BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə1/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
  1   2   3   4   5   6   7   8   9   ...   69


Buludxan
Xəlilov
milli varlığımız,
mənəvi sərvətimiz
AzərbAycAn dili:
Bakı – 2013


Elmi redaktor: 
Vilayət əliyeV,
filologiya üzrə elmlər doktoru, professor
Rəyçilər:
cəfər cəfəroV,
filologiya üzrə elmlər doktoru, professor
ismayıl MəMMədoV,
filologiya üzrə elmlər doktoru, professor
Akif MiriyeV,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Bədii redaktor:
ibrahim nizamioğlu
   
Buludxan Xəlilov.
AzərbAycAn dili: milli varlığımız, mənəvi sərvətimiz.
Bakı, ““Bakı Çap Evi” Nəşriyyatı, 2013, 268 səh.
ISBN  9789-9528-086-2-9
© Buludxan Xəlilov, 2013


3
K
itabda  Azərbaycan  Respublikasının  dövlət  dilinin 
Konstitusiyada rəsmiləşdirilməsi üçün ziyalılar tərə-
findən irəli sürülən alternativ variantlar  (Azərbaycan türkcəsi, 
Azəri türkcəsi, Azərbaycan türk dili və s.) təhlil olunur. Bu məsələ 
müzakirə obyekti kimi fikir və mövqeləri üzə çıxarır. 1995-ci ildə döv-
lət dilinin adı ilə bağlı müzakirədə fikir söyləyən hər bir kəsin mövqe-
yinə ulu öndər Heydər Əliyev tərəfindən diqqətlə yanaşıldığı tədqiqat 
zamanı nəzərdən qaçırılmır. 
Kitabda  dövlət  dilinin  adı  ilə  bağlı  müzakirədə  tarixi  keçmişi-
mizə, tarixi və milli dəyərlərimizə önəm verilir. Mənbələrə, faktlara, 
reallıqlara istinad edərək dövlət dilinin adı ilə bağlı fikir yürüdən zi-
yalılarımızın mövqeyi aydın məntiqlə şərh olunur. 
Kitabda ziyalıların dilimizin adı ilə bağlı yeni konstitusiya la-
yihəsinin müzakirəsindəki çıxışları da verilir.
Kitabdan dilçilər, ədəbiyyatşünaslar, tarixçilər, siyasətçilər fay-
dalana bilərlər.
  


4
Heydər Əliyev və Azərbaycan dili
D
ilin  nüfuzlu  olması  üçün  onun 
dövlətin  nüfuzu  ilə  bağlılığı  va-
cib  amillərdən  biridir.  Dövlətin  nüfuzu  isə 
həmin  dövlətə    başçılıq  edən  şəxsiyyətin 
nüfuzlu  olmasından  asılıdır.  Bu  mənada 
ümummilli  lider  Heydər  Əliyev  müstəqil 
Azərbaycan  Respublikasının  qurucusu,  me-
marı  kimi  böyük  şəxsiyyət  idi.    Onun  çox-
sahəli  xidmətləri  içərisində  doğma  ana  di-
linə  -  Azərbaycan  dilinə  nüfuz  gətirməsi, 
xüsusilə  qeyd  olunmalıdır.  “Dilimiz  çox 
zəngin  və  ahəngdar  dildir,  dərin  tarixi  kök-
lərə  malikdir.  Şəxsən  mən  öz  ana  dilimi  çox  
sevir və bu dildə danışmağımla fəxr edirəm”. Bu 
fikir  Heydər  Əliyevə  məxsus  olmaqla,  həm 
də  dövlətin  atributlarından  biri  kimi  dilə 
önəm verir, onun dəyərini artırır.


5
Heydər Əliyev hələ 1978-ci il konstitusiyasında Azər-
baycan  dilini  dövlət  dili  kimi  rəsmiləşdirmişdi.  Əslində 
bununla  Heydər  Əliyev  dilimizin  gələcək  inkişaf  pers-
pektivlərini  müəyyənləşdirir,  hər  bir  kəsin,  xüsusən  də 
mütəxəssislərin qarşısına mühüm vəzifələr qoyurdu.
Heydər  Əliyev  1995-ci  ildə  dilimizin  adının Azərbay-
can dili olmasını referendum yolu ilə qəbul olunmuş kons-
titusiyada təsbit etdirdi. Bununla da dilimizin adı ilə  bağ-
lı  olan  alternativ  variantlara  (Azərbaycan  türkcəsi,  Azəri 
türkcəsi, Azərbaycan türk dili və s.) son qoyuldu.
Dilimizin  adı  ilə  bağlı  alternativ  variantlar  o  dövrdə 
cəmiyyətdə də böyük çaşqınlıq yaradırdı. Azərbaycan Res-
publikasının  yeni  konstitusiya  layihəsini  hazırlayan  ko-
missiyanın 1995-ci ilin noyabr ayında olan iclasında dövlət 
dilinin  adı  barəsində  komissiya  üzvlərinin  bəziləri  Azər-
baycan türk dili, Azərbaycan türkcəsi adlarına müsbət fikir 
bildirmişdir. Ancaq  bu  məsələ  çox  həssas  məsələ  olduğu 
üçün  Heydər  Əliyev  bu  fikrin  müzakirəsinə  çox  diqqətlə 
yanaşdı. Və bu məsələnin müzakirəsində qəti sözünü dedi. 
O, 1995-ci ilin noyabr ayının 2-də Azərbaycan Respublika-
sının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın 
iclasında bütün təkliflərə hörmət və diqqətlə yanaşaraq öz 
qeyd və fikirlərini də əminliklə söylədi: “Mən gündəliyə bir 
məsələni təklif etmişəm və bu gün bu məsələnin müzakirə olun-
masını lazımlı hesab edirəm.  O da konstitusiya layihəsinin 23-cü 
maddəsi – Azərbaycanın dövlət dili haqqında olan maddədir. Nə 
üçün mən bu maddəni xüsusi müzakirə etməyi lazım bilirəm, nə 
üçün bu maddəyə bu qədər diqqət verilir və nə üçün şəxsən mən 


6
diqqət  verirəm?  Ona  görə  ki,  bu  maddə  konstitusiyamızın  çox 
əsas maddələrindən biridir. Bir də ona görə ki, dövlət dili haqqın-
da  respublikamızın    tarixində  və  xüsusən  XX  əsr  tariximizdə 
cürbəcür mənbələrdə cürbəcür ifadələr olubdur. Bunların hamı-
sını müzakirə edib, son bir qərara gəlmək lazımdır. Ona görə də 
mən bu məsələnin xüsusi müzakirə olunmasını lazım bilmişəm”
Heydər  Əliyev  bu  məsələnin  nə  qədər  tarixi  əhəmiy-
yət  kəsb  etdiyini  hamıdan  yaxşı  bilirdi.  Məsələnin  siyasi 
məqamlarını dərindən bilməklə yanaşı, əhəmiyyətli olduğu-
nu da diqqət mərkəzində saxlayırdı. “Sadəcə onu qeyd etmək 
istəyirəm ki, bu məsələyə komissiyanın sədri, Azərbaycanın prezi-
denti kimi şəxsən mən xüsusi fikir verirəm. Bir də qeyd edirəm ki, 
tarixi əhəmiyyət kəsb etdiyinə, vacibliyinə, həm də onun barəsində 
cürbəcür fikirlər olduğuna görə, hətta müəyyən qanunsuz qərar 
qəbul edildiyinə görə mən bu məsələyə xüsusi əhəmiyyət verirəm”.
Heydər  Əliyev  2001-ci  il  iyunun  18-də  dövlət  dilinin 
tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı fərman imzaladı. 
Bu fərmandan irəli gələn məsələləri yerinə yetirmək üçün 
4 iyul 2001-ci il tarixli sərəncamla dil komissiyası yaradıl-
dı.  Dilə  olan  hədsiz  məhəbbət  və  dövlət  başçısının  qay-
ğısı kimi 2001-ci il avqust ayının 9-da “Azərbaycan əlifbası 
və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman 
imzalandı. Bu fərmanla hər il avqust ayının 1-i respublika-
mızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi 
təsis edildi. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respub-
likasında  dövlət  dili  haqqında” Azərbaycan  Respublikasının 
qanunu qəbul edildi.
Heydər  Əliyev Azərbaycan  dilinə  dövlət  dili  statusu-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə