Bu töVSİYƏLƏr haqqinda



Yüklə 268,24 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix26.10.2017
ölçüsü268,24 Kb.
#6815
1   2   3   4   5   6   7   8   9   ...   12

 

2



 

CƏNUBİ QAFQAZIN MEŞƏLƏRİ 

2.1

 

Meşə növləri 

Meşələr Cənubi Qafqaz ölkələrinin 4 milyon hektar 

ərazisini tutmaqla hər üç ölkənin ümumi torpaq və daxili su 

hövzələrinin 22% təşkil edir: Ermənistan 332 min hektar 

(11.17%), Azərbaycan 990 min hektar (11.4%), Gürcüstan 

2,793 min  hektar (40.7%) (QKTT, 2010a) meşə sahəsinə 

malikdir. Regionun iqlim zonalarının geniş müxtəlifliyi torpaq 

süxurlarının və relyefin rəngarəngliyi ilə birlikdə  fərqli meşə 

formasiyalarının inkişafı üçün əlverişli şərait təmin etmişdir.  

Hektar sahəsinə görə  fıstıq (Fagus orientalis) ağacları 

meşələrdə üstünlük təşkil etməklə meşə sahəsinin demək olar 

ki, yarısını tutur. Palıd (Quercus) meşələri  əvvəllər geniş 

yayılmış olsa da, kənd təsərrüfatı, üzümçülük və meyvəçilik

eləcə  də mal-qaranın otlaq məqsədləri üçün təmizlənməsi 

nəticəsində  əhəmiyyətli dərəcədə azalmışdır.  Şabalıd ağacları 

(Castanea) tez-tez vələs (Carpinus) və  fıstıq ağacları ilə 

birlikdə Gürcüstanın Kolxic rayonunun dağlıq və dağətəyi 

rayonlarda və  Şərqi Böyük Qafqazın bəzi yerlərində mövcud 

olan meşələri təşkil edir. Şabalıd tarixən intensiv kəsilmələrə 

məruz qalmış  və bunun nəticəsində öz ərazisini  əhəmiyyətli 

dərəcədə azaltmaqla bərabər qalan ağacların da sağlamlığına 

zərər vurmuşdur. Tünd iynəyarpaqlı meşələr  şam (Abies 



nordmanniana), küknar (Picea orientalis) və  fıstıqla qarışıq 

küknar ağaclarından ibarət olmaqla Şərqi Gürcüstanın qərb 

rayonlarında yayılmış və onlara meşə zonasının orta və yuxarı 

hissələrində rast gəlinir.  Şam ağaclarından ibarət açıq 

iynəyarpaqlı meşələr  əsasən Kür çayı hövzəsinin yuxarı 

axınında yayılmışdır. 

Regionda bir sıra digər müxtəlif meşə növləri yayılsa da 

onlar meşənin ümumi sahəsinin yalnız kiçik bir hissəsini təşkil 

edir. Bu meşələr ağcaqayın (Acer spp.), ağcaqayın və qarağac 



10 

 

(Ulmus spp.), cökə  (Tilia cordata) və  qızılağac (Alnus spp.) 



ağac cinslərindən təşkil olunmuşdur. Meşə zonasının yüksək 

dağlıq hissələrində  "əyri meşələr" adlanan meşələr qayın 

(Betula spp.), dağ göyrüşü (Sorbus caucasigena), dağ 

ağcaqayını (Acer trautvetteri) ağaclarından ibarətdir. Bölgənin 

quru  şərq və  cənub-şərq hissələrində yayılan seyrək meşələr 

ardıc (Juniperus spp.), püstə  (Pistacia mutica), söyüdyarpaqlı 

armud (Pyrus salicifolia) və Gürcüstan ağcaqayını  (Acer 

ibericum) ağac cinslərindən ibarətdir. Aşağı çay vadilərində 

çaybasar meşələrə rast gəlinir və bu meşələr ümumən  gətirmə, 

bataqlıq və ya nəm torpaqlarda böyüyən  qara qovaq (Populus 

zənci) və  ağyarpaq qovaq (və ya gümüşü) (Populus alba), 

qızılağac (Alnus barbata), göyrüş (Fraxinus excelsior), saplaqlı 

palıd (

Quercus robur)

  və çöl qarağacı  (



Ulmus foliacea

cinslərindən təşkil olunub. 



Regionun təbii meşə formasiyalarına əlavə olaraq, 1990-cı 

illərdə müxtəlif məqsədlər, o cümlədən torpaq eroziyası 

riskinin azaldılması, qonşu icmalar üçün odun yanacağının 

təchizatı üçün yaradılmış 198 min hektar süni salınmış meşə 

sahələri mövcuddur. Ermənistanda təqribən 55,000 hektar, 

Azərbaycanda təqribən 59,000 hektar, Gürcüstanda isə 84,000 

hektar meşə sahələri salınmışdır. 

2.2

 

Meşələrin əhəmiyyəti 

Regionun meşələri bir sıra səbəblərə görə vacibdir: 



Biomüxtəliflik. Cənubi Qafqaz müvafiq olaraq Qafqaz 

ekoregionunun tərkib hissəsi olmaqla ÜTF-in 35 “prioritet 

əraziləri”ndən biridir və Konservasiya üçün Beynəlxalq 

Komitə tərəfindən 34 “biomüxtəliflik yeri”ndən biri olaraq Yer 

Kürəsində  ən zəngin, eyni zamanda ən çox təhlükəyə  məruz 

qalan flora və fauna aləmi kimi tanınmışdır. Meşələr bio-

müxtəliflik üçün regionun ən vacib biomu olmaqla bitki 

aləminin çoxlu nadir endemik və relik cinslərinə qucaq açır, 




11 

 

eləcə  də dünya üzrə nadir və  nəsli kəsilmək təhlükəsi ilə 



üzləşmiş heyvanlar üçün yaşayış arealı təmin edir. 

Karbon saxlancı. 2010-cu ildə cənubi Qafqazın meşələri 

yer səthində biokütlədə 225 milyon ton karbon tutmuşdur 

(FAO 2010b), bu isə 2013-cü ildə dünya üzrə karbon-dioksid 

emissiyalarının təqribən 2.5%-nə  bərabərdir (Oliver və d. 

2013). Regionun meşə ehtiyatlarının qorunması bu səbəbdən 

iqlim dəyişikliyinin yumşaldılmasına mühüm töhfə verir.  



Torpaq və su hövzələrinin mühafizəsi. Meşələr tor-

paqların və su ehtiyatlarının mühafizəsində  əvəzedilməz rol 

oynayır. Meşələrin məhvi tez-tez eroziyaya, daşqın risklərinin 

artmasına və su qıtlığına gətirib çıxarır. Nizamsız yağıntı  

normaları  və daha uzun quraqlıq dövrləri ilə müşayiət olunan 

iqlim dəyişikliyi ilə meşələrin təmin etdiyi xidmətlər daha 

vacib əhəmiyyət kəsb etməyə başlayır. 

Meşə  məhsulları. Regionun meşələri yanacağın vacib 

mənbələrindən biridir. Bir tədqiqata  əsasən 2010-cu ildə 

Ermənistanda ev təsərrüfatlarının 61%-i hələ  də odundan 

yanacaq kimi istifadə etmişdir (Yunger və Fripp 2011). Kənd 

ərazilərində yerləşən ev təsərrüfatları  şəxsi istifadə  və satış 

məqsədi üçün meşələrdən qoz, giləmeyvə  və göbələk yığır. 

Gürcüstanın meşələri nisbətən kiçik, lakin yerli səviyyədə 

vacib emal sənayesinə dəstək verir.   



Mədəniyyət və sağlamlıq. Regionun meşələri istirahət

təhsil və digər sosial fəaliyyətlər üçün imkanlar təmin edir. 

Meşələr vacib tarixi bağlara və ya xüsusi mədəni (o cümlədən 

müqəddəs) dəyərlərə malik ola bilər. 




Yüklə 268,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə