Bütöv Azərbaycan haqqında Bütöv Azərbaycan uğrunda mübarizə həyatımın mənasıdır



Yüklə 99,65 Kb.

tarix19.07.2018
ölçüsü99,65 Kb.


 

www.turkalevi.com 



Bütöv Azərbaycan haqqında 

 

Bütöv Azərbaycan uğrunda mübarizə həyatımın mənasıdır. 



 

*** 


 

Azərbaycanın  yüz  illərlə  parçalanmış,  bölünmüş,  dağıdılmış  cisminin  bütünlüyü  müqəddəs 

arzumdur. 

 

*** 



 

İnsanın fikrində daima özünün arzu və ideyalarının həyata keçməsi dolaşır. Mənim fikirlərimin 

mayasını  Azərbaycanın  tam  müstəqil  olması,  Qarabağın  erməni  işğalından  azad  olunması, 

qaçqınların  hamısının  öz  yerlərinə  qayıtması  və  bütöv  Azərbaycan  ideyasının  yaşaması  və 

gerçəkləşməsi təşkil edir. 

 

*** 



 

Ruhi  baxımdan  Azərbaycan  həmişə  bütöv  olub.  Bunun  çox  adi  misalları  var.  Azərbaycanın 

quzeyində  öyrəndiyimiz  tarix  və  ədəbiyyatda  heç  zaman  ayrılmamışıq.  Şah  İsmayılı  həm 

dövlətimizin   böyük   hökmdarı,   həm   böyük   sərkərdəmiz,   həm   də   böyük   şairimiz   kimi 

öyrənmişik.   Yaxud   Təbriz   neçə-neçə   dövlətimizin   paytaxtı   olub   və   biz   onun   tarixini 

öyrənmişik.  Ağqoyunlu,  Qaraqoyunlu,  Elxanlılar,  Atabəylər  dövlətlərini  biz  öz  dövlətimiz 

sayırıq. 

 

*** 



 

Mirzəli Möcüzü də öyrənirik, Şəhriyarı da. Xaqani, deyək ki, Quzeydə doğulub, Güneydə vəfat 

edib,  Təbrizin  Surxab  qəbiristanlığında  dəfn  olunub.  Buna  görə  də   biz  mənəvi-mədəni 

cəhətdən birik - heç şey parçalanmayıb. 

 

*** 


 

Mən  Ərdəbildən  Bakıya  gəlmiş  böyük  bir  din  xadimindən  soruşdum  ki,  Novruz  bayramı 

haqqında   nə   fikirləşirsiniz?   Dedi   ki,   Novruz   bayramı   islam   bayramı   deyil;   o,   qədim 

zamanlardan  var,  ancaq  islam  başqa  yaxşı  şeylər  kimi  Novruz  bayramını  da  həyatdan 

götürməyib özünə birləşdirirdi. 

 

Təsəvvür  edin  ki,  bu  ruhun  daşıyıcısı  olan  Azərbaycan  türkü  gedib  Amerikada  da  yenə  o 



bayramı  keçirir,  yenə  öz  dilində  danışır,  yenə  Vətən  mahnısı  oxuyur,  yenə  öz  ədəbiyyatını 

öyrənir və s. 

 

Başqa sözlə, insan daşıdığı ruhun içərisindədir və onunla yaşayır. Buna görə də biz materialist 



deyilik  və  həyata  idealistcəsinə  baxırıq  -  bizim  Vətənimiz  orduyla,  zorla  bölünüb  və  bu 

bölünmənin  millətin  ruhuna  heç  bir  təsiri  yoxdur.  Sadəcə,  Vətənimizin  üzərindəki  süni 

çəpərləri  götürmək,  orduları  çıxarmaq  və  yeni  xəritə  çəkmək  lazımdır.  Bütövlük  bu  cür 

düşünülür. 

 

*** 



 

www.turkalevi.com 

İdealist  düşüncədə  millət  böyük  bir  ruhdur,  ruhun  törədicisidir;  deməli,  o  parçalana  bilməz. 

Millətimiz yalnız ərazi baxımından parçalanıb. 

 

*** 



 

Biz bu  hərəkata  materialist  kimi  yox,  idealist  kimi başladıq,  çünki materializm nəinki  köməyə 

gəlmir,  əksinə,  mane  olur.  Ancaq  idealizmə  söykənəndə  bir  torpağın  ortasından  çəkilmiş 

dəmir  pərdənin  heç  bir  əhəmiyyəti  yoxdur  -  onu  parçalaya  bilməz,  çünki  insanın  ruhunun 

məhsulu onun ədəbiyyatıdır, tarixidir, fəlsəfəsidir. 

 

*** 



 

…Tarixin  bir  ədalət  qanunu  da  var  və  gec-tez  bu  qanun  öz  yerini  tapır.  Biz  məhz  tarixi 

ədalətin  bərpası  uğrunda  mübarizə  aparırıq.  Çalışırıq  az  qan  tökülməklə,  fəal  mübarizə 

aparmaqla Azərbaycan özünün bütövlüyünü əldə etsin. 

 

*** 


 

Bunu  (Azərbaycanın  birləşməsini  -  tərtib.)  nə  həll  edir  və  niyə  belə  olacaq?  Bir  neçə  fakta 

baxaq.  Birincisi,  hər  bir  xalq  tarixən  təşəkkül  tapmış,  yaşadığı  mühitin  formalaşdırdığı  vahid 

orqanizmdir.   İndi   o,   cismən   bölünmüş   haldadır.   Mənəvi,   ruhi,   mədəni   cəhətdənsə   o 

parçalanmayıb.  Sadəcə,  yaralanmış  xalqdır;  ya  yarasını  sağaltmalı  -  birləşməli,  ya  da  bu 

yaradan ölməlidir. […] Bu xalq diridir - yazır, oxuyur, mübarizə aparır, azadlığını alır; deməli, 

ölməkdən   söhbət   gedə   bilməz,   əksinə,   yenidən   dirilmə   zəruri  labüdlükdür.   Bu,   tarixin 

məntiqinə  uyğun  təbii  proses  olacaq.  Bunun  nişanələri  də  görünür.  Nədə?  Rus 

imperiyasından   bütün   dünya   qorxduğu   zaman   bizim   xalqımız   Rusiyanın   dəmir   sərhəd 

pərdəsini əliyalın söküb atdı. […] Xalq ən ağır olan bu birinci mərhələni keçdi. 

 

İkincisi,  Azərbaycanda  Meydan  hərəkatı  başlayanda  hər  yerdə  "Təbriz",  "Bakı"  yazılmışdı. 



Bakıda   hərəkat   başlayanda   Təbrizdə   də  müəyyən   yığıncaqlar  keçirilirdi   və  son   vaxtlar 

Güneydən  olan  soydaşlarımız  deyirdilər  ki,  biz  Qarabağı  azad  edəcəyik,  biz  onu  ermənilərdə 

qoymayacağıq,  o,  bizim  Vətənimizdir.  Bunlar  göstərir  ki,  ümumi,  bütöv  Vətən  məfkurəsi 

mövcuddur.   Mən   bunu   dəfələrlə   təkrar   edirəm   ki,   bu,   ruhun   -   böyük   xalq   ruhunun 

bütövləşməsi və qayıtmasıdır. Prosesi həll edən budur, yoxsa 5-3 insanın nə düşünməsi kiçik 

məsələdir. 

 

*** 


 

Mən  bildirəndə  ki  Bütöv  Azərbaycan  hərəkatı  başlayıb,  deyirlər  ki,  yox,  bu  hərəkat  çox 

çətindir, hələ tezdir, buna zaman lazımdır, ortada hələ heç şey yoxdur. Amma bu düşüncələr 

düzgün deyil. 

 

Hərəkatın   başlanması   nə   deməkdir?   Azərbaycanın   quzeyində   …40-dan   çox   partiya   və 



təqribən 

qədər 



də 

ictimai 


təşkilat 

…Azərbaycanın 

bütövlüyünün 

tərəfdarıdır.[…]Azərbaycanın güneyində də son vaxtlar 50-yədək təşkilat yaranıb. Bunlar həm 

ictimai, həm siyasi,  həm  də  mədəni  təşkilatlardır,  ancaq  hamısı  Azərbaycan idealıyla  yaşayır, 

Azərbaycanın  gələcəyi   haqqında  düşünür   və  onu  müdafiə  edir.   Məsələn,   Azərbaycanın 

güneyində  olan  tələbələr  Tehranda  bəyanat  verdilər.  Bu  bəyanat  bütün  dünyaya  yayıldı, 

Azərbaycanın quzeyində də böyük əks-səda verərək dəstəkləndi. Onu təşkil edənlər Təbriz və 




 

www.turkalevi.com 

Meşkin tələbələriydi. İranda onlarca Azərbaycan  türkü həbs edilir və Azərbaycanın quzeyində 

də  onların  müdafiəsinə  səslər  ucalır.  Bir  sıra məsələlərlə  bağlı  İranın  Azərbaycandakı  səfirliyi 

qarşısında piketlər də keçirilir. 

 

Başqa  tərəfdən,  dünyanın  müxtəlif  yerlərinə  səpələnmiş  Güneydən  və  Quzeydən  olan 



soydaşlarımız   Amerikada,   Avropada   və   yaşadıqları   digər   yerlərdə   səslərini   ucaldır   və 

Vətənimizə azadlıq istəyir. 

 

Bunlar  hələ  imkansızlıq  şəraitində  edilir.  Onların  böyük  maddi  imkanları,  xüsusi  televiziya 



kanalları  və  radioları  olsaydı,  əlbəttə,  dəfələrlə  artıq  iş  görə  bilərdilər.  Hələlik  imkan  tapan 

kimi  qəzet  buraxırlar.  Deməli,  Bütöv  Azərbaycan hərəkatı  başlayıb  və  bu  ideyanın  daşıyıcıları 

artıq on milyonlarcadır. […] Deməli, birinci mərhələ - fikir birliyi yaranıb. 

 

*** 



 

İkinci mərhələ - dildə birlik də artıq mövcuddur. […] Son vaxtlar, gördüyünüz kimi, dildə birlik 

uğrunda  da  ciddi  iş  gedir.  Azərbaycanın  güneyindəki  milyonlarca  yurddaşımız  istəyir  ki, 

İranda  türk  dili  dövlət  dili  olsun.  Demək,  dil  uğrunda  da  mübarizə  gedir.  Bu  dildə  biz  eyni 

zamanda   Təbrizin   radio   verilişlərinə   də   asanlıqla   qulaq   asırıq,   baxmayaraq   ki,   Tehran 

rejiminin xüsusi tapşırığıyla Təbriz televiziya və radiosunun dili  əyilir, saxtalaşdırılır  - çalışırlar 

ki,  bu  cür  qüsurlu  danışıqla  əhalinin  beynində  fars  dilinin,  fars  sözlərinin  təsiri  yox  olmasın. 

Ancaq Güney əhli Quzeydə işlənən və artıq ədəbi dil kimi formalaşmış dili inadla öyrənir... 

 

[…]  Bu  ədəbi  dilin  yaranmasında  Həsənoğlunun, Nəsiminin,  Füzulinin,  Şah İsmayıl Xətayinin, 



M.P.Vaqifin,  M.F.Axundzadənin,  A.A.Bakıxanovun,  H.B.Zərdabinin  misilsiz  əməyi  olub.  XX 

əsrin  başlanğıcındasa  o,  C.Məmmədquluzadənin,  Ə.B.Haqverdiyevin,  Ü.Hacıbəylinin, 

C.Cabbarlının, S.Vurğunun, Şəhriyarın...  əsərləriylə daha da cilalandı, ərəb-fars tərkiblərindən 

təmizləndi.  İndi  bu  dili  Bütöv  Azərbaycanda  çox  həvəslə  öyrənir  və  çox  gözəl  bilirlər.  Buna 

görə dildə də birlik yaranmaqdadır. 

 

*** 



 

Qalır [üçüncü mərhələ olan] işdə birlik. […] İndi həmin mərhələnin astanasındayıq. 

 

[…]Güney  Azərbaycan  Türk  Cümhuriyyəti  yaratmaq  şüarı  da  meydana  atılıb.  Hətta  onun 



Konstitusiyası  da  yazılıb  və  qəzetlərdə  çap  edilib;  indisə  Bütöv  Azərbaycanın  Konstitusiyası 

yazılır. 

 

*** 


 

…Onu  (birləşmə  uğrunda  hərəkatı)  tənzimləmək,  təşkilatlandırmaq  lazımdır.  Elə  bir  təşkilat 

qurmaq  gərəkdir ki,  bu hərəkatı  idarə edə bilsin. Təşkilat məsələlərində zəif olduğumuza,  bu 

işlərə meylli olmadığımıza, aramızda ixtilafların çox olduğuna görə hərəkat bizi qabaqlayacaq; 

bu,   qorxulu   hazırlıqsızlıqdır.   Hərəkat   baş   verəcək   və   idarəsi   qalacaq   hələ   yetişməmiş 

təşkilatların   əlində.   Bütöv   Azərbaycan   hərəkatını   bütövləşmiş   Azərbaycan   təşkilatı   idarə 

etməlidir. Ona görə bu hissə çox məsuliyyətli və ağrılıdır. 

 

*** 




 

www.turkalevi.com 

Doğrudur, dediyimiz kimi, təşkilatlar artıq var, ancaq onlar hələ mərkəzləşməyib və fürsətdən 

istifadə  edib  deyə  bilərəm  ki,  bizim  özümüz  üç  gün  bundan  qabaq  (20  dekabr  1997-də  - 

tərtib.) Bütöv Azərbaycan Birliyini yaratdıq və mən onun sədri seçildim. 

 

*** 


 

BAB-da  Azərbaycanın  güneyindən  də,  quzeyindən  də  olan  bəylər  və  xanımlar  iştirak  edirlər. 

[…]  Avropada  və  başqa  yerlərdə,  lap  Tehranda  olan  qardaşlarımız  da  bu  xəbəri  eşidəndən 

sonra  çox  sevindilər  ki,  artıq  pərakəndə  təşkilatları  ümumiləşdirəcək  Bütöv Azərbaycan  Birliyi 

yaradılır...  […]  …Biz  onu  birləşdirici  bir  orqan  kimi  yaratmışıq  və  çalışacağıq  ki,  gələcəkdə 

böyük, güclü siyasi qüvvəyə çevirək. 

 

*** 


 

Bunun  (bütövləşmənin)  necə  baş  verəcəyini  qabaqcadan  demək  mümkün  deyil.  Burada  bir 

neçə  yol,  üsul  var.  Bizim  fikrimizcə,  Azərbaycan  xalqının  azadlıq  əzmini  səfərbər  etmək,  bir 

məcraya  yönəltmək mümkün  olardısa  ən yaxşı yol  budur ki, Quzeydəki dövlətimiz  güclənsin, 

müstəqilliyi  dönməz olsun,  getmiş torpaqları  geri qaytarılsın.  Bu iş bir yandan, Güneydə milli 

azadlıq hərəkatının genişlənməsi və bir dövlətin də yaranması başqa yandan getsin. Sonra bu 

iki  tərəf  arasında  birləşmənin  yolları  müəyyənləşdirilsin  ki,  bu  iş  böyük  çaxnaşmalarla  baş 

verməsin.  İndiki  ziyalılar,  siyasətçilər,  politoloqlar  daha  çox  bu  ehtimalı  önə  çəkirlər.  Bu,  ən 

düzgün yoldur. 

 

*** 



 

Mənim   ehtimal   etdiyim   ən   düzgün,   sakit   variant   Quzeydəki   dövlətin   möhkəmlənməsi, 

güclənməsi,  Güneydə  yeni  dövlətin  yaranması  və  sonradan  bunların  arasında  danışıqlar 

aparılıb birləşdirilməsidir. 

 

*** 


 

200-300 ildir bizi hərtərəfli xəncərləyirlər və biz bu yaraları sağaltmalıyıq. Sağaltmağınsa bircə 

yolu  var  -  rus  imperiyasından  qurtulmaq.  Sonra  da  fars  şovinizmindən  xilas  olmaq.  Bunları 

edəndə  bütövləşmə  məsələsini  yoluna  qoyarıq.  Bu  mübarizə  davam  edəcək,  çünki  tarixin 

hökmüdür. 

 

*** 



 

Azərbaycanın  birləşməsi  fikri  Azərbaycanda  əvvəldən  də  olub,  bu  məqsəd  uğrunda  mübarizə 

aparılıb. Biz də bu mübarizəni davam etdiririk. 

 

*** 



 

Mərhum Seyid  Cəfər  Pişəvəri  Mircəfər  Bağırova  deyib  ki,  gəl  bu məsələni Azərbaycan  KP-nin 

bürosunda  qoyaq  və  Azərbaycanı  birləşdirək.  Belə  də  ediblər  -  Azərbaycanda  KP  MK  bürosu 

çağırılıb   və   Azərbaycanın   birləşdirilməsi   haqqında   qərar   qəbul   edilib.   […]   1946-da   - 

müharibədən sonra. Sov.İKP MK Siyasi Bürosundan xahiş edilib ki, bu məsələ haqqında o da 

qərar  qəbul  etsin.  Mircəfər  Bağırov  bu  sənədi  Stalinin  yanına  aparıb.  Stalin  onun  məsələyə 

Siyasi Büroda baxılmaq arzusunu eşidəndə cavab verib: "Büro mənəm. Bu haqda heç söhbət 

də ola bilməz!". Sənədi məhv edib. Bağırov bunu olduğu kimi Pişəvəriyə danışıb. 




 

www.turkalevi.com 

*** 


 

Doqquzuncu  sinifdəykən  tarix  müəlliminə  sual  verdim  ki,  Azərbaycanın  parçalanmasının 

səbəbi  nədir?  Bir  az  izah  etdi.  Sonra  bayıra  çağırıb  dedi  ki,  belə  suallar  verib  məni  xataya 

salma... 

 

*** 


 

Onuncu sinifdə yataqxanada qalanda bu mübahisələr bir  az  da genişləndi. İnqilabdan az-çox 

bilirdik,  Pişəvərini  də  tanıyırdıq.  Ordubadda  bu  məsələdən  xəbərdar  çoxlu  adam  vardı. 

Buradakı  mühit  Cənubu  tez-tez  yada  salırdı.  İkinci  kursda  olanda  məndə  bu  maraq  daha  da 

gücləndi.  Məhz  bu  kursdan  artıq  beynimdə  Azərbaycanın  birləşməsi  ideya,  məfkurə  kimi 

yerləşdi. 

 

*** 


 

1989-da  sərhədləri,  bu  dəmir  pərdəni  dağıdandan  sonra  istədik  hərəkatı  gücləndirək  və 

Güneyi  də  qaldıraq.  Bu  həyəcanlar  Təbrizdə  də  vardı,  başqa  şəhərlərdə  də;  onu  gücləndirib 

ümumxalq  üsyanına  çevirmək   olardı,  amma  sonra  bu  üsyanı  idarə  etməyin  çox   çətin 

olduğunu düşünərək dərinə getmədik. 

 

*** 



 

Azərbaycan  Xalq  hərəkatı  hələ  yarımçıqdır.  Mən  Səttar  xan  hərəkatını  da  yarımçıq  sayıram, 

ona  görə  ki,  Bütöv  Azərbaycanı  əhatə  etmirdi.  Bizim  hərəkatımız  milli  azadlıq  səviyyəsinə 

çatmırdı,  xalq  azadlıq  mübarizəsiydi.  O,  bütövlükdə  Azərbaycanı  əhatə  etsəydi  onda  milli 

azadlıq  hərəkatı  sayıla  bilərdi.  Ancaq  Azərbaycan  Xalq  hərəkatı  hələ  davam  edir;  o,  dinamik 

şəkildə  inkişaf  edib  milli  azadlıq  hərəkatına  çevriləcəkdir.  Məsələ  ondan  sonra  bitmiş  hesab 

olunacaq. Bu yol çox uzun və şərəfli yoldur, hələ xeyli davam edəcək. 

 

*** 



 

Heydər  Əliyev  son  vaxtlar  Tehrana  gedəndə  ona  sual  verdilər  ki,  sizdə  Güney  Azərbaycan 

problemi  varmı?  O  dedi  ki,  bizdə  belə  problem  yoxdur  və  bu  haqda  heç  düşünmürük  də. 

Deməli,  problemdən  tamamilə  qaçdı.  Amma  mənsə  prezident  olanda  demişdim  ki,  bəli,  belə 

problemimiz var və biz Azərbaycanın güneyindəki xalqımızı azad görmək istəyirik; biz xalqımız 

bütövlükdə azad olanda özümüzü azad sayacağıq. 

 

*** 


 

Mərakeşdən  başlamış  İraqadək,  Şimali  Afrikadan  belə  ərəb  milləti,  ərəb  dövlətləri  olduğu 

kimi,  Ağ  dənizdən  başlamış  Sakit  okeanadək,  Uzaq  Şərqə  qədər  hamısı  türk  torpaqlarıdır, 

böyük  türk  millətidir.  Sayını  250  milyon  da  deyirlər,  270  milyon  da.  Mən  də  bu  millətin 

övladıyam.  Onların  arasında  biz  birinci  olaraq  Azərbaycanı  vəziyyətdən  çıxarmalıyıq,  çünki 

Azərbaycan  -  yaşadığımız  bu  torpaq  ağır  durumdadır,  erməni  işğalı  altındadır.  Xalqımızın  bir 

hissəsi  Rusiyaya  gedib,  bir  hissəsi  Gürcüstana  qaçıb.  Böyük,  əsas  hissəsi  fars  rejiminin,  fars 

şovinizminin, Tehran rejiminin hakimiyyəti və işğalı altındadır. 

 

Axı nə üçün 40 milyonluq Azərbaycan türkü param-parça olsun? Niyə birləşməsin? Niyə onun 



vahid dövləti olmasın? 


 

www.turkalevi.com 

*** 


 

Millətimizin ən böyük tarixi faciəsi onun iki (əslində bir neçə) yerə parçalanmasıdır. 

 

*** 


 

Türk  birliyinin  ilkin  yolu  Azərbaycanın  birliyindən  keçir  -  türk  birliyinə  yetişməkçün  öncə 

Azərbaycanın birliyinə nail olmaq lazımdır. 

 

*** 



 

Azərbaycan hələ özünü tam formalaşdırmayıb, birləşdirməyib, bütövləşdirməyib. 

 

*** 


 

Bütün  paniranistlər  anlayırlar  ki,  Azərbaycan  xalqının  azadlıq  mübarizəsi  başlayıb  və  o, 

qarşısıalınmazdır. 

 

*** 



 

Hamını  qurtuluşçu  yoluna  çağırıram.  Quzeydə  erməni  işğalçılarını  rədd  eləmək,  Dərbəndi 

almaq,  güneydə  fars  şovinizmini,  İran  rejimini  rədd  etmək,  Azərbaycanın  müstəqilliyinə  nail 

olmaq və Azərbaycanı birləşdirmək - bu ideya qalib gələcək! Bu, gec də ola bilər, tez də. 

 

*** 


 

Məncə,  Azərbaycanın  bütövləşməsi  tarixi  o  qədər  də  yaxın  deyil.  Güney  Azərbaycanın 

müstəqillik, yaxud yarımmüstəqillik əldə etməsi qarşıdakı ən azı 3-4 ilin hadisəsidir. Bu, 2001- 

2002-ci  ilədək  çəkə  bilər  -  bir  il  irəli,  yaxud  geri  ola  bilər.  Bütövləşməsə,  ola  bilsin, 

uzunmüddətli prosesə çevrilsin. 

 

*** 



 

Azadlığı  əldə  etməninsə  çox  üsulları  var.  Azərbaycanın  güneyindən  olan  siyasətçilərdən  biri 

belə yazmışdı ki, slovaklar çexlərdən ayrıldılar - Çexoslovakiya iki dövlətə ağrısız bölündü. Bu, 

ayrılmanın   ən   demokratik   və   sivil   formasıdır.   Əlbəttə,   bu   formanı   Tehran   rejimindən 

gözləmək mümkün deyil. 

 

Başqa  yol  da  mümkündür  -  Güneydəki  həmvətənlərimiz  Tehrana  təzyiq  etməklə  Avropada 



olan  muxtariyyət  tipli,  yaxud  Hindistanın  ştatları  kimi  dövlət  qazana  bilər.  Hind  ştatlarında 

müəyyən  idarəçilik  orqanları  müstəqildir;  bu  ştatların  öz  pulu  var,  daxili  idarəçilik  də  tam 

sərbəstdir… və s. Güneydə bu forma da mümkündür. Sonra gələcəkdə obiri addım atıla bilər. 

 

Üçüncü yol  odur ki, xalq birbaşa ayağa qalxır və öz  azadlığına sahib  olur. Mənim buna daha 



çox  umudum  var,  çünki  Tehranın  islahatlar  yoluyla  xalqların  azadlığını  təmin  edəcəyinə 

inanmıram  -  bu  xətt  daha  çox  avropalıların  şüuruna  yaxındır;  baxmayaraq  ki,  İngiltərə 

şotlandların  müstəqil  məclisinin  olmasına  hələ  indi  icazə  verib.  Bəlkə  də  haçansa  İranda  da 

daxili  nisbi  sərbəstliyi  olan  idarəçilik  sistemi  yarana  bilər  (belə  olsa  bir  addım  irəli  gedərik), 

amma  mən  buna  inanmıram.  Bəli,  mənim  fikrimcə,  ən  yaxşı  və  doğru  bircə  yol  var  ki, 

Azərbaycan xalqı öz azadlığı uğrunda qəti və sərt mübarizəyə qalxıb istəyini əldə etsin. 




 

www.turkalevi.com 

*** 


 

Əsas  odur  ki,  müstəqil  dövlət  olandan sonra  azad  ruhun  varlığı,  bundan  sonrasa  onun  ifadə 

edilməsi   həll   olunmuş   olsun.   Sonra   qalır   məsələnin   texniki   tərəfləri   (iqtisadi   sistem, 

mülkiyyətə münasibət və s.). Məsələn, Güneydə xüsusi mülkiyyətdir. İslahatlar yaxşı aparılsa 

Quzeydə  də  xüsusi  mülkiyyət  əsaslı  bərqərar  olar.  Bu,  münasibətlərin  doğmalaşmasının 

onlarca  şərtindən  biridir.  Başqa  şərtlər  də  var.  Məsələn,  birləşmiş  dövlətin  konstitusiyaca 

quruluşu  necə  olsun?  Onun  paytaxtı  hansı  şəhərdə  yerləşsin?  Bunlar  məsələnin  texniki 

tərəfidir. 

 

*** 


 

Bu,  pulla  həll  olunası  məsələ  deyil.  […]  Bizim  birləşməyimizçün  İran,  məsələn,  desə  ki  10 

milyard verin, biz neftimizin hamısını satıb ona verərik - özümüz ac qalarıq, amma o azadlığı 

alarıq.  Sözsüz  ki,  farslar  heç  vaxt  pul  istəməzlər,  ancaq  kaş  istəsinlər,  təki  insan  qanı 

tökülməsin.  Azadlıqsa  elə  şeydir  ki,  onu  verməyəndə  xalq  mübarizəyə  qalxır  və  bu  yolda 

qanını tökür. 

 

*** 


 

Şəksiz, bizim quracağımız dövlət demokratik və dünyəvi olacaq. 

 

*** 


 

Bu gün Bütöv Azərbaycan hərəkatı ictimai-siyasi hərəkatdır. 

 

*** 


 

Bu hərəkat gələcəkdə böyük milli hərəkata çevrilməlidir. Azərbaycan xalqı birləşmək istəyirsə 

bu, onun öz işidir. 

 

*** 



 

Bizdə  Xalq  hərəkatı  başlandı,  sonra  Yanvar  hadisələri  oldu.  Bütün  dünya  dedi  ki,  Qorbaçov 

Bakıya  ordu  yeritməkdə  düz  edir  və  bu,  SSRİ-nin  daxili  işidir  -  orada  fundamentlistlər, 

millətçilər var və onlar ölkəni parçalamaq istəyirdilər; bu, yolverilməzdir. Üstündən çox yox, il 

yarım   keçdi,   biz   müstəqil   olduq   və   bizi   Yanvarda   ittiham   edən   dövlətlərin   hamısı 

müstəqilliyimizi  tanıdı.  Yeni  müstəqil  dövlətləri  də  bütün  dünya  tanıdı.  Beynəlxalq 

münasibətlərin  qaydası  belədir  -  hamı  gerçəkliklə  hesablaşır.  Başqa  cür  olsaydı  nə  SSRİ,  nə 

də  Yuqoslaviya  dağılardı.  İrana  münasibət  də  belədir.  Sabah  Azərbaycan  xalqı  azadlığını 

qazananda  ABŞ  ona  heç  nə  deyə  bilməz  və  deməz;  BMT-nin  xalqların  öz  müqəddəratını 

təyinetmə prinsipi var. Hətta siyasi üsyanlar baş versə belə o, tanınmalı, müdafiə edilməlidir. 

 

*** 


 

Azərbaycanın  güneyi  ilə  quzeyi  arasında  əlaqənin  möhkəmlənməsi  üçün  hər  iki  tərəfin  latın 

qrafikalı Azərbaycan əlifbasına keçməsi əsas şərtlərdən biridir. 

 

*** 




 

www.turkalevi.com 

…Rus  imperiyasının  dövlət  maşınının,  mexanizminin  müəyyən  hissəsi  ermənilərin  əlindədir. 

Biz  bunu  heç  zaman  yaddan  çıxarmamalıyıq.  Bu  həm  Cənubi  Azərbaycan  üçün  təhlükəlidir, 

həm də Şimali; ona görə də bu məsələdə ehtiyatlı və ağıllı hərəkət etmək lazımdır. 

 

*** 


 

Azərbaycan  Xalq  Cəbhəsinin  birinci  Proqramı  yazılanda  mənim  təkidimlə  oraya  belə  bir  bənd 

salınmışdı  ki,  Azərbaycan  Xalq  Cəbhəsi  Azərbaycanın  quzeyinin  müstəqilliyinin  və  gələcəkdə 

vahid   Azərbaycan  dövləti   yaranmasının  uğrunda   mübarizə  aparacaq.  Bəli,   bu,  AXC-nin 

Proqramındadır.  Sonradan  belə  bir  maddə  Müsavat  Partiyasının  da  Proqramına  salındı. 

Azərbaycanın quzeyində olan bir sıra partiyaların proqramlarında bu, öz əksini tapıb. 

 

*** 


 

Bu  ictimai-siyasi  hərəkatın  (Bütöv  Azərbaycan  hərəkatının  -  tərtib.)  yaranmasında  da  yenə 

türklüyün  peyğəmbərlərindən  olan  İsmayıl  bəy  Qaspıralı`nın  fikrini  əsas  götürürük:  dildə 

birlik,  fikirdə  birlik,  işdə  birlik.  Öncə  dildə  birlik  olmalıdır,  yəni  elə  etməliyik  ki,  Təbrizdə, 

Mərənddə,  Ərdəbildə  -  hər  yerdə  dinimiz  bir  olduğu  kimi  ədəbi  dilimiz  də  bütövləşsin, 

formalaşsın, bir ədəbi dilimiz yaransın (bu, artıq yaranmaqdadır). 

 

Fikirdə  birlik  hərəkatı  da  başlayıb.  Soruşsanız,  soydaşlarımızın  hamısı  deyər  ki,  bəli,  biz 



Vətənimizin   birliyinin   tərəfindəyik.   Deməli,   Azərbaycanın   bütövlüyü   üçün   fikir   birliyi   də 

yaranıb. İndi başlıca məsələ işdə birlik yaratmaqdır. 

 

Biz Bütöv Azərbaycan Birliyini fikirdə birliyi inkişaf etdirmək və işdə birliyi yaratmaqçün ortaya 



qoyduq. 

 

*** 



 

O  böyük  vətənpərvərlərimizin,  o  böyük  millətçilərimizin  amalını  həyata  keçirməkçün  bu 

təşkilatı yaratmışıq. 

 

*** 



 

Mən Kələkidə olanda yanıma Təbrizdən,  Mərənddən, Ərdəbildən, Urmiyadan...  çoxlu insanlar 

gəlirdi.   Oralarda   yaşayanların   adlarını   çəkmək   istəmirəm,   çünki   həbs   edərlər.   Ancaq 

Güneydən  kənarda  olanlardan Çingiz  Göytürk  bu təşkilatın yaradılmasını  təklif  edənlərdəndir. 

Sonra  Əjdər  Tağızadə,  Eldar  Qaradağlı  və  başqaları  da  bu  hərəkatın  yaranmasının  tərəfdarı 

olublar.  Mən,  Çingiz  bəy,  Əjdər  bəy,  Eldar  bəy  -  güneyli-quzeyli  hamımız  yığışıb  bu  hərəkatı 

yaratmışıq. 

 

*** 



 

Tehran rejimi BAB-dan bərk qorxur və bu rejim bizim fəalların adlarını salıb siyahısına, onları 

bəlkə də haçansa Vətən xaini, rejimin, farsın düşməni elan edəcək. Bizsə deyirik ki, biz farsın 

düşməni  deyilik,  biz  Tehran  rejiminin  düşməniyik.  Tehran  rejimi  xalqımıza  düşmənçilik  edən 

irticaçı  bir  rejimdir.  Biz  onun  dəyişdirilməsinin  tərəfindəyik.  Biz  fars  millətinə  yox,  fars 

şovinizminə, irançılığa qarşıyıq. 




 

www.turkalevi.com 

Fars şovinizmi türk millətinin hüquqlarını zaman-zaman tapdalayıb. O, Tehran rejiminin əlində 

bir alətə çevrilib. Biz hər bir xalqın, o sıradan Azərbaycan türklərinin də öz milli müqəddəratını 

öz torpağında həll etməyin tərəfindəyik və bunun uğrunda mübarizə aparırıq. 

 

*** 


 

…Azərbaycanın güneyində yeni bayraq yaranmayacaq - oraya bu bayraq gedəcək. 

 

*** 


 

…SSRİ, Yuqoslaviya necə dağıldısa İran da eləcə parçalanacaq . 

 

*** 


 

…Dünyanın  bir  çox  dövlətləri  də  bu  fikrə  qoşulublar  ki,  İranda  cinayətkar  rejim  hökm  sürür. 

[…]  Xalqlara  azadlıq  verilmir,  ölkədə  hərbi-polis  diktaturası  hökm  sürür,  vicdan  azadlığı,  söz 

azadlığı yoxdur - kim müxalif söz desə onu asır, qətlə yetirirlər. Dinimizin hökmünə görə, qız 

uşağı dar ağacından asılmaz. Ancaq İran nə edir - hökumətin əleyhinə danışdığına görə gecə 

onu  zorla  ərə  verərək  qızlığını  alıb  ertəsi  gün  asırlar!  Bundan  böyük  cinayət  ola  bilərmi?! 

Yaxud  cinayət  etmiş  hər  hansı  adamın  boğazına  məftil  keçirib  krandan  asır  və  onu  şəhərin 

küçələrində beləcə gəzdirirlər! Bu cür vəhşilik nə Qur'anda var, nə dində, nə də imanda. Belə 

allahsız rejim yaşaya bilməz! 

 

*** 



 

…Bir ali ruhani minbərə çıxaraq deyir ki, cənnətdə fars dilində danışacaqlar, siz də gərək fars 

dilini öyrənəsiniz. Xalqın ağsaqqalı, ruhanisi sayılan bu adam xəstədir. Belə adamlarla dövlət, 

ölkə hara gedəcək? […] Belə rəhbərləri olan dövlət həmişə çökür. 

 

*** 


 

Mən özüm də qurtuluşçuyam! 

 

*** 


 

Mən  demişəm  ki,  Təbriz  azad  olunmayınca  ora  getməyəcəm…  Mən  Təbrizi  azad  görmək 

istəyirəm. 

 

*** 



 

Həm mədəni, ideoloji və siyasi mübarizə aparan, həm də qurtuluşçu olan insanlar var. Ancaq 

elə  insanlar  da  var  ki,  bu  mübarizəni  aparsalar  da  qurtuluşçu  deyillər.  Mən  bunların  heç 

birindən imtina etmirəm. 

 

*** 


 

Bu gün doktor Mahmudəli Çöhrəqanlı`yla mən bu yolda addımlayırıq. İnşallah, düşünürəm ki, 

yaxın   bir   ilin   içərisində   Təbrizdə,   Tehranda,   Mərənddə   onlarca,   yüzlərcə   əbülfəzlər, 

çöhrəqanlılar, zəhtabilər yetişəcək və birlikdə bu məsələni həll edəcəklər. 

 

*** 



 

www.turkalevi.com 

10 

Mən  bu  dəfə  Təbrizdən  inqilab  gözləmirəm.  Təbrizdə  inqilab  olsa  da  bu,  əvvəlkilər  kimi 

olmayacaq. Bizimki kimi, yəni Azərbaycanın quzeyindəki kimi olacaq. 

 

*** 



 

İnşallah,  budəfəki  inqilab  milli  inqilab  olacaq,  milli  öz  müqəddəratını  təyinetmə  hərəkatı 

olacaq. Və mənə elə gəlir ki, o dərəcədə böyük qanla baş verməyəcək. 

 

*** 



 

Xalq öz Vətəninə sahib olacaq və o Vətən batmayacaqdır. Bunun başqa yolu yoxdur! 

 

*** 


 

Siz  «Dədə  Qorqud»u  yaxşı  bilirsiniz;  orada  deyilir  ki,  övladın  olmursa  eli  yığ,  topla,  toy  et, 

yığıncaq  et,  hamı  Tanrıya  dua  etsin  ki,  bəlkə  bir  ağzıdualının  sözünü  Tanrı  eşidərək  sənə 

oğul,  qız  verə. Əgər  biz  birlikdə  xalqımızın  birləşməsinə  dua  edəcəyiksə  Tanrı  səsimizi  eşidib 

onu bizə verəcək. Mən buna tam əminəm. 

 

*** 



 

Bir şer var. İstəyirəm ki, o, bizdə el şerinə çevrilsin: 

 

Orda bir Yol var uzaqda;  



O Yol bizim yolumuzdur! 

Dönməsək də, varmasaq da 

O Yol bizim yolumuzdur! 

 

 



 

Allah o yolu gedən insanlara yar olsun! 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə