Bu sayimizda



Yüklə 305,77 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix02.06.2018
ölçüsü305,77 Kb.
#47044
1   2   3   4   5   6

31 may 2017-ci il

6

http://w w w.amu.edu.az



Azərbaycanda 

Nevrologi-

ya    məktəbinin    yaradılması  və 

in ki şafında    böyük  xidmətləri  

olan  professor  Yunusov  Yadiyar 

Maqsud oğlu 1927-ci il yanvarın 

3-də  Qəbələ  rayonunun  Böyük 

Pirallı kəndində anadan olub. O, 

orta  məktəbi  bitirəndən  sonra 

1943-cü  ildə  N.Nərimanov  adı-

na Azrbaycan Tibb İnstitutunun  

(indiki ATU) müalicə-profilaktika 

fakültəsinə  daxil  olub.  1948-ci 

ildə  institutu  fərqlənmə  diplo-

mu ilə başa vurduqdan sonra elə 

həmin ildən etibarən  farmoko-

logiya kafedrasında baş laborant 

vəzifəsində  çalışıb.  Bakı  şəhər 

komsomol  komitəsinin  birinci  

katibi işləyib.   

1950-1951-ci  illərdə  Xaldan 

rayon  Nemətabad  kənd  tibb 

məntəqəsinin müdiri vəzifəsində 

işləyib.  Onun  həyatında  bun-

dan sonra yeni vəzifə pillələrinə 

çəkilmə  dövrü  başlayıb.  Belə 

ki,    1951-1952-ci  ildə  Xaçmaz 

rayon  Borispol  kəndində  tibb 

məntəqəsnin  şöbə müdiri, son-

ra  isə  rayon  poliklinikasının 

baş  həkimi  vəzifəsində  çalışıb. 

1953-cü  ildə  isə  Ə.Əliyev  adına 

Həkimləri  Təkmilləşdirmə  İns-

titututnda  nevroloji  kurs  ke-

çib. Bundan sonra 1954-cü ildə 

Xaçmaz  Rayon  Xəstəxanasının 

həkim-nevroloqu 

vəzifəsinə 

təyin  olunub.  Bir  müddət  sonra 

o, yenidən bitirdiyi Tibb İnstitu-

tuna qayıdıb  və sinir xəstəlikləri 

kafedrasında  klinik  ordinator 

vəzifəsində işləməyə başlayıb. 

Yadiyar  müəllim  hansı  vəzi-

fədə  çalışıbsa,  həmişə  işinin 

öhdə sindən  ləyaqət  və  baca-

rıqla  gəlib.  Onun  bu  qabiliyyəti 

həmişə  kollektivin  və  onu  tanı-

yanların sevimlisinə, yaxın dos-

tuna  çevirib.  Səmimi  və  iradəli 

olduğu  üçün  hamı  ondan  bir 

nümunə götürməyə, elmi yanaş-

malarını və araşdırmalarını onun 

kimi etməyə çalışıb.                                                   

1957-ci  ildə  Yadiyar  müəl-

lim  kliniki  ordinaturanı  müvə-

fəq qiyyətlə 

bitirərək 

sinir 

xəstəlikləri  kafedrasında    aspi-



ranturaya  daxil  olub.  Aspirant 

olduğu  müddətdə  (1957-1960) 

o,  bel  quruması  (tabes  dorsalis 

–  neyrosifilis)  xəstəliyi  ilə  bağlı 

elmi araşdırmalar aparıb. 1960-

1965-ci  illərdə  sinir  xəstəlikləri  

kafedrasının  assistenti  olan 

Y.Yunusov  həmçinin  ictimai 

işlərin  öhdəsindən  də  layiqincə 

gəlirdi.  O,  həmin  illərdə  insti-

tutun  həmkarlar  təşkilatına  da 

rəhbərlik  edib.  1961-ci  ildən 

1963-cü ilədək isə stomatologiya 

fakültəsinin  dekanı  vəzifəsində 

çalışıb.  Ardıcıl  araşdırmalar-

dan sonra, nəhayət 1961-ci ildə 

Tiflisdə  “Azərbaycanda  bel  qu-

rumasına aid materialların klini-

ki  xarakteristikası”  mövzusun-

da  namizədlik  dissertasiyasını 

müvəffəqiyyətlə  müdafiə  edib. 

Elə həmin il səhiyyədə göstərdiyi 

xidmətlərə görə “Səhiyyə əlaçısı” 

fəxri adına layiq görülüb. 1967-

ci  ildə  isə    kafedranın  dosent  

olub. 


1967-ci ildə Moskva Həkimləri 

Təkmilləşdirmə 

İnstitutunda 

neyro cər rahiy yə  xəstələrin  di-

aqnostikası, o cümlədən 1968-ci 

ildə  uşaq  əsəb-sinir  xəstəlikıəri 

ilə bağlı seminar və kurslarda iş-

tirak edib.  

10 il müddətində apardığı gər-

gin  araşdırmalar  öz  bəhrəsini 

verə  bilib.  Belə  ki,  1970-ci  ildə 

“Qapalı  kəllə-beyin  travmasın-

da  beyin  sütununun    retikulyar  

formasiyasının  funksional  və 

struktur  dəyişiklikləri”  mövzu-

sunda  doktorluk  dissertasiyası-

nı  müdafiə  edərək,  tibb  elmləri 

doktoru olub.                                                                             

Tibb elmləri doktoru Y.Yunusov 

1972-ci  ildə    Azərbaycan  Tibb 

İnstitutun  qərarı  ilə    sinir  xəs-

təlikləri  kafedrasının    professor 

vəzifəsinə seçilib.

1976-cı ildə  isə Seçenov adına 

Moskva  Tibb  İnstitutunda  əsəb 

sistemləri ilə bağlı təcrübə kursu 

keçib.

1978-ci  ilə  isə  ikinci  ixti-



sasa  yiyələnib.    O  dövr  üçün 

dəbdə  olan  Marksizm-Leni-

nizm  İnstitutuna  daxil  olub 

və  oranı  fərqlənmə  ilə  biti-

rib.  Peşəkarlığına,  bilik,  baca-

rıq  və  savadına  görə  bir  neçə 

dəfə  Səhiyyə  Nazirliyinin  fəxri 

fərmanları və diplomlarına layiq 

görülüb. 

1971-ci  ildən  1976-cı  ilədək  

əsəb-sinir  kafedrasında  tədris 

hissə müdiri işləyib. 

1975-ci  ildə  Tibb  İnstitutun-

da  Xalq  Nəzrəti  Komissiyasının 

üzvü olub.

Görkəmli  alim  bir  çox  elmi 

mə qa lələrin,  ixtira  və  səmə-

rə ləş  dirici  təkliflərin  müəllifi 

olub.  Onun  apadığı  araşdırma-

lar  və  tədqiqatlar  əsasən  nev-

rologiyanın  bir  çox  aspeklərinə 

həsr  olunub.  O,  həmçinin 

baş-beyin  damar  pozulmala-

rı,  baş-beyin  iltihabının  ney-

ro  in feksiya,  neyrotravma  və 

epilepsiya  xəstəliklərinə  aid 

elmi 

araşdırmalar 



aparıb.                                                                  

Y.Yunusov ömrünün ən məhsul-

dar  çağında,  1983-cü  ildə  56 

yaşında    dünyasını  dəyişib.  O, 

bəlkə  də  bir  müddət  yaşasay-

dı,  nəinki  Azərbaycanımızın 

tibb  sahəsi  üçün,  ümumiyyətlə 

dünya  səhiyyəsi  üçün  gərəkli 

töhfələrini  verə  bilərdi.  Amma 

çox  təəssüflər  olsun  ki,  vaxt-

sız  əcəl  Yadiyar  müəllimə 

bu  məqama  çatmağa  macal 

vermədi.  

İnanırıq  ki,  onunla  ünsiyyətdə 

olan hər kəsin qəlbini fəth etdən 

bu fədəkar tibb işçisi, gözəl ailə 

başçısı,    ən  başlıcası  isə  bö-

yük  alim  və  bənzərsiz  insan 

əzizlərinin, onu sevənlərin, dost-

larının,  tələbələrinin  qəlbində 

həmişə yaşayacaqdır. 

Fərid MƏMMƏDBƏYOV, 

Nevrologiya kafedrası

 t.e.n., dosent 

 Namiq XƏLİLOV, 

Uşaq cərrahiyyə kafedrasının 

əməkdaşı

SƏMİMİ İNSAN, TANINMIŞ KLİNİSİST VƏ NÜMUNƏVİ ALİM



Alim olub, elmin nuru və ziyası 

ilə ətrafdakıları işıqlandırmaq, 

həmin paydan özündən sonrakı 

nəsillərə töhfə vermək hər kəsə 

nəsib olan bir xoşbəxtlik deyil. 

Bu cür ali məqam demək olar 

ki, tək-tək insanlara nəsib olur. 

Tərəddüt etmədən, belə nuru 

və ziyası ilə ətrafına işıq saçan 

ziyalılarımızdan biri kimi gözəl 

alim, mərhum Yadiyar Yunusovun 

adını çəkə bilərik. Onu görənlər

bir dəfə ünsiyyətdə olanlar, 

inanmırıq ki, heç zaman bu gözəl 

alimin hikmətli sözlərini, dəyərli 

məsləhətlərini və nurlu çöhrəsini 

unutmuş olsunlar. 

Xatırlananlar



Mayın 19-da Azərbaycan 

dili kafedrasında xalq şairi 

Bəxtiyar Vahabzadənin yaradı-

cılığına həsr olunmuş tədbir ke-

çirildi. İştirakçıları salamlayan 

tədbirin aparıcıları 169A qrupunun 

tələbələri S. Əliyeva, B.Ağayeva 

B.Vahabzadənin bu misraları ilə 

tədbiri açıq elan etdilər: 

Yaz ayları çağıldayan selmisən?

Bu dünyanı oyuncaqmı bilmisən?

Həyat səni güldürəndə gülmüsən,

Hünərin var ağladanda gül görüm!

Sonra  Azərbaycan  dili  kafedrası-

nın  müdiri,  dosent  Akif  Miriyev  öz 

müəlliminin  qeyri-adi  insanlığın-

dan,  fəlsəfi  şair  kimi  Azərbaycan 

ədəbiyyatında  tutduğu  mövqeyindən, 

xalqa  arxa-dayaq  olmağından,  ic-

timai  fəaliyyətindən  söhbət  açdı.  O, 

xalqımızın  mərhumiyyətlər  və  vax-

taşırı  mənəvi  və  maddi  soyqırımlara 

məruz qalmış keşməkəşli tarixinə od-

lu-alovlu  vətənpərvərlik  duyğuları  ilə 

yanaşan  böyük  şairin  yaradıcılığının 

indi  də  gənclər  üçün  nə  qədər  vacib 

əsərlər  olduğundan  söhbət  açdı.  O, 

bildirdi  ki,  sovet  dövründə  anti-so-

vet  ideyalarına  görə  həmişə  mənəvi 

və  fiziki  təzyiqlərlə  üzləşən  böyük 

şair, müstəqillik uğrunda mübarizədə 

həyatını  təhlükədə  qoymaqdan  belə 

çəkinməmişdi. 

Çıxışını  Bəxtiyar  Vahabzadənin 

“Mən  haqq-hesab  istəyirəm  gecələr 

gündüzümdən”  misrası  ilə    başlayan 

dosent İsmət Ağayeva şairin yaradıcılı-

ğında xüsusi yer tutan “Gülüstan” po-

emasının Azərbaycan ədəbiyyatındakı 

böyük əhəmiyyətini nəzərə çatdıraraq  

ərazimizin ikiyə bölünməsinə dair əsil 

şair  fikrinin  düşüncə  tərzindən  da-

nışıb.  İ.Ağayeva  universitetdə  1976-

cı  ildə  B.Vahabzadə  ilə  bağlı  görüş 

gecəsini  xatırladaraq  həmin  görüşün 

bu  gün  də  yaddaşlarda  dərin  iz  bu-

raxdığını  dedi  və  şairin  kafedraya  öz 

imzası ilə bağışladığı bir şeirini oxudu. 

Sonra    Bəxtiyar  Vahabzadəyə  həsr 

olunmuş  “Bu  dünyadan  bir  Bəxtiyar 

keçdi”  filmi  nümayiş  olundu  və 

mərhum şairin öz səsi ilə “Hara gedir 

sabahımız” şeiri səsləndirildi.

Tədbirdə  hazırlıq  bölməsinin  10-cu 

qrup dinləyicisi Ərəstun Mədədi  “Ana 

dili”  şeirini  xüsusi  məharətlə  söylədi. 

171

a

  qrupundan  G.Nəsirzadə,  169



a

 

qrupundan  S.Şirinova,  K.Behbudova, 



167

a

  qrupundan  N.Şıxəliyeva,  162



a

 

qrupundan  N.Musalı  və  Ə.Rzayeva, 



171

b

  qrupundan  B.Axundova  şairin 



yaradıcılığından  nümunələri    diqqətə 

çatdırdılar.

Hazırlıq  şöbəsinin  dinləyicisi  Ab-

dulkadir Özdikər və tələbə N.Şirinova 

şairin sözlərinə yazılmış mahnıları ifa 

etdilər.


Xatirə  tədbirində  B.Vahabzadə  ilə 

yaxın  münasibətdə  olmuş  mühəndis 

-  bəstəkar  Taryel  Məmmədov  onun-

la  bağlı  xatirələrini  danışdı,  tarda  ifa 

etdiyi  melodiyalarla  iştirakçılara  xoş 

anlar bağışladı. Tədbirin ən təsirli an-

larından  biri  də  ictimai  sağlamlıq  və 

səhiyyənin təşkili kafedrasının dosenti 

M.Məhərrəmovun şairin “Allah” şeirini 

dərin hiss və duyğu ilə söyləməsi oldu.

B.Vahabzadənin  şəxsiyyətinə  və  ya-

radıcılığına  yaxından  bələd  olan  epi-

demiologiya  kafedrasının  müdiri  şair 

təbiətli  professor  İbadulla  Ağayevin 

çıxışı iştirakçıların hərarətli alqışları ilə 

qarşılandı.

Tədbirdə tələbələr, hazırlıq şöbəsinin 

dinləyiciləri,  müəllimlər  və  “Təbib”  

qəzetinin    baş    redaktoru,  şair-pub-

lisist,  əməkdar  jurnalist  Eldar  İsmayıl 

iştirak ediblər.

 

 İ.Hacıyeva,



kafedranın kabinet müdiri 

Xalq şairi məhəbbətlə xatırlandı



ATU-nun  Tədris  Terapevtik  Klinikasının 

aparıcı  həkimi,  mammoloq-radioloq  Günel 

Qəmbərova  son  dövrlər  süd  vəzi  giləsindən 

süd  rəngli  mayenin  gəlmə  şikayəti  ilə  daxil 

olan  pasientlərin  artdığını  bildirir.  Bu  tibbi 

dildə “Qalaktoreya” adlanır . 

Qalakteroya  haqqında  məlumat  verən, 

həkim qadınların bu kimi hallarda diqqətli ol-

malarını tövsiyə edir. 

G.Qəmbərova  bildirib  ki,  belə  ifrazat  bir-

mənalı qarşılanmamalı və tam detallı müayinə 

olunmalıdır: 

“Qalaktoreya-qeyri-laktasion 

pe ri od da, yəni süd vermə periodundan kənar 

vaxtda  gilədən  gələn  süddür.  Bunun  səbəbi 

polietioplojidir.  Əgər  qadının  sinə  alt  palta-

rı  mütəmadi  olaraq  islanırsa,  o,  gecikmədən 

həkim-mammoloqa  müraciət  etməlidir.  Bu-

nun səbəbi hipofizdə olan adenoma ola bilər. 

Bu zaman qanda ilk öncə prolaktinin səviyyəsi 

təyin  olunur  və  hipofizin  kontrastlı  MRT 

müayinəsi aparılır. Digər səbəb dofamin sin-

tezini azaldan hər hansı bir preparat qəbulu 

ola  bilər.  Bu  da  medikamentoz  qalaktoreya 

yarada bilər. Həddən çox istifadə olunan est-

rogen  tərkibli  oral  kontraseptiklər  prolaktin 

sintezini  qaldıra  bilər  və  qalaktoreya  yaran-

mış  olar.  Pasientdə  hipotireoz  varsa,  qanda 

tiroliberin sintezi qalxar və bu da dofamin və 

prolaktin sekresiyasını stimulə edər və sonda 

qalaktoreya yaranmış olar”.

Qalaktoreya nədir? – Həkim qadınlarda rast 

gəlinən belə məqamlara aydınlıq gətirir




Yüklə 305,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə