Butanol-1-in istilik-fiziki xassəLƏRI



Yüklə 114,33 Kb.
Pdf görüntüsü
tarix17.10.2017
ölçüsü114,33 Kb.
#5207
növüXülasə


 

Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2015                              İSSN 1815-1779                 

Energetika-Энергетика-Energetic  

B.C.Əhmədov, C.Səfərov, S.H.Mirzəyev, A.N.Şahverdiyev, E.Hassel 

124 

UOT 536.412+536.12 



BUTANOL-1-İN ATMOSFER TƏZYİQİNDƏ  

SƏS SÜRƏTİNİN ARAŞDIRILMASI 

 

B.C. ƏHMƏDOV

1

, C. SƏFƏROV

1,2

, 

S. H. MİRZƏYEV

1

, A. N. ŞAHVERDİYEV

1

, E. HASSEL

2

  

1

 Azərbaycan Texniki Universiteti 



2

 Rostok Universiteti, Rostok, Almaniya 

E-mail: javid.safarov@uni-rostock.de, ahmedov_bahruz@mail.ru  

 

Xülasə:  Təqdim  olunan  məqalədə  butanol-1-in  T=(278.15-343.15)K  temperatur  intervalında  və  atmosfer 



təzyiqində  təcrübi  olaraq  Anton  Paar  DSA  5000  qurğusunun  köməyi  ilə  ölçülmüş  səs  sürətinin  u/(m·s

-1

)  və 

alınmış  nəticələrin  2000-ci  ildən  sonra  çap  olunmuş  ədəbiyyat  qiymətləri  ilə  tutuşdurulmasının  geniş  analizi 

verilmişdir.   

Açar sözlər: Biodizel, butanol-1, səs sürəti, sıxlıq, isoentropik genişlənə. 

 

Giriş. Son illərdə enerji istehsalına olan tələbatın artması və eyni zamanda ənənəvi enerji mənbələ-

rinin  gələcəkdə  tükənmə  proqnozunun  yayılması  ilə  əlaqədar  yaşana  bilən  enerji  böhranının 

qarşısının  alınması  üçün  müxtəlif  imkanlar  araşdırılır.  Bu  sahədə  alternativ  enerji  mənbələrindən 

istifadə və ya ənənəvi enerji mənbələrinə xüsusi bioəlavələr edilməsi əsas istiqamətlər kimi xüsusi 

önəm verilir. Bu da yanacaq miqdarının artırılmasında və qiymətinin aşağı salınmasında xüsusi rol 

oynayır.  

Bu  sahədə  dünyanın  inkişaf  etmiş  dövlətləri  son  2-3  dekada  iri  miqyaslı  layihələr  həyata 

keçirmişlər  və  bu  işlər  bu  gün  də  uğurla  davam  etdirilir.  Misal  olaraq  İslandiya,  Yeni  Zelandiya, 

Yaponiyanın  geotermal  enerji,  Almaniya,  İspaniya,  Danimarkanın  külək  enerjisi,  Çin,  İtaliya, 

İspaniyanın günəş enerjisi sahəsində əldə etdikləri uğurlar dünya ölkələrinə örnək ola bilər. 

Azərbaycan  150  ildən  artıqdır  ki,  ənənəvi  enerji  mənbələri  olan  neft  və  qaz  istehsal  edir. 

Respublikamız özünün enerji ehtiyaclarını həmişə ödəmişdir. Son 20 ildə Azərbaycan respublikası 

apardığı  düşünülmüş  və  uzaqgörən  neft  strategiyası  sahəsində  bu  ehtiyatların  dünya  bazarlarına 

ixracı  təşkil  edilmiş,  bundan  geniş  miqyaslı  gəlirlər  əldə  edilmiş  və  respublikamız  neft  ixracında 

dünyanın  həmişə  aparıcı  ölkələrindən  çevrilmişdir.  Xəzərin  Azərbaycan  sektorunda  neft  və  qaz 

ehtiyatlarının  istismarı  ildən  ilə  genişlənir  və  bunun  nəticəsində  Azərbaycan  özünün  enerji 

təhlükəsizliyini tam şəkildə təmin etmişdir.  

Azərbaycan  Respublikası  Prezidentinin    2004-cü  il  21  oktyabr  tarixli  Sərəncamı 

1



  ilə 

təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  Alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən 

istifadə  olunması  üzrə  Dövlət  Proqramı”nda  bu  məsələlərin  inkişafına  xüsusi  yer  verilir.  Bu 

proqrama  uyğun  Respublikamızda  geniş  miqyaslı  işlər  aparılır.  Respublikamızda  son  illərdə 

alternativ  enerji  mənbələrinin  istifadəsi  potensialı  çox  diqqətlə  analiz  olunmuş,  bu  sahədə  çoxlu 

nailiyyətlər  əldə  olunmuşdur.  Bu  sahədə  Azərbaycan  Texniki  Universitetində  də  geniş  miqyaslı 

elmi-tədqiqat işləri aparılır, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bacarıqla istifadə edilir və 

müxtəlif alternativ enerji mənbələrinin (Geotermal, günəş istilik, külək, bioenerji və s.) istilik-fiziki 

xassələri araşdırılır.  

Təqdim  olunan  məqalədə  butanol-1-in  atmosfer  təzyiqində  səs  sürətinin  təcrübi  yolla 

araşdırılması şərh olunmuşdur. Butanol-1 daxiliyanma mühərriklərində biodizel kimi geniş istifadə 

perspektivlərinə malikdir və son illərdə bu perspektiv imkanlar daha da dərindən öyrənilir. Butanol-

1-in  karbohidrogen zəncirinin uzun olması  onu qeyri-polyar şəklə salır.  Onun dörd karbohidrogen 

zənciri var və bu xassələr də onu spirtlərə nisbətən benzinə daha yaxın edir. Butanol-1 biokütlədən 

(biobutanol) alına da bilər.  

Butanol-1-in daxiliyanma mühərriklərində istifadəsinə gəldikdə onu qeyd etmək lazımdır ki, 

dizel mühərrikləri ilə işləyən minik avtomobillərində yanacaq 140 MPa, yük avtomobillərində isə 

160  MPa  təzyiq  altında  vurulur.  Gələcəkdə  daxiliyanma  mühərrikləri  texnologiyasının  inkişafı 




 

Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2015                              İSSN 1815-1779                 

Energetika-Энергетика-Energetic  

B.Əhmədov, C.Səfərov, S.Mirzəyev, A.Şahverdiyev, E.Hassel 

125 

istiqamətində  bu  təzyiqin  400  MPa  və  daha  yüksəyə  qaldırmaq  nəzərdə  tutulmuşdur.  Bu  da 



mühərrikin  bir  dövrü  zamanı  yanacağın  püskürmə  dəfəliliyinin  5-dən  10-a  qədər  artırılmasına 

imkan  yaradır.  Bu da mühərrikin və sonda avtomobilin sürətinin  artmasına və qısa  yaman anında 

optimal sürətin alınmasına gətirib çıxarır. Əlbəttə bu cür yüksək təzyiq altında püskürülən yanaca-

ğın  istilik-fiziki  xassələrinin  araşdırılması  çox  vacib  məsələlərdən  biridir.  Çünki  bu  xassələr  10 

dəfəyə  qədər  arta  bilər.  Belə  ki,  yanacağın  yüksək  təzyiqlərdə  özlülüyü,  sıxlığı,  səs  sürəti,  istilik 

tutumu  və  s.  bu  cür  proseslərdə  çox  böyük  qiymət  ala  bilər  [2].  Yüksək  təzyiqlərdə  bu  xassələrin 

ölçülməsi  çətin  olduğu  üçün  onların  termodinamikanın  klassik  tənliklərinin  köməyi  ilə  hesablan-

ması məsələnin həllini çox sürətləndirir. 

Maddələrin  yüksək  təzyiqlərdə  istilik-fiziki  xassələrinin  hesablanması  üçün  Azərbaycan 

Texniki  Universitetinin  “İstilik  və  soyuqluq  texnikası”  kafedrası  ilə  Almaniyanın  Rostok 

Universitetinin  “Texniki  Termodinamika”  kafedrası  birlikdə  yeni  metod  hazırlamışdır  [3].  Bu 

metoda görə maye və ya qazın sıxlığının yüksək hal parametrlərində (pρT) məlum olması birinci 

şərtdir.  Daha  sonra  səs  sürətinin,  yaxud  istilik  tutumunun  atmosfer  təzyiqində  və  (p,  ρ,  T

xassələrinin  ölçüldüyü  temperatur  intervalında  nəticələrinin  məlum  olması  vacibdir.  Bu  iki  şərt 

yerinə  yetirildiyi  halda  (p,  ρ,  T)  nəticələrinin  məlum  olduğu  yüksək  təzyiq  və  temperaturlarda 

mayelərin bütün texniki vacib istilik-fiziki xassələrinin hesablanması mümkündür. 

Biz əvvəlcə butanol-1-in  yüksək təzyiq  (p=140 MPa-a qədər) və  geniş  temperatur interva-

lında T=(263.15-468.15) K sıxlığının təcrübi (pρT) nəticələrini vibrasiyalı-borucuqlu DMA HPM 

densimetr metodu ilə araşdırmışıq [4]. Təcrübə nəticələrinin və qurulmuş hal tənliyinin köməyi ilə 

təzyiqin daha yüksək həddə - 200 MPa-a qədər artırılmış (ekstrapolyasiya) olunmuşdur. Buna səbəb 

vibrasiyalı-borucuqlu  DMA  HPM  densimetr  metodu  ilə  sıxlığın  p=140  MPa-dan  artıq  təzyiqlərə 

qaldırılmasının qeyri-mümkün olmasıdır.  

Təqdim olunan bu məqalədə isə butanol-1-in atmosfer təzyiqində və geniş temperatur inter-

valında T=(278.15-343.15)K səs sürətinin təcrübi nəticələri təqdim olunur. Təcrübələr səs sürətinin 

ölçülməsi  üçün  Azərbaycan  Texniki  Universitetinin  “İstilik  və  soyuqluq  texnikası”  kafedrasının 

laboratoriyasında  yerləşən  və  tam  avtomatik  çalışan  DSA  5000M    qurğusunun  vasitəsi  ilə 

aparılmışdır.  Qurğuda  akustik  yuvanın  titrəmə  dövrlərinin  hesablanması  yolu  ilə  səsin  yayılma 

sürəti ölçülür. Səs dalğaları bir ultrasəsli ötürücü vasitəsi ilə ötürülür və o biri tərəfdə başqa ultra-

səsli qəbuledici tərəfindən qəbul olunur. Ultrasəsli ötürücü səs dalğalarını əvvəlcədən məlum olan 

dövrlərdə ötürür. Səs sürəti ötürücü və qəbuledici  arasındakı məsafəni,  səs dalğalarının  dövrlərini 

bildikdən sonra aşağıdakı düstur ilə hesablanır

 

[5]



.

 

3



temp

TAU


sabit

bölücü 


Ps

)

5



-

1.6E


(1

uzunluq


 

original


f

v





,   



 

 

 



(1) 

burada original uzunluq – səs dalğalarının original uzunluğu (təxminən 5000 μm), Δ

temp

 – T=293.15 



K-də temperatur xətası, Ps - qəbul edilən səs dalğalarının rəqsləri dövrü, bölücü sabit – 512, TAU – 

qurğunun sabit əmsalı, f

3

 - temperatura düzəliş əmsalı.  



(1) tənliyindəki TAU və f

3

  əmsalları  DSA  5000M  qurğusunu  istehsal  edən  Anton-Paar  firmasının 



sirri olduğu üçün məqalədə verilmir.  

DSA 5000M qurğusu aşağıdakı texniki xassələrə malikdir: səs sürətinin ölçülmə diapazonu: 1000 - 

2000  m·s

-1

,  temperaturun  ölçülmə  intervalı:  278.15  –  343.15  K,  təzyiqin  ölçülmə  intervalı:  0.101 



MPa, səs sürətinin ölçülmə xətası: ±0.1 m·s

-1

, temperaturun ölçülmə xətası: ±0.001 °C. 



         Qurğu tam yuyulub qurudulduqdan sonra, lazım olan miqdarda ölçüləcək maye şpris vasitəsi 

ilə  ölçü  yuvasına  vurulur.  Daha  sonra  lazım  olan  temperatur  intervalı  seçilir  və  təcrübəyə  start 

verilir.  Hər  temperatur  rejimində  butanol-1-in  səs  sürəti  ölçülür  və  qeyd  olunur.  Qurğu 

proqramlaşdırılmış  bütün  temperatur  intervalında  təcrübələri  apardıqdan  sonra  dayanır  və  maye 

qurğudan təmizlənir. Alınmış nəticələr cədvəl 1-də verilmişdir. 

 



 

Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2015                              İSSN 1815-1779                 

Energetika-Энергетика-Energetic  

B.Əhmədov, C.Səfərov, S.Mirzəyev, A.Şahverdiyev, E.Hassel 

126 

 

 



Cədvəl 1. Butanol-1-in atmosfer təzyiqində səs sürəti 

T/K 


u/m

s



-1

 

278.15 



1308.70 

283.15 


1290.76 

293.15 


1256.80 

303.15 


1222.58 

313.15 


1189.05 

323.15 


1156.68 

333.15 


1123.28 

343.15 


1090.48 

 

Maddələrin  istilik-fiziki  xassələrinin  öyrənilməsi  zamanı  yalnız  müəyyən  edilmiş  geniş 



temperatur və təzyiq qiymətlərində ölçmələr aparılır. Amma istənilən hal parametrlərində bu xassə-

lərin  əldə  olunması  üçün  təcrübədən  alınmış  nəticələrin  tənliklər  vasitəsi  ilə  yazılması  vacibdir. 

Buna  görə  də  təcrübələr  qurtardıqdan  sonra  alınmış  nəticələr  ilk  olaraq  empirik  tənlik  vasitəsilə 

yazılmışdır: 





2

0



i

1

-



)

s

m



/(

i

i

T

a

u

,  


      

 

 



    (2) 

Burada a



i

 polinomun əmsallarıdır və cədvəl 2-də verilmişdir. 

  

Cədvəl 2. (2) tənliyində a

i

 əmsallarının qiymətləri 

a

0

 



a

1

 



a

2

 



2388.29034683934 

-4.30284360143925 

0.00151121782045927 

Daha  sonra  alınmış  nəticələr  ədəbiyyat  qiymətləri  ilə  tutuşdurulmuşdur.  Səs  sürətinin 

ölçülməsi akustik xassə olduğu üçün  ölçü texnikasının keyfiyyəti olduqca böyük rol oynayır.  Bu-

rada səs siqnalının buraxılma və qəbul edilmə zamanının, səs dalğalarının və s. böyük dəqiqliklə tə-

yin edilməsi əsas parametrlərdən biridir. Əvvəlki illərdə aparılmış təcrübələrin ədəbiyyat analizinin 

verilməməyinə səbəb isə optik ölçmə sistemlərində köhnəlmiş  texnologiyalardan istifadə  edilməsi 

olmuşdur. Məhz buna görə də bu zaman son 15 ildə çap edilmiş və müasir səs sürəti ölçən qurğuları 

vasitəsi  ilə  təyin  edilmiş  ədəbiyyat  nəticələri  [6-23]  daha  əsas  götürülmüşdür.  Analiz  olunmuş 

ədəbiyyat  haqqında  geniş  informasiya  cədvəl  3-də  verilmişdir.  Göründüyü  kimi  cədvələ  2000-ci 

illərdən  əvvəlki  ədəbiyyatlar  daxil  edilməmişdir.  Çünki  həmin  illərdəki  və  daha  əvvəlki  illərdəki 

ədəbiyyatlarda  çap  edilmiş  nəticələrin  ölçü  xətası  ±1-5  m·s

-1

  intervalında  və  daha  çoxdur. 



Cədvəldən  həm  də  görünür  ki,  2000-ci  ildən  2007-ci  ilə  qədər  təcrübələr  Anton  Paar  DSA  48 

qurğusu  vasitəsi  ilə  yerinə  yetirilmişdir.  Bu  qurğu  20  ildən  artıqdır  ki,  istehsal  olunur.  Bəzi 

məqalələrdə  bu  qurğunun  ölçü  dəqiqliyi  0.5  m·s

-1

  və  hətta  ±0.1  m·s



-1

  intervalında  göstərilsə  də, 

qurğunun  həqiqi  ölçü  xətası  ±1.0  m·s

-1

  intervalındadır.  Son  7  ildə  isə  Anton  Paar  firması  səsə 



sürətinin ölçülməsi üçün özünün yeni daha dəqiq Anton Paar DSA 5000 qurğusunu istehsal etməyə 

başlamışdır.  Qurğunun  ölçü  xətası  ±0.1  m·s

-1

  intervalındadır.  Bu  qurğu  bu  gün  səs  sürətinin 



atmosfer  təzyiqində  ölçülməsi  üçün  ən  dəqiq  təcrübə  qurğudur.  Məhz  buna  görə  butanol-1-in  səs 

sürətinin əvvəlki illərdə dəqiq olmayan təcrübə qurğularında ölçülmüş qiymətləri ilə son illərdə əldə 

edilmiş nəticələr arasında nəzərə çarpacaq qədər fərq var.  

Bütün bunları nəzərə alıb araşdırılmış ədəbiyyat nəticələri ilə təcrübə nəticəsində aldığımız 

nəticələrin tutuşdurulması qrafiki olaraq şəkil 1-də verilmişdir.  



 

Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2015                              İSSN 1815-1779                 

Energetika-Энергетика-Energetic  

B.Əhmədov, C.Səfərov, S.Mirzəyev, A.Şahverdiyev, E.Hassel 

127 

 

 

 

 

Cədvəl 3. Butanol-1-in son illərdə təcrübi olaraq araşdırılmış səs sürəti ədəbiyyat analizi 

İlk müəllif 

Ədəbiyyat 

İl 


Səs sürəti 

Tədqiq olunmuş 

Temperatur 

Təzyiq 


Xəta 

Təmizlik 

 

 

 



öçmə metodu  bütün xassələr 

(K

 

p (MPa) 

 

Rodriguez 



[6] 

2001 


DSA-48 

ρ, u, n

D

 

293.15 – 313.15 

0.101 


±1.0 m·s

-1

 



w>99.8 % 

Gascon 


[7] 

2002 


DSA-48 

ρ, u 

298.15; 313.15 

0.101 

±1.0 m·s


-1

 

w>99.8 %   

De Cominges 

[8] 


2002 

DSA-48 


ρ, u, n

D

 



288.15 – 308.15 

0.101 


±1.0 m·s

-1

 



x>0.995 

 

Mascato 



[9] 

2002 


DSA-48 

ρ, u 

283.15; 298.15; 313.15 

0.101 

±1.0 m·s


-1 

x=0.998 

 

Valen 



[10] 

2002 


DSA-48 

ρ, u 

283.15; 298.15; 313.15 

0.101 

±1.0 m·s


-1 

x>0.998 

Pineiro 


[11] 

2003 


DSA-48 

ρ, u 

298.15 


0.101 

±1.0 m·s


-1

 

x>0.998 

 

Sonawane 



[12] 

2004 


SCVPMUI 

ρ, u 

298.15 – 371.1 

0.101 

±0.08 %


  

w>99.5 % 

Troncoso 

[13] 

2004 


DSA-48 

ρ, u, c

p,m

 

278.15 – 318.15 



0.101 

±1.0 m·s


-1

 

x=0.998 

Haro 

[14] 


2005 

DSA-48 


ρ, u 

298.15; 313.15 

0.101 

±1.0 m·s


-1

 

99.5 % 



 

Langa 


[15] 

2006 


DSA-48 

ρ, u, h

E

 

283.15; 298.15; 313.15 



0.101 

±1.0 m·s


-1

 

99.8 % 



 

Valles 


[16] 

2006 


DSA-48 

ρ, u, η, h

E

 

283.15; 298.15; 313.15 



0.101 

±1.0 m·s


-1

 

> 99 % 



 

González 

[17] 

2007 


DSA5000 

ρ, u, η 

293.15 – 303.15 

0.101 

±0.1 m·s


-1

 

x>0.998 

 

Mascato 


[18] 

2007 


DSA-48 

ρ, u, h

E

 

288.15 – 308.15 



0.101 

±1.0 m·s


-1

 

x>0.998 

 

Dubey 


[19] 

2008 


DSA5000 

ρ, u, η 

298.15 – 308.15 

0.101 

±0.1 m·s


-1

 

99.5% 



 

Nain 


[20] 

2009 


SCVPMUI 

ρ, u 

288.15 – 318.15 

0.101 

±0.03 % 


x>0.998 

 

Outcalt 



[21] 

2010 


DSA5000 

ρ, u 

278.15 – 343.15 

0.83 

±0.30 % 


w≥ 99.5 %   

Sadeghi 


[22] 

2011 


DSA5000 

ρ, u, η 

288.15 – 313.15 

0.101 

±0.1 m·s


-1 

x>0.990 

 

Dubey 



[23] 

2011 


DSA5000 

ρ, u, η 

293.15 – 313.15 

0.101 

±0.1 m·s


-1

 

w>99.5 % 

Əhmədov 

[bu iş] 


2015 

DSA5000 M 



ρ, u 

278.15 – 343.15 

0.101 

±0.1 m·s


-1

 

w>99.9 %   

burada SCVPMUI, Single-Crystal Variable-Path Multifrequency Ultrasonic Interferometer; ρ, sıxlıq; h

E

, izafi molyar entalpiya; η, özlülük; n



D

, sınma 


indeksi; c

p,m

, hər həcm vahidinə düşən isobar istilik tutumu; x, mol fraksiyası; w, həcm faizi  




 

Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2015                              İSSN 1815-1779                 

Energetika-Энергетика-Energetic  

B.Əhmədov, C.Səfərov, S.Mirzəyev, A.Şahverdiyev, E.Hassel 

128 

-0.7


-0.6

-0.5


-0.4

-0.3


-0.2

-0.1


0

0.1


0.2

0.3


0.4

0.5


273.15

283.15


293.15

303.15


313.15

323.15


333.15

343.15


/K

Δ

u

 /

 %

JCT 2007 39 322 Gonzalez



JTAC 2002 70 235 Mascato

IJT 2002 23 1587 Valen

JSC 2004 33 1097 Sonawane

JCED 2008 53 1032 Dubey

FPE 2002 202 385 Gascon

JCED 2004 49 1789 Troncoso

JTAC 2002 70 217 de Cominges

JML 2009 149 9 Nain

JML 2010 151 50 Outcalt 

JCT 2007 39 322 Gonzalez

TA 2011 524 7 Dubey

JCED 2001 46 1506 Rodriguez

 

Şəkil 1. Butanol-1-in atmosfer təzyiqində təcrübi olaraq analiz edilmiş səs sürətinin u/(m·s

-1



qiymətlərinin son illərdə bu sahədə nəşr olunmuş məqalələrlə tutuşdurulmasının 

nəticələrinin temperaturdan T/K asılılığı 

 

Şəkil  1-dən  görünür  ki,  butanol-1-in  atmosfer  təzyiqində  təcrübi  olaraq  analiz  edilmiş  səs 



sürətinin  qiymətləri  son  illərin  yüksək  dəqiqlikli  ədəbiyyat  nəticələri  ilə  yüksək  səviyyədə  uyğun 

gəlir  və  bu  qiymətləri  butanol-1-in  (p,ρ,T)  nəticələri  və  atmosfer  təzyiqində  təcrübi  olaraq  analiz 

edilmiş  izobarik  istilik  tutumunun  c

p

/(J·kg



-1

·K

-1



)  köməyi  ilə  hesablanmış  istilik-fiziki  xassələrinə 

daxil olan səs sürəti u/(m·s

-1

) analizində istifadə etmək olar. 



 

 

Ədəbiyyat 



 

[1].Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 31 oktyabr 2004, № 10, maddə 838. 

[2].Duncan, A.M., Ahosseini, A., McHenry, R., Depcik, C.D., Stagg-Williams, S.M., Scurto, S.M. 

High-Pressure Viscosity of Biodiesel from Soybean, Canola, and Coconut Oils, Energy Fuels 2010, 

24, 5708–5716. 

[3].Safarov,  J.,  Hamidova,  R.,  Zepik,  S.,  Schmidt,  H.,  Kul,  I.,  Shahverdiyev,  A.,  Hassel,  E.  Ther-

mophysical  Properties  of  1-hexyl-3-methylimidazolium  bis(trifluoromethylsulfonyl)  imide  at  high 

temperatures and pressures, Journal of Molecular Liquids 2013, 187, 137-156. 

[4].Ahmadov,  B.,  Safarov,  J.,  Shahverdiyev,  A.,  Hassel,  E.  Density  of  butanol-1  at  high  state  pa-

rameters,  2

nd

  Symposium  of  Thermophysical  Properties  for  Technical  Thermodynamics,  Rostock, 



28-29 March 2013, Rostock, Germany. 


 

Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2015                              İSSN 1815-1779                 

Energetika-Энергетика-Energetic  

B.Əhmədov, C.Səfərov, S.Mirzəyev, A.Şahverdiyev, E.Hassel 

129 

[5].Instruction  Manual  DSA5000M,  Firmware  Version  V2.20,  Anton  Paar  GmbH,  Gray,  Austria, 



2011, 163 p. 

[6].Rodriguez,  A.;  Canosa,  J.;  Tojo,  J.  Density,  Refractive  Index,  and  Speed  of  Sound  of  Binary 

Mixtures (Diethyl Carbonate + Alcohols) at Several Temperatures,  Journal of Chemical and Engi-

neering Data 2001, 46(6), 1506-1515. 

[7].Gascon, Ignacio; Artigas, Hector; Lafuente, Carlos; Lopez, M. Carmen; Royo, Felix M. Excess 

properties of the ternary system cyclohexane + 1,3-dioxolane + 1-butanol at 298.15 and 313.15 K, 

Fluid Phase Equilibria 2002, 202(2), 385-397. 

[8].de  Cominges,  B.  E.;  Pineiro,  M.  M.;  Mosteiro,  E.;  Mascato,  E.;  Mato,  M.  M.;  Iglesias,  T.  P.; 

Legido,  J.  L.  Temperature  dependence  of  thermophysical  properties  of  octane+1-butanol  system, 

Journal of Thermal Analysis and Calorimetry 2002, 70(1), 217-227.

 

[9].Mascato,  E.;  Mosteiro,  L.;  Pineiro,  M.  M.;  de  Cominges,  B.  E.;  Mato,  M.  M.;  Legido,  J.  L. 



Temperature  dependence  of  volumetric  behaviour  for  methyl  tert-butylether+1-butanol  system, 

Journal of Thermal Analysis and Calorimetry 2002, 70(1), 235-241. 

[10].Valen, A.; Gascon, I.; Lafuente, C.; Urieta, J. S.; Royo, F. M.; Postigo, M.   Volumetric 

and 


Acoustic Properties of the Ternary Mixture 1-Butanol+1-Chlorobutane+Tetrahydrofuran at 283.15, 

298.15, and 313.15 K, International Journal of Thermophysics 2002, 23(6), 1587-1598. 

[11].Pineiro, Manuel M.; Mascato, Eva; Mosteiro, Laura; Legido, Jose Luis, Mixing Properties for 

the Ternary Mixture Methyl tert-Butyl Ether + 1-Butanol + Decane at 298.15 K, Journal of Chemi-

cal and Engineering Data 2003, 48(4), 758-762. 

[12].Sonawane, P.D., Kumar A. Continuous Miscibility from Dilute Solution to Fused Salt: Volu-

metric  Properties  of  Binary  Solutions  of  Nitrobenzene,  1-Butanol,  and  Anisole  with  Tetra-n-

butylammonium Picrate from 298.15 to 371.1 K, Journal of Solution Chemistry 2004, 33, 1097. 

[13].Troncoso, J.; Valencia, J. L.; Souto-Caride, M.; Gonzalez-Salgado, D.; Peleteiro, J. Thermody-

namic Properties of Dodecane + 1-Butanol and + 2-Butanol Systems, Journal of Chemical and En-

gineering Data 2004, 49(6), 1789-1793.  

[14].Haro, M.; Gascon, I.; Cea, P.; Lafuente, C.; Royo, F. M. Volumetric and acoustic properties of 

the  ternary  system  (1-butanol+1,4-dioxane+cyclohexane),  Journal  of  Thermal  Analysis  and  Calo-

rimetry 2005, 79(1), 51-57. 

[15].Langa, E.; Gibanel, F.; Mainar, A. M.; Pardo, J. I.; Urieta, J. S. World Congress of Chemical 

Engineering, 7

th

, Glasgow, United Kingdom, July  , 10-14, 2005, 85466/1-85466/10. 



[16].Valles,  Cristina;  Perez,  Eduardo;  Mainar,  Ana  M.;  Santafe,  Jesus;  Dominguez,  Magdalena, 

Excess Enthalpy, Density, Speed of Sound, and Viscosity for 2-Methyltetrahydrofuran + 1-Butanol 

at (283.15, 298.15, and, 313.15) K, Journal of Chemical and Engineering Data 2006, 51(3), 1105-

1109. 


[17].Gonzalez,  Begona;  Calvar,  Noelia;  Dominguez,  Angeles;  Tojo,  Jose,  Dynamic  viscosities  of 

binary mixtures of cycloalkanes with primary alcohols at T = (293.15, 298.15, and 303.15) K: New 

UNIFAC-VISCO interaction parameters,  Journal  of Chemical  Thermodynamics  2007, 39(2), 322-

334. 


[18].Mascato, Eva; Mariano, Alejandra; Pineiro, Manuel M.; Legido, Jose Luis; Paz Andrade, M. I. 

Excess  enthalpy,  density,  and  speed  of  sound  determination  for  the  ternary  mixture  (methyl  tert-

butyl ether + 1-butanol + n-hexane), Journal of Chemical Thermodynamics 2007, 39(9), 1247-1256.

 

[19].Dubey,  Gyan  P.;  Sharma,  Monika,  Temperature  and  Composition  Dependence  of  the  Densi-



ties,  Viscosities,  and  Speeds  of  Sound  of  Binary  Liquid  Mixtures  of  1-Butanol  with  Hexadecane 

and Squalane, Journal of Chemical & Engineering Data 2008, 53(4), 1032-1038. 

[20].Nain, Anil Kumar; Srivastava, Tanu; Pandey, Jata Dhari; Gopal, Swarita. Densities, ultrasonic 

speeds and excess properties of binary mixtures of methyl acrylate with 1-butanol, or 2-butanol, or 

2-methyl-1-propanol, or 2-methyl-2-propanol at temperatures from 288.15 to 318.15 K, Journal of 

Molecular Liquids 2009, 149(1-2), 9-17. 




 

Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2015                              İSSN 1815-1779                 

Energetika-Энергетика-Energetic  

B.Əhmədov, C.Səfərov, S.Mirzəyev, A.Şahverdiyev, E.Hassel 

130 

[21].Outcalt,  Stephanie  L.;  Laesecke,  Arno;  Fortin,  Tara  J.  Density  and  speed  of  sound  measure-



ments of 1- and 2-butanol, Journal of Molecular Liquids 2010, 151 (1), 50-59.

 

[22].Sadeghi,  Rahmat;  Azizpour,  Saghar.  Volumetric,  Compressibility,  and  Viscometric  Measure-



ments  of  Binary  Mixtures  of  Poly(vinylpyrrolidone)  +  Water,  +  Methanol,  +  Ethanol,  +  Acetoni-

trile,  +  1-Propanol,  +  2-Propanol,  and  +  1-Butanol,  Journal  of  Chemical  and  Engineering  Data 

2011, 56 (2), 240-250. 

[23].Dubey, Gyan Prakash;  Kumar,  Krishan.  Thermodynamic properties  of binary liquid mixtures 

of diethylenetriamine with alcohols at different temperatures, Thermochimica Acta 2011, 524 (1-2), 

7-17. 


 

ИССЛЕДОВАНИЕ СКОРОСТИ ЗВУКА 1-БУТИЛОВОГО СПИРТА ПРИ  

АТМОСФЕРНОМ ДАВЛЕНИИ 

 

Б. АХМЕДОВ

1

, Дж. САФАРОВ

 1,2 

С.МИРЗОЕВ

1

, A. ШАХВЕРДИЕВ

1

, Э. ХАССЕЛ

2

  

1

 Азербайджанский Технический Университет 



2

 Ростокский университет, Росток, Германия 

E-mail: javid.safarov@uni-rostock.de, ahmedov_bahruz@mail.ru 

 

Аннотация: В данной публикации приводится широкий экспериментальный анализ с помо-

щью  Anton  Paar  DSA  5000  экспериментальной  установке  при  температурах  T=(253.15-

468.15) K и атмосферном давлении взвешенной звуковой скоростью u/(м



·

 с

-1



) и результаты, с 

результатом литературе опубликованный с 2000 года.  



Ключевые слова: биодизель, бутанол-1, звуковая скорость, плотность. 

 

 



INVESTIGATION THE SPEED OF SOUND OF BUTANOL-1 AT ATMOSPHERIC  

PRESSURE 

 

B.AHMADOV

1

, J.SAFAROV

1,2



S.MIRZOEV

1

, A.SHAHVERDIYEV

1

, E. HASSEL

2

  

1

Azerbaijan Technical University 



2

Rostock University, Rostock, Germany 

E-mail: javid.safarov@uni-rostock.de, ahmedov_bahruz@mail.ru 

 

Summary: This publication provides a broad experimental analysis of comparison of sound veloci-

ty measured by Anton Paar DSA 5000 experimental setup at temperatures T=(253.15  - 468.15) K 

and atmospheric pressure u/(m

·

 s

-1



) and its  results, with the results of the literature published since 

2000.


 

Keywords: bio diesel, butanol-1, the sound speed, density. 

 

 



 

 

 



 

 

Yüklə 114,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə