Bu töVSİYƏLƏr haqqinda



Yüklə 268,24 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix26.10.2017
ölçüsü268,24 Kb.
#6815
1   2   3   4   5   6   7   8   9   ...   12

21 

 

istifadəni artırmaq (Spitlhouz və Styuart 2003 istinad Veaton 



2001); meşə yanöınlarının yayılmasına nəzarəti idarə edən 

yığım, regenerasiya və meşələrə qulluq fəaliyyətlərindən 

istifadə etməklə “yanğına qarşı  ağıllı” landşaftların hazır-

lanması (Spitlhouz və Styuart 2003 istinad Hirsch və Kafka 

2001 və  İqlim dəyişikliklərinin təsirləri və Adaptasiya 

Direktivi 2002); yüksək iqtisadi və ya sosial dəyərə malik 

ərazilərin mühafizəsini diqqət mərkəzində saxlamaq, paralel 

olaraq digər  ərazilərdə yanğına öz gedişatı ilə getməyə imkan 

yaratmaq (Spitlhouz və Styuart 2003 istinad Stoks və d. 1998 

və Parker və d. 2000). 



4.2.3

 

 Ziyanvericilərin və  xəstəliklərin qarşısının 

alınması və nəzarət olunması təcrübələrinin qəbul olunması 

Həşərat və  xəstəliklərin qarşısının alınması  və  nəzarət 

strategiyalarının adaptasiyasına daxildir: meşələrin salamlığını 

və hücumlara məruz riskini azaltmaq məqsədilə qismən kəsim 

və seyrəltmə  işləri (Spitlhouse və Styuart 2003 istinad Vargo 

və Harrington 1991 və Qottsşalk 1995); yoluxmuş  ağacları 

kənarlaşdıran sanitariya məqsədli kəsimlər vasitəsilə  xəstəlik 

səbəbindən törəyən itkiləri azaltmaq; meşələrin həşərat və 

xəstəliklərin zərərlərinə həssaslıq dövrünü azaltmaq üçün növ-

bələşmə dövrünü qısaltmaq (Spitlhouse və Styuart 2003 istinad 

Gotşhalk 1995) və daha münasib cinslərə keçid prosesini 

asanlaşdırmaq (Spitlhouse və Styuart 2003 istinad Lindner və 

d. 2000); zərərli həşəratlara qarşı mübarizə  fəaliyyətlərinin 

səmərəsiz və ya uyğunsuz olduğu vəziyyətlərdə  meşələrə 

aqrotexniki qulluq vasitəsi kimi həşərat öldürənlərdən və 

funqisidlərdən (göbələklərə qarşı) istifadə edilməsi (Spitlhouz 

və Styuart 2003 istinad Parker və d. 2000); fitosenozların idarə 

olunma üsulları vasitəsilə  dəyişən iqlimdə  rəqabətə daha 

dözümlü olan arzuolunmaz bitki cinslərinə  nəzarət edilməsi 

(Spitlhouz və Styuart 2003 istinad Parker və d. 2000). 




22 

 

4.2.4



 

Seyrələn və kəsilmiş meşə massivlərinin idarə 

olunması üçün aqrotexniki tədbirlərin qəbul olunması 

Aqrotexniki qulluq təcrübələrinin adaptasiyasına daxildir: 

qalan ağaclara işıq, su və qida ehtiyatını artırmaq məqsədilə 

solğun, zədələnmiş  və ya pis keyfiyyətli ağacların selektiv 

formada çıxarılması (Spitlhouz və Styuart 2003 istinad Smith 

və d.1997 və Papadopol 2000); ağac sıxlığını, cinslərin 

tərkibini, meşə strukturunu (məsələn, torpaqaltı  əkin, bölgəyə 

doğma  cinslərin  əkilməsi) idarə etməklə  gələcək fəsadlara 

həssaslığın azaldılması, eləcə də idarəetmə fəaliyyətlərinin yeri 

və vaxtının planlaşdırılması (Spitlhouz və Styuart 2003 istinad 

Dale və d.2001); daha yaxşı adaptasiya olunan meşə növlərinin 

salınması üçün əkindən sonra kəsmə yaşının azaldılması 

(Spitlhouz və Styuart 2003 istinad Lindner və d 2000 və Parker 

və d.2000). 



4.2.5

 

Adaptiv idarəetmənin tətbiqi  

Meşə idarəçiləri gələcək iqlim haqqında müəmmalar fo-

nunda ağacların və meşə formasiyalarının iqlim dəyişikliyinə 

reaksiyasını planlaşdırmaq zərurəti ilə üz-üzədirlər. Adaptiv 

idarəetmə meşə ekosistemlərinin işlədiyi yollar, həmçinin meşə 

ekosistemləri ilə münasibətlərdə geniş yayılmış qeyri-müəy-

yənliklər haqqında aydın və dəqiq biliklərin yetərsizliyini qəbul 

edir (Robledo və Forno, 2005 istinad Borrini-Feyerabend, 

2000).  İdarəetmə siyasətlərinin və  təcrübələrinin davamlı ola-

raq təkmilləşdirilməsi və onların nəticələrindən dərs çıxa-

rılması formal bir prosesdir (Robledo və Forno, 2005 istinad 

Taylor və d.,1997). Adaptiv idarəetmənin əsas xüsusiyyətlərinə 

daxildir (Robledo və Forno, 2005 istinad Sit və Taylor, 1998): 

 



əlahiddə idarəetmə  məsələsi üçün hansı siyasət və ya 

təcrübənin  ən yaxşı olmasına dair qeyri-əminliyin qəbul 

edilməsi; 



23 

 



 

tətbiq olunacaq siyasətlərin və ya təcrübələrin diqqətlə 

seçilməsi; 

 



Xüsusi vacib bilikləri  əldə etmək üçün tədbirlər 

planının ehtiyatla icra edilməsi; 

 

əsas cavab indikatorlarının monitorinqi; 



 

ilkin məqsədlər baxımından nəticələrin təhlili; 



 

Nəticələrin gələcək qərarlarda nəzərə alınması. 



Elmi araşdırmaların nəticələrinin tətbiqə yararlı olması və 

yerli sahələrdə istifadə olunması uzun illər alır, buna görə  də 

adaptiv idarəetmə konsepsiyası belə bir yanaşmanı irəli sürür 

ki, meşə idarəçiləri dərhal istifadə edilməsi üçün öz gündəlik 

işlərində  tətbiqi tədqiqatlar və eksperimentlər aparaq onların 

təsbitlərini inteqrasiyalı şəkildə  tətbiq etməlidir   (Robledo və 

Forno, 2005 istinad Nyuberg, 1999). Belə  fəaliyyətlərə iqlim 

dəyişikliklərinin təsirlərinin yerli səviyyədə 

qiymətləndirilməsi, meşə ekosistemlərinin həssas cəhətlərinin 

öyrənilməsi daxildir və bunların nəticələri isə adaptiv 

idarəetmə siklinin ilkin mərhələlərini, yəni problemin 

dəyərləndirilməsi və icra tədbirlərinin layihələndirilməsini 

zəruri informasiya ilə qidalandırmalıdır. Adaptiv meşə 

idarəçiliyinin zəruri elementi budur ki, öyrənərək  əldə olunan 

bilik layihə/iş siklinə  təkrar inteqrasiya olunur və  nəticə 

etibarilə meşə idarəçiliyi yanaşmasının nizamlanması  və 

təkmilləşdirilməsi mümkün olur (Robledo və Forno, 2005). 

Haşiyə  1 – İqlim dəyişikliyi fonunda meşələrin uzun-

müddətli dayanıqlığını saxlamaq və gücləndirmək üçün 

ekoloji prinsiplər (Thompson və d. 2009) 

1.  Əkin üçün yalnız müəyyən genetiplərdən (klonlardan) 

asılı olmamaqla sahə, böyümə tempi, yaxud da forma və ya 



Yüklə 268,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə