Bürclər və onların xüsusiyyətləri → Bürclərə görə xəstəliklər hansılardır?



Yüklə 1,2 Mb.
səhifə1/4
tarix14.01.2018
ölçüsü1,2 Mb.
#20487
  1   2   3   4

Bürclər və onların xüsusiyyətləri → Bürclərə görə xəstəliklər hansılardır?

Astrologiya sadəcə olaraq insanların əsas xarakterik özəlliklərini əks etdirmir, bürclər, planetlər və evlərin bəlli orqanları da təmsil etdiyini iddia edən astroloqlar astrologiya ilə sağlamlıq arasında əlaqə olduğunu hesab edirlər.


Bu sahənin mütəxəssisləri bildirir ki, planetlərin düşdüyü evlər, bürclər və aralarında yaranan əlaqələr, insanın hansı cür xəstəliklərə meyilli olmasına ipucu verir. Xəstəliklərin səbəbləri sırasında insanın hələ ana bətnində olarkən günəş və ayın təsirləri də yer alır. 

Qoç bürcü: Xüsusilə ilə baş nahiyəsi həssas olan Qoç bürcünün tez-tez tutulduğu xəstəliklər baş ağrısı, temperaturun qalxması, miqren, beyin iltihabı, əzələ xəstəlikəri, yüksək təzyiqdir. Tələsgən və ani qəzalara meyilli olan Qoç bürcü Tərəzi bürcündən aldıqları əks təsirlərlə böyrək və bel nahiyəsində həssaslıq nümayiş etdirirlər.

Buğa bürcü: Bu bürcün ən həssas nahiyəsi boyun və ənsədir. Qalxanvari vəzi, udlaq, səs telləri, badamcıqlar və qulaqlarla bağlı Buğalar problem yaşayır. Əqrəb bürcündən gələn əks təsir ilə cinsi orqanlar, badamcıq vəziləri də xəstəliklərə qarşı həssas olurlar. Kişilərdə prostat, qadınlarda yumurtalıq və uşaqlıq yollarında xəstəlikləri müşahidə olunur.

Əkizlər bürcü: Bu bürcün nümayəndələrinin sinir sistemləri o qədər də güclü deyil. Bundan başqa çiyinləri, qolları və əlləri həssas olur. Körpücük sümüyünün qırıqları, çiyin və qol ağrıları, barmaqlarla bağlı ağırlar, sinir sistemində rahatsızlıq müşahidə edilir. Əkizlər bürcü Oxatan bürcündən gələn əks təsir ilə omba və ayaq nahiyəsi ilə bağlı işias ağrıları (oturaq əsəbinin iltihabı), revmatizm, qaraciyər, alergik xəstəliklərinə qarşı həssas olurlar.

Xərçəng bürcü: Bu bürcün əsas həssas bölgəsi döş qəfəsi və mədədir. Qastrit, xora, 12 barmaq bağırsaq, mədəaltı vəzi, bağırsaq iltihabları, həzm problemləri bu bürcün ən çox üzləşdiyi və şikayət etdiyi xəstəliklərdir. Oğlaq bürcündən gələn əks təsir skelet sistemi, dizlər ve dəri nahiyələrində problemlər yaşanır. Ağrıya dözümsüz olurlar, həyacan və narahatlıq ucbatından kiçik bir məsələni böyütməyi sevirlər.

Şir bürcü: Ürək və bel hissələri həssas olan bu Şirlər ürək rahatsızlığı, ürək çırpıntısı kimi xəstəliklərə daha yaxındırlar. Şir bürcü altında doğulanlar kürək, əzələ ağırları, onurğa və bel sümüyündə yaşayan ağırlara daha çox meyilli olurlar.

Qız bürcü: Bu bürcdən olanlar insanda həzmetmə və mərkəzi sinir sistemi həssas olduğu üçün psixomatik xəstəliklərə meyilli olurlar. Bağırsaq problemləri, kolit, peritonit və həzmetmədə problem yaşayırlar. Qızlar Balıq bürcündən əks təsirə məruz qalırlar.

Tərəzi bürcü: Böyrək və bel hissələrində həssaslıq yaşayan Tərəzilər əzələ, sümük, sinir uclarında daha çox narahatlıq keçirirlər. Tərəzi bürcü nefrit, lumbaqo, soyuqdəymə və yoluxucu xəstəliklərə qarşı güclü deyillər. Qoç bürcündən gələn əks təsir nəticəsində baş və göz nahiyələrində narahalıq yaşayırlar. Özlərini çox sevən Tərəzilər xəstələndikdə xüsusi sevgi və qayğı gözləyirlər.

Əqrəb bürcü: Yaddaş və cinsi orqanları ən həssas hissələridir. Kişilərdə prostat, qadınlara uşaqlıq və yumurtalıqda narahatlıq yaşayırlar. Buğa bürcündən əks təsirə məruz qalırlar. Boğaz, qoxu, dadbilmə orqanlarının inkişafına görə digər bürclərdən fərqlənirlər. İradələri ilə xəstəlikləri mübarizə aparmaqdan çəkinməyən bu bürcü nümayəndləri tez sağalma özəlliyinə malikdirlər.

Oxatan bürcü: Qaraciyər, revmatizm, işias və podaqra (bədəndə maddələr mübadiləsinin pozulması nəticəsində əmələ gələn oynaq və toxuma xəstəliyi) kimi narahatlıqlar yaşayırlar. Əkizlər bürcündən mənfi təsir alırılar. Oxatanların sinir sistemləri zəif olur.

Oğlaq bürcü: Vücudlarının ən həssas hissəsi sümükləridir. Skelet sistemi, dişlər, diz qapağında narahatlıqlar yaşayırlar. Revmatizmadan ziyyət çəkən Oxatanlar Xərçəng bürcündən əks təsirə məruz qalır. Ağrılara davam gətiməyi bacaran Oğlaqlar başqalarının tez şikayət etdikləri ağrılara uzun müddət davam gətirə bilirlər.

Dolça bürcü: Dolça bürcünün ən həssas nöqtələri əzələ və bağırsaq sistemleridir. Zəhərlənmə, yüksək istilik, qıcolmalar, ayaqlarda varikoz genişlənmə, baldır ve bilək ağrıları bu bürcün nümayəndəsinin əziyyət çəkdiyi xəstəliklərdir. Şir bürcündən aldıqları mənfi təsir ürək və onurğalarına pis təsir edir. Ümumilikdə isə özlərinə yaxşı qulluq edərlər. Sağlamlıq məsələlərinə düzgün yanaşar, tibbi yenilikəri izləyərlər.

Balıq bürcü: Ayaqları və sinir sistemləri həssas olur. Psixomatik narahatlıqlara daha çox meyillidirlər. Yolxucu xəstəliklərə müqavimətləri güclü deyil, limfa sistemleri də zəif ola bilir. Qız bürcündən gələn əks təsir bağırsaq və həzmetmə sistemlərinə təsir edir. Xəstələnən isə inamlarını tez itirlər.

Bürclər və onların xüsusiyyətləri → Bürclər və karyera

Hər bir insan yaxşı iş sahibi olmaq və yaxşı qazanc əldə etmək istəyir. Sevmədən görülən işin isə insana nə maddi, nə də mənəvi faydası ola bilər. Astroloqların fikrincə, insanlar bacarığına uyğun iş axtararkən hansı bürcdən olmalarını da nəzərə ala bilərlər. Bürclərlə bağlı aparılan araşdırmalar insanların hansı iş sahələrində daha bacarıqlı olduğunu söyləməyə imkan yaradır.



Astroloqlar deyirlər ki, lider olmaq arzusunda olan qoç bürcünün nümayəndələri idarəcilik sahəsində daha uğurludurlar. Bu bürc altında dünyaya gələn insanlar cəsarət tələb edən bütün işlərdə uğur qazanırlar. Bu baxımdan onlar hərbi sahələrdəki işlərdə, ticarət həyatında riskə getməyi tələb edən işlərdə də uğurludurlar.

Buğa bürcünün nümayəndələri venera planetinin təsiri ilə incəsənət ruhu çox güclü olan insanlardır. Müxtəlif sahələrdə uğur əldə edən sənətçilər buğa burcundəndirlər. Zərgərlik, müğənnilik, heykəltaraşlıq, dekarasiya sahələrində uğur qazana bilərlər.

Əkizlər araşdırmaya söykənən, praktik zəkasını istifadə edəcəyi işlərə yönəlsələr, bu sahələrdə üstün nailiyyətlər əldə edə bilərlər. Jurnalistika, aparıcılıq, müəllimlik, arxeoloqluq, yazıcılıq və reklam sahələri onlar üçün uğurlu sahələrdir.

Xərçəng bürcünün nümayəndələrində mərhəmət hissi daha güclüdür. Bu baxımdan həkim, tibb bacısı, ibtidai sinif müəllimi kimi işlərdə onlar daha uğurlu ola bilərlər.

Şir bürcünün nümayəndələri idarəcilik sahələrində daha uğurludurlar. Əmr verməyi sevən bu şəxslər çox nüfüzlü iş yerlərində təkbaşına uğurlu idarəcilik edə bilər. Sərt görünüşlərinin altında incəsənətə olan maraqları ilə də secilən şir bürcündən olanlar modelyer, diziyner, fotoqraf sahələrində çalışa bilər.

Qız bürcünün nümayəndələri mühasibat, riyaziyyat müəllimi, iqtisadiyyat, bank sahəsində bacarıqlı işci kimi fərqlənə bilərlər.

Tərəzi bürcünün nümayəndələri ədalətli və obyektiv olduqları üçün hüquq sahəsində bacarıqlıdırlar. Vəkil, hakim, diplomat, politoloq olarlarsa, uğur qazana bilərlər.

Əqrəb bürcünün nümayəndələri gizlilik tələb edən işlərdə daha uğurludurlar. Bu baxımdan bacarıqlı dedektivlərin, polislərin bir çoxu bu bürc altında dünyaya gələn insanlardır.

Oxatan bürcünün nümayəndələri öyrətməyi və öyrənməyi şox sevən, elmə dəyər verən insanlardır. Uğur qazandıqları iş sahələri müəllimlik və jurnalistika sahələridir.

Oğlaq bürcünun insanları yenilikləri maraqla qarşılayırlar, texnologiya aləmində bacarıqlı ola bilərlər. Həm kişilərin, həm də qadınların uğurlu iş sahəsi kompüter mühənndisliyi də ola bilər.

Dolça bürcünün insanları daim araşdırma aparmağı sevirlər. Elm adamlarının çoxu məhz bu bürcün nümayəndələridir. Bu bürcün insanlarını tanınmış ədəbiyatcı kimi də görmək mümkündür.

Balıqlar çox güclü xəyal gücünə malikdirlər, bu baxımdan təşkilacılıqla bağlı işlərdə uğurludurlar. Xəyal etmək və yaratmaq bu bürcün insanlarının əsas taktikasıdır.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə