Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   6   7   8   9   10   11   12   13   ...   61

təbiət  bir-biriylə  hətta  eyniyyət  təĢkil  edir.  Tarix  elminin  vəzifəsi  bu  ikincini  yaranıĢdan 
bügunədək öyrənməkdir, əsl tarix də budur. Ġnsan cəmiyyətinin təbiətin ayrılmaz bir hissəsi 
olduğunu  əsas  götürən  L.Qumilyov  tədqiqatlarında  bu  prinsipə  üstünlük  vermiĢdir.  Ġctimai 
elmlər  sırasında  sayılan  tarix  elmi  dəqiq  maddi  sübutlara,  məlumatlara  (arxeologiya, 
etnoqrafiya, etnologiya) və dəqiq zaman ölçülərinə və məkana dayandığı üçün dəqiq elmlər 
sırasına da daxil ola bilir. 
Bizim  düĢüncəmizə  görə,  BĠLGĠ  (ELM)  çözələĢən  və  çulğaĢan,  çözələnən  və  çulğanan, 
çözələyən  və  çülğayan  daim  diri  bir  titrəyiĢ,  tərpəniĢ  və  yürüĢdür.  Bu  böyük  Bilgidə  tarix 
elminin yeri əvəzsiz və ölçülməzdir. 
Alman tarixçi-filosofu K.Yaspers yazır: 
"Ġndiki zamanda nəyin baĢ verdiyini dərk etmək üçün 
yalnız və yalnız bütövlükdə bəĢər tarixi geniĢ ölçü (masĢtab) verə bilər"

Tarixçilərin  Bilgi,  Millət,  BəĢər  və  Ġnsan  qarĢısında  necə  ağır,  məsuliyyətli  və  Ģərəfli  bir 
vəzifəni daĢıdığı göz qabağındadır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
TÜRK DĠLĠ VƏ RUS ĠMPERĠYA SĠYASƏTĠ 
 
Türkün dili tək sevgili, ehsaslı dil olmaz!
 
M.H.ġəhriyar 
Dahi Ġsmayıl bəy Qaspıralının (1851-1914) zamanın sınağından çıxmıĢ 
"Dildə, fikirdə və iĢdə 
birlik"
  çağırıĢının  dərin  və  ölməz  mənasını  bu  gün  biz  türklər  daha  yaxından  anlamağa 
baĢlamıĢıq.  Anlamağa  baĢladıq  ki,  dilbir  olmayan  millət  tarixdə  yüksələ  bilməz,  əksinə, 
zaman-zaman  birliyini  itirib  dağılar,  baĢqa  millətlərin  Ģikarına,  sonra  da  quluna,  köləsinə 
çevrilər. Rusiya imperiyasının türkə qarĢı yüzillərlə yeritdiyi barbar və qanlı siyasəti cikindən-
bikinədək bilən Ġsmayıl bəy gözəl baĢa düĢürdu ki, Rusiya türk torpaqlarını tikə-tikə, loxma-
loxma udaraq hər tikəyə və o tikədə yaĢayan türkə, onun dilinə ayrı-ayrı ad qoymuĢ, "ayır-
buyur"  siyasətini  həm  barbar[lıqla],  həm  də  ustacasına  yerinə  yetirməklə  imperiyaların  ən 
murdar  klassik  nümunəsinə  çevrilmiĢdir.  Ġsmayıl  bəy  sanki  millətinə  səslənmiĢdir: 
ey  türk, 
ayıl, tərpən, özünə gəl və bil ki, dildə birliyin olmasa fikirdə birliyin olmayacaq, fikirdə birliyin 
olmasa iĢdə birliyin olmayacaq və məhv olacaqsan!
 
Deməli, türkün taleyi kökdən onun dilinə və dil birliyinə bağlıdır. Bəli, budur bütün türklərin 
həyat talelərinin məhvəri! Bunu, bütün zamanlar olmasa da, türkün bir sıra hakim və alimləri 
görmüĢ  və  bilmiĢ,  bunu  türkün  ən  qəddar  düĢməni  rus  imperiyası  da  görmüĢ,  türkün  dil 
birliyini pozmaq üçün hər cür siyasi, ideoloji, inzibati fırıldaqlar, təxribatlar, qətllər törətmiĢdir. 
Elə  bu sonuncunun  nəticələrindən  biri də Azərbaycan  türklərini 
"azərbaycanlı"
,  onların  dilini 
də 
"Azərbaycan  dili"
  adlandırmaq  olub  və  XX  yüzildə  dilimizin  və  xalqımızın  adı  beĢ  dəfə 
dəyiĢilib: 1) 
tatar dili - tatar;
 2) 
türk dili - türk
 (1918-1938); 3) 
Azərbaycan dili - azərbaycanlı
 
(1938-1992); 4) 
türk dili - türk
 (1992-1995); 5) 
Azərbaycan dili - azərbaycanlı
 (1995-ci ildən 
bugünədək). 
Sözsüz  ki,  hər  bir  dil[in  adı]  onda  danıĢan  xalqın  adı  ilə  bağlıdır.  Türkün  tarixi  o  qədər 
qədimdir ki, hələlik tarix elmi onun hansı tarixdən baĢlandığını tapa bilməyib. Belə bir müdrik 
elmi fikir vardır: coğrafiyada Yer kürəsinin qütblərinin haradan baĢlandığı bəlli olmadığı kimi, 
tarixdə də türkün tarixinin baĢlanğıcı və türkün ilk məskəni hələ bəlli deyil. 
Burada  balaca  bir  haĢiyə  çıxmağa  məcburuq;  belə  ki,  əsl  tarixin  haradan  baĢladığı  tam 
dəqiqləĢməyibdir.  Bu  haqda  çoxlu  ayrı-ayrı  fikirlər  vardır.  Biz  onlardan  bəzilərini  göstərib 
sonra öz düĢündüyümüzü qısaca qeyd edirik: XIX yüzildə Avropada xristiansevərlikdən belə 
bir  ümumi  fikir  yaranmıĢ  və  hakim  kəsilmiĢdi  ki,  tarix  Ġsa  peyğəmbərin  doğulduğu  gündən 
baĢlayır, o vaxta qədərki dövr əsl tarix deyil, ona hazırlıq idi. 
Sonralar  belə  bir  fikir  ortaya  çıxdı  ki,  tarix  mədəniyyətdən  baĢlayır,  daha  doğrusu,  çağdaĢ 
Avropa  mədəniyyətinin  özülü  harada  və  nə  vaxt  yaranıbsa  tarix  də  oradan  və  ovaxtdan 
baĢlayır. Alimlər, araĢdırıcılar, avropamərkəzçilər məskən kimi Yunanıstanı və orada yaranmıĢ 
antik elm və mədəniyyəti tarixin ilkini saymağa baĢladılar və bununla həmiĢə sübut etməyə 
çalıĢdılar  ki,  yalnız  avropalılar  mədəniyyət  yaratdıqları  üçün  onlar  mədənidirlər,  dünyanın 
qalan hissəsini onlar mədəniləĢdirə bilərlər, onları Avropa mədəniyyətinə qovuĢdura bilərlər, 
bunun üçün də dünyanın qalan hissələrini nəinki iĢğal etməlidirlər, hətta bu, onların Allah və 
insanlıq qarĢısında müqəddəs vəzifələridir. Məsələ çox aydın idi - tarix elmini iĢğalçılığın, qətl-
qarətin, hegemonluğun alətinə, quluna çevirmək. 
Daha sonra fransızlar Fransada ġel, AĢöl və Mustyö mağaralarını kəĢf etdilər. ġelin tarixi 400 
min ilə gedib dayandı və onu 
ġel mədəniyyəti
, ondan sonrakıları tarix ardıcıllğına görə 
AĢöl 


mədəniyyəti
 və 
Mustyö mədəniyyəti
 adlandırdılar. Bununla bildirdilər ki, Fransa dünyanın ən 
qədim mədəniyyət ölkəsidir və tarix Fransadan baĢlayır. Əgər bu baxıĢla yanaĢsaq yuxarıda 
sadalanan  mədəniyyətlərin  hər  birini  özünün  müxtəlif  təbəqələrində  əks  etdirən,  onlardan 
daha  qədim  eksponatları  olan  Azərbaycandakı  Azıx  mağarası 
Azıx  mədəniyyəti
 
adlandırılmalıdır və buna dayanıb 
"tarix Azərbaycandan baĢlayır!"
 demək olar. 
Məsələ  burada  deyil.  TanınmıĢ  alimlərdən  Zenon  Kasidovski  Tövrat  və  Ġncilə  dayanaraq 
onlardakı bir sıra mətnləri tarix elmində olan bir sıra məlumatlarla tutuĢdurub tarixdə dinlərin 
qədimliyini və onların yönvericiliyini qabağa çəkdi. Hələ bundan qabaq Yaspers sübut etməyə 
çalıĢırdı  ki,  eradan  qabaq  VIII-V  yüzillərdə  -  dinlərin  mifə  qalib  gəldikləri  dövrdən  əsl  tarixi 
dövr baĢladı. 
Ġkiçayarası  (Dəclə  və  Fərat)  mədəniyyəti  alimləri  çoxdan  özünə  çəkirdi.  Bu  sahədə  geniĢ 
araĢdırmalar  aparan  və  çoxlu  gil  lövhə  yazılarını  oxuyan  S.Kramer  araĢdırmanın  sonucunda 
belə bir fikrə gəldi ki
"tarix ġumerdən baĢlayır"
, yəni beĢ min il bundan qabaq. 
Bu  cür bir-birinə  qarĢı olan  ayrı-ayrı  fikirlərdən  çox  sadalamaq  olar. Türk,  ərəb,  yunan,  Çin 
alimlərinin,  filosoflarının  tarixə  aid  ayrı-ayrı  fikirləri  var.  Ancaq  biz  məsələyə  baxıĢı  bu  cür 
açıqlaya bilərik: 
1.
 
Əgər  varlığın  metatafizika  və  fizikadan  ibarət  olduğunu  qəbul  edirsək  onda 
metatafizikanın tarixini bilmək biz insanların bacarığından qırağadır - biz ancaq fizikanı 
dərk etməyə qabil olduğumuzdan
tarix fizikanın yaranmasından baĢlayır.
 
2.
 
Əgər Tanrının varlığını qəbul edirsək yenə də Tanrının tarixini anlaya, təsəvvürə belə 
gətirə bilmədiyimiz üçün yalnız onun yaratdıqlarının tarixini öyrənə bilərik, bu Ģərtlə ki, 
mələklər,  müxtəlif  ruhlar  və  baĢqa  dərkolunmazlar  öyrənmək  obyektinə  çevrilmir, 
yenə də yalnız fizikanın yarandığı gündən tarix baĢlayır. 
3.
 
Daha bir baxıĢ da vardır: YaranıĢın baĢlanğıcı QARANLIQ və ĠġIQdır. Bu, bir neçə yerə 
ayrılır: 
 
a) Qaranlıq və iĢıq birlikdədir, bir-birini tamamlayır. 
 
b) Qaranlıq böyükdür, iĢıq kiçik, qaranlıq iĢığı yaradandır. ĠĢığı ona görə yaratdı ki, qaranlıq 
özü dərk edilsin. 
 
c) ĠĢıq ilkin və əbədidir, yalnız o olmayan məkana qaranlıq gələ bilər. Bütün varlıq iĢıqdan 
törəmiĢ  və  törəyir.  ĠĢıq  xeyrin,  ədalətin,  haqqın  qaynağı,  qaranlıq  Ģərin,  haqsızlığın 
törədicisidir. 
 
ç) ĠĢıq və qaranlıq vəhdətdə və mübarizədədir (əksliklərin vəhdəti və mübarizəsi qanunu). 
 
d) ĠĢıq həm metafizik, həm də fizik varlıqdır. 
4.
 
Varlığın əzəli efirdir=buxardır=buğdur. 
Bütün bu saydıqlarımız dünya xalqlarının, ayrıca olaraq türklərin inancında dövr edən 
yaradıcı 
gücün
 dərkinə yönəlik əsas fikirlərdir. Türk tarixinin fəlsəfəsi ən çox bu məfkurələr dairəsində 
mərkəzləĢmiĢdir.  Ancaq  bir  nöqtəyə  daha  diqqətli  yanaĢmalıyıq:  bütün  dinlərdə 
ilahiyyatĢünaslıq var, ancaq dünya hələ də Tanrını qavramaqda tək bir fikrə gələ bilməmiĢdir. 
Ancaq  Yerin,  GünəĢin  və  GünəĢ  sistemində  olan  planetlərin  hərəkəti,  onların  xassələri,  bizi 
əhatə edən makro və mikromühitlər haqda bəĢər övladı eyni, 
tək bir
 fikrə gəlmiĢdir. Deməli, 
sözün əsl mənasında tarixin baĢlanğıcı iki anın birindən götürülməlidir: əgər metatafizika (ya 
da  dində  Tanrı)  fizikanı  yaratmıĢsa  onda  metatafizikanın  (Tanrının)  yaradıcılığa  baĢladığı 
andan; yox, əgər fizika özü fəallaĢaraq, bir təkanla metafizikadan qoparaq yaranmıĢsa onda 
fizikanın  hərəkətə  baĢlama  anından  tarix  baĢlayır. 
Hər iki anda da tarix fizikanın yaranması
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə