Bulud – yer səthindən müəyyən hündürlükdə havada asılı vəziyyətdə olan damcıları və/və ya buz kristallarının toplusuna (su buxarının kondensasiya və/vəya sublimasiyasının məhsulu) deyilir. Bulud



Yüklə 445 b.
tarix22.11.2017
ölçüsü445 b.
#11494



Bulud – yer səthindən müəyyən hündürlükdə havada asılı vəziyyətdə olan damcıları və/və ya buz kristallarının toplusuna (su buxarının kondensasiya və/vəya sublimasiyasının məhsulu) deyilir.

  • Bulud – yer səthindən müəyyən hündürlükdə havada asılı vəziyyətdə olan damcıları və/və ya buz kristallarının toplusuna (su buxarının kondensasiya və/vəya sublimasiyasının məhsulu) deyilir.

  • Buludun yaranması üçün aşağıdakı şərtlər ödənməlidir: havanın kifayət qədər rütubətli olması, qalxan hərəkətlər və kondensasiya nüvələri (hiqroskopik toz tüstü və s. hissəcikləri).

  • Qalxan rütubətli havada su buxarının kondensasiyasına gətirib çıxaran temperaturun adiabatik düşməsi buludların yaranmasının əsas səbəbidir. Qalxan hərəkətin növündən asılı olaraq su buxarının kondensasiya və sublimasiyası nəticəsində müxtəlif fiziki xüsusiyyətlərə (mikrostruktur,sululuq) malik müxtəlif formalı buludlar yaranır.



































Şəkil 6. LD-12 cihazı



Müxtəlif bulud növləri və onlardan düşən yağıntılar uçuşların həyata keçirilməsində müəyyən dərəcəddə çətinlik yarada bilirlər.

  • Müxtəlif bulud növləri və onlardan düşən yağıntılar uçuşların həyata keçirilməsində müəyyən dərəcəddə çətinlik yarada bilirlər.

  • Məsələn:

  • Aşağı təbəqə buludları aşağı hündürlüklərdə vizual uçuş zamanı görünüşü məhdudlaşdıraraq maneələrlə toqquşma riskini artırır. Həmçinin bu buludların aerodrom ərazisində olması şaquli görünüşü pisləşdirdiyindən təyyarənin enməsinə çətinlik yaradır.

  • Laylı-yağış buludları 500-600 m-dən bir neçə km-ə çatan qalınlığa və yüzlərlə km-ə çatan uzunluğa malik olurlar. Bu buludların soyumuş damcıları təyyarə füzelyajının soyumuş səthinə çökdükdə donurlar və bu bulularda uzunmüddətli uçuş zamanı buzbağlamaya səbəb olurlar. Məlum olduğu kimi, buzbağlama təyyarənin aerodinamik xüsusiyyətlərinin pisləşməsinə və yanacaq sərfinin artmasına səbəb olur. Həmçinin sıx buludluq və ondan düşən aramsız yağıntılaruçuşun müxtəlif mərhələlərində görünüş məsafəsini əhəmiyyətli dərəcədə pisləşdirir.

  • Təyyarə Ns buludlarının qarışıq kristal hissəciklərinə toxunduqda elektrikləşməyə məruz qalır, bu isə təyyarənin radioəlaqə qurğularının işinə təsir edir.

  • Tam laylı buludluq yer səthinə qədər enərək duman əmələ gətirə bilir, soyumuş çiskin isə təyyarə konstruksiyası üzərinə çökərək buzbağlamaya səbəb ola bilir.

  • Bulud daxilində uçuş zamanı təyyarələr turbulentliyə məruz qalır və bunun nəticəsində də sirkələnmə müşahidə olunur.



Cb buludları aşağıdakı təhlükəli meteoroloji hadisələrlə xarakterizə olunur:

  • Cb buludları aşağıdakı təhlükəli meteoroloji hadisələrlə xarakterizə olunur:

  • Topa-yağış buludunun aşağı sərhəddindən yuxarı sərhəddinə qədər güclü sirkələnmə ;

  • Cb buludları yaxınlığında külək sürüşməsi;

  • Sıfır izotermindən yuxarıda bütün hündürlüklərdə intensiv buzbağlama ;

  • Buludda təyyarədən keçən elektrik boşalması baş verə bilər;

  • Leysan yağıntılar  uçuş və enməyə giriş zamanı pisləşdirir, dolu isə təyyarə konstruksiyasının ayrı ayrı hissələrini zədələyə bilər;

  • Güclü leysan yağıntılarda uçuş zamanı (görünüş məsafəsi 1000 m-dən az) təyyarənin aerodinamik xüsusiyyətləri pisləşir.

  • Xəbərdarlıq. Rəhbər aviasiya sənədlərinə əsasən CB buludları daxilində uçuş qadağandır. Cihazlara əsasən uçuş qaydalarına görə Cb buludlarından 15 km yan məsafədə, üzərindən isə 500 m-dən az olmayan hündürlükdə uçuşa icazə verilir. CB buludlarının altından uçuş qadağandır





Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə