Bu töVSİYƏLƏr haqqinda



Yüklə 268,24 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix26.10.2017
ölçüsü268,24 Kb.
#6815
1   2   3   4   5   6   7   8   9   ...   12

 

yaların müəyyənləşdirilməsi və ayrılması ......................33 



Addım 2b –  Sahə  dəyərləndirilməsinin həyata keçirilməsi 

..........................................................................................35 

 

Addım 3 – Potensial meşə tərkibinin müəyyən edilməsi..35 



Addım 4 – Transformasiya strategiyası haqqında qərar 

verlməsi ............................................................................36 

Addım 5 – Mühafizə metodu, sahənin hazırlanması  və 

səpin/əkin metodları üzrə qərar veriməsi .........................37 

Addım 6 – Gözlənilən aqrotexniki və qulluq tələblərinin 

göstərilməsi ......................................................................38 

5.2 Meşə transformasiya planı .......................................40 

5.3 Yerli 

insanların cəlb olunması ..................................44 

6 Xülasə və gələcəyə baxış ..................................................45 

İstinadlar .................................................................................47 

 

 




 

ÖN SÖZ 

İqlim modelləşdirilməsinin nəticələri göstərir ki, region 

Cənubi Qafqaz regionu orta illik temperaturlarda  davamlı 

artım və daha aşağı orta illik yağıntılarla üzləşə bilər. Regionda 

həmçinin ekstremal hava hadisələrinin daha sıx baş verməsi 

gözləniləndir. Bölgənin ağac cinslərinin böyüyüb inkişaf edə 

biləcəyi coğrafi zonalar yerdəyişməyə  məruz qalacaq, digər 

tərəfdən, regionun ağac cinslərinin meşələri bəsləməkdən 

məhrum olduğu həmin hissələri öz həyat qabiliyyətini 

itirəcəkdir. Nəticə etibarilə, bu meşələr bölgə insanlarının asılı 

olduğu ekosistem xidmətlərini təmin etməyə artıq qadir 

olmayacaq, yaxud da bu xidmətləri daha az miqdarda təmin 

edəcəkdir. 

Bu tövsiyələrin məqsədi Cənubi Qafqaz ölkələrində, yəni 

Azərbaycan, Ermənistan və Gürcüstanda meşələrin iqlim 

dəyişikliklərinə planlaşdırılan adaptasiyasını  dəstəkləməkdir. 

Bu tövsiyələr proqnoz olunan iqlim dəyişikliklərinin regionun 

meşələrinə  təsirlərini və meşə idarəçilərinin bu təsirləri 

azaltmaq üçün həyata keçirə biləcəyi strategiyaları təsvir edir, 

bununla meşələrin eko-sistem funksiyalarının dayanıqlılığına 

yardım etməyə çalışır. Tövsiyələrdə  təsvir olunan təcrübi 

tədbirlər xüsusilə  də süni salınmış meşə massivlərinin iqlim 

dəyişmələrinin təsirlərinə daha dayanıqlı olmasına 

hədəflənmişdir. 

Tövsiyələr  əsasən meşə mütəxəssislərinə yardımçı olmaq 

məqsədilə hazırlanmış, lakin eyni zamanda elm adamları  və 

səlahiyyətli şəxslər üçün maraqlı ola bilər. Bu tövsiyələr WWF 

tərəfindən 2011-ci ildə  dərc olunmuş Meşələrin Bərpası üzrə 

Tövsiyələr (Meşələrin Bərpası üzrə Tövsiyələr, 2011) əsasında 

tərtib olunmuşdur. 

Bu tövsiyələr sənədli materiallar əsasında hazırlanmış 

tədqiqata və  2012-2014-cü illərdə  həyata keçirilmiş “Cənubi 



 

Qafqazda meşələrin transformasiyası vasitəsilə iqlim 



dəyişikliyinə qarşı meşə ekosistemlərin bərpa olunma 

qabiliyyətinin artırılması” layihəsindən  əldə olunmuş  əyani 

təcrübəyə  əsaslanmışdır. Layihə Avropa İttifaqı  tərəfindən 

dəstəklənmiş və WWF -Almaniya və onun tərəfdaş təşkilatları 

 WWF-Qafqaz, WWF -Ermənistan və WWF - Azərbaycan 

tərəfindən həyata keçirilmişdir. Biz bu dəstək və  tərəfdaşlığa 

görə səmimi təşəkkürlərimizi bildiririk. 

WWF - Almaniya, WWF - Qafqaz, WWF - Ermənistan və 

WWF Azərbaycan hazırkı tövsiyələrlə bağlı istənilən  əlavə 

təkmilləşmə  təkliflərinə açıqdır və bu tövsiyələrin geniş 

miqyasda mümkün icrasından məmnun olacaqdır. 

Matias Liştenberger Qafqaz Program əməkdaşı, WWF - 

Almaniya   

 

 




 

1



 

GİRİŞ 

WWF 2011-2014-cü illər ərzində Enerji Tematik Proqramı 

daxil olmaqla ətraf mühit və  təbii sərvətlərin dayanıqlı idarə 

olunması  təşəbbüsü çərçivəsində  Aİ-nın maliyyə  dəstəyi ilə 



“Cənubi Qafqazda meşələrin transformasiyası vasitəsilə iqlim 

dəyişikliyinə qarşı meşə ekosistemlərinin bərpa olunma 

qabiliyyətinin artırılması” layihəsini həyata keçirmişdir. 

Layihə meşələrin transformasiya metodlarını Cənubi Qaf-

qazın Ermənistanda iki, Azərbaycanda iki və Gürcüstanda iki 

məntəqə olmaqla toplam 6 məntəqədə pilot layihə olaraq 

sınaqdan keçirmişdir. Transformasiya tədbirləri ümumilikdə 

448 hektar sahədə  həyata keçirilmişdir. Bu tövsiyələr həmin 

sahələrdə əldə olunan təcrübələr əsasında hazırlanmışdır. 

İlk olaraq, regiondakı meşə landşaftları haqqında qısa 

icmal verilmişdir.  İcmalın ardınca regionun iqliminin necə 

dəyişdiyinə dair hesablamalar və iqlim modellərindən alınan 

proqnozlar  əsasında gələcəkdə iqlimin necə olacağı barədə 

şərhlər verilir. Daha sonra təlimatlar iqlim dəyişmələrinin 

meşələrə təsirini və Cənubi Qafqazın iqlimində proqnoz olunan 

dəyişikliklərin regionun meşələrinə təsirini təsvir edir. Ardınca 

təlimatlar iqlimdə proqnoz olunan dəyişiklikləri və müxtəlif 

ağac cinslərinin gələcək iqlim şəraitlərinə münasibliyini nəzərə 

almaqla meşə transformasiya tədbirlərini təsvir və izah edir. 

Biz ümid edirik ki, müşayiətedici sənəd olan  “Meşələrin 

Bərpasi üzrə Tövsiyələr”lə birlikdə bu tövsiyələr də faydalı 

olacaq və Qafqaz regionda və ya digər bölgələrdə  həyata 

keçiriləcək oxşar səylər üçün ilhamverici  amil olacaqdır. 



Yüklə 268,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə