirən  rektor  universitetin 

çoxşaxəli fəaliyyətində tədrisin mühüm yer 

tutduğunu, hər il bir neçə dəfə bu məsələnin 

müzakirə  edildiyini,  bu  istiqamətdə 

müəyyən islahatların aparıldığını söylədi.

İslahat  müşavirələrinin  universitetimizdə 

uzun  illər  ərzində  ənənəvi  olaraq  keçiril-

diyini  xatırladan  G.Gəraybəyli  artıq  ikinci 

ildir  ki,  şəxsən  tələbələrlə  görüşdüyünü, 

bu  ildən  görüşlərin  formatının  dəyişildiyini 

vurğuladı:  “Mən  dekanların,  dekan 

müavinlərinin, yəni rəsmi şəxslərin iştirakı 

olmadan tələbələrlə 6 görüş keçirərək hər 

kursun  tələbələri  ilə  ayrı-ayrılıqda  söhbət 

aparmışam. Mənimlə görüşlərdə tələbələr 

həddindən  artıq  böyük  problemlər  qaldı-

rıblar.  Bu  problemləri  qeydə  almaqla  hər 

kafedra  haqqında  tələbələrin  dedikləri 

məlumatları əldə etmişəm. Düşünürəm ki, 

gələcəkdə bu görüşlərin formatını yenidən 

dəyişmək  lazımdır.  Qoy  kafedra  müdirləri, 

adları çəkilən müəllimlər də bu görüşlərdə 

iştirak etsinlər, tələbələrin onların haqqında 

dediklərini  eşitsinlər.  Bəlkə  bundan  sonra 

müəyyən  nəticələr  ola.  Elə  məsələlər  var 

ki,  ildən-ilə  tələbələrin  şikayəti  əsasında 

müzakirə  olunur,  amma  heç  nə  dəyişmir. 

Mən  hesab  edirəm  ki,  dəyişəcək,  mütləq 

dəyişəcək və dəyişməlidir”.

Görüşlərdə tələbələrin təkcə neqativ hal-

lardan deyil, müsbət məqamlardan da da-

nışdıqlarını  diqqətə  çatdıran  rektor  bildirdi 

ki,  I,  II  və  III  kurs  tələbələri  bu  il    nəzəri 

kafedraların  daha  obyektiv  olduqlarını 

xüsusilə  vurğuladılar.  İraq  səfiri  ilə  görüş 

zamanı  da  obyektivliyin  artması  barədə 

fikirlər səsləndi ki, bu da sevindirici haldır.

Universitetin  öz  məhsuluna  cavabdeh 

olmasının  zəruriliyini  önə  çəkən  rektor 

tədrisin keyfiyyətini yüksəltmək, tələbələrin 

biliyini  obyektiv  qiymətləndirmək  üçün 

müəllimləri  məsuliyyətli  olmağa  çağır-

dı:  “Məruzədə  də  haqlı  olaraq  vurğulan-

dı  ki,  bəzi  müəllimlər  ancaq  dərs  soruş-

maqla  məşğuldur.  Beynəlxalq  praktikada 

belədir  ki,  müəllim  ilk  növbədə  dərsi  izah 

etməli,  əsas  istiqamətləri  verməlidir.  So-

ruşmaq bəlkə də onun işi deyil, buna görə 

qiymətləndirmə  qurumları,  komandaları 

var”.


Yekun  nitqində  kafedra  müdirlərinin 

tədris, müalicə və elm prosesindəki roluna 

da  toxunan  G.Gəraybəyli  diqqəti  təəssüf 

doğuran bəzi məqamlara yönəltdi: “Hər bir 

kəs yazdığı təqdimat əsasında məsuliyyət 

daşımalıdır.  Artıq  müasir  tələblər  başqa-

dır. Hansısa cavan bir kadrı işə götürəndə 

bugünkü tələblərlə yanaşmaq lazımdır. İşə 

qəbul,  eləcə  də  vəzifədən-vəzifəyə  keçid 

obyektivlik  şəraitində  aparılmalıdır.  Hər 

bir  vəzifəyə  alternativ  namizədin  olma-

sı  yaxşı  bir  haldır.  Mən  hesab  edirəm  ki, 

gələcəkdə  kafedra  müdirlərinin  özlərinin 

seçkilərində də kafedradan və ya kənardan 

mütləq alternativ namizədin irəli sürülməsi  

praktikasına    başlamaq  vacibdir.  Çünki 

bəzi  kafedralarda,  yumşaq  desək,  mühit 

heç  də  sağlam  deyil.  Kafedra  müdirləri 

öz  əməkdaşlarından,  əməkdaşlar  isə  ay-

rı-ayrılıqda  kafedra  müdirlərindən  şikayət 

edirlər.    Təbii  ki,  belə    kollektivdə  normal 

fəaliyyətdən,  normal  tədrisdən  söhbət 

gedə bilməz”. 

Bəzi  kliniki  kafedraların  müdirlərinin 

və  tədris  hissə  müdirlərinin  iş  vaxtında 

özəl  klinikalara  “qaçması”nı  kəskin  tənqid 

edən  universitetin  rəhbəri    həmin  kafed-

raların  müdirlərinə  sonuncu  xəbərdarlıq 

ediləcəyini,  barələrində  ciddi  cəza 

tədbirlərinin görüləcəyini vurğuladı. 

Ümumilikdə tədris prosesinin qənaətbəxş 

olduğunu  bildirən  rektor  yeni  dərs  ilindən 

hər kurs üzrə yeni qurulmuş imtahan proq-

ramına keçiləcəyini də diqqətə çatdırdı.

ATU-nun rektoru yanında İctimai Nəzarət 

və  Məsləhət  Şurasının  Əsasnaməsini  və 

tərkibini,  ATU-nun  Tədris  Stomatoloji  Kli-

nikasının  qiymət  cədvəlini  və  ATU-nun 

nəzdində  fəaliyyət  göstərən  laboratoriya-

ların əsasnamələrini təsdiqləyən elmi şura 

valideyni olmayan uşaqların təhsil haqqın-

dan azad olmaları, tələbələrin yekun qey-

diyyat vərəqələrinin doldurulması, Elektron 

Universitet, ATU-nun saytına məlumatların 

yerləşdirilməsi,   yataqxana müqavilələrinə 

yenidən  baxılması  və  digər  məsələləri  də 

müzakirə  edərək  müsabiqə  məsələlərinin 

həlli ilə öz işini yekunlaşdırdı. 

ATU-nun mətbuat xidməti

 Arif MƏMMƏDLİ

Fotolar Cənnətalı Çingizindir

BÖYÜK ELMİ ŞURADA



M

ayın 30-da Böyük Elmi 

Şuranın növbəti toplantısı 

keçirildi. Toplantını açan ATU-nun 

rektoru, professor Gəray Gəraybəyli 

gündəlikdə duran məsələlərin 

müzakirəsinə keçməzdən əvvəl 

fizioterapiya və idman təbabəti 

kafedrasının müdiri, professor Əlişir 

Musayevi və normal fiziologiya 

kafedrasının müdiri, professor Arif 

Məmmədovu AMEA-nın müxbir 

üzvlüyünə seçilməsi, mikrobiologiya 

kafedrasının müdiri, professor 

Zakir Qarayevi isə AMEA-nın 

Mirqasımov adına mükafatına 

layiq görülməsi münasibətilə təbrik 

etdi. Bundan sonra “Azərbaycan 

Tibb Universitetində 2016-2017- 

ci tədris ilində yaz semestrinin 

imtahan sessiyasına və Buraxılış 

Dövlət Attestasiyasına hazırlığın 

vəziyyəti, imtahanların mütəşəkkil 

keçirilməsində kollektivin vəzifələri” 

barədə universitetin tədris işləri üzrə 

prorektoru, professor Sabir Əliyevin 

məruzəsi dinlənildi.  


: tebib qezeti
tebib qezeti -> BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib
tebib qezeti -> S.ƏLİyev: “TƏDRİSİn yüKSƏk səVİYYƏDƏ aparilmasi müƏLLİMLƏRİn təLƏBƏLƏRƏ olan
tebib qezeti -> Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR
tebib qezeti -> Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir
tebib qezeti -> Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı
tebib qezeti -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib qezeti -> Atu-nun Tələbə Gənclər Təşkilatının sədri Fəxri Fərmanla təltif edilib
tebib qezeti -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib
tebib qezeti -> Atu-da “Düzgün kliniki Praktika” seminarı keçirilib
tebib qezeti -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin


Dostları ilə paylaş:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə