Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   7   8   9   10   11   12   13   14   ...   61

(ya da yaradılması olsun) 
ilə baĢlayır
.
 Bu nöqtədən baĢlayan tarixi öyrənməkdə tarix elmi nə 
etmiĢ, necə etmiĢ və nə etməlidir, onu gələcəkdə nələr gözləyir? 
"Nə  etmiĢ,  necə  etmiĢ"ə  ümumiləĢdirici  bir  qarĢılıq  versək  belə  olar:  tarix  bilgisi  insanlığın 
gəliĢməsində, yüksəliĢində ikincisiz bir rol oynamıĢdır. Tarix yaddaĢı olmadan insan oğlu nə 
edib  nə  edəcəyini,  haradan  gəlib  haraya  gedəcəyini  bilməzdi.  Bu  tarix  yaddaĢını  qoruyub 
saxlayan əsas qaynaq tarix bilgisidir. Dünyanın böyük alimləri tarix elmindən çox danıĢmıĢlar, 
onları oxumaqla bu sorğumuza cavab tapa bilərsiniz, belə ki, bir-iki səhifə yazıyla ona cavab 
vermək olmaz.  
Ancaq  bir  məsələni  də  göstərməliyəm  ki,  tarix  elmi  inkiĢaf  etməkdə  olsa  da  inkiĢaf 
mərhələsinə çatmamıĢdır. Daha doğrusu, tarix bilgisi baĢqa bilgilərin baĢarılarından gərəyincə 
yararlana bilməmiĢdir, nə yazıq ki, bu gün də yararlana bilmir. Məsələn, fiziklər maddələrin, 
kimyaçılar elementlərin, bioloqlar bitkilərin özünü, tərkibini və mənĢəyini öyrəndikləri Ģəkildə 
tarixçilər  ellərin,  ulusların,  xalq  və  etnosların,  mədəniyyətlərin,  dinlərin-inancların,  dillərin 
tarixini,  mənĢə,  törəmə  və  çulğaĢma  prinsiplərini  öyrənə  bilməmiĢlər.  Ġtin,  piĢiyin,  almanın, 
armudun,  Ģam  ağacının  və  dəvənin  hansı  ölkələrdən  keçərək  hansı  ölkələrə  yayıldığı  və 
onların ilkin yurdlarının hara olduğu açıqlandığı halda, xalqların, toplumların, mədəniyyət və 
inancların mənĢəyi və yerdəyiĢməsi hələ ki, çox qaranlıq qalmıĢdır. Mənə elə gəlir ki, bu, bir 
neçə amillə bağlıdır: 
1.
 
Müasir  dünya  maddiliyə  aludə  olaraq  ("pulu  o  yerə  qoy  ki,  ondan  artıq  qazanasan" 
prinsipinə əsasən) elə bir maddi gəlir gətirməyən tarix elminin dünyəvi əhəmiyyətini 
yaddan çıxarıb, ona diqqətini azaltmıĢdır. 
2.
 
Əvvəllər  qızıl-gümüĢ  tapmaq  eĢqi  ilə  arxeologiyaya  qoyulan  pul  və  ehtiraslar 
sönməkdədir. 
3.
 
Elmi-texniki  inqilab  daha  çox  dəqiq  elmlərə  yönəldiyindən  maddi  varlıqlar  və  çoxlu 
insan zəkası da humanitar elmlərdən texniki elmlərə keçdi. 
4.
 
Ümumiyyətlə, bütün tarix boyu, ayrıca da olaraq son üç-dörd yüzildə tarix elmindən 
siyasi,  ideoloji  münaqiĢələr  məqsədi  ilə  ayrı-ayrı  dövlətlər  tərəfindən  istifadə 
edildiyindən  (kullanıldığından)  tarixçilər  arasında  parçalanma,  ciddi  fikir  ixtilafları 
yarandı, bundan ən çox itirən biz insanlar və tarix elmi oldu. Tarix elmini elmiliyindən 
uzaqlaĢdırıb ondan siyasi-ideoloji məqsədlə istifadə etmək bəĢəriyyətə, sağlam insan 
düĢüncəsinə  xəyanətdən  baĢqa  bir  nəsnə  deyildir!  Bu  sonuncu  -  4-cü  bənddə 
dediyimiz olmasaydı onda dəvənin, atın Amerikaya nə vaxt aparıldığını bilənlər onların 
kimlər tərəfindən, harada əhliləĢdirilib aparıldığını da bilmiĢ və söyləmiĢ olardılar. 
5.
 
Dünyanın bir yerində demək olar ki, qazılmamıĢ, yəni arxeoloji qazıntı aparılmamıĢ yer 
qalmadığı  halda,  baĢqa  bir  yerində  bir-iki  qəbiristanlıq  və  ya  kurqan-təpədə  qazıntı 
aparılmıĢ  (dediyimiz  kimi,  qızıl  axtarmıĢlar),  bunun  ucbatından  da  ölkələrin  və 
xalqların tarixi birtərəfli öyrənilmiĢdir. 
Bu  çatıĢmazlıqların  sırasını artıqmaq  da olar,  ancaq  buna  ehtiyac  duymuruq. 
Tarix elmi
  "nə 
etməli" vəziyyətindən necə çıxmalı, inkiĢaf startı götürməlidir? 
1.
 
Hər  bir  elm  öz  tarixini  və  öyrəndiyi  obyektin  tarixini  öyrənməkdədir  və  buna 
məcburdur, çünki bunsuz gərəyincə inkiĢaf edə bilməz. 
[Tarix elmi]
 bu elmlərin tarix 
baxımından  öyrəndiklərini  bir  yerə  toplamalı,  onları  vahid  tarix  elminin  məlumat 
mənbəyinə gətirməlidir. Beləliklə, fizikanın tarixini dəqiq və texniki elmlərin öz çiyninə 
qoyaraq, ara-sıra onlara yardım edib tarixə baxıĢ yolunu göstərməlidir.  
2.
 
Bu  birincinin  fonunda  və  içində  insanın  -  o  böyük  və  bütün  varlıqların,  yarananların 
incisi Ġnsanın yaranıĢından bugünədək tarixini öyrənməli və öyrətməlidir. 


Ġnsanlığın yaranıĢ, yaĢayıĢ və gəliĢməsində, dünənində, bugünündə türk insanı çox önəmli rol 
oynamıĢdır.  Nə  yazıq  ki,  türkün  tarixi  gərəyincə  öyrənilmədiyi  üçün  onun 
dilinin  tarixi
  də 
gərəyincə  öyrənilməmiĢ,  baĢqa-baĢqa  yerlərdə  türk  dilinə  hər  ötən  kəs  istədiyi  bir  adı 
vermiĢdir.  Sonucda,  yuxarıda  göstərdiyimiz  kimi,  Azərbaycanda  türk  dili  ayrı-ayrı  adlar 
qazanmıĢdı.  Bunun  necə  bir 
tarixin
  törəməsi  olduğuna  göz  yetirsək  yalnız  və  yalnız  rus 
imperiyasının siyasəti ilə bağlı olduğunu görərik. Onda bu, necə olmuĢdur? 
Türk-slavyan toqquĢmasının çox uzun və dolaĢıq bir tarixi vardır. Slavyanlar türk və Avropa 
imperiyaları arasında gedən, arada qızıĢan, arada sakitləĢən uzun tarixli müharibə, münaqiĢə, 
mübarizə  və  barıĢlarda  Göytürk  imperatorluqlarının  tərəfində  çıxıĢ  edirdi.  Bir  neçə  yüzil 
davam  edən  bu  böyük  tarix  qarĢıdurmasında  slavyanlar  din  və  təlimdə  Roma-Bizans 
imperatorluğunun, hərb, siyasət və dövlət quruculuğunda türk imperatorluqlarının təsiri altına 
düĢmüĢdülər.  Rus  xalqı  və  rus  dövləti  belə  bir  Ģəraitdə  türk,  varyaq-norman  və  slavyan 
etnoslarının çulğaĢmasından, qaynayıb-qarıĢmasından yarandı. Din və təlim baxımından tam 
Avropaya  dayanan  Rusiyanın  çarlarını  da  Avropadan  seçməyə  baĢladılar.  Alman  əsilli,  kral 
nəsilli 
Mixail  (MiĢel)  Roman
  Moskva  taxtına  əyləĢdiriləndən  (1613-cü  il)  sonra  Moskva 
Avropanın  caynağına  keçdi  və  türk-islam  dünyasına  qarĢı  müharibələrdə  onun  ən  güclü 
alətinə  çevrildi.  Yeri  gəlmiĢkən,  göstərək  ki,  sovet  Ģovinist  rus  tarixçiləri  dəridən-qabıqdan 
çıxaraq  sübut  etməyə  çalıĢırdılar  ki,  guya 
"Rusiya"
  adı  XV  yüzilin  sonu  -  XVI  yüzilin 
baĢlanğıcında yaranıb. Buna heç bir sübut-dəlil olmadığı halda, onu bizə "hökm" kimi qəbul 
etdirmiĢdilər. Əslində isə Moskva ətrafında yaranan dövlət XVIII yüzildə zaman-zaman 
Rusiya
 
adlanmağa baĢladı.  
XVIII yüzilin baĢlanğıcınadək Moskva Krım xanlarına töycü verirdi. Uzun danıĢıqlardan sonra 
Osmanlı  sultanı  Moskvanın  yalvarıĢlarına  qulaq  asıb  Krım  xanlarından  xahiĢ  etdi  ki, 
Moskvadan daha töycü almasınlar. Krım xanları Türkiyənin bu xahiĢini yerinə yetirdilər. 
I Pyotrun Prut yaxınlığında Osmanlı orduları tərəfindən mühasirəyə düĢməsi və mühasirədən 
qadın və qızılın gücünə çıxması (1711-ci il), sonradan Pyotrun Dərbəndə - Azərbaycana hərbi 
yürüĢünün tam məğlubiyyətlə nəticələnməsi Moskvanın tarixi məğlubiyyətləri olsa da rusların 
türklərə  qarĢı gərəkli bir  silah  olacağını Avropaya  bir daha  anlatdı.  Məhz  Pyotrun  vaxtından 
etibarən  Avropa  Rusiyanı  hərtərəfli  dəstəkləməyə  baĢladı,  Rusiya  addım-addım  türk 
torpaqlarını udaraq XVIII yüzildə imperiyaya çevrildi.  
XIX  yüzilin  birinci  yarısında  dünyaya  iki  imperiya  meydan  oxuyurdu:  Böyük  Britaniya  və 
Rusiya.  Rusiya  imperiya  qurmağı  Britaniyadan  öyrənirdi.  Hər  ikisi  Asiyanı  iĢğala  giriĢmiĢdi. 
Həmin  yüzilin  ilk  baĢlanğıcında  Rusiya  Uzaq  Doğu,  Mərkəzi  və  Orta  Asiya  və  Qafqazda, 
Britaniya isə Çin, Hindistan və s. yerlərdə fəal iĢğalçılıqla məĢğul idilər. Rusiya 1803-cü ildə 
Qacarlarla  müharibəyə  baĢladı  və  Azərbaycanın  quzeyinə  ordu  çıxardı.  Azərbaycanın  ən 
böyük faciəsi baĢlandı.  
XVIII  yüzildə  xanlıqlara  bölünmüĢ  Azərbaycan  rus  iĢğalına  qarĢı  öz  qüvvələrini  bir  mərkəz 
ətrafında toplaya bilmədi. Azərbaycan türkləri Rusiyaya qarĢı amansız və rəĢadətli mübarizə 
aparırdı. Doqquz il davam edən müharibədə rusların böyük hərbi qüvvələri darmadağın edildi, 
bir çox  rus generalları öldürüldü.  Müharibənin  gediĢində həlak  olan  Gəncə  xanı Cavad  xan, 
vəliəhd  Abbas  Mirzə  Qacar  böyük  qəhrəmanlıq  göstərmiĢ,  xalq  onlara  Ģer  və  dastanlar 
qoĢmuĢdu.  
Ġngiltərəni  çıxmaq  Ģərti  ilə  1812-ci  ilədək  bütün  Avropanı  iĢğal  edən  Fransa  -  I  Napoleon 
Bonapart həmin il Rusiyaya hücuma keçdi. Bəlli olduğu kimi, Fransa-Rusiya müharibəsi üç il 
çəkdi və Rusiya Fransanı darmadağın edib Parisə girdi. Bunları yazmaqda məqsədim odur ki, 
Napoleon  imperiyasını  üç  ilə  darmadağın  edən  Rusiya  on  il  müharibə  apararaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə