Bu sayimizda



Yüklə 305,77 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix02.06.2018
ölçüsü305,77 Kb.
#47044
1   2   3   4   5   6

31 may 2017-ci il

7

http://w w w.amu.edu.az



Gülnaz  xanım  1936-cı  il  aprelin 

15-də  Gədəbəy  rayonunun  Sö-

yüdlü  kəndində  anadan  olmuş-

dur.  O,  1958-ci  ildə  S.Kirov  adına 

Azərbaycan      Dövlət  Universiteti-

nin  (indiki  BDU)  fizika-riyaziyyat 

fakültəsinin  fizika  bölməsini  bi-

tirmiş  və  həmin    ildən  etibarən 

Azərbaycan  Elmlər  Akademiya-

sının  Fizika  institutunda  elmi  işçi 

vəzifəsində işləmişdir. 1960-cı ildə 

aspiranturaya  daxil  olmuş,  1964-

cü  ildə  namizədlik  dissertasiya-

sını  müdafiə  etmişdir.  G.Əhmədli 

1967-ci  ildə  Azərbaycan  Tibb 

Universitetində  müəllim,  1968-

ci  ildə  baş  müəllim,  1970-ci  ildən 

2016-cı ilə kimi dosent vəzifəsində 

çalışmışdır.

Gülnaz    müəllimə  50  ilə  ya-

xın  işlədiyi  müddətdə  elmi-peda-

qoji  işdə  xüsusi  bacarığı  ilə 

fərqlənmişdir.  Onun  oxu duğu 

mühazirələr  və  apardığı  praktiki 

dərslər  kafedra  işçiləri  və  tələ-

bələr  tərəfindən  yüksək  qiy mət-

ləndirilmişdir.  Respublikamızda və 

xaricdə 70-dən çox elmi məqaləsi 

çap olunub. Tələbələr üçün dərslik 

və dərs vəsaitinin  həmmüəllifidir. 

G.Əhmədliyə 2001-ci ildə Rusiya 

Tibbi-Texniki  elmlər  Akademiyası-

nın Akademiki adı verilmişdir.

Gülnaz 


xanım 

bağışlama-

ğı  bacaran,  başqalarının  fikir  və 

mülahizələrinə  hörmətlə  yana-

şan  xeyirxah  insan  idi.  Ona  kim 

müraciət  edərdisə,  bütün  varlığı 

ilə çalışırdı ki, kömək etsin. Gülnaz 

xanımı  onu  tanıyanlara  sevdirən 

məhz bu yüksək insani keyfiyyətlər 

olmuşdur. 

Kollektivimizin  sıralarında  Gül-

naz  xanımın  yoxluğu  hamını 

kədərləndirir.  Təəssüf    ki,  gözəl 

insan, savadlı alim, qayğıkeş  ana 

olan Gülnaz  müəlliməni tale bizdən 

ayıraraq, özünün  əbədi haqq dün-

yasına qovusdurdu. 

Dosent  Gülnaz  Əhmədlinin 

əziz  xatirəsi  həmkarlarının  və 

tələbələrinin  qəlbində  daim  yaşa-

yacaqdır.

 

Allah rəhmət eləsin, qəbri 

nurla dolsun!!

Tibbi fizika və informatika 

kafedrasının əməkdaşları

ƏHMƏDLİ  GÜLNAZ  TEYMUR  QIZI

Tibbi fizika və informatika 

kafedrasına agır itki üz 

vermişdir. Kafedranın keçmiş 

əməkdaşı dosent Əhmədli 

Gülnaz Teymur qızı uzun sürən 

xəstəlikdən sonra mayın 19-da 

vəfat etmişdir. 

Balaca qonaqları səmimiyyətlə qarşılayan ka-

fedranın müdiri, professor Qoşqar Əliyev qeyd 

edib ki, onların yaddaşında daim yaşayan Aqil 

Əliyev öz şərəfli və  mənalı ömrünü Tibb Uni-

versitetinin  əvvəllər  siyasi  iqtisadiyyat,  sonra-

lar isə ictimai fənlər kafedrasına həsr etmişdir. 

Aqil  müəllimin  xatirəsini  əziz  tutan  kafedra 

əməkdaşları bu böyük alimin iş otağını  muzey 

kimi hörmətlə qoruyub saxlayırlar. 

Sonra  qonaqlara  Aqil  Əliyevin  həyat-

yaradıcılığı, elmi-pedagoji və ictimai xidmətləri 

barədə  məlumat  verilib.  Qeyd  olunub  ki,  Aqil  

Əliyev 190-dan artıq elmi əsərin və 32 monoq-

rafiyanın  müəllifi  olmuşdur.  Onun  elmi-peda-

goji kadrların hazırlamasına və iqtisadiyyat el-

minin  inkişafına  həsr  edilmiş  fəaliyyəti  dövlət 

tərəfindən yüksək qiymətləndirilərək “Əməkdar 

elm xadimi” adına layiq görülüb,  “Qırmızı Əmək 

Bayrağı”  və  “Şohrət”  ordenləri,  eləcə  də  bir 

çox  fəxri  fərmanlarla  təltif  edilib.  Gələcəyimiz 

olan  uşaqlara  Aqil  muəllimlə  bağlı  xatirələrini 

bölüşən Qoşqar Əliyev onun müqayisə olunma-

yan mənəvi böyüklüyündən söhbət açıb.  Kafed-

ranın dosenti Leyla Talışınskaya Aqil müəllimin 

və  onun  ətrafında  olan  şəxslərin  stendlərdə 

yer alan   foto- şəkillər  barədə uşaqlara ətraflı  

məlumat verib.

  Şagirdlərin    Azərbaycan  Tibb  Universitetinə 

gəlişinin  əsas  məqsədi  ölkəmizin  inkişafında  

yaxından iştirak edən ziyalıları uşaqlarımıza ta-

nıtmaq, onların dünyagörüşü və vətənpərvərlik 

hisslərini daha da zənginləşdirməkdən ibarətdir.

  Qeyd edək ki, bu səyahətlərin təşəbbüskarı 6 

nömrəli məktəbin direktoru Gülşən Orucova və 

balacaların  sevimli  müəllimi  Xuraman  Şabani-

dir. Uşaqlar bundan  əvvəlki səyahətləri zamanı 

Tarix  muzeyini,  Şirvanşahlar  sarayını  və  Üze-

yir Hacıbəyovun ev muzeyini ziyarət edib, Milli 

Elmlər Akademiyasının məşhur alimlərinin həyat 

–fəaliyyətləri ilə tanış olublar.

Ş.Əsədova 

dosent

Şagirdlər alimin həyat – fəaliyyəti ilə tanış olublar



Bu günlərdə Bakı şəhər Səbail rayonu 6 saylı 

(möhtərəm Prezidentimiz İlham Əliyevin oxuduğu 

məktəb) məktəbin 1

b

 sinif rəhbəri Xuraman 

Şabani və şagirdləri Azərbaycanın görkəmli 

elm adamları arasında özünəməxsus yeri olan 

tanınmış alim, gözəl ziyalı, iqtisad elmləri 

doktoru, professor, AMEA-nin müxbir üzvi Aqil 

Əlirza oğlu Əliyevi xatirəsini anmaq üçün ATU-

nun ictimai fənlər kafedrasında olublar. 

ATU-nun mətbuat xidməti

Tələbələrimiz beynəlxalq 

olimpiadada uğur qazandı

Mayın 19-20 tarixində Ru-

siyanın Stavropol şəhərində 

tibb universitetləri arasında 

“Asklepiy” beynəlxalq Olim-

piadası baş tutub. Stavropol 

Dövlət Tibb Universiteti-

nin təşkilatçılığı ilə keçirilən 

yarışmada 15 komanda iş-

tirak edib. İlkin tibbi yardı-

mın göstərilməsi üzrə Olim-

piadaya Rusiyanın müxtəlif 

tibb universitetləri ilə yanaşı, 

Çin və Azərbaycanın tibb 

universitetləri də qatılıb

.

ATU-nun  beynəlxalq  əlaqələr 



üzrə  prorektoru  Nadir  Zeynalo-

vun  sözlərinə  görə,  Azərbaycan 

Tibb  Universiteti  bu  yarışmada 

“AMU  Fires”  komandası  ilə  işti-

rak  edib:  “Komandanın  tərkibinə 

universitetin II, IV və V kurs tələ-

bə  ləri  daxildir.  Səfər  zama-

nı  komanda  heyətini  Stavropol 

Dövlət  Tibb  Universitetinin  rek-

toru,  professor  Vladimir  Koşel 

qəbul  etdi.  Tələbələrlə  səmimi 

söhbət  zamanı  professor  Ko-

şel  ölkələrimiz  arasındakı  dost-

luq münasibətlərindən, həmçinin 

universitetlərimiz arasında yaran-

maqda  olan  əməkdaşlıqdan  söz 

açdı. Cənab rektor iki ali məktəb 

arasında  əlaqələrin  daha  da 

gücləndirilməsinin tərəfdarı oldu-

ğunu bildirdi”.

N.Zeynalov bildirir ki, Tibb Uni-

versitetinin “AMU Fires” komanda-

sı Olimpiadanın 6 müsabiqəsində 

uğurla  çıxış  edərək  fəxri  IV  yerə 

layiq görülüb.

Qeyd  edək  ki,  Stavropolda  il-

kin  və  təxirəsalınmaz  tibbi  yar-

dım  üzrə  olimpiada  artıq  dör-

düncü  dəfədir  keçirilir.  Bu  il 

tələbələr  yaşıl  ərazidə  yerləşən 

sağlamlıq  düşərgəsində  yarışıb-

lar. Onlar terror aktından əziyyət 

çəkənlərə,  bədbəxt  hadisələrdən 

ziyan  görənlərə  ilkin  tibb  yar-

dım göstərilməsi üzrə tapşırıqları 

yerinə yetiriblər.

Mayın 25-də Tədris Terapevtik Klinikada iki 

xəstə ilə bağlı növbəti klinik müzakirə aparılıb.

Direktorun müalicə işləri üzrə müavini Adil 

Nuriyev çıxış edərək bildirib ki, silsilə şəklində 

davam etdirilən xəstə təhlilləri həm tələbələr, 

həm  də  rezidentlər  üçün  mühüm  əhəmiyyət 

kəsb edir.

Klinik  müzakirədə  moderatorluğu  profes-

sor  Surxay  Musayevə  məxsus  ilk  çıxışı  uşaq 

kardio-revmatologiya şöbəsinin müdiri Sevda 

Məmmədova edib.

S.Məmmədova  xəstə  haqqında  məlumat 

verərərək    bildirib  ki,  14  yaşlı  uşaq  bir  neçə 

ay bundan öncə klinikaya çox ağır vəziyyətdə 

gətirilmişdi:  “Klinikaya  yüksək  hərarət, 

öskürək,  üzdə  və  aşağı  ətarflarda  şişkinlik, 

ürək nahiyəsində ağrı və s. şikayətlər ilə daxil 

olmuşdu. Bunlarla yanaşı təngnəfəslik və hal-

sızlıq hallarını da müşahidə etdik.

Uşağın erkən inkişaf dövrü normal keçib və pro-

filaktik  peyvəndlərini  təqvimə  uyğun  alıb.  Aparılan 

müayinələr  zamanı  uşağa  kəskin  revmatik  diaqno-

zu  qoyduq.  Konsultasiyalar  təşkil  olundu,  kardioloq 

və  nefroloqun  baxışı  keçirildi.  Əvvəlcə  biz  uşağın 

əməliyyatla  normal  vəziyyətə  dönə  biləcəyini  zənn 

edirdik,  amma  müayinələrdən  sonra  kəskin  cərrahi 

göstərişə ehtiyac olmadığının şahidi olduq”.

Aparılan  müalicələrdən  sonra  uşağın  vəziyyətinin 

yaxşılaşdığını  deyən  S.Məmmədova  bundan  sonra 

onun daima həkim nəzarətində olmasını məsləhət 

gördüklərini deyib. 

Daha  sonra  moderatorluğu  hematologiya 

şöbəsinin  müdiri  Valeh  Hüseynova  məxsus  38 

yaşlı  Xroniki  Myelositar  Leykemiya  ilə  daxil  olan 

xəstə ilə bağlı Şəhla Şabanovanın çıxışı dinlənilib.

Ş. Şabanova bildirib ki, xəstə subfebril hərarət, 

halsızlıq,  qarın  nahiyyəsində  dolğunluq  və  köp, 

təngnəfəslik şikayətləri ilə klinikaya müraciət edib.

Xəstəliyin simptomları haqqında məlumat verən 

həkim qeyd edib ki, burada əsasən halsızlıq, tem-

peratur,  gecə  tərləməsi,  çəkinin  azalması  və  s. 

kimi hallar müşahidə edilir: “Xəstə daxil olarkən 

onda  leykositoz,  anemiya,  perifrik  yaxmada  mi-

eloid  sıra  artışı  ilə  yanaşı  atipik  hüceyrələri  aşkar 

etdik. Müalicələrə başlanıldı və mərhələli şəkildə bu 

proseslər davam etdiriləcək”.

Ş.Şabanova gələcəkdə xəstəyə sümük iliyi trans-

plantasiyasını  da  həyata  keçirmək  zərurəti  yarana 

biləcəyini deyib.

Klinik müzakirə həkim-professorlar və rezident lərin 

müzakirəsi ilə yekunlaşıb.



31 may 2017-ci il

http://w w w.amu.edu.az

II  müalicə-profilaktika    fakültəsinin  IV  kurs,  277a  qrup  tələbəsi 

Babazadə  Günel Arif qızının   adına verilmiş tələbə bileti itdiyi üçün 

etibarsız sayılır.

Hərbi tibb   fakültəsinin VI kurs, 1131b qrup tələbəsi Hümbətzadə  

Hüseyn Afət  oğlunun  adına verilmiş qiymət kitabçası itdiyi üçün eti-

barsız sayılır.

I  müalicə-profilaktika    fakültəsinin  VI  kurs,  147b  qrup  tələbəsi 

Zeynalov Nağı Ağaqulu oğlunun  adına verilmiş tələbə bileti  itdiyi 

üçün etibarsız sayılır.

Stomatologiya  fakültəsinin  I  kurs,  787b  qrup  tələbəsi  Haghgou 

Kalibar Nasim Yusif qızının   adına verilmiş tələbə bileti itdiyi üçün 

etibarsız sayılır.

II  müalicə-profilaktika    fakültəsinin  V  kurs,  310a  qrup  tələbəsi 

Yusibzadə  Elmar  Elçin  oğlunun    adına  verilmiş  tələbə  bileti    itdiyi 

üçün etibarsız sayılır.

Stomatologiya fakültəsinin I kurs, 781b qrup tələbəsi Məmmədova 

Nərmin Ziyəddin qızının     adına verilmiş tələbə bileti  itdiyi üçün 

etibarsız sayılır.

Stomatologiya fakültəsinin III kurs, 721b qrup tələbəsi Möhsümov 

Möhsüm Cəmaləddin oğlunun  adına verilmiş tələbə bileti  itdiyi üçün 

etibarsız sayılır.

Hərbi tibb   fakültəsinin I kurs, 1126b qrup tələbəsi  Aslanov Hacı-

baba Elman   oğlunun  adına verilmiş tələbə bileti  itdiyi üçün etibarsız 

sayılır.


Stomatologiya fakültəsinin II kurs, 700b qrup tələbəsi Yahyayeva 

Reyhan Rauf  qızının  adına verilmiş tələbə bileti  itdiyi üçün etibarsız 

sayılır.

Əczaçılıq fakültəsinin II kurs, 841b qrup tələbəsi Musayeva Fərqanə 

Məcid  qızının  adına verilmiş tələbə bileti  itdiyi üçün etibarsız sayılır.

I  müalicə-profilaktika    fakültəsinin  I  kurs,  165b  qrup  tələbəsi 

Əlizadə Nail Nihad  oğlunun  adına verilmiş tələbə bileti  itdiyi üçün 

etibarsız sayılır.

Tibbi profilaktika  fakültəsinin VI kurs, 630a qrup tələbəsi Süley-

manova Günay Elxan qızının   adına verilmiş tələbə bileti  itdiyi üçün 

etibarsız sayılır.

Əczaçılıq fakültəsinin I kurs, 801a qrup tələbəsi Mirzəyeva  Zəhra 

Nəriman  qızının  adına verilmiş tələbə bileti  itdiyi üçün etibarsız 

sayılır.


II  müalicə-profilaktika    fakültəsinin  I  kurs,  361b  qrup  tələbəsi 

Rəhimli Hənnan Vidadi  oğlunun  adına verilmiş tələbə bileti  itdiyi 

üçün etibarsız sayılır.

I müalicə-profilaktika  fakültəsinin I kurs, 162a qrup tələbəsi Su-

varova Zeynəb Sərdar qızının   adına verilmiş tələbə bileti itdiyi üçün 

etibarsız sayılır.

Normal fiziologiya  kafedra-

sının  əməkdaşları dosent  Əzizə 

Rüstəmzadəyə  qardaşı  

Atif İbrahimovun 

 

 vəfatından kədərləndiklərini bildi-

rir və dərin hüznlə başsağlığı verirlər. 

Ümumi və toksikolji kimya  kafed-

rasının  kollektivi  kafedranın keçmiş 

əməkdaşı, dosent   



Ələkbərova Arifə Yusif qızının   

 vəfatından kədərləndiklərini bildi-

rir və mərhumun ailəsinə dərin hüznlə 

başsağlığı verir. 

Tibbi fizika və informatika  kafed-

rasının  əməkdaşları dosent  Natiqə 

Həsənovaya həyat yoldaşı  

Fərrux Məmmədovun  

 vəfatından kədərləndiklərini bildi-

rir və dərin hüznlə başsağlığı verirlər. 

Tibbi fizika və informatika  kafed-

rasının  əməkdaşları professor Arif 

Quliyevə həyat yoldaşı  



Gülnaz Əhmədlinin    

 vəfatından kədərləndiklərini bildi-

rir və dərin hüznlə başsağlığı verirlər. 

Yoluxucu xəstəliklər  kafedrasının  

əməkdaşları kafedranın müəllimi 

t.e.n. S. Sultanovaya bacısı  



Məlahət xanımın  

 vəfatından kədərləndiklərini bildi-

rir və dərin hüznlə başsağlığı verirlər. 

Yoluxucu xəstəliklər  kafedrasının  

əməkdaşları kafedranın preparatoru 

Sveta Əliyevaya anası  



Natalya xanımın  

 vəfatından kədərləndiklərini bildi-

rir və dərin hüznlə başsağlığı verirlər. 

Azərbaycan dili  kafedrasının  

əməkdaşları Dürdanə Rəhimzadəyə və 

Təranə Nəcəfovaya xalaları  



Gülnaz xanımın    

 vəfatından kədərləndiklərini bildi-

rir və dərin hüznlə başsağlığı verirlər. 

Əczaçılığın texnologiyası və 

idarəçiliyi  kafedrasının  əməkdaşları 

kafedranın assistenti Tamella 

Əmirəliyevaya atası   

Əmirəli Əmirəliyevin

   


 vəfatından kədərləndiklərini bildi-

rir və dərin hüznlə başsağlığı verirlər. 

Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 1800



 Allah  rəh mət  elə sin!

Mayın 20-də Azərbaycan Tibb 

Universitetinin tələbələrinin 

təsis etdiyi “Sağlam Həyat 

Assosiasiyası”nın təşkilatçılığı ilə 

“Sağlamlığa kompleks yanaşma-

nın tibbi əsasları” adlı elmi-prak-

tiki konfrans keçirilib. 

300  nəfərin  iştirakı  ilə  keçirilən 

konfransda 

Mərkəzi 

Klinik 


Xəstəxanın baş həkimi, tibb elmləri 

doktoru, kardiocərrah Kamran Mu-

sayev  “Kardiovaskulyar  təbabətdə 

deontoloji  problemlərə  aktual  ya-

naşma”,  ATU-nun  dermatovene-

rologiya  kafedrasının  dosenti,  tibb 

elmləri  namizədi  Elşad  Novruzov 

“Gənclik sızanaqları – Akne vulqa-

ris”, ATU-nun həkim-dietoloqu Ley-

la  Zülfüqarlı  “Obezite.  Piylənməyə 

səbəb olan milli xüsusiyyətlərimiz”, 

ATU-nun  uroloq-cərrahı  Vasif  İs-

mayıl  “Qocalan  orqanizmdə  uroloji 

əhəmiyyət kəsb edən dəyişikliklər”, 

Modern  Hospitalın  baş  həkimi, 

bariatrik-cərrah,  Taryel  Ömərov 

“Piylənmənin  cərrahi  müalicəsi”, 

neyrocərrah,  Milana  Hospitalın 

həkimi  Dr.Əliosman  Qədimbəyli, 

“Disk  yırtıqlarında  müasir  cərrahi 

taktikalara  baxış”  mövzularında 

məruzələrlə  çıxış  ediblər.  Aktual 

mövzularda olan məruzələr iştirak-

çılar və tələbələr tərəfindən böyük 

maraqla qarşılanıb.

“Sağlam  Həyat  Assosiasiyası” 

ATU-nun  tələbələri  Rauf  Vəliyev, 

Məhəmməd  Məmmədov  və  Vüqar 

Xəlilli tərəfindən təsis edilib.

Təşkilatın  məqsədi  cəmiyyətə 

düzgün  həyat  tərzinin  aşılanması, 

gənclərin  fiziki  və  əqli  cəhətdən 

sağlam  formalaşması,  sağlam 

qidalanmanın  təbliği  ilə  bağlı 

maarifləndirmə  işinin  təşkili  və  s. 

ibarətdir.  Qeyd  edək  ki,  ATU-nun 

tələbələri  hələ  təşkilatlanmazdan 

öncə də sağlam həyat tərzinə dair 

maarifləndirmə  işlərində,  müxtəlif 

təşəbbüslərdə iştirak ediblər.

Serebral koma ilə Azərbaycan Tibb 

Universitetinin  Tədris  Cər ra hiyyə 

Kli nikasına başqa bir xəstəxanadan 

kö çürül müş  pasi yentin  anamnestik 

mə lumat la rında  Afrika  ölkələrinin  bi-

rində səyahətdə olduğu məlum olub.

Qeyd  edək  ki,  əvvəlki  xəstə-

xanada  malyariya  ehtimalı  inkar 

olunmasına  baxmayaraq,  müalicə 

həkimlərinin  istəyinə  əsasən  uni-

versitetin klinikasının mərkəzi labo-

ratoriyasında bu bir daha araşdırılıb. 

Klinik  mikrobiologiya  mütəxəssisi 

Leyla  Rəhimli  tərəfindən  p 

falciparum-a məxsus görüntü əldə 

edildikdən sonra, xəstəyə malyari-

ya diaqnozu qoyulub.

Malyariya  əleyhinə  preparatlar-

la müalicəyə başladıqdan bir neçə 

gün  sonra  pasiyentin  vəziyyəti 

stabilləşib və o 24 gün sonra tam 

sağlam şəkildə evə buraxılıb.

Artıq bir neçə ildir ki, Azərbaycan Respublikası 

Gənclər və İdman Nazirliyi və Tələbə Gənclər 

Təşkilatları İttifaqı tərəfindən ali məktəb tələbələri 

üçün xüsusi “Tələbə endirim kartları” verilir. Artıq 

Azərbaycan Tibb Universitetinin tələbələrinə də 

bu kartlar təqdim olunur.

Kart sahibləri tələbələrə Avropanın 37 ölkəsində 

80.000, Azərbaycanda isə 200-dən artıq obyektdə 

5%-dən 55%-ək endirimlər təklif edir. Tələbə en-

dirim  kartı  Avropa  Tələbə  Kartının  Azərbaycan 

üçün  nəzərdə  tutulan  formasıdır.  Avropanın  digər 

ölkələrində  tələbələr  üçün  hansı  endirimlər  tətbiq 

olunursa,  bizim  gənclər  də  xaricdə  olarkən  eyni 

yerlərdə  həmin  güzəştləri  əldə  edə  biləcəklər. 

Azərbaycanda  isə  endirimlər  müxtəlif  sahələri 

əhatə edən obyektlərə aiddir.

Hazırda  ATU-da  tələbə  kartını  əldə  etmək 

istəyənlərin qeydiyyatına başlanılıb. Qeydiyyat ATU-

nun Tələbə Gənclər Təşkilatının fəalları tərəfindən 

aparılır. Onu da qeyd edək ki, qeydiyyatdan keçmək 

istəyən tələbələrə mobil nömrə də hədiyyə olunur.

• 

Azərbaycan Tibb Universitetinin II müalicə 



-profilaktika fakültəsinin Tələbə Elmi 

Cəmiyyəti tərəfindən fakültənin elmi konf-

ransları keçirilib. Elmi konfransın ilk günündə 

12 məruzə dinlənilib. Fakültə dekanı, dosent 

İsrail Məhərrəmbəylinin sədrliyi ilə keçirilən 

konfransda 4 nəfərdən ibarət münsiflər heyəti 

fəaliyyət göstərib.

V  kurs  tələbəsi  Ülvi  Ələşrəfov    “Şizofreniya 

xəstələrində  siqaret  istifadəsi  ilə  depressiv  simp-

tomlar  arası  əlaqənin  araşdırılması”  (elmi  rəhbəri 

psixiatriya  kafedrasının  həkimi  İkram  Rüstəmov) 

işinə görə I yerə, III kurs tələbəsi Aydan İsgəndərzadə 

və Soltanxanım Ağazadənin birgə təqdim etdikləri 

“Yuinq sarkoması ilə şəxsi tanışlıq və diaqnozun qo-

yulmasında şüa diaqnostikanın rolu” (elmi rəhbəri 

Şüa  diaqnostikası  və  şüa  terapiyası  kafedrasının 

dosenti Arzu Mehtiyeva) və III kurs tələbələri İradə 

Atayeva  və  Şəbnəm  Vəliyevanın  təqdim  etdikləri 

“Нарушения липидного обмена в крови и лимфе 

при сахарном диабете” (elmi rəhbərləri professor 

M.Əliyev,  L.Səfərəliyeva)  mövzusundakı  elmi  işləri 

isə II yerə layiq görülüb. 

Təşkilatçılıq 

nöqteyi-nəzərindən 

yüksək 

səviyyədə  keçirilən  konfransın  ikinci  günündə  3 



qalib seçilib.

Qeyd edək ki, birinci yerlərin sahiblərinə Edulan-

diya  kursundan  60%,  ikinci  yerləri  tutanlara  40%, 

üçüncü yerlərin sahiblərinə isə 20% endirim kupo-

nu hədiyyə edilib. Bütün elmi iş götürən tələbələr 

həmin  kursdan  10%-lik  endirim  kuponu,  elmi 

işlərinin dərc olunuğu kitabça və sertifikatla təltif 

olunublar.

Bu il ilk dəfə olaraq konfrans Tədris Cərrahiyyə 

Klinikasında  keçirilib.  Həmçinin  ilk  dəfə  bü-

tün  işlər  elmi  konfranslardan  öncə  yoxlanılıb, 

istiqamətləndirilib və nəzarət aparılıb. Eyni zaman-

da, ilk dəfə konfransın işlərini ehtiva edən kitabça 

çap edilib.



ATU-nun mətbuat xidməti

Yüklə 305,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə