Büdcə gəlirləri: 10 325 935,1 min man (84,8% icra)



Yüklə 445 b.
tarix04.11.2017
ölçüsü445 b.
#8292



Büdcə gəlirləri: 10 325 935,1 min man (84,8% icra)

  • Büdcə gəlirləri: 10 325 935,1 min man (84,8% icra)

  • Büdcə xərcləri: 10 774 234 min manat (85% icra)

  • Büdcə defisiti: 177,9 mln.manat



2009-cu ilin dövlət büdcəsində neftin qiymətinin 70 dollar planlaşdırıldığı halda 62,1 dollar olmuşdur

  • 2009-cu ilin dövlət büdcəsində neftin qiymətinin 70 dollar planlaşdırıldığı halda 62,1 dollar olmuşdur

  • Böhranın və neftin qiymətinin dünya bazarında aşağı düşməsi qeyri neft sektorunun iri vergi ödəyicilərinin (Azərenerji, Xəzər Dəniz Gəmiçiliyi, Dövlət Dəmir Yolu İdarəsi və s.) büdcə qarşısında ödəmələrini nəinki azaltdı, hətta bəzilərinə hökumət büdcədən kömək etməyə məcbur oldu.

  • Ölkə iqtisadiyyatının biznes mühiti, həmçinin kiçik və orta sahibkarlıq da ciddi fəsadlarla üzləşdi.

  • Idxal-ixrac əməliyyatlarının kəskin azalması və bunun fonunda da gömrük rüsümlarının kəsirlə icrası faktı oldu.



Son 5 ildə ilk dəfə olaraq əvvəlki dövrlə müqayisədə xərclərin dinamikasında azalma baş verib

  • Son 5 ildə ilk dəfə olaraq əvvəlki dövrlə müqayisədə xərclərin dinamikasında azalma baş verib

  • Bir sıra sosial sahələr yüksək həddə sekvestrə məruz qalıb

  • Büdcə qanunvericiliyində «müdafiə olunan xərc maddələri» kimi qəbul olunan və sekvestrinə yol verilməyən bir sıra iqtisadi xərc maddələri ixtisar olunub

  • Son 5 ildə hökumətin xərc prioritetlərində xüsusi önəm verdiyi iki istiqamət üzrə xərclərdə kəskin azalma müşahidə olunub

  • Əvvəlki dövrlə müqayisədə sosial xərclərin büdcədə ümumi payı artıb

  • Dövlət mülkiyyətində olan bir sıra iri şirkət və müəssisələrin büdcədən pay almaq meylləri daha da güclənib



2009-cu ilin büdcəsində yaranmış kəsir “real” deyil, “virtual” xarakter daşıyır

  • 2009-cu ilin büdcəsində yaranmış kəsir “real” deyil, “virtual” xarakter daşıyır

  • oktyabrda profisitin məbləği 1163,3 mln.manat

  • noyabrda 1026,9 mln.manat

  • dekabrda isə 177,9 mln.manat “kəsir” meydana çıxıb



Dövlət daxili borcunun məbləği il ərzində 4,5 dəfədən çox artmışdır

  • Dövlət daxili borcunun məbləği il ərzində 4,5 dəfədən çox artmışdır

  • 2009-cu ilin yanvarın 1-nə dövlət daxili borcu 367,4 mln.manat

  • 2010-cu ilin yanvarın 1-nə dövlət daxili borcu 1664,8 mln.manat



2009-cu il dövlət büdcənin icrasına dair illik hesabatın Milli Məclisə (MM) təqdim edilmə forması: “bir addım irəli, iki addım geri

  • 2009-cu il dövlət büdcənin icrasına dair illik hesabatın Milli Məclisə (MM) təqdim edilmə forması: “bir addım irəli, iki addım geri

  • Hökumət MM-in razılığını almadan büdcənin xərc bölmələri üzrə qanunla təsdiq edilmiş proqnoz məbləğlərində dəyişikliklər etmişdir

  • Xərclər üzrə təsdiqlənmiş proqnoz məbləğlərinin dəyişdirilməsi zamanı hökumət tərəfindən fərqli yanaşmalar tətbiq edilir

  • Hesabatda bir sıra mühüm məsələlər təhrif edilmiş şəkildə təqdim edilir



Hesabat vahid büdcə təsnifatının tələbləri baxımından büdcə icrasında ciddi problemlərin mövcudluğunu göstərir

  • Hesabat vahid büdcə təsnifatının tələbləri baxımından büdcə icrasında ciddi problemlərin mövcudluğunu göstərir

  • İllik büdcə xərclərinin 25 faizi ilin sonuncu ayında icra edilmişdir

  • Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcənin icrasına dair illik hesabat və müvafiq qanun layihəsi Milli Məclisdə, demək olar, müzakirə edilmədən qəbul edildi

  • Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrasına dair hökumətin illik hesabatına Hesablama Palatasının rəyinin məzmunu qaneedici deyil



Hesabatın büdcənin köməkçi bölmələri və paraqrafları üzrə iqtisadi xərc maddələrinin icrasına dair məlumatlar əsasında hazırlanması

  • Hesabatın büdcənin köməkçi bölmələri və paraqrafları üzrə iqtisadi xərc maddələrinin icrasına dair məlumatlar əsasında hazırlanması

  • Dövlət büdcəsinin icrasına dair illik hesabata aşağıdakılar əlavə edilməlidir:

  • yerli gəlir və xərclər üzrə proqnozlaşdırılan və icra olunan göstəricilərə dair məlumatlar - müqayisəli şəkildə (hər bir rayon və şəhər üzrə ayrıca göstərilməklə); 

  • hər bir investisya layihəsi üzrə proqnoz və faktiki məbləğlər, icraçı və podratçı (həmçinin subpodaratçı) təşkilatlar göstərilməklə icra olunmuş investisiya layihələrinin tam siyahısı;



büdcə fondlarının (məs. dövlət təbiəti mühafizə ehtiyat fondu və s.) gəlirlərinin həcmi və növləri, xərclərinin həcmi və istiqamətləri barədə məlumatlar;

  • büdcə fondlarının (məs. dövlət təbiəti mühafizə ehtiyat fondu və s.) gəlirlərinin həcmi və növləri, xərclərinin həcmi və istiqamətləri barədə məlumatlar;

  • büdcədənkənar gəlirlərin ümumi həcmini, mənbələr və təşkilatlar üzrə məbləğini əks etdirən proqnoz və icra göstəricilərinin müqayisəsinə dair məlumatlar;

  • hər bir büdcə sifarişçisi üzrə il ərzində satın alınan malların (iş və xidmətlərin) həcm və qiymətlərinə dair Satınalınma üzrə Dövlət Agentliyinin məlumatları;

  • iri vergi ödəyicisi olan dövlət şirkətlərinin gəlir və xərclərinə dair göstəricilər.



hər bir büdcə sifarişçisi büdcə vəsaitlərinin istifadəsinə dair təfsilatlı büdcə hesabatı hazırlamalı və büdcə hesabatının xüsusi əlavəsi kimi parlamentə təqdim etməlidir;

  • hər bir büdcə sifarişçisi büdcə vəsaitlərinin istifadəsinə dair təfsilatlı büdcə hesabatı hazırlamalı və büdcə hesabatının xüsusi əlavəsi kimi parlamentə təqdim etməlidir;

  • ehtiyat fondlarının və məqsədli büdcə fondlarının konkret istifadə istiqamətləri, iqtisadi maddələr və təşkilatlar üzrə məbləğlərinə dair məlumatların hesabatda verilməsi zəruridir;

  • dövlət büdcəsinin icrasına dair illik hesabatın Milli Məclisdə müzakirələrinin xüsusi proseduru hazırlanmalıdır;

  • Hesablama Palatasının illik büdcə icrası barədə hökumətin hesabatına rəyinin məzmunu zənginləşdirilməli və həqiqi ali maliyyə auditinin tələblərinə uyğunlaşdırılmalıdır.



  • dövlət vəsaitlərinin məqsədli və qanunauyğun istifadəsinə, habelə bunun uçot və hesabatlılığının düzgün aparılması;

  • dövlət hakimiyyəti orqanlarının, habelə dövlət vəsaitlərini xərcləyən müəssisə və təşkilatların fəaliyyətinin qanunlara, tənzimləyici göstərişlərə və qaydalara uyğunluğu;

  • dövlət büdcəsi vəsaitlərinin istifadəsinin effektivliyi və səmərəliliyi; dövlət orqanlarının büdcə fəaliyyətinin effektivliyi;

  • habelə büdcə vəsaitlərini istifadə edən təşkilatların daxili nəzarət sistemlərinin lazımi səviyyədə işləməsi və standartlara uyğunluğu və s.

  •  





Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə