Bu sayimizda



Yüklə 305,77 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix02.06.2018
ölçüsü305,77 Kb.
#47044
1   2   3   4   5   6

31 may 2017-ci il

3

http://w w w.amu.edu.az



Bu testi hesablayan proqram yalnız ATU-nun Tədris Cərrahiyyə Klinika-

sında mövcuddur 

.

İstənilən  tibb  müəssisəsi,  klinikalarda  müasir  laboratoriyaların  mövcudluğu 

əsas şərtlərdən biridir. Məhz modern tibbi avadanlıq və peşəkar kadrlar əhaliyə 

tibbi xidmətin yüksək səviyyədə göstərilməsinə imkan yaradır.

Azərbaycan  Tibb  Universitetinin  Tədris  Cərrahiyyə  Klinikasında  bu  baxım-

dan – şərait yaradılıb. Belə ki, hazırda klinikada çoxprofilli laboratoriya fəaliyyət 

göstərir. Bu haqda laboratoriyanın müdiri, tibb üzrə fəlsəfə doktoru Yavər Hacı-

soy məlumat verib. Onun sözlərinə görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasının 

laboratoriyasında bütün növ - biokimyəvi, hematoloji, immunoloji, bakterioloji, 

molekulyar-genetik analizlər aparılır: 

“Ümumiyyətlə, laboratoriyamız Almaniya, Yaponiya və Amerika kimi dövlətlərin 

istehsalı olan və dünyada referans olaraq qəbul olunmuş cihaz və avadanlıq-

larla təchiz olunmuşdur. Laboratoriya personalının hər biri isə peşəkar, xaricdə 

təhsil almış mütəxəssislərdir. Çünki laboratoriyanın təchizatı önəmli olduğ kimi, 

nəticələri  qiymətləndirən  həkimlərin  bilik  və  bacarıqları  da  əhəmiyyət  daşıyır. 

Bütün bunlarla yanaşı, laboratoriyamızda həm daxili, həm də xarici keyfiyyətə 

nəzarət  (kontrol)  sistemlərindən  istifadə  olunur.  Sivil  laboratoriyalarda  bu 

mütləqdir. Bunu təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycanda bu cür nəzarət 

sistemləri ilə işləyən laboratoriyalar barmaq sayını keçməyəcək qədər azdır.

Bu kontrol sistemləri ticari firmalar tərəfindən istehsal olunur, biz isə onların 

nümayəndəlikləri vasitəsi ilə əldə edirik. 

Daxili kontrol dedikdə nə başa düşülür? 

Belə  ki,  aldığımız  kontrollar  ilə  birlikdə  instruksiyaları  gətirilir  və  kontrolun 

içərisində ölçüləcək elementin miqdarı məlumdur. Məsələn, instruksiyada qeyd 

olunur ki, kontrolun içərisində qlükoza (şəkər) 80 mg/dL olmalıdır. Bizim labora-

toriyamızda səhər işə başlamadan öncə bütün bölmələr üzrə ən azı bir səviyyədə 

kontrollar qoyulur. Əgər kontrollarımızın nəticəsi istənilən səviyyədədirsə, on-

dan  sonra  pasiyentlərin  nümunələri  işlənilir.  Yəni  əgər  içərisində  qlükozanın 

(şəkər) miqdarı 80 mg/dL olan kontrolun nəticəsini cihaz 80 və ya ona yaxın 

rəqəm verirsə, deməli işimiz normaldır, xəstələrin nümunələrini də rahatlıqla, 

güvənərək işləyə bilərik. Onu da qeyd edim ki, bəzən bu proses gün ərzində bir 

neçə dəfə təkrar olunur.

Xarici kontrol nədir?

Xarici kontrol sistemində isə anlaşdığımız qurum ayda bir dəfə bizə içərisində 

işlənəcək testlərin dəyərlərini bilmədiyimiz maye (bəzən toz halında) göndərir. 

Yəni bu kontrolun içərisində, məsələn, qlükozanın miqdarı bizə məlum deyil. 

Göndərilmiş kontrollar laboratoriyadakı müvafiq bölmə və cihazlarda işləndikdən 

sonra, qurumun internet səhifəsində bizim üçün xüsusi açılmış pəncərələrə daxil 

edilir. Təxminən 7-10 gün sonra nəticələr elan olunur. Bu zaman nəticəmiz ideal 

dəyərə nə dərəcədə yaxındır, xarici nəzarət sistemlərinə qoşulmuş laboratoriya-

lar arasında yerimiz və s. bildirilir. Onu da qeyd edim ki, biz bu məqsədlə Türkiyə 

Cümhuriyyətində  olan  Klinik  Biokimya  Uzmanları  Dərnəyinin  xarici  kontrol 

sistemlərinə qoşulmuşuq. Və bura bir neçə ölkədən yüzlərlə laboratoriya qoşulur.

Aprel  ayında  isə  laboratoriyamızda  daha  bir  yenilik  etmişik.  Belə  ki, 

Azərbaycanda ilk dəfə Almaniyanın Siemens şirkətinə məxsus lisenziyalı “Prisca” 

proqramı ilə təmin olunmuşdur. 



Bu nə üçün lazımdır?

Hamilə  qadınlarda  gələcək  övladın  bəzi  genetik  xəstəliklərlə  (Down,  Triso-

miya 18 və s.) doğulma ehtimalını araşdırmaq üçün 2-li, 3-lü və 4-lü tarama 

analizləri olunur. Əksər sivil ölkələrdə bütün hamilə qadınlar bu analizlərin ən 

azı birindən keçirlər. ATU-nun TCK-nın laboratoriyasında olan mövcud cihazlar 

(Siemens Immulite XP2000) və yeni təmin olunmuş proqram vasitəsi ilə artıq bu 

analizlər özümüzdə aparılır. Indiyə qədər bu analizlər Türkiyə Cümhuriyyətində 

olan laboratoriyalara göndərlilirdi. Artıq bir neçə klinika sırf bu analizlər üçün 

bizimlə əməkdaşlığa başlamışdır. Getdikcə də digər klinika və laboratoriyala-

rın da bu analizləri digər respublikalara deyil, bizim klinikanın laboratoriyasına 

göndərəcəyini düşünürük.

Laboratoriya  müdirinin  sözlərinə  görə,  İkili  tarama  hamiləliyin  11-14-cü 

həftələrində aparılır. Bu zaman qanda bəzi hormonlar yoxlanılır. Həmin gün ana 

mütləq ultrasəs müayinəsindən də keçir və dölə aid bəzi ölçülər götürülür. Sonda 

bu dəyərlər başqa “priska” proqramına daxil edilir və gələcək övladın genetik 

xəstəlik ilə doğulma ehtimalı hesablanılır. Y.Hacısoy deyir ki, bu proqram hazırda 

yalnız ATU-nun Tədris Cərrahiyyə Klinikasında var: “Bu proqramın köməyilə qeyd 

etdiyimiz kimi, Daun sindromu və bəzi genetik xəstəliklərlə bağlı risklər hamiləlik 

dövründə ortaya çıxarılır”.

Həmsöhbətimiz Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının 

Mərkəzi laboratoriyasında hər cür xəstəliklərlə bağlı dəqiq, düzgün analizlərin 

aparılmasına zəmanət verir.

Azərbaycan Tibb Universitetinin 

rəhbərliyi beynəlxalq münasibətlərin 

daha da genişləndirilməsi istiqamətində 

görüşləri, müxtəlif təşəbbüsləri davam 

etdirir. Bu fəaliyyət çərçivəsində ATU-

nun rektoru, professor Gəray Gəraybəyli 

İndoneziyanın Azərbaycandakı səfiri Hus-

nan Bey Fananieni qəbul edib.

Görüşün  əvvəlində  səfir  Husnan  Bey  Fana-

nie  təmsil  etdiyi  ölkə  və  oradakı  təhsil  sistemi 

haqqında  məlumat  verib.  Onun  sözlərinə  görə, 

adalar  ölkəsi  olan  İndoneziyada  800-dən  çox 

tayfa  və  etnik  qrup  yaşayır:  “Burda  əhali  500-

dən çox dinə sitayiş edir. Dini ölkə olmasa da, 

İndoneziyada  hər  kəs  inanclıdır.  Ölkəmiz  çox 

genişdir.  Onun  şərqindən  qərbinə  qədər  olan 

məsafə  Bakıdan  Londona  qədər  olan  məsafəyə 

bərabərdir.  İndoneziya  34  əyalətdən  ibarət,  ən 

böyük sahilə malik olan ölkədir. Ekvator üzərində 

yerləşdiyindən İndoneziyada qar yağmır, nə çox 

isti, nə də soyuq olmur. Orada ya quru mövsüm 

olur, ya da yağışlı”.

Cənab  səfir  Fananie  Azərbaycan  xalqının  çox 

mehriban, qonaqpərvər olduğunu bildirdi. O, hələ 

uşaqlıq  illərindən  ölkəmiz  haqqında  məlumatlı 

olduğunu, Azərbaycan ədəbiyyatı ilə tanış oldu-

ğunu dedi. Uşaq yaşlarında, xüsusilə də Nizami 

Gəncəvinin əsərlərini, “Leyli və Məcnun”u oxudu-

ğunu söylədi.

Səfir İndoneziyada fəaliyyət göstərən universi-

tetlər və səhiyyə sistemi haqqında məlumat ver-

di. Onun sözlərinə görə, ölkəsində 400-ə yaxın 

universitet fəaliyyət göstərir. Bunların bir qismi 

də  tibb  sahəsi  üzrə  ixtisaslaşıb.  Universitet  və 

institutlarla  yanaşı,  İndoneziyada  ixtisaslaşmış 

kolleclər  və  akademiyalar  da  fəaliyyət  göstərir. 

İctimai universitetlərin hamısı dövlət tərəfindən 

maliyyələşir.  İndoneziyada  müxtəlif  səviyyələr 

üzrə  təhsil  almaq  mümkündür.  İndoneziya 

universitetləri  arasında  dünyanın  ən  yaxşı  100 

ali məktəbi sırasına düşənləri də var.

ATU rektoru, professor Gəray Gəraybəyli ətraflı 

məlumata  görə  səfirə  təşəkkürünü  bildirərək 

gələcəkdə İndoneziya universitetləri ilə qarşılıqlı 

əlaqələrin  sıxlaşdırılmasının  tərəfdarı  olduğu-

nu qeyd etdi. O, istər təhsil, istərsə də səhiyyə 

sahəsində bu cür ölkə ilə təcrübə mübadiləsinin 

hər  iki  tərəfə  faydalı  ola  biləcəyini  vurğuladı: 

“Bizim ölkə İndoneziya qədər geniş deyil. Lakin 

Azərbaycan ali təhsil müəssisələri dünyanın nü-

fuzlu universitetləri sırasına daxil olmaqdadırlar. 

Azərbaycan Tibb Universiteti ölkəmizdə yeganə 

tibb təhsili verən qurumdur”.

G.Gəraybəyli  indiyədək  dünyanın  müxtəlif 

ölkələrindən  olan  universitetlərlə  əməkdaşlıq 

qurulduğunu  qeyd  edərək,  bu  sırada  İndone-

ziyanın  da  adının  olmasını  istədiyini  bildirdi: 

“İndoneziya  universitetləri  və  ya  klinikaların-

dan  nümayəndələr  ATU-da  mühazirə  ilə  çı-

xış  edə  bilərlər.  Həmçinin,  ATU  mütəxəssisləri 

də  öz  təcrübələrini  sizin  ölkədə  paylaşa  bilər. 

Düşünürəm  ki,  bu,  hər  iki  tərəf  üçün  maraq-

lı  və  faydalı  olardı”.  G.Gəraybəyli  ATU-nun  ən 

çox  əcnəbi  tələbə  qəbul  edən  universitetlərdən 

biri  olduğunu  da  bildirdi.  Qeyd  olundu  ki,  ha-

zırda  universitetdə  təhsil  alan  7000  tələbədən 

təxminən 1500-dən çoxu xaricilərdir.

Daha  sonra  qarşılıqlı  əməkdaşlığın  əsasları 

ilə  bağlı  fikir  mübadiləsi  aparıldı.  Görüşdə 

ATU-nun  beynəlxalq  əlaqələr  şöbəsinin  müdi-

ri İkram Rüstəmov, rektorun köməkçisi Ceyhun 

Məmmədzadə iştirak edirdilər.

İndoneziya səfiri universitetimizin qonağı olub

“Hamiləlik zamanı daun sindromunu 

göstərən test yalnız bizim klinikada aparılır”

Z.Eminovanın sözlərinə görə, 

kitabxana  fondundakı  nəşrlər 

tibb  üzrə  mütəxəssislərin 

hazırlanmasında  böyük  rol 

oynayır.  Lakin  əsaslı  ki-

tabxanadan  təkcə  tələblər 

yox,  eyni  zamanda  müəllim 

və  tədqiqatçılar  da  istifadə 

edirlər:  “Hazırda  vahid  oxu-

cu  bileti  üzrə  11  minə  yaxın 

oxucumuz var. Onlardan yal-

nız 8271 nəfəri tələbədir. Ki-

tabxana  nəzdində  həmçinin 

müəllimlər  üçün  ayrıca  oxu 

zalı  və  elmi  ədəbiyyat  fondu 

fəaliyyət göstəir ki, bu şöbələr 

müəllim  heyəti  üzvlərinin  və 

tibb sahəsi üzrə tədqiqat apa-

ran mütəxəssislərin işinə çox 

yarayır”.

ATU-nun  əsaslı  kitabxa-

nasında  unikal  bir  layihə  də 

fəaliyyət göstərir. Belə ki, oxu-

cular  üçün  yaradılmış  virtual 

oxu  zalında  onlar  dünyanın 

ən  tanınmış  kitabxanaların-

da  olan  ədəbiyyata  çıxış  əldə 

etmiş  olurlar:  “Kitabxananın 

dünya  informasiya  məkanına 

daxil olmasını, müvafiq dünya 

standartlarına uyğun elektron 

formaya keçidini təmin etmək, 

elektron  kataloqların  yaradıl-

ması və cəmiyyətin inkişafına 

birbaşa  təsir  göstərən  elekt-

ron  mənbələrə  çıxışı  təmin 

etmək  məqsədilə  2010-cu 

ildə  “İrbis  64”  adlı  kitabxana 

layihəsi  almışıq.  Artıq  virtu-

al  oxu  zalımızda  9  kompüter 

fəaliyyət  göstərir.  Oxucu-

lar  gündə  1  saatdan  çox  ol-

mayaraq,  internet  vasitəsilə 

istədikləri  məlumatı  əldə  edə 

bilirlər”.

Qeyd  edək  ki,  ATU-nun  ki-

tabxanası hər gün saat 9:00-

dan  21:30-dək  işləyir.  Şənbə 

günləri  oxu  zalları  20:30-

dək  açıq  olur.  Oxucuların 

xidmətində  58  nəfər  işçidən 

ibrət peşəkar heyət dayanır.

Kitabxanamızın fondundan minlərlə 

mütəxəssis yararlanır

Azərbaycan Tibb Universiteti zəngin kitabxanaya malikdir. Bunu 

kitabxanadakı ədəbiyyatın sayı, müxtəlif bölmələri əhatə etməsi də sübut 

edir. ATU-nun əsaslı kitabxanasının direktoru Ziyafət Eminova deyir ki, 

hazırda burada 687 minə yaxın (686.725) dərslik və elmi ədəbiyyat 

saxlanılır: “Kitabxanada yeddi şöbə fəaliyyət göstərir. Bunlar - oxuculara 

xidmət şöbəsi, elmi fond, dissertasiya və aftoreferatlar fondu, elmi 

biblioqrafiya şöbəsi, elmi kitab işləmə və kataloqlaşdırma şöbələridir”.

ATU-nun mətbuat xidməti




Yüklə 305,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə