Burxili ş İŞİ Mövzu: Müəssisənin uçot siyasəti və onun əsas istiqamətləri


Uçot siyasətinin formalaşmasının prinsipləri



Yüklə 0,58 Mb.
səhifə2/6
tarix17.09.2018
ölçüsü0,58 Mb.
#69044
1   2   3   4   5   6

Uçot siyasətinin formalaşmasının prinsipləri

Maliyyə və idarəetmə uçotu informasiyaların formalaşması, onların etibarlılığı istifadəçilər üçünəhəmiyyətliliyi müəssisənin uçot siyasəti vasitəsilə reallaşır. Uçot siyasəti maliyyə hesabatlarının tərtib və təqdim edilməsi üçünmüəssisə tərəfindən qəbul edilmiş, onun işxüsusiyyətlərinə uyğun olan prinsiplərin, əsasların, şərtlərin, qaydaların və təcrübələrin məcmusudur. Yəni uçot siyasəti dedikdə müəssisənin özü tərəfindən seçilmiş mənfəətin və zərərin həcminə təsir göstərən metodiki üsullar başa düşülür. Uçot siyasəti müəssisənin iqtisadi, hüquqi və mühasibat xidmətləri tərəfindən mövcud normativ aktlara əsaslanaraq işlənib hazırlanır. Azərbaycan Respublikasında mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdirildiğı indiki dövrdə kommersiya təşkilatlarında uçot siyasətini tənzimləyən əsas normativ aktlara “Mühasibat uçotu haqqında” qanun, 1№-li “Maliyyə hesabatlarınıntəqdimatı üzrə” , 11№-li “Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə” Milli Mühasibat uçotu standartları aiddir. 1№-li “maliyyə hesabatları üzrə” milli mühasibat uçotu standartının 17-ci maddəsinda göstərilir ki, müəssisənin rəhbərliyi Milli Mühasibat Uçotu standartlarının bütün tələblərinə uyğun maliyyə hesabatlarının təqdimatını təmin edən uçot siyasətini seçməli və təqdim etməlidir. Uçot siyasəti maliyyə hesabatlarına yəni “Mühasibat balansı” , “Mənfəət və zərər haqqında hesabat” , “Kapitalda dəyişikliklər haqqında hesabat” , “Pul vəsaitlərinin hesabatı haqqında hesabat” –ına əlavə edilmiş izahlı qeydlərin uçot siyasəti bölmələrində əks etdirilir. Müəssisənin uçot siyasətinin maliyyə hesabatlarının hazırlanması əsasını və əhəmiyyətli əməliyyatlar, hadisələr üçün seçilimiş və tətbiq edilmiş konkret uçot siyasətini açıqlayan informasiyaların əks olunduğu maliyyə heabatlarına əlavə olunan izahlı qeydlərin uçot siyasəti bölməsində aşağıdakılar əks etdirilməlidir:

  1. maliyyə hesabatlarının hazırlanmasında istifadə olunmuş qiymətləndirmə (əsaslar)

  2. maliyyə hesabatlarının düzgün anlaşılması üçün zəruri olan uçot siyasətinin hər bir konkret aspekti

Uçot siyasətinin seçilməsi müəssisənin özünün özünün spesifikliyindən, idarənin təşkilinin xüsusiyyətindən, müəssisənin təsis sənədlərində və sənədlərində əks olunan normalardan və kommersiya fəaliyyətinin xüsusiyyətlərindən, müəssisənin cari və uzunmüddətli məqsədlərindən birbaşa asılıdır. Uçot siyasətinə həmçinin vergi şəraiti , güzaştlərin mövcudluğu, dövlətin valyuta siyasəti, kontraktların müddətləri, əməliyyatın xarakteri (icarə, nizamnamə kapitalı hesabına yaradılmış, özəlləşdirilmiş mülkiyyətin formaları, heyyətin ixtisas səviyyəsi, qiymətləndirmənin formaları da təsir göstərir. Müəssisənin uçot siyasətini həyata keçirərkən mühasibat uçotu prinsiplərinə, tələblərinə, mühasibat uçotunun metodoloji və metodiki əsasını təşkil edən sənədlərər, bu sənədlərdə əks olunan prinsiplərə əsaslanmaq lazımdır. Uçot siyasətinin həyata keçirilməsinin reallaşdırılmasının ilkin və məcburi şərti bu sahəni tənzimləyən qanunvericilik aktlarına, standartlarına və onların tələblərinə əməl olunmasıdır. Bazar iqtisadiyyatına keçid xüsusi mülkiyyətin yaradılması, müəssisələrin fəaliyyətinə dövlətin təsirinin azaldılması, bazar subyektlərinin fəaliyyətinin sərbəstləşdirilməsinə, onların onların sərbəst fəaliyyətinə əsaslanan indiki dövrdə inzibati amirlik dövründən fərqli olaraq müəssisələrə mühasibat uçotunun, aparılmasında, uçot siyasətinin seçilməsində müəyyən sərbəstlik verilmişdir. Belə ki, bugünki gündə Azərbaycan Respublikasında Mühasibat uçotuna aid hüquqi normativ sənədlər bütün mülkiyyət formalarında olan müəssisələr uçot siyasətinin, uçotun aparılmasının qanunvericiliyə zidd olmayan alternativ formalarının tətbiqinə imkan verir. Konkret hesabat dövründə müəssisə tərəfindən uçot siyasətinin hər hansı bir variantının seçilməsi müəssisənin iqtisadi siyasəti ilə birbaşa bağlıdır. Məsələn, adi şəraitdə müəssisə uzun müddətə böyük həcmdə mənfəətin əldə olunması, inflyasya şəraitində isə vergiləri minimallaşdıracaq xərcləri optimallaşdırmağı təmin edən uçot siyasətinə üstünlük verəcəkdir. İqtisadi cəhətdən əsaslandırılmış müəssisə tərfindən sərbəst seçilmiş uçot siyasətinin həyata keçirilməsi ona pul və material resurslarından effektli istifadə olunmasına təsir etməyə, kapitalın dövriyyəsini artırmağa, , yenidənqurma və inkişaf üçün əlavə maliyyə mənbələri yaratmağa və onlardan istifadə etməyə imkan verir. Həmçinin uçot siyasəti müəssisənin səhmdarlara və payçılara ödədiyi dividentin və mənfəət vergisinin həcminin formalaşmasına da təsir göstərir.

Müəssisəinin uçot siyasətini formalaşdıran zaman ilk növbədə mühasibat uçotunun müəyyən olunmuş aşağıdakı prinsiplərinə əsaslanmaq lazımdır:



  • Əmlakın fərqliliyi prinsipi. Əmlakın fərqliliyi (ayrılığı) prinsipi onu nəzərdə tutur ki, müəssisənin əmlakı və öhdəliyi, onun sahibinin, mülkiyyətçisinin əmlak və öhdəliyindən fərqləndirilməlidir. Bazar iqtisadiyyatına keçid şəraitində olan bizim ölkədə bu prinsipə xüsusi fikir verilməlidir. Çünki hal hazırkı şəraitdə bir çox müəssisələrimizin əmlakı onların təsisatçıları, iştirakçılari və ya işçiləri tərəfindən şəxsi mənafe, məqsədlər üçün istifadə olunur.

  • Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi. Bu prinsip müəssisənin gələcəkdə fəaliyyətinin davam edəcəyini və müəssisənin öz fəaliyyətini dayandırmaq və likvizidiləşdirmək barədə fikrinin olmadığını nəzərdə tutur. Bu prinsipi qısa müddət fəaliyyət üçün müəssisə yaratmağın olmaması kimi başa düşmək olmaz. Qanunvericilikdə müəssisənin fəaliyyət müddətinə görə heçbir məhdudiyyət qoyulmur. əgər müəssisənin özfəaliyyətini dayandıracağı ehtimal olarsa onda o uçot siyasətini xüsusən müəssisənin əmlakının qiymətləndirilməsini üsulunu dəyişdirməlidir. Belə ki, müəssisənin inflyasya zamanı müəssisə aktivləri hesabatda likvizid dəyəri ilə qiymətləndirilir.

  • Uçot siyasətinin ardıcıllığı prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, müəssisə cari ildə tətbiq etdiyi uçot siyasətini ardıcıl olaraq növbəti ildə də həyata keçirir. Müəssisənin uçot siyasətini ardıcıl olaraq dəyişmədən növbəti ildə də tətbiq edilməsi iki səbəbdən baş verir : 1) müəssisənin qarşıya qoyduğu məqsədlərin və onlara çatmaq üçün seçdiyi vəsaitlərin dəyişilməməsi, stabilliliyi. 2) çox zaman müəssisələrin uçot siyasəti seçərkən bütün amilləri nəzərə alaraq onu ideal şəkildə hazırlaması. Bu iki şərtin mövcud olduğu müəssisələrdə uçot siyasətinin dəyişdirilməsi adətən qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı olur.

  • Təsərüfat faktlarının müəyyən olunmasının müddəti (vaxtı), prinsipi. Bu prinspiə əsasən təsərüfat faktları mühasibat uçotu və hesabatlarında onların baş verdiyi dövrdə, vaxtda əks olunurlar. Bu zaman faktlar üzrə pul vəsaitlərin daxil olduğu vaxt əsas götürülmür. Məsələn: hesablanmış əmək haqqı istehsal xərclərinə onların faktiki ödənildiyi vaxtda deyil hesablandığı anda aid edilir.

Uçot siyasətinin formalaşması bu prisniplərlə yanaşı tamlılıq, ehtiyyatlılıq, mahiyyətin formadan üstünlülüyü, ziddiyyətsizlik, rasionallıq, müasirlik kimi tələblərə də əsaslanmalıdır.

  • Tamlılıq dedikdə uçot siyasətinin ele formalaşdırılması başa düşülür ki, bu zaman təsərüfat faktları mühasibat uçotunda bütünlüklə, tam şəkildə əks oluna bilsin.

  • Ehtiyyatlılıq tələbi xərclərin və öhdəliklərin uçotunda gəlirlərin və aktivlərin uçotuna nisbətən böyük hazırlığın göstərilməsi kimi başa düşülür. Bu zaman heç bir ehtiyat gözlənilməməlidir.

  • Mahiyyətin formadan üstünlüyü tələbi mühasibat uçotunda təsərüfat faktlarının, onların hüquqi formasına görə deyil, iqtisadi mahiyyətinə görə əks olunmasından ibarətdir. Məsələn, rəhbrlik tərəfindən müəssisədən iri məbləğdə borc verilməsi faktı öz özlüyündə qanuna zidd deyil. Ancaq bu borcun verilməsi müəssisənin maliyyə vəziyyətinin qeyri-sabit olduğu, xüsusən də əməyə ğörə hesablanmış ödənişlərin gecikdirildiyi bir vaxtda həyata keçirilərsə onda bu əməliyyat qanunauyğun olmayan bir əməliyyat hesab olunur.

  • Ziddiyətsizlik tələbi müəssisənin apardığı uçot siyasətinin nəticəsində hər ayın 1-də analitik uçotun yekunları ilə sintetik hesabların dövriyyələri qalıqlarının yekununun bərabərliyi nəzərdə tutur.

  • Rasionallıq tələbi. Bu tələb müəssisədə onun təsərüfat fəaliyyətindən və müəssisənin böyüklüyündən asılı olaraq rasional iqtisadi cəhətdən əsaslandırılmış uçot siyasətinin seçilməsini nəzərdə tutur.

  • Müasirlik tələbi. Mühasibat uçotu və hesabatlarda təsərüfat fəaliyyəti faktlarını baş verən anda əgər bu mümkün deyilsə faktın başa çatmasından dərhal sonra əks olunmasını müəyyən edir.

Uçot siyasətinin formalaşması zamanı əsaslanılan bu prinsip və ehtiyatlar milli mühasibat uçotu standartlarında da əks olunmuşdur. 1№-li “ Maliyyə hesabatlarının təqdimatı üzrə” milli mühasibat uçotun standartlarının 18-ci bəndində göstərilir ki, müəssisə rəhbərliyi konkret Milli Mühasibat Uçotu Standartı mövcud olmadığı hallarda maliyyə hesabatlarından istifadəcilər uçün daha faydalı məlumatları təmin edə bilən uçot siyasətinin işlənib hazırlanmasında öz mülahizələrindən istifadə edir. Belə mülahizələrin irəli sürülməsi zamanı rəhbərlik aşağıdakıları nəzərdən keçirir:

  1. Oxşar və əlaqəli məsələlərin həlli üçün Milli Mühasibat Uçotu standartlarında öz əksini tapmış tələblər və göstərişlər.

  2. Milli Mühasibat Uçotu Standartlarının Konseptual əsaslarında əks olunmuş aktivlər, ohdəliklər, gəlir və xərclərlər bağlı anlayışlar, eləcə də tanınma və qimətləndirmə meyarları.

  3. Iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə məqbul təcrübələr yalnız a və b yarımbəndlərinə uyğun gəldikdə.

Uçot siyasətinin formalaşdırılması prinsipləri “Uçot Siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhflər üzrə” kommersiya təşkilatları üçün 11№-li Milli Mühasibat Uçotu Standartlarında əks olunmuşdur. Belə ki bu standartın 10-cu bəndində göstərilir ki hər hansı əməliyyat digər hadisə və ya şərtlərə xüsusi olaraq tətbiq edilə biləcək standart mövcud deyilsə müəssisə rəhbərliyi aşağıdakı meyarlara cavab verə biləcək məlumatların təqdimatı ilə nəticələnəcək uçot siyasətinin hazırlanması və tətbiq edilməsi üçün şəxsi muhakimələrinə əsaslanmalıdır.

  1. məlumat istifadəçilərin iqtisadi məqsədli qərarları qəbul etməsi tələblərində müvafiq olmalıdır

  2. maliyə hesabatlarının aşağıdakı meyarlara cavab verməsi baxımından etibarlı olmalıdır

  1. müəssisənin maliyyə nəticələrini və pul vasitələrinin hərəkətini ədalətli şəkildə əks etdirməlidir

  2. əməliyyatların digər hadisə və şərtlərin yalnız hüquqi formasını deyil iqtisadi mahiyyətini əks etdirməlidir

  3. neytral yəni qərəzsiz olmalıdır

  4. ehtiyyatlılıq prinsipinə uyğun olmalıdır

  5. bütün əhəmiyyətli baxımından tamamlanmış olmalıdır

Mühasibat uçotunu tənzimləyən bu normativ aktlar müəssisəyə uçot siyasətini hazırlayarkən mühasibat uçotunun təşkili və aparılmasının konkret məsələləri ( aspektləri) üzrə mümkün olan, qanunvericilik və normtiv aktlara zidd olmayan bir neçə alternativ üsullardan istənilən birini seçməyə imkan verir. Müəssisənin rəhbərliyi mühasibat xidməti uçot siyasətinin konkret aspektlərini müəyyənləşdirərkən hər bir aspektə uyğun olan milli mühasibat uçotu standartarına əsaslanmalıdır. Əgər uçot siyasətinin konkret bir aspekti üzrə normativ sənədlər milli uçot standartı olmarsa onda müəssisə normativ sənədlərdə göstərilən bu örinsiplərin tələbinə cavab verən uçot sisteminin konkret asektini öz üsullarından istifadə etməklə hazırlamalıdır. 1№-li “Maliyya Hesabatlarının təqdimatı üzrə” Milli Mühasibat Uçotu Standartlarında göstərilən və müəssisə tərəfində maliyyə hesabatlarının uçot siyasəti bölmələrində açıqlanmalı olan uçot siyasətinin aspektlərinə aşağıdakılar daxil edilir.

    • gəlirin tanınması

    • törəmə və asılı müəssisələr da daxil olmaqla konsolidə (birləşmə) prinsipləri

    • müəssisələrin fəaliyyətlərinin birləşdirilməsi

    • birgə fəaliyyət

    • maddi və qeyri-maddi aktivlərin tanınması və amortizasyası

    • məsrəflərin kapitallaşdırılması

    • tikinti müqavilələri

    • daşınmaz əmlaka investisiyalar

    • maliyyə alətləri və investisiyalar

    • icarə

    • elmi tədqiqat və təcrübə konstruktor işləri üzrə məsrəflər

    • ehtiyyatlar

    • vergilər və o cümlədən təxirə salınmış vergilər

    • qiymətləndirilmə öhdəlikləri

    • işçilərin mükafatlandırılması üzrə məsrəflər

    • xarici valyutaların hesabat valyutalarına çevrilməsi

    • təsərüfat və coğrafi seqmentlərin və seqmentlərarası xərclərin bölüşdürülməsi üçün əsasların müəyyən edilməsi

    • pul vəsaitlərinin və onların ekvivalentlərinin müəyyən edilməsi

    • inflyasyanın uçotu

    • hökumət subsidiyaları və digər dövlət yardımı

Uçot siyasətinin konkret aspektləri 1№-li “Milli Mühasibat Uçotu Standart”-ında əks olunan bu təsnifatla məhdudlaşmır. Bu təsnifatla yanaşı Azərbaycan Respublikasında mühasibat uçotunun aparılmasında uçot siyasətinin mühüm elementlərinə aşağıdakılar da daxildir.

  1. uçot registrləri və anbardakı yazılışların ardıcıllığının seçilməsi (mühasibat uçotunun formaları)

  2. nümunəvi hesablar planına əsasən müəssisənin istifadə edəcəyi hesablar planının müəyyən edilməsi

  3. istehsal ehtiyatlarının sintetik uçotunun qiymətləndirilməsinin formasının (variantının) seçilməsi

  4. istehsal məsrəflərinin hazır məhsulların bitməmiş istehsalın qiymətləndirilməsi metodnunun müəyyən edilməsi

  5. əsas vəsaitlərin və qeyri maddi aktivlərinin köhnəlməsinin (amortizasyası) hesablanması qaydasının müəyyən olunması

  6. istehsal məsrəflərinin qruplaşdırılması və silinmiş üsulunun (metodikasının) müəyyən olunması

  7. məhsulun (iş,xidmət) buraxılmasının uçotu üsulunun təyin olunması

  8. qeyri-mustəqim xərclərin ayrı-ayrı uçot və kalkulyasya obyektləri arasında bölüşdürülməsi üulunun müəyyən olunması

  9. ehtiyatların formalaşdırılması, təmir xərclərinin silinməsi qaydaları

  10. satışdan gələn gəlirlərin müəyyən edilməsi metodlarının seçilməsi

  11. valyuta məzənnəsi fərqinin uçotu qaydası

  12. xalis gəlirlərin müəyyən ediməsi, istifadəsi varianatları

  13. uzunmüddətli müqavilələrin yerinə yetirilməsinin maliyyə nəticələrinin uçotu

Uçot siyasətinin hər bir konkret aspektləri üzrə seçilmiş üsullar müəssisədə hesabat ilinin əvvəllərində ardıcıl olaraq onun hər strukturunda tətbiq edilməlidir.

Mühasibat uçotui sistemində uçot siyasətinin tərkibini daha da sistemləşdirmək üçün uçot siyasətinə 2 aspektdən baxılır: 1) təşkilati-texniki, 2) metodiki aspekt

Uçot siyasətinin təşkilati-texniki aspekti aşağıdakı məsələləri açıqlamalıdır:


  1. mühasibat xidmətinin təşkili və onun idarəetmə sistemində yeri:

Mühasibat işlərinin təşkilati formaları baş mühasibin təyin olunması və işdən azad edilməsi qaydaları onun hüquq və vəzifələri, ayrı-ayrı uçot şöbələrinin tərkibi, tabeçilik quruluşu, vəzifə bölgüsü (vəzifə təlimatı), mühasibatlığın digər bölmələrlə qarşılıqlı əlaqəsi

  1. mühasibat uçotunun forması (memorial-order, jurnal-order, avtomatlaşdırılmış və s.)

  2. uçot informasiyalarının işlənməsi, texnologiyası

  3. vahid hesablar planı əsasında hazırlanmış müəssisənin istifadə etdiyi hesablar planı

  4. daxili uçot və nəzarət sistemi:

İstehsal daxili hesabat (tərkibi formaları, tərtibi və təqdim olunmasının ardıcıllığı, istifadəçilərin siyahısı) sənəd dövriyyəsi qrafiki, daxili nəzarət, maliyyə, təsərüfat fəaliyyətinin həyata keçirilməsində onun ayrı-ayrı funksyaarının bölgüsü, işçi heyətinin məsuliyyətinin müəyyən edilməsi, qərar verən (təsdiq edən) sistem, ciddi hesabat blanklarının istifadəsi, qiymətlərin qorunmasının təşkili , mühafizə vasitələri planlaşdırlımayan yoxlamalar, heyətin ixtisas dərəcəsinin yoxlanması.

Qanunvericilkidə reqlamentləşdirilən xarici hesabatlardan fərqli olaraq daxili hesabat üzrə əsələlər müəssisənin özü tərəfindən həll edilir. Daxili hesabat sistemin əsas məqsədi rəhbərliyi operativ idarəetməni həyata keçirmək və əsaslandırılmış idarəetmə qərarlarını qəbul etməyə imkan verən uçot informasiyaları ilə təmin etməkdir.



  1. əmlakın və öhdəliklərin inventarizasiya qaydaları

  2. hesabatların həcmi, müddəti və təqdimedilmə ünvanının müəyyən edilməsi

  3. istifadəçilər üçün hesabatların hazırlanması və nəşr edilməsi qaydalarına nəzarəet edən məsul şəxsin təyin edilməsi

  4. auditor müəssisələri ilə qarşılıqlı əlaqələr sistemi

Uçot siyasətinin metodiki aspekti, onun normativ sənədlərin tələblərinə zidd olmayan elementləri variantlarından alternativin seçilməsi kimi başa düşülür. Müəssisə uçot siyasətini formalaşdırarkən mühasibat hesabatı istifadəçiləri qərarlarının qiymətləndirilməsinə təsir edən mühasibat uçotunun aparılmasının seçilmiş üsullarını açıqlamalıdır. Mühasibat uçotunun aparılmasının üsullarının mahiyyətini bilməyən mühasibat hesabatlarının istifadəçiləri müəssisəinin əmlakı və maliyyə vəziyyəti, pul vəsaitlərinin hərəkətini və müəssisə fəaliyyəti nəticələrini düzgün qiymətləndirə bilməzlər. Uçot siyasətinin metodiki aspektini təşkil edən bu üsullara aşağıdakılar aiddir:

  • Əsas vəsaitlərin və azqiymətli tezköhnələn əşyaların arasındakı sərhəddin (fərqin) müəyyən olunması. Müəssisə əmək vəsaitlərinin əsas vəsaitlərinə və ya azqiymətli və tezköhnələn əşyalara aid olmasını sərhədlərini təyin edir. Bu sərhədlər təyin olunarkən müvafiq normativ aktlara əsaslanmaq lazimdir

  • Amartizasyanın hesablanması qaydaları. Müəssisə amortizasyası ayırmalarını aşağıdakı göstərilən üsullardan istifadə etməklə hesablanılmasını özü müəyyənləşdirir: standart normalara əsasən; əsas fondların aktiv hissəsının sürət amortizasyası metoduna əsasən; artırılmış əmsalların tətbiqinə əsasən; azaldılmış əmsallara əsasən;

  • Azqiymətli və tezköhnələn əşyaların uçotu və amortizasyası üsulları. Bununla əlaqədar müəssisə azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi qaydasını özü aşağıda göstərilən variantlardan özü seçir: köhnəlmənin 100% həcmində birdəfəlik hesablanması; köhnəlmənin 50%+50% sxmeniə əsasən hesablanması; istismara buraxıldığı andan köhnəlmənin norma və smeta dərəcələrinə uyğun olaraq xərclərə silinməsi; azqiymətli və tezköhnələn əşyaların müəyyən olunmuş limitinin, amortizasya dəyərinin 1/20-inə qədər dəyəri olan əşyalara birdəfəlik köhnəlmənin hesablanması; konkret şəraitdən asılı olaraq köhnələnin bir necə üsulu üçün tətbiq edilməsi

  • Qeyri-maddi aktivlərə amortizasyanın hesablanması üsullar. Müəssisə sərbəst şəkildə hər bir qeyri-maddi aktivin aşağıda göstərilən qrupların hansına aid olduğunu özü müəyyənləşdirir:

a) faydalı istifadə müddəti məlum olan qeyri-maddi aktivlər; b) istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər.

Azərbaycan Respublikasının vergi məcəlləsinin 114-cü maddəsində (3.6 bəndində) göstərilir ki qeyri-maddi aktivlərə - istifadə müddəti məlum olmayanlar üçün 10%-dən istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istidfadə müddətinə mütənasib məbləğlərlə hesablanır.



  • Material resurslarının qiymətləndirilməsi üsulları. Uçot siyasətinin bu elementi üzrə müəssisə material resurslarının silinməsində aşağıda göstərilən qiymətləndirmə üsullarından hansını seçəcəyini özü qərara alır:

  • Orta maya dəyəri üzrə birinci (vaxta görə) alınmış materialların dəyərinə əsasən (FİFO) alınma vaxtına görə sonuncuların dəyərinə əsasən (LİFO) bir vahidinin əldə olunmasının (hazırlanmasının) faktiki dəyərinə əsasən.

  • Material-qiymətləndirilmənin əldə olunması və uçotu qaydaları. Bu konkret aspekt üzrə müəssisə material qiymətlilərinin əldə olunması və uçotu zamanı 15№-li “Materialların tədarükü və əldə edilməsi” və 16№-li “Materialların dəyərindəki kənarlaşmalar” hesablardan istifadə edib etməyəcəyini müəyyənləşdirir

  • Əsas vəsaitlərin təmirinin uçotu variantının seçilməsi. Müəssisə mühasibat uçotunda əsas vəsaitlərin təmirini necə uçota alacağını qərarlaşdırır:

Təmir işləri üzrə faktiki xərcləri məhsul (iş, xidmət) istehsa xərclərinə birbaşa daxil edərək, əsas vəsaitlərin təmiri üzrə ehtiyat yaradaraq təmir xərclərini gələcək dövrü xəclərinə aid edərək. Təmir xərclərinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 115-ci maddəsində göstərilən normalar daxilində olan həcmi istehsal məsrəflərinə aid edilir.

  • Gələcək dövrü xərclərinin uçotu və onların silinməsi müddəti. Müəssisə hansı xərcləri gələcək dövrün xərclərinə aid edilməlidir, onların silinməsi xərclərə aid edilməklə və ya digər mənbələr hesabına olmalıdır; gələcək dövrün xərclərin strukturundakı hər birinin silincək vaxtı üzrə məsələləri özü müəyyən edir.

  • Istehsal məsrəflərinin qruplaşdırılması və silinməsi üsullar. Müəsisə uçot siyasətini formalaşdırdıqda məsrəflərin qruplaşdırılması və silinməsinin aşağıdakı üsullarının hansıdan istidaə edəcəyini təyin edir:

Ənənəvi üsulla – xərcləri birbaşa və dolayı xərclərə ayırmaqla onlar tam maya dəyəri hesabı ilə; xərcləri şərti daimi və şərti dəyişən xərclər kimi qruplara ayırıb, dəyişən xərclərin, məhsulun maya dəyərinə daimi xərclərin maliyyə nəticələrinə aid etməklə uçota almaq.

  • Məhsul buraxılışının uçotunun variantı. Məhsul (iş,xidmət) buraxılışının uçotunda müəssisə 37№-li “Məhsul (iş,xidmət) buraxılışı” hesabından istifadə edib etməyəcəyini təyin edir.

  • Qeyri-müstəqim (dolayı) xərclərin bölüşdürülməsi üsulları. Müəsisə dolayı xərclərin ayrı-ayrı uçot obyektləri arasında proporsional şəkildə bölüdürülməsində aşağıdakı meyarlardan hansında istifadə olunacağı uçot siyasətini formalaşdırarkən qərara alır:

Gəlirin həcmi; birbaşa xərclərə əsasən, əməyin ödənişinə, faktiki xərclərə; xərclərin material maddələrinə görə

  • Bitməmiş istehsalın qiymətləndirilməsi metodu. Kütləvi və seriyalı istehsalda bitməmiş istehsal balansda aşağıdakı kimi əks olunur: Xammalın normativ dəyəri ilə; materialların, yarımfabrikatların maya dəyəri ilə; birbaşa xərc maddələrinə əsasən

  • Kommersiya xərclərinin müəyyən olunması metodları. Kommersiya xərclərinin bölüşdürülməsi aşağıdakı üsulların birindən istifadə etməklə aparılır:

Birbaşa reallaşdırılan üsulun həcminə aid etməklə; buraxılmış, reallaşdırılmış, reallaşdırılmamış məhsulun qalıqları arasında bölüşdürülməklə.

  • Valyuta məzənnəsi fərgləri və xarici valyuta əməliyyatlarının uçotu qaydaları. Müəsisə valyuta məzənnələri üzrə fərqlərin uçotunun aşağıdakı variantlanından birini seçə bilər:

Biləvasitə 80№-li “Mənfəət və zərərlər” hesabı üzrə; 83№-li “Gələcək dövrün gəlirləri hesabında yığmaqla ilkin sonucda 80№-li “Mənfəət və zərərlər” hesabına silməklə

  • Borc və kredit üzrə öhdəliklərin qiymətlərin üsulları. Bu zaman müəssisə aşağıda göstərilən üsullardan birini seçərək alınmış borc və kreditlər üzrə öhdəliyi qiymətləndirə bilər:

Borc müqaviləsində göstərlən müddətə və məbləğə uyğun hesablanmış faizlərlə birlikdə ödəniləcək məbləğin uçotu; sonda ödəniləcək məbləğə faizi daxil etməyərək ayrı-ayrı uçota almaqla.

  • Gələcək x.rclər və ödənişlər üzrə ehtiyatlar. Müəsisə aşağıdakı ehtiyatların yaradıb-yaradmamağı uçot siyasətini formalaşdıran zaman müəyyən etməlidir:

İşçilərin növbəti məzuniyyətə görə ödənişlər üzrə ehtiyat; ilin sonunda işə görə mükafatların ödənilməsi üzrə ehtiyat; əsas vəsaitlərin təmiri üzrə ehtiyatlar; digər ehtiyatlar.

  • Xalis gəlirin müəyyən olunması və bölüşdürülməsi variantı. Müəssisə bölüşdürülməmiş mənfəətdən müxtəlif təyinatlı xüsusi fondlar yaradılır.

  • Dividentlərin uçotda əks olunması, hesablanması və ödənilməsi qaydaları. Bu sahədə müəsisə aşağıdakıları müəyyənləşdirir:

Bölüşdürülməmiş mənfəətdən hesabat ilinin əvvəlində qabaqcadan hesablamaq; dividentləri hesabat ilinin xalis gəlirindən istifadə etməklə ödəmək.

Müəsisə tərfindən qəbul edilən uçot siyasəti maliyyə informasiyalarının xarici istifadəçiləri üçün açıqlanmalıdır. Uçot siyasətinin açıqlanması dedikdə maliyyə hesabatlarında mühasibat uçotunun aparılmasının vacib üsullarının qeyd olunması başa düşülür. Nəşr olunan hesabatlarında uçot siyasətinin bütün tərkib hissələri deyil, onun əsas vəziyyəti (uçotun aparılmasının vacib üsulları) qeyd olunur. Uçot siyasətin maliyyə hesabatlarında o hissəsi əks olunur ki, bu informasiyaları bilməyən mühasibat hesabatının istifadəciləri həmin hesabatlar üzrə faydalı nəticələr əldə edə bilməzlər. Maliyyə hesabatlarında uçot siyasətinin əsas istiqamətləri 2 üsulla açıqlanır: 1)hər bir konkret istiqamətin izahlı yazılması, 2) ümumi qaydalardan kənarlaşmaların qeyd olunması hər bir konkret istigamətin açıqlanması yalnız ümumi qəbul olunmuş qaydalardan kənarlaşmaların olduğu konkret istigamətin açıqlanmasını nəzərdə tutur. əgər müəsisə maliyyə hesabatlarını hazırlayan zaman bütün ümumi qəbul edilmiş qaydalara əməl edərsə (yəni kənarlaşma olmadıqda), onda maliyyə hesabatlarında uçot siyasəti ilə bağlı qeydlərdə sadəcə olaraq bu faktı göstərməkl kifayətlənmək olar. əgər müəsisə ümumi qaydalardan kənarlaşmaya yol verərsə onda bu kənarlaşma halları, kənarlaşmanın səbəbləri (mühasibat-maliyyə) hesabatlarına əlavə olunan izahlı qeydlərdə geniş şəkildə açıqlanmalıdır.

Uçot siyasətinin formalaşdırılmasının ardıcıllıq prinsipi uçot siyasətinin ardıcıl olaraq tətbiqini nəzərdə tutur. Lakin müəssiələr uçot siyəasətində yol verilən şərtlər daxilində dəyişikliklər edə bilər. “ Uçot siyasətinin uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə” kommersiya təşkilatları üçün 11№-li Milli Mühasibat Uçotu Standartlarının 14-cü bəndində göstərilir ki müəsisə uçot siyasətinin yalnız aşağıdakı hallarda dəyişə bilər:


    1. Milli Mühasibat Uçotu Standartı bunu tələb etdikdə

    2. Uçot siyasətinin dəyişdirilməsi maliyyə hesabatlarında əməliyyatların digər hadisə və şərtlərin müəsisənin mailyyə vəziyyətinə, maliyyə nəticələrinə və pul vəsaitlərinin hərəkətinə təsiri haqqında etibarlı və məlumatların təmin edilməsi ilə nəticələndikdə.

Uçot siyasətinin dəyişdirilməsi eyni növ əməliyyatlara yeni uçot siyastinin tətbiq edilməsi kimi başa düşülməlidir. Mühasibat (maliyyə) hesabatlarının istifadəçilərinin qiymətləndirilməsi və qərarqəbul etmə prosesinə əhəmiyyətli dərəcədə təsir edən uçot siyasəti dəyişiklikləri onların səbəbləri və onların dəyər ifadəsində nəticələri mühasibat hesabatlarında açıqlanmalıdır.


    1. Yüklə 0,58 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə