Bu töVSİYƏLƏr haqqinda


dayanıqlı,  “təbiətə yaxın”



Yüklə 268,24 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix26.10.2017
ölçüsü268,24 Kb.
#6815
1   ...   4   5   6   7   8   9   10   11   12

28 

 

dayanıqlı,  “təbiətə yaxın” meşə zolaqlarına çevrilməsinə 

yönəlmişdir. Burdan çıxış edərək transformasiya tədbirlərinin 

cavab verəcəyi iki şərtin olmasını qeyd etmək lazımdır: 

transformasiya olunan zolaqlar iqlim dəyişikliyinə yüksək 

dayanıqlı olmalı; və onlar “təbiətə yaxın” olmalıdır. 

Layihə kontekstində  işlədilən “dayanıqlı” anlayışı ekoloji 

sistemin eyni əsas strukturu və funksionallıq yollarını, özünü 

təşkiletmə bacarığını  və stressə  və  dəyişikliyə uyğunlaşma 

bacarığını saxlamaqla fəsadları udmaq potensialını  əhatə edir. 

Bu anlayışa müvafiq olaraq, meşə özünün bəzi 

xüsusiyyətlərində, məsələn, cinslərin genetik tərkibi, meşə 

massivlərinin növ tərkibində  dəyişikliyə  məruz qala bilməklə 

hələ  də “dayanıqlı” anlayışına cavab  verə bilər. Lakin bunun 

üçün sistemin fiziki struktur və  təmin etdiyi materiallar və 

xidmətlər baxımından meşə kimi tanınması vacib şərtdir. 

Dayanıqlı anlayışı çərçivəsində meşənin ümumi xüsusiyyətində 

dəyişikliyin miqyası vacib əhəmiyyət kəsb edir: regionda 

gözlənilən temperatur artımlarını  və yağıntıların azalmasını 

nəzərə alaraq, heç bir dəyişikliyin olmayacağını və ya kiçik  bir 

dəyişikliyin belə demək olar qeyri-real olduğunu  əminliklə 

söyləmək olar. 

“Təbiətə yaxın” dedikdə xüsusi sahə  şəraitlərində  təbii 

olaraq yaranan meşələrin növ tərkibinə, strukturuna və inkişaf 

dinamikasına  eyni olmaqla meşə zolaqlarına davamlı 

regenerasiya, inkişaf və qulluq təmin edən meşə idarəetmə 

sistemi başa düşülür (Haşiyə 2).  

Beləliklə, biz layihənin transformasiya hədəflərini 

aşağıdakı kimi xülasə edə bilərik: 

İqlim dəyişikliyinə qarşı dayanıqlı.  Meşə zolağı meşə 

formasiyası kimi davam edəcəkdir (yəni, otlaq yeri kimi başqa 

vəziyyətə transformasiya olmayacaqdır). Zolaq bizim hazırda 

meşələrlə bağlı  təsəvvür etdiyimiz mal və xidmət çeşidlərini 




29 

 

təmin etməyə davam edəcəkdir, lakin ayrı-ayrı mal və 



xidmətlərin həcmləri/miqdarı  və onların bir-birinə nisbəti 

dəyişə bilər (yəni, meşə istifadəyə yararlı  ağac materialları 

hasil etməyə davam edəcək, lakin bunu indiyə nisbətən daha 

kiçik həcmdə verə biləcək, eləcə  də torpaq mühafizə  və su 

tənzimləmə xidmətlərini təmin etməyə davam edəcəkdir). 

Təbiətə yaxın meşə zolağı. Zolağı  təşkil edən ağac 

cinsləri Cənubi Qafqaza doğmadır. Ağac cinsləri bir-birinə 

mütənasib  şəkildə qarışıq olmaqla, sahə üzrə elə bir yolla 

düzülmüşdür ki, sahədə  təbii olaraq inkişaf edə biləcək meşə 

strukturunu xatırladır. Spesifik zolaqlar üçün transformasiya 

tədbirləri haqqında qərar verərkən  proqnoz olunan gələcək 

iqlim dəyişikliyinin nə  dərəcədə  nəzərə alınması  və proqnoz 

olunan gələcək iqlim şəraitləri fonunda  sahədə  təbii olaraq 

inkişaf edə biləcək meşə  tərkibi kimi suallara diqqət 

yetirilməlidir. 



Haşiyə 2 – Təbiətə yaxın meşəçilik (Sloveniya Meşə 

Xidmətindən qəbul olunub, 2008) 

 

“Təbiətə yaxın meşəçilik” anlayışının aşağıdakı  təsviri 



Sloveniya Meşə Xidməti tərəfindən dərc olunmuş  nəşrdən 

götürülmüşdür. Sloveniya Meşə Xidməti sözügedən anlayışın 

uzunmüddətli izləyicisi və təşviqatçısıdır: 

“Təbiətə yaxın meşəçilik anlayışı meşələrin rəngarəng 

canlı aləm cinslərini və onların arasında yaranmış 

münasibətləri bir ekosistem kimi qorumaq şərtilə meşədən 

maddi və qeyri-maddi faydalar almağa davam edərək təbiətin 

yaratdığı  ən kompleks varlıq kimi təbiətin və meşələrin 

konservasiyasını  təşviq edən meşə idarəçiliyi metodlarından 

istifadə edir. Təbiətə yaxın meşəçilik ayrı-ayrı sahələrə və meşə 

əkinlərinə uyğunlaşdırılmış meşə idarəçiliyi planlarına, 



30 

 

həmçinin meşə funksiyalarına  əsaslanır və  təbii meşə 



ekosistemlərinə xas olan prosesləri və strukturları  nəzərə alır. 

Təbii proseslər mümkün olduğu qədər kiçik miqyasda 

dəyişdirilir, bu zaman meşə idarəçiliyinin maliyyə gəlirliliyi və 

davamlı inkişafı saxlanılır. Təbii proseslərə oxşar olaraq təbiətə 

yaxın meşəçilik davamlı daxili yoxlamalar (nəzarətlər) üçün 

hazır mexanizmlər ehtiva edir və bu mexanizmlər həm ayrı-

ayrı  ağacların, həm də bütövlükdə meşənin inkişaf xüsusiy-

yətlərinə adaptasiya olunmuş  tədbirləri dəyişdirmək üçün 

vaxtında cavab reaksiyası təmin edir. 

Təbiətə yaxın meşə idarəçiliyinin xüsusiyyətləri bunlardır: 

 

Təbii mühitin və landşaftın ekoloji tarazlığının 



qorunması; 

 



Bütün meşə funksiyalarının dayanıqlı inkişafı;  

 



Meşə ekosisteminə inteqrasiya olunmuş yanaşma; 

 



Təbii proseslərin və formaların imitasiyası; 

 



Sahə şəraitlərinə uyğunlaşdırılmış ağac cinsləri; 

 



Əsaslandırılmış / Adaptiv yanaşma – davamlı monito-

rinq və öyrənmə; 

 

Əsaslandırılmış uzunmüddətli iqtisadi fayda; 



 

Daha geniş  və daha təfərrüatlı  səviyyələr üçün 



hazırlanmış planlar. 

Təbiətə yaxın meşə idarəçiliyi bu səbəbdən də dayanıqlı 

və çoxfunksiyalı meşə idarəçiliyinin məqsədlərinə  təbii 

meşələrin qorunması  və  təbii fəsadları  və prosesləri 

təkrarlamaqla təbii meşələrin və meşəçilik yanaşmasının 



31 

 

mühafizəsi vasitəsilə nail olunduğu meşə idarəçiliyi 



təcrübəsidir. 

5.1

 

Transformasiya tədbirlərinin planlaşdırılması 

Transformasiya tədbirləri sahənin xüsusiyyətlərini (yəni 

torpaq növünü, ev heyvanlarının otlaması kimi təzyiqləri), 

qonşu icmaların ehtiyaclarını  və münasibətini, eləcə  də  

iqlimdə gözlənilən dəyişikliklərin gedişatını  nəzərə almaqla 

planlaşdırılmalıdır. FTSC layihəsi  Şəkil 1-də  təsvir olunan 

planlaşdırma prosesini tətbiq etmişdir. 

Şəkil 1 – Süni salınmış şam meşələrinin daha dayanıqlı və 

təbiətə yaxın meşə zolaqlarına transformasiyası üçün 

tədbirlərin planlaşdırılması məqsədilə tövsiyə olunan proses 



Yüklə 268,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə