Bu töVSİYƏLƏr haqqinda



Yüklə 268,24 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix26.10.2017
ölçüsü268,24 Kb.
#6815
1   2   3   4   5   6   7   8   9   ...   12

18 

 

50 kilometr məsafədə yerdəyişmə edə bilmişlər. Buna görə də 



əksər ağac cinslərinin miqrasiya və adaptasiya templəri 

proqnoz olunan qlobal istiləşmə tendensiyaları ilə  bərabər 

addımlamağa qadir deyildir.  (Davis 1989, Huntley 1991, Dyer 

1995, Collingham və d.1996, Malcolm və d.2002). 

Əgər iqlim dəyişikliyinin meşələrə təsirlərini yumşaltmaq 

üçün heç bir tədbir görülməzsə, iqlim göstəricilərinin meşələrin 

sağlamlığına, yaşama qabiliyyətinə  və  məhsuldarlığına 

vurduğu zərər regionda yaşayan insanlar üçün əhəmiyyətli 

nəticələrə səbəb olacaqdır. Bu nəticələrə daxildir: 

 



Regionda hazırda mövcud olan meşə cinslərindən 

alınan ağac və qeyri-odun (məsələn göbələklər, giləmeyvələr 

və qoz) meşə məhsullarının həcmində ümumi azalma, bununla 

belə kolxic bio-iqlim bölgələrində istehsal arta bilər; 

 

Region meşələrinin təmin etdiyi ekoloji xidmətlərin, o 



cümlədən su keyfiyyətinin və su axınının tənzimlənməsi, 

eroziyanın, torpaq sürüşmələrinin və  çığların  qarşısının 

alınması kimi xidmətlərin dəyərində ümumən azalma; 

 



Biomüxtəliflikdə və regionun qoruq ərazilərinin xüsusi 

dəyərlərində dəyişikliklər; 

 

Vizual landşaftda dəyişikliklər. 



4

 

İQLİM DƏYİŞİKLİYİNİN MEŞƏLƏRƏ  TƏSİRİ-

NİN AZALDILMASI ÜÇÜN STRATEGİYALAR  

4.1

 

Reaktiv adaptasiya planlaşdırılan adaptasiya 

Əgər biz əvvəlki fəsildə təsvir olunan iqlim dəyişikliyinin 

nəticələri ilə üzləşməmək istəyiriksə, biz meşələrin adaptasiya-

sına yardım etməliyik. Biz reaktiv müdaxilə edə bilərik, yəni 

iqlim dəyişmələrinin təsirləri baş verdikdən və müşahidə 



19 

 

olunduqdan sonra – məsələn, mövcud ağac cinsləri təravətini 



itirmə  və ya erkən tələf olma əlamətlərini göstərdiyi zaman, 

fırtınalardan sonra qırılmış  ağacların toplanması, azalan 

məhsuldarlığa cavab olaraq yol verilən kəsimlərin yenidən 

hesablanması kimi tədbirlərlə  vəziyyətə müdaxilə etmək olar.  

Reaktiv adaptasiya müdaxilə edilməməsi ssenarisi fonunda 

iqlim dəyişmələrinin meşələrə  bəzi uzunmüddətli təsirlərini 

azalda bilər, lakin meşə formasiyalarına dəyişiklik etmək üçün 

tələb olunan  uzun zaman kəsiyi reaktiv müdaxilənin müsbət 

təsirlər verməsini ləngidəcəkdir. 

Reaktiv adaptasiyaya alternativ olaraq planlı adaptasiyanı 

göstərmək olar, belə ki, planlı adaptasiya iqlimlə bağlı 

dəyişikliklərin qabaqcadan proqnoz edilməsində meşəçilik 

məqsədlərinin və  təcrübələrinin yenidən müəyyən edilməsini 

nəzərdə tutur. Planlı adaptasiyanı  çətinləşdirən fakt 

ekosistemlərin və cinslərin həssaslığı, eləcə  də  gələcək iqlim 

şəraitlərinin regionlar üzrə  və müvəqqəti həlli haqqında 

biliklərimizin zəif olması  və iqlim dəyişikliklərinin meşələrə 

təsirinin dəqiq mahiyyəti və miqyasını proqnoz etməyin qeyri-

mümkünlüyüdür. Bu kimi qaranlıq məqamlara baxmayaraq, biz 

indidən hərəkətə keçməliyik, çünki iqlim dəyişikliklərinin 

təsirinin  əhəmiyyətli olması ehtimalı yüksəkdir; bu mənada 

meşə idarəçiliyində iqlim dəyişmələrinə adaptasiya iqlim 

dəyişikliklərinin təsirlərinə qarşı  qabaqcadan planlı cavab 

tədbirlərinin görülməsini tələb edir (Spitlhouz və Styuart 

2003). 

4.2

 

Planlaşdırılan adaptasiya tədbirləri 

Meşələrin iqlim dəyişikliklərinə adaptasiya prosesində 

bizim kömək edə biləcəyimiz bir neçə yol vardır: 



20 

 

4.2.1



 

Meşələrin təbii adaptasiya potensialının 

artırılması 

Daha geniş müxtəlifliyə malik meşə ekosistemləri adətən 

daha böyük adaptasiya potensialı göstərir (SCBD 2003; 

Fontaine və d. 2005; Stokes və Kerr 2009), çünki onlar  

müxtəlif dəyişikliklərə  fərqli yollarla adaptasiya olmaq 

iqtidarındadır.  Meşə massivlərində cinslərin və  mənşələrin 

müxtəlifliyinin artırılması meşənin iqlim dəyişikliyi nəticəsin-

də sağlamlığını və məhsuldarlığını itirmək riskini sığortalayır. 

Xüsusilə daha dayanıqlı  və  gələcək iqlim şəraitlərinə daha 

yaxşı adaptasiya olunan cinslərin və mənşələrin tətbiq edilməsi, 

eləcə  də selektiv qulluq və seyrəltmə vasitəsilə  həmin ağac 

cinslərinin və mənşələrin təbii olaraq regenerasiya olunan meşə 

zolaqlarında yayılması sözügedən riskləri sığortalamış olur. 

Landşaft səviyyəsində dağılmanın azaldılması  və ekoloji 

dəhlizlərin yaradılması cinslərin təbii yerdəyişməsini 

asanlaşdırır, eləcə də meşələri gücləndirərək və genişləndirərək 

iqlim dəyişikliklərinin neqativ nəticələrini yaradan antropogen 

təsirləri azaldır (Robledo və Forno, 2005). 

Meşə ekosistemlərinin uzunmüddətli dayanıqlığının sax-

lanması üçün ekoloji prinsiplərin xülasəsi aşağıda Haşiyə 1-də 

təqdim olunur. 

4.2.2

 

 Yanğından mühafizə  və  nəzarət təcrübələ-

rinin qəbul edilməsi  

Yanğından mühafizə 

və 

nəzarət təcrübələrinin 



adaptasiyasına pozulma riskini və miqyasını azaltmaq məq-

sədilə meşə strukturunun dəyişdirilməsi (yəni, ağaclar ara-

sındakı məsafə və sıxlıq, ölü ot örtüyünün və humusun, yaxud 

da iri odun tullantılarının təmizlənməsi daxildir (Spitlhouz və 

Styuart 2003 istinad Dale və d. 2001); yanacaq yüklənməsini 

minimuma endirmək üçün göstərilmiş yandırma üsulundan 




Yüklə 268,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə