Bu töVSİYƏLƏr haqqinda



Yüklə 268,24 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix26.10.2017
ölçüsü268,24 Kb.
#6815
1   2   3   4   5   6   7   8   9   ...   12

12 

 

3



 

İQLİM DƏYİŞİKLİYİ  VƏ ONUN REGİONUN 

MEŞƏLƏRİNƏ TƏSİRİ 

3.1

 

Bügünkü günə qədər regionun iqlimində baş 

verən dəyişikliklər 

Cənubi Qafqaz ölkələrinin hamısı, yəni Ermənistan, 

Azərbaycan və Gürcüstan  statistik cəhətdən son keçən 

yüzillikdə orta illik temperaturun, orta günlük minimal 

temperaturun və orta günlük maksimal temperaturun artması 

meyllərini göstərir. Ermənistanda və Azərbaycanda yerləşən 

meteoroloji stansiyaların təqribən yarısı  və Gürcüstandakı 

stansiyaların dörddə biri isə illik temperaturda statistik olaraq 

əhəmiyyətli tendensiyalar göstərir. Demək olar bütün 

meteoroloji stansiyalar isti havaların müddətində artımlar 

qeydə almışdır, belə ki, həm 25 ºC  yuxarı olan ardıcıl günlərin 

sayında, həm də 20 ºC  yuxarı olan ardıcıl gecələrin sayında 

artım müşahidə edilmişdir (BMİP 2011). 

Ermənistanın BMT-nin İqlim Dəyişikliyi üzrə  Çərçivə 

Konvensiyasına göndərdiyi  2-ci milli hesabatında əvvəlki 80 il 

ərzində illik yağıntı miqdarının 6% azaldığı bildirilir (MNP-

AM 2010). Azərbaycanın təqdim etdiyi hesabatda demək olar 

ki, bütün bölgələrdə orta illik yağıntı miqdarının uzunmüddətli 

normadan aşağı olması  və orta hesabla 9.9% aşağı düşməsi 

göstərilir; fərqlər xüsusilə  də Kür-Azar ovalığında (14.3% 

enmə), Gəncə-Qazax (17.7% enmə) zonasında və Naxçıvan 

bölgəsində (17.1% enmə) özünü daha qabarıq göstərir (ETSN-

AZ 2010). 

Ermənistan təhlükəli hidro-metereoloji hadisələrin inten-

sivliyində və tezliyində artım olduğunu xəbər verir. 1975-2005-

ci illəri  əhatə edən dövrdə  təhlükəli hidro-metereoloji 

hadisələrin ümumi sayı ildə 1.2 hal olaraq artmışdır və eyni 

dövrün son 20 ilində (1985-2005) bu artım özünü ildə 1.8 hal 

şəklində göstərmişdir (MNP-AM 2010). 



13 

 

Bu dəyişikliklərin karbon qazı (CO2) və istixana qazları 



(İQ) kimi tanınan digər  antropogen emissiyalar səbəbindən 

törəməsi barədə geniş elmi konsensus mövcuddur. İqlim 

modelləri artıq atmosferə buraxılmış  əlavə istixana qazları, 

həm də  gələcək emissiyalar nəticəsində yaranan iqlim 

dəyişikliklərini müxtəlif labüdlük dərəcələri ilə proqnoz 

etməyə imkan verir. 



3.2

 

İqlimdə proqnoz olunan gələcək dəyişikliklər 

Cənubi Qafqaz ölkələrinin hər biri modelləşdirmə əsasında 

yağıntı  və temperaturda gözlənilən dəyişikliklər üzrə 

proqnozlarını UNFCC-yə göndərdikləri 2-ci milli hesabatlarda 

təqdim etmişlər. Verilən bütün proqnozlar hazırki əsrin sonuna 

qədər orta illik temperaturların əhəmiyyətli dərəcədə artacağını 

göstərir. A2 emissiya ssenarisi üzrə proqnozlar belə olmuşdur

1



Qərbi və  Şərqi Gürcüstanda müvafiq olaraq 1.8 ºC-5.2 ºC və 

3.5 ºC-4.9 ºC; Ermənistanda 4 ºC - 5.1 ºC; və Azərbaycanda 3 

ºC-6 ºC.  

Temperatur üçün verilən proqnozlar aydın ifadə olunsa da

yağıntılar üçün verilən proqnozlarda ziddiyyətlər olmuşdur. Bir 

model Gürcüstanın qərbində  və Azərbaycanda illik yağıntı 

miqdarında artım proqnozu vermiş, eyni zamanda  Gürcüstan 

üçün digər bir model yağıntı miqdarında azalma proqnoz edir.   

Əvvəlki dövrlərin iqlim göstəricilərini məntiqi tərzdə 

simulyasiya edən dörd Ümumi Sirkulyasiya Modelindən 

(ÜSM) götürülmüş proqnozlardan istifadə etməklə sonradan 

aparılmış  tədqiqat (UNDP 2011) hər üç ölkə üçün yağın-

tılardakı azalmanı gözəl əks etdirmişdir: A2 emissiya ssenarisi 

                                                 

1

 GHG emissiyaları ssenarisi gələcəkdəki vəziyyəti izah edən və aparıcı qüvvələrin gələcək emissiya 



nəticələrinin təhlil olunması və əlaqəli qeyri-müəyyənliklərin dəyərləndirilməsi baxımından alternativ 

şəkil və ya  süjet xətti rolunu oynayır.  A2 süjet xətti və ssenari ailəsi son dərəcə  heterogen dünyanı 

təsvir edir.  Əsas mövzu özünə inam və yerli cinslərin qorunmasıdır. Region boyunca münbitlik 

modelləri çox yavaş uzlaşır və bu da qlobal populyasiyanı davamlı olaraq artırır.  İqtisadi inkişaf 

əsasən regiona istiqamətlənmişdir və adambaşı iqtisadi artım və texnoloji dəyişiklik digər ssenarilərlə 

müqayisədə daha dağınıq və yavaş  baş verir. (IPCC 2000) 




14 

 

fonunda əsrin sonuna Ermənistanda 20-31%, Azərbaycanda 5-



23% və Gürcüstanda 0-24%. Seçilmiş dörd ÜSM-lərə  əsasən 

və A2 emissiya ssenarisindən istifadə etməklə 2050-i ildə orta 

illik temperaturda proqnoz olunan dəyişikliklər belədir: 

Ermənistan 1.1 ºC – 1.9 ºC, Azərbaycan 1.0 ºC – 1.6 ºC, 

Gürcüstan 0.9 ºC – 1.9 ºC. Eynilə  2100-cü ilə proqnoz olunan 

artım daha dramatikdir: Ermənistan 4.4 ºC - 5.5 ºC, 

Azərbaycan 3.6 ºC - 4.1 ºC və Gürcüstan 4.1 ºC - 5.5 ºC. 

3.3

 

İqlim dəyişikliyi meşələrə necə təsir edir 

Artan CO2  konsentrasiyaları  ağacların böyüməsinə 

müsbət təsir göstərəcəkdir. Çünki atmosferdə hazırki CO2 

konsentrasiyası bitkilərin böyüməsi üçün optimal səviyyədən 

aşağıdır. Cavan ağaclarda nəzarət altında aparılan ekoloji 

təcrübələr CO2 konsentrasiyalarının ikiqat artdığı zaman bir 

qayda olaraq biokütlə istehsalının 30-50% çoxaldığını göstərir 

(Broadmedou və Rey 2005). Lakin, məhsuldarlıqda atmosferdə 

yüksək CO2 səviyyəsi səbəbindən yaranan istənilən dəyişik-

liklər karbon və digər istixana qazlarının yüksək səviyyəsinin 

nəticəsi olan iqlim dəyişikləri ilə kompensasiya olunacaq, 

həmçinin əksər vəziyyətlərdə tamamilə ləğv olunacaqdır: 



3.3.1

 

Temperaturda, yağıntılarda, külək və rütu-

bətdə dəyişikliklər 

Temperaturda, yağıntılarda, külək və rütubətdə baş verən 

dəyişikliklər fotosintezə  və buxarlanmaya (nəticə etibarilə 

inkişafa), reproduksiyaya, tozlanmaya, toxumların yayılmasına, 

fenologiyaya, parazit və  xəstəliklərə qarşı müqavimət gücünə 

və rəqabət qabiliyyətinə təsir göstərəcəkdir.  (Broadhead, Durst 

və Broun 2009; Marosçek və d. 2009). Ayrı-ayrı  ağacların 

reaksiyası meşələrin proseslərə cavab vermə yolunu müəyyən 

edir.  Əgər iqlimdəki dəyişikliklər ağac cinslərinin fizioloji 

dözümlülük normasını üstələyirsə, bu halda biofiziki meşə 

proseslərinin tempi dəyişir (Olesen 2007, Kellomaki  2008, 



Yüklə 268,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə