Bu töVSİYƏLƏr haqqinda



Yüklə 268,24 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix26.10.2017
ölçüsü268,24 Kb.
#6815
1   ...   4   5   6   7   8   9   10   11   12

24 

 

təcrübələr  əsasında yığım üçün təkcə müəyyən ağacları 



seçməyən üsullar vasitəsilə meşələrdə genetik müxtəlifliyi 

saxlamaq. 

2.Təbii meşələrdən və baza göstəricilərindən istifadə 

etməklə meşə massivlərinin və landşaftın struktur 

mürəkkəbliyini saxlamaq. 

3.Parçalanmanı azaltmaqla, yoxa çıxmış cinsləri (meşə 

növlərini) bərpa etməklə və mühafizə olunan ərazi şəbəkələrini 

genişləndirməklə meşə landşaftları arasında qarşılıq  əlaqənin 

saxlanması (bax, aşağıda 8). 

4.Funksional müxtəlifliyin (və zənginliyin) saxlanması və 

rəngarəng təbii meşələrin monotip və ya kasad cinslərdən 

ibarət meşə massivlərinə çevrilməsini əngəlləmək. 

5.Bölgəyə yad cinslərə  nəzarət edilməsi və  ağac  əkini, 

meşələrin salınması  və ya  meşə örtüyünün bərpası layihələri 

üçün qeyri-doğma ağac cinslərinə etibar edilməsinin 

azaldılması vasitəsilə qeyri-təbii rəqabətin azaldılması. 

6.Region mənşəli ağaclarla və gələcəkdə gözlənilən iqlim 

şəraitlərinin səciyyəvi olduğu qonşu regionların iqlimlərinə 

uyğunlaşmış  ağaclarla regenerasiya prosesinə yardım 

göstərilən sahələrin bölgüsü vasitəsilə  mənfi nəticələrin 

mümkünlüyünü azaltmaq. 

7.Bütün miqyaslarda (meşə, landşaft və bioregional) və 

bütün elementlərdə (genetik, cinslər və icma) biomüxtəlifliyin 

saxlanması, eləcə  də orqanizmlərin, ağac cinslərinin təcrid 

olunmuş  və ya parçalanmış populyasiyasını onların yayılma 

arealları  və    sığnaq  şəbəkələri hüdudunda mühafizə olunması 

daxil olmaqla xüsusi tədbirləri görülməsi. Bu populyasiyalar 



25 

 

böyük ehtimal iqlim dəyişikliklərinə reaksiya vermək üçün  



təkrar adaptasiya olmuş gen fondlarını  təmsil edir və  şərait 

dəyişdikcə əsas populyasiya növlərini formalaşdıra bilər. 

8.Elmi  şəkildə  tərtib olunmuş, hərtərəfli, adekvat və 

təmsilçi mühafizə olunan milli və regional ərazi şəbəkələrinin 

mövcudluğunu təmin etmək. Bu cür şəbəkələri iri miqyaslı 

landşaftların bir-biri ilə əlaqəsi üçün milli və regional planlaş-

dırmaya salınması.  

4.3

 

Avropa  İttifaqı ölkələrində meşə trans-

formasiyası  

Meşə massivlərinin transformasiyası Avropa İttifaqında 

son iyirmi il ərzində geniş yayılmışdır. Belə ki, getdikcə daha 

çox meşə idarəçiləri  ənənəvi aqrotexniki təcrübələrin meşə-

liklərin ekoloji cəhətdən qeyri stabil vəziyyətə düşməsinə şahid 

olmuşlar. Meşələrin transformasiyası istiqamətində gedən bu 

hərəkat hətta  iqlim dəyişikliklərinin meşələrə  təsiri haqqında 

narahatlıqların geniş yayılmasından  əvvəl təşəkkül tapmış, 

sonradan  həşəratlara və xəstəliklərə müqavimət barədə qayğı-

larla, həmçinin monokultura meşələrinin sahələrə uzunmüd-

dətli təsiri və estetik mülahizələrlə daha geniş vüsət almışdır. 

Materik Avropanın qərb və mərkəzi hissəsində ən azı 6-7 

hektar xalis Norveç küknarı  (Picea abies) cinslərin təbii 

areallarından kənarda yerləşmişdir;  ən azı 4-5 milyon hektar 

meşə  təbiətən genişyarpaqlı cinslərin və qarışıq ağac 

cinclərinin dominant olduğu sahələrdə yerləşmişdir. Bu 

meşələr zaman keçdikcə meşələrin azalmasına, külək 

nəticəsində  yıxılmalara, həşəratların hücumuna, quraqlığa və 

torpağın korlanmasına daha intensiv şəkildə  məruz qalmışdır. 



26 

 

Belə meşə massivlərinin qarışıq meşələrə transformasiyası 



Avropa  İttifaqı ölkələrində  ən vacib strateji meşəçilik 

hədəflərinə və meşə siyasəti və təcrübələrinə çevrilmişdir. 

Birləşmiş Krallıqda və İrlandiyada gümüşü küknar  (Picea 

sitchensis), Norveç küknarı  və   qarmaqvari şam  şamı  (Pinus 

contorta)  kimi  qeyri-doğma cinslərdən istifadə etməklə iynə-

yarpaqlı monokulturadan ibarət geniş meşə plantasiyaları 

salınmışdır. Hazırda bu ölkələrdə həmin plantasiyaların qarışıq 

“davamlı örtük” meşələrinə transformasiyası istiqamətində 

geniş vüsət alan hərəkat gedir. 

Avropa  İttifaqı ölkələrində  aşağıdakı standart vəziyyətlər 

və trasnformasiya konsepsiyaları fərqləndirilə bilər: 

1.

 



Norveç küknarı  (Picea abies)  monokulturaları – 

Fıstıq ağaclarının  əkilməsi vasitəsilə transformasiya; daha 

dəqiq desək, bu transformasiya Almaniyanın Bavariya və 

Hesse torpaqlarında keçirilmişdir (Bayerische Landesanstalt 

für Wald und Forstwirtschaft 2009; Hessen-Forst 2008): 

2.

 



Şam ağacı (Pinus sylvestris) monokulturaları – şam 

meşələrinin ağac örtüyünün açılmasından sonra palıd 

ağaclarının (və digər genişyarpaqlı cinslər) tətbiqi vasitəsilə 

transformasiya; daha dəqiq desək, bu cür transformasiya 

tədbirləri Almaniyanın Brandenburq torpağında həyata 

keçirilmişdir (Ministerium für Ländliche Entwicklung, Umwelt 

und Verbraucherschutz des Landes Brandenburg und 

Landesforstanstalt Eberswalde 2006). 

3.

 

Duqlas küknar monokulturalarının zənginləş-



dirilməsi; Almaniyanın Hesse torpağında  aparılmışdır 

(Hessen-Forst 2008). 




27 

 

4.



 

Xalis fıstıq meşələrinin zənginləşdirilməsi; Alma-

niyanın Hesse torpağında  həyata keçirilmişdir (Hessen-Forst 

2008). 


Almaniyanın Brandenburq torpağının təcrübəsi xüsusilə 

uyğundur, çünki Cənubi Qafqazda olduğu kimi ilkin vəziyyət 

bir qayda olaraq sahəyə adaptasiya olmayan süni salınmış şam 

ağaclarından ibarət monokultura meşələrinin geniş yayılması 

ilə  səciyyələnir. Birləşmiş Krallığın təcrübəsi də maraqlıdır: 

İlkin vəziyyətin Cənubi Qafqazdakından fərqli olmasına 

baxmayaraq, transformasiyanın məqsədi eynidir və meşə admi-

nistrasiyası iynəyarpaqlı monokulturaların daha dayanıqlı 

meşələrə çevrilməsi yolları haqqında proses təlimatları  işləyib 

hazırlamışdır. 



5

 

REGİONUN SÜNİ SALINMIŞ MEŞƏLƏRİNİ  İQ-

LİM DƏYİŞİKLİKLƏRİNƏ DAHA DAYANIQLI EDƏ-

CƏK TRANSFORMASİYA TƏDBİRLƏRİ ÜZRƏ  TƏC-

RÜBİ TÖVSİYƏLƏR 

Bu tövsiyələr Cənubi Qafqazda meşələri, xüsusilə də meşə 

plantasiyalarını iqlim dəyişmələrinə daha dayanıqlı etmək üçün 

müvafiq tədbirlərin işlənib hazırlanma prosesinə diqqət yetirir. 

Hasarlama, zəminin hazırlanması, səpin və  əkin kimi xüsusi 

tədbirlər haqqında təfsilatlı tövsiyələr müşayiətedici nəşr olan 

“Meşələrin bərpası üzrə Tövsiyələr: Cənubi Qafqazda meşə 

landşaftlarının bərpası” adlı sənəddə ehtiva olunmuşdur. 

Bu tövsiyələr ÜTMF-nin “Cənubi Qafqazda meşələrin 

transformasiyası vasitəsilə iqlim dəyişikliyinə qarşı meşə 

ekosistemlərin bərpa olunma qabiliyyətinin artırılması” 

layihəsinin icrasından əldə etdiyi təcrübələrdən bəhrələnmişdir.  

Layihənin və bu təlimatların meşəçilik üzrə  əsas diqqəti 

regiondakı monokultura meşə zolaqlarının  son dərəcə 




Yüklə 268,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə