Bu töVSİYƏLƏr haqqinda



Yüklə 268,24 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix26.10.2017
ölçüsü268,24 Kb.
#6815
1   2   3   4   5   6   7   8   9   ...   12

15 

 

Malhi 2008). Müəyyən bir nöqtədən sonra vegetasiya elə bir 



həddə çatır ki, bu həddən o tərəfə meşələr yoxa çıxır; bu proses 

meşələrin vəziyyətini dəyişir. Ağır quraqlıq şəraitlərdə meşələr 

savannalarla və ya çəmənlərlə (hətta səhralarla) əvəzlənə bilər. 

3.3.2

 

Ekstremal hava şəraitlərinin daha sıx baş 

verməsi 

Daha sıx-sıx baş verən güclü küləklər ağacları kökündən 

çıxartmaqla və  ağacların budaqlarını  qırmaqla meşələrə  zərər 

vuracaq, eləcə də daha tez-tez baş verən güclü yağışlar torpaq 

eroziyası  və torpaq sürüşməsi təhlükələrini artıracaqdır. Belə 

hadisələrin səbəb olduğu fəsadlar qısa müddətli dövrdə 

məhsuldarlığı azaldacaq və meşələri parazitlərə və xəstəliklərə 

qarşı daha həssas edəcəkdir. 



3.3.3

 

Daha tez-tez baş verən və dağıdıcı yanğınlar 

Uzun müddət davam edən quru və isti hava meşə 

yanğınları riskini artıracaqdır. Dəhşətli yanğınlar üzvi mad-

dələri məhv edəcək və qidalı maddələr   buxarlanma ilə yoxa 

çıxacaqdır. Tez-tez baş verən yanğınlar, həmçinin torpaq 

eroziyasını artıra, regenerasiyanı azalda və quru ərazilərdə 

səhralaşmanı surətləndirə bilər.  (Kolström, Vilén və Lindner 

2011). 


3.3.4

 

 Həşəratların və xəstəliklərin daha müntəzəm 

və kütləvi çoxalması 

Yağıntı miqdarında artım sporulyasiyanı, yayılmanı  və 

yad infeksiyaların inkişafını surətləndirməklə çoxlu meşə 

patogenlərinə əlverişli şərait yaradır (Lucier və d. 2009 istinad 

Garrett və d. 2006). Isti iqlim şəraitləri bu yaxınlarda baş verən 

bəzi həşərat epidemiyalarına aydın surətdə töhfə vermişdir: 

məsələn, Şimali Amerikada qabıqyeyən qurdların  (Lucier və d. 

2009 istinad Berg və d.2006,Tran və d.2007,Raffa və d.2008), 

Skandinaviyada yarpaqyeyən qurdlar (Lucier və d. 2009 istinad 



16 

 

Jepsen və d. 2008), Birləşmiş Krallıqda bitkibiti (Lucier və 



d.2009 istinad Lima və d.2008) və kontinental Avropada  

barama qurdları (Lucier və d.2009 istinad Battisti və d.2005) 

epidemiyaları buna misaldır. Ağaclarda quraqlığın törətdiyi 

stress meşələri otyeyən həşəratların hücumuna və göbələk 

xəstəliklərinə yoluxma hallarına qarşı daha dözümsüz 

edəcəkdir. (Kolström, Vilén və Lindner 2011). 



3.3.5

 

 Geniş yayılmış  ağac cinsləri  üçün daha 

əlverişli şərait 

İqlim dəyişikliyi geniş yayılmış cinslərin inkişafı üçün 

münbit məskənlərin mövcudluğunu artıra bilər. (Lucier və d. 

2009 istinad McNeely 1999, McNeely və d.2001, Hunt və 

d.2006, Ward və Masters 2007, Dukes və d.2009, Logan və 

Powell 2009). İqlim dəyişikliyi dominant endemik cinslər öz 

yaşayış yerlərinin dəyişən  ətraf mühit  şəraitlərinə 

uyğunlaşmaya bilər ki, bu da yeni məskən salan cinslərin 

ərazini zəbt etməsinə imkan yarada, eləcə  də bir-birini 

təkrarlayan modellərdən sonra ekosistemin funksiyasının 

pozulmasına və tükənməsinə  səbəb ola bilər. (Lucier və d. 

2009 istinad McNeely 1999, Tilman və Lehman 2001). 



3.4

 

İqlim dəyişikliyinin Cənubi Qafqazda meşə-

lərə təsiri 

Cənubi Qafqazın iqliminin hazırda regionda mövcud olan 

meşə cinsləri üçün ümumən az münasib olduğunu ehtimal 

etmək olar. Bu yaxınlarda aparılmış bir tədqiqata (Zazanashvili 

və d. 2011) əsasən ekoloji cəhətdən daha əlverişli GHG 

emissiyaları ssenarisində regionun meşə növlərinin tutduğu 

sahədə 8 % azalma ola bilər, digər tərəfdən ekoloji baxımdan 

az əlverişli emissiya ssenarisində 33 % azalma baş verə bilər. 

Təsirlər bioklimatik zonalar və ölkələr arasında dəyişəcəkdir; 

tədqiqatın nəticələri belə bir fikir irəli sürməyə  əsas verir ki




17 

 

Ermənistan və Azərbaycan Gürcüstana nisbətən daha çox təsirə 



məruz qalacaqdır. 

Bəzi meşə formasiyaları iqlim dəyişikliyindən ümumən 

faydalana bilsə də, əksər formasiyalar stressə məruz qalacaq və 

təravətini itirəcəkdir. Ekoloji cəhətdən daha əlverişli istixana 

qazlarının emissiya ssenariləri fonunda regionun böyük hissəsi 

boyunca quru meşəliklər, yəni şümşad, şabalıd, dəmir ağacı və 



vələs cinsləri  üçün  şərait daha əlverişli olacaqdır. Ekoloji 

cəhətdən az əlverişsiz emissiya ssenariləri fonunda regionun 

böyük hissəsi boyunca şərait yalnız quru meşəliklər və  vələs 

meşələri üçün əlverişli olacaqdır. 

Ekoloji baxımdan daha əlverişli  İQ ssenarisi fonunda 

Gürcüstanda  şərait hazırda ölkədə mövcud olan meşə növləri 

üçün ümumən  əlverişli olacaqdır, Ermənistanda isə  şərait az 

əlverişli, Azərbaycana gəldikdə şərait əhəmiyyətli dərəcədə az 

əlverişli olacaqdır. Ekoloji baxımdan az əlverişli iqlim ssenarisi 

fonunda Ermənistanda və Azərbaycanda mövcud meşə 

formasiyaları üçün əlverişli sahələrin həcmi əhəmiyyətli ölçüdə 

aşağı düşəcəkdir (müvafiq olaraq 52 % və 62 %) və bir neçə 

meşə növləri yoxa çıxacaqdır. Gürcüstanda proqnoz olunan 

təsir Ermənistan və Azərbaycana nisbətən azdır – mövcud 

meşə növləri üçün əlverişli sahələrin həcmində 11% azalma 

gözlənilir. 

Meşələr və onların bioloji komponentləri uzunmüddətli 

iqlim dəyişikliklərinə müstəqil şəkildə reaksiya verirlər. Geniş 

ərazilərin meşəsizləşməsinə  səbəb olan insan fəaliyyətlərinin 

başlamasına kimi  Cənubi Qafqazda 5000 il əvvəl başlayan 

meşələrin və müxtəlif meşə cinslərinin yayılması  şəraiti son 

buz dövrünün bitməsindən dərhal sonra yaranan vəziyyətdən 

çox fərqli olmuşdur. Lakin, burada ağac cinslərinin miqrasiya 

tempi çox mühüm amildir: sonuncu buz dövründən sonra ağac 

cinsləri onillik və ya daha az dövr ərzində  cəmi bir neçə 

kilometr miqrasiya etmiş, iqlim zonaları isə hər on il boyunca 




Yüklə 268,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə