Bu sayimizda



Yüklə 305,77 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix02.06.2018
ölçüsü305,77 Kb.
#47044
1   2   3   4   5   6

31 may 2017-ci il

4

http://w w w.amu.edu.az



ATU-nun mətbuat xidməti

 



Tədris Cərrahiyyə Klinika-



sı nın 

cərrah-endokrinoloqu 

Tibb üzrə fəlsəfə doktoru Azər 

Hüm 

 

mətov: “Bu, bütün xər-

çəng xəstəliklərinin 1 %-ni təş

-

kil edir”  

Gənclər  arasında  qalxana-

bən zər  vəzi  xəstəlikləri  niyə 

artır?


Bütün  dünyada  mayın  25-i 

Qalxanabənzər Vəzi Günü kimi 

qeyd  edilir.  Azərbaycanda  isə 

Ümumdünya 

Qalxanabənzər 

Vəzi  Günü  2013-cü  ildən  eti-

barən  qeyd  olunur.  Bu  günün 

qeyd  olunmasında  məqsəd 

alimlərin,  tibb  işçilərinin  və 

eyni  zamanda  ictimaiyyətin 

diqqətini  qalxanabənzər  vəzi-

nin  problemlərinə  cəlb  et mək-

dir.

Qalxanabənzər  vəzi  embri-



onal  dövrdən  başlayaraq  in-

sanın  həyatı  boyu  orqaniz-

min  normal  həyat  fəaliyyətinin 

tənzimlənməsində  xüsusi  rol 

oynayır.  ATU-nun  Tədris  Cər-

rahiyyə  Klinikasının  cərrah-

endokrinoloqu,  Tibb  üzrə 

fəlsəfə doktoru Azər Hümmətov 

deyir  ki,  qalxanabənzər  vəzin 

patologiyaları  ölkəmiz  üçün 

çox aktual problemdir:

«Belə ki, bəzi dağ və dağətəyi 

regionlar  (Naxçıvan  MR,  Şəki, 

Qax,  Oğuz,  Qəbələ,Zaqatala, 

Balakən  və  b.)  endemik  ur 

ocağı  sayılır.  Son  zamanlar 

qalxanabənzər  vəzin  patolo-

giyalarının  rastgəlmə  tezliyi 

artmaqdadır.  Yod  çatışmazlığı 

insan  sağlamlığına  təsir  edən 

ciddi  patoloji  dəyişikliklərə 

səbəb  olur:  endemik  ur,  hi-

potireoz,  cinsi  yetişkənliyin 

ləngiməsi  və  aybaşı  funksiya-

sının  pozğunluqları,  fertilliyin 

azalması, sonsuzluq, ginekoloji 

patologiyaların  rastgəlmə  tez-

liyinin  yüksəlməsi,  hamiləliyin 

və  doğuşun  gedişində  ağırlaş-

malar,  tez-tez  düşüklər  və  ölü 

doğuşlar,  anadangəlmə  ano-

maliyalar,  fiziki  və  əqli  inkişaf 

geriliyi baş verir”.

Endokrinoloq  Azər  Hümmə-

tovun  sözlərinə  görə,  əhali 

arasında  qalxanabənzər  vəzin 

düyünlərinin  rastgəlmə  tezli-

yi  xeyli  artıb.  Belə  ki,  ultrasəs 

müayinəsi  zamanı  yetkin  əhali 

arasında 13-67% təşkil edib.

“Qalxanabənzər 

vəzin 


xərçəngi 

(bədxassəli 

şişi) 

nadir  rast  gəlsə  də  bütün 



xərçəng  xəstəliklərinin  1%-ni 

təşkil  edir.  Tiroid  düyünlərinin 

5%-nin  bədxassəli  olduğu 

bilinməkdədir”. 

Onu  da  qeyd  edək  ki,  ölkə-

mizdə tiroid xəstəliklərinin vax-

tında  aşkarlanması  məqsədilə 

Azərbaycan  Tibb  Universiteti-

nin  Tədris  Cərrahiyyə  Klinika-

sında  “  Dünya  Qalxanabənzər 

vəzi  günü”  ilə  əlaqədar  ödə-

niş siz  həkim  konsultasiya-

sı  və  qalxanabənzər  vəzin 

ultrasəs  müayinəsi  aparılıb. 

Ultrasəs  müayinəsi  radioloq-

lar və həkim konsultasiyası isə 

I  cərrahi  xəstəliklər  kafedrası-

nın əməkdaşları tərəfindən icra 

edilib.  A.Hümmətov  bildirir  ki, 

bir gün ərzində saat 09.00-dan 

14.00-dək  32  xəstə  müayinə 

olunub.  Onlardan  2-sində 

“Təkrar-residiv  düyünlü  ur”, 

15  nəfərdə  “Autoimmun  tireo-

idit”,  12  nəfərdə  “Düyünlü  ur” 

aşkarlanıb.  Üç  nəfərin  isə  tam 

sağlam  olduğu  bəlli  olub.  Dü-

yünlü  ur  aşkarlanan  2  xəstədə 

isə  ultrasəs  müayinəsi  zamanı 

düyündə“şübhəli”  görüntü  ol-

duğundan, İncə İynə aspirasion 

biopsiyası  aparılıb  və  götürül-

müş material sitoloji müayinəyə 

göndərilib. USM-lə Autoimmun 

tireoiditə uygün görüntüsü olan 

xəstələrdən  TSH  və  anti-TPO 

analizi  yoxlanılıb.  Diaqnozu 

təsdiq  olunmuş  10  hipotire-

ozlu  xəstəyə  müvafiq  müalicə 

təyin  edilib  və  həmin  xəstələr 

polinklinik  tərəfindən  nəzarətə 

alınıb.  Endokrinoloq  bildirir 

ki,  bu  kampaniyadan  yarar-

lanan  vətəndaşlar  Klinikanın 

rəhbərliyinə  öz  minnətdarlığını 

bildirdilər.



Tədris Cərrahiyyə Klinikasında Qalxanabənzər Vəzi 

Gününə həsr olunmuş pulsuz müayinə aksiyası keçirildi

Tədbirdə  çıxış  edən  I  daxi-

li  xəstəliklər  və  reanimatologi-

ya  kafedrasının  müdiri,  profes-

sor İsfəndiyar İsmayılov cəmiyyət 

haqqında məlumat verib.

O,  bildirib  ki,  hələ  1976-ci  ildə 

belə bir cəmiyyət “Azərbaycan SSR 

Anestezioloqlar  və  Reanimato-

loqlar Elmi Cəmiyyəti” adı altında 

fəaliyyət göstərirdi: “Bu cəmiyyət 

bizim müəllimimiz, professor Ab-

bas  Axunbəyli  tərəfindən  yara-

dılmışdı. Uzun illər cəmiyyət işini 

yüksək  səviyyədə  davam  etdirdi. 

Səhiyyə  Nazirliyindən  də  qeydiy-

yatdan  keçmişdi.  A.Axunbəylinin 

səhhətində  yaranan  problemlərlə 

əlaqədar və onun haqq dünyasına 

qovuşmasından sonra cəmiyyətin 

fəaliyyətində  geriləmə  müşahidə 

edildi və fəaliyyəti dayandı. 1991-

ci  ildə  Azərbaycan  müstəqillik 

əldə etdikdən sonra yeni tələblərə 

uyğun  olaraq  cəmiyyətlər  öz 

fəaliyyətlərini  yenidən  qurmalı, 

o  cümlədən  Ədliyyə  Nazirliyində 

qeydiyyata  alınmalı,  yəni  yeni-

ləşməli idi”.

Professor qeyd edib ki, artıq bu 

istiqamətdə  zəruri  addımlar  atı-

lıb,  cəmiyyət  yeni  adda  və  yeni 

tərkibdə  qeydiyyata  düşməklə 

işini davam etdi-

rəcək: “Biz köhnə 

cəmiyyəti  yeni 

adla  tə sis  etdik 

və  “Azərbaycan 

Reanimatoloqlar 

və Anestezioloq-

lar  Cəmiyyəti” 

adlandırdıq.  15 

nəfərdən  ibarət 

idarə  heyəti  də 

seçdik. 

İda rə 


heyətinin 

içə-


risindən 

sədr 


seçilməli 

idi.  


Bu 

cəmiyyətə 

mənim sədrliyim 

təklif edildi. Həm də məlum oldu 

ki,  onların  əvvəlcədən  də  keçir-

diyi  səsverməyə  əsasən,  məni 

cəmiyyətin  sədri  kimi  görmək 

istəyiblər.  Bu  etimaddan  do-

layı  mən  də  öz  kolleqalarıma 

minnətdarlığımı bildirirəm”.

İ.İsmayılov  onu  da  vurğula-

yıb  ki,  cəmiyyətin  əsas  məqsədi 

ölkəmizdə  ixtisasımıza  aid  ak-

tual  olan  tibbi  problemləri  qa-

bartmaq  və  onun  həllinə  nail  ol-

maqdır:  “İşçi  qruplara  ölkəmizdə 

fəaliyyət  göstərən  böyük  tibb 

mərkəzlərinin  (ATU-nun  Tədris 

Terapevtik  və  Cərrahiyyə  klini-

kaları,  Elmi  Cərrahiyyə  Mərkəzi, 

Milli Onkologiya Mərkəzi, Mərkəzi 

Neftçilər Xəstəxanası, Mərkəzi Kli-

nik Xəstəxanası, Respublika Klinik 

Xəstəxanası  və  digərləri)  apa-

rıcı  mütəxəssisləri  cəlb  olunub. 

Həmçinin, gənclərlə də mütəmadi 

olaraq  işləyəcəyik,  çünki  müasir-

ləşən dünyamızda bəzi yenilikləri 

gənclərdən  öyrənirik.  Bu  baxım-

dan  yeniliklər  gətirmək,  onların 

tətbiqinə  nail  olmaq  cəmiyyətin 

əsas hədəflərindən biri olacaq

”.

Professor İsfəndiyar İsmayılov Azərbaycan Reanimatoloqlar 



və Anestezioloqlar Cəmiyyətinin sədri seçilib

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında 

Azərbaycan Respublikası Reanimatoloqlar və Anestezioloqlar 

Cəmiyyəti nin təsis yığıncağı keçirilib.

Azərbaycan Tibb Universitetinin 

Tədris Terapevtik Klinikasında 

iki xəstə ilə bağlı klinik müzakirə 

aparılıb. 

Müzakirələrin əvvəlində çıxış 

edən direktorun müalicə işləri 

üzrə müavini Adil Nuriyev 

silsilə şəklində aparılan klinik 

təhlillərin ATU-nun rektoru, 

professor Gəray Gəraybəyli 

tərəfindən izlənildiyini 

təqdirəlayiq hal kimi 

qiymətləndirdiyini bildirib.

Çünki aparılan bu təhlillərin 

gələcəyin həkimləri olacaq 

tələbələrin, həmçinin rezidentlərin tibbi 

bilik səviyyəsinin yüksəldilməsində 

müsbət rol oynayacaq.

Klinik müzakirədə çıxış edən kar-

dioloq Fərid Əliyev mədəcik taxikar-

diyasının müalicəsində yeniliklərdən 

söz açıb və bu yaxınlarda çox ağır 

vəziyyətdə klinikaya yerləşdirilən 

56 yaşlı xəstədə bu proseduru tətbiq 

etdiklərini bildirib.

F.Əliyev qeyd edib ki, xəstə uzun 

illərdir defibilyator şoklaması səbəbilə 

onun nəzarətindədir və 2006-cı ildən 

bu yana həmin xəstəyə müxtəlif 

müalicə proseduraları tətbiq edilib: 

“Xəstə çox ağır vəziyyətdə olduğuna 

görə, onun yaşamaq şansı da çox az idi. 

Bu məqamda biz tam ürək denervasi-

yasi icra etmək qərarına gəldik. Ablasi-

ya icra edilən sahələrdəki (sol posterior 

fassikul, his dəstəsinin sağ ayaqcığı, 

his dəstəsi) tətbiq edilmədən sonra ta-

xikardiya və ventrikulyar ektopik ocaq-

lar sonlandırıldı. Bu, His dəstəsinin 

ablasiyası icra edildikdən sonra 

əldə edildi və biz bunu “Tam Ürək 

denervasiyası” adlandırdıq”.

Daha sonra moderatorluğu pro-

fessor Mehman Ağayevə məxsus 

78 yaşlı – 30 ildi şəkərli diabetdən 

əziyyət çəkən xəstə ilə bağlı Şəhla 

İsmayılova toplantı iştirakçılarına 

məlumat verib. 

O bildirib ki, xəstə klinikaya 

təngnəfəslik, sidik ifrazının azal-

ması, boğulma və ağciyər xəstəliyi 

ilə daxil olmuşdu: “5 ildi xəstədir 

və xəstəliyini 30 ildir əziyyət 

çəkdiyi şəkərli diabetlə əlaqələndirirdi. 

Klinikaya gəlmə səbəbi də ödem 

sindromu idi. Biz bu xəstəni müayinə 

etdikdən sonra onda interstisial ağciyər 

xəstəliyinin olmasını da aşkar etdik. 

Hazırda xəstənin vəziyyəti normaldır 

və aparılan müayinələr onda müsbət 

yöndə irəliləyişlərə səbəb olub”.

Klinik müzakirə professor-həkim 

heyətinin və rezidentlərin müzakirəsi 

ilə davam etdirilib.

Tədris Terapevtik Klinikada 

növbəti xəstə təhlilləri aparılıb



Yüklə 305,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə