Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   15   16   17   18   19   20   21   22   ...   61

hakimiyyəti  ələ  keçirdilər.  Bu  üç  qüvvənin  içərisində  qələbədən  yararlanan  yalnız  II  Kir  - 
parslar oldu; II Kir Astiaqın oğlan nəslinin olmadığını görüb onun qızı Amitadanın ərini edam 
etdi və Amitadayla zorla evləndi. Bununla da o, Midiya taxt-tacının "varisi" oldu.  
Tarixdə  ilk  dəfə  olaraq  türk  dövlətinin  baĢına  parsların  nümayəndəsi  keçdi,  II  Kir  Midiya 
imperiyasının hökmdarı oldu. O, imperiyadakı çaxnaĢmaları aradan qaldırıb, hətta Lidiyanı da 
iĢğal  edib  Midiyaya  qatdı.  O,  Azərbaycanı  bütövlükdə  Midiyaya  birləĢdirmək  üçün  ölkənin 
quzeyinə hücuma keçdi. M.ö. 530-cu ildə kas-sak və bas-sak (massaket) türkləri ilə döyüĢdə 
məğlub  oldu.  Massakların  qadın  hökmdarı  [Tomris]  II  Kiri  məğlub  edəndən  sonra,  tarixdə 
yazılı rəvayətə görə, onun baĢını kəsib qanla dolu bir tulumun içinə salmıĢ və demiĢdir: 
"Sən 
ki qan içməkdən doymurdun, indi doyunca iç!"

II  Kirdən  sonra  onun  yerinə  oğlu  II  Kambiz  (m.ö.  530-522)  keçir,  ondan  sonra  isə  II  Kirin 
baĢqa  oğlu  və  Kambizin  qardaĢı  Bardi  keçir.  Bu  zaman  midiyalılar  hakimiyyəti  yenidən  ələ 
keçirmək üçün 
Qaumatanın
 baĢçılığı altında qiyam qaldırırlar. Hakimiyyətin parsların əlindən 
çıxdığını  görən  I  Dara  Bardiyə  sui-qəsd  düzəldib  onu  öldürtdürür  və  o  da  II  Kirin  yolu  ilə 
gedərək II Kirin qızı Atossayla zorla evlənir və "qanuni varis" olur. 
I Dara (m.ö. 522-486) imperiyada baĢ qaldırmıĢ bütün üsyan və separatçı hərəkatları boğur, 
Midiya  imperiyasını  bərpa  edir.  O,  Parsa  Ģəhərini  yeni  paytaxta  çevirir,  bununla  da  Midiya 
dövlətinin  hakimiyyət  qurğusu  baĢdan-baĢa  parslaĢdırılır.  Ġmperiyanın  dörd  paytaxt  Ģəhəri: 
Həmədan  (Ekbatan),  Suz,  Babil  və  Parsa  (Persepolis)  olmasına  baxmayaraq  parsların  əsas 
mərkəzi Parsa (indiki ġirazın yaxınlığında) idi, onlar Parsadan quzeyə yayılmağa baĢlamıĢdılar. 
Əhəmənilər  sülaləsinin  I  dövrü  caniĢinlik,  II  Kirdən  baĢlayaraq  hökmdarlıq  dövrü  olsa  da 
dövlət pars (fars) dövləti deyildi. Məhz I Daranın dövründə dövlət parslaĢmağa baĢladı. 
Pars 
Ģovinizmi elə bu dövrdən özünü açıq Ģəkildə büruzə verdi. 
 
I  Dara  imkanı  olan  bütün  mənsəblərə  parsları  təyin  etdi.  Ordu  əsasən  midiyalı  türklərdən 
ibarət olsa da, imperiyanın hərəkətverici qüvvəsi türklər olsa da hakimiyyət tam parslaĢdırıldı. 
Pars əyanlarına həddən artıq imtiyazlar verildi. Parsların əksəriyyəti vergidən azad edildi. Mixi 
yazılarını Manna, Elam və midiyalılardan mənimsəyən parslar get-gedə Midiya mədəniyyətinin 
varislərinə çevrilirdilər. 
Fars dövlətinin əsasını Astiaqın ölümündən sonra (m.ö. 550-ci il) qəbul edən tarixçilər səhv 
edirlər.  Hətta  fars  Ģovinizminin  son  böyük  nümayəndələrindən  olan  Məhəmməd  Rza 
Pəhləvinin  göstəriĢi  ilə  onun  hakimiyyəti  dövründə  bir  Ġran  təqvimi  yaradılmıĢdı;  həmin 
təqvim II Kirin hakimiyyətə gəldiyi ildən baĢlayırdı. Buradan da 
birinci
 nəticə çıxır ki, deməli, 
II  Kirə  qədər  fars  dövləti  olmamıĢdır. 
Ġkincisi
,  kiminsə  hakimiyyətə  gəlməsi  ilə  təqvimin 
baĢlaması  hakim-Ģovinizmin  bayağı  məhsulundan  baĢqa  bir  nəsnə  deyil. 
Üçüncüsü
,  tarixi 
saxtalaĢdırıb Midiya dövlətini fars dövləti saymaq kimə və nəyə gərəkdir - Ģovinizmdən baĢqa. 
Dördüncüsü
,  baĢını  bir  türk  qadın  hökmdarı  Tomrisin  (Dəmirin)  kəsdiyi  hökmdarın  xəyanət 
nəticəsində  hakimiyyətə  gəldiyi  tarix  hansı  məntiqlə  bir  xalqın  -  parsların  (farsların) 
təqviminin əsas olmalı idi? Bütün bunlar farsların özlərini belə çaĢ-baĢ qoyan kor Ģovinizmdən 
doğur. 
Bütün bunlarla yanaĢı, qeyd etməliyik ki, parsların əsl hökmdarı və parsları (farsları) dünya 
tarix  səhnəsinə  çıxaran  I  Dara  olmuĢdur.  Onun  qızıl  sikkə  kəsdirməsi  və  Parsada 
(Persepolisdə)  hökmdar  iqamətgahı  tikdirməsi  Parsa  dövlətinin  müstəqilliyinə  dəlalət  edirdi. 
Parsların  hakim  olduğu  imperiyaya  m.ö.  330-cu  ildə  Makedoniyalı  Ġsgəndər  son  qoydu. 
Ġsgəndər  Parsanı  (Persepolisi)  yandırıb,  xaraba  qoydu.  O,  ümumiyyətlə  pars  əyanlarına 


amansız  divan  tutub,  pars  xalqına  elə  bir  dağıdıcı  zərbə  vurdu  ki,  parslar  bir  də  500  ildən 
sonra öz qüvvələrini bir yerə toplayıb yeni dövlətdə hakimiyyətə gələ bildilər.  
Pars (fars) Ģovinizmi bu məğlubiyyəti tarix boyu həzm edə bilmədi, buna görə də uydurmalar 
qondarıb  özünə  təskinlik  vermiĢ,  fars  xalqını  aldadaraq  ovundurmağa  çalıĢmıĢdır.  Bu 
uydurmalardan  biri  də  budur  ki,  guya  Ġsgəndər  fars  hökmdarlarından  birinin  qeysər  Filippə 
göndərdiyi  cariyədən  olmuĢdur.  Bu  cariyə-kəniz  Filippə  göndərilməzdən  öncə  fars 
hökmdarından hamilə imiĢ, Filipp bunu bilməmiĢ, onu özünə arvad etmiĢdir. Deməli, Ġsgəndər 
farsların törəməsidir.  
Daha  sonralar,  yəni  ərəb  iĢğallarından  sonra  daha  çox 
"fars"
  adlanan  parslar  islam  dininin 
təsiri  ilə  Makedoniyalı  Ġsgəndəri  bir  qədər  də  mifləĢdirərək  onu  baĢqa  bir  Ġsgəndərlə  - 
Ġsgəndər Zülqərineynlə əvəz etdilər. 
"Zülqərineyn"
 iki mənada yozulurdu: 1) 
"Zülqərineyn"
 - 
ərəbcə "iki qərinə yaĢamıĢ" mənasındadır, halbuki Makedoniyalı Ġsgəndər 33 il yaĢamıĢdır; 2) 
"Zülqərineyn"
  -  ərəbcə  "iki  buynuzlu"  deməkdir.  Fars  mif  və  dastanlarında  bunlar  bir-birinə 
çulğaĢmıĢ,  tarix  həqiqətindən  heç  bir  iz  qalmamıĢdır.  Parsları  (farsları)  darmadağın  və  qətl 
edən  və  etdirən  Makedoniyalı  Ġsgəndər  farsdilli  ədəbiyyatın  böyük,  müsbət,  bəzən  də 
peyğəmbər surətinə (obrazına) çevrilmiĢdir. 
Parsların  tarixdə  ikinci  dövləti 
Sasanilər
  dövləti  sayılır.  Bir  tarixçi  kimi  deyə  bilərəm  ki, 
parslar heç bir zaman dövlət yaratmamıĢlar. Onlar hər hansısa bir dövlətin tərkibində 
zaman-zaman o dövlətin mərkəz qurğusuna (dövlət aparatına) soxulmuĢ, müəyyən mövqeləri 
ələ keçirmiĢ, fürsət gözləmiĢlər. Həmin dövlətə hər hansı bir uğursuzluq baĢ verəndə, ya da 
xarici  və  daxili  səbəblərdən  tənəzzülə  uğradıqda  farslar  xəyanət  edərək  dövlət  çevriliĢində 
iĢtirak etmiĢ, sadəcə çarpıĢan qüvvələr arasında xarici qüvvələrdən dəstək alaraq hakimiyyəti 
ələ  keçirmiĢlər.  Əhəmənilər  Midiya  dövlətində,  Sasanilər  Parfiya-Arsak  (ArĢak)  dövlətində, 
Büveyhilər  (Builər)   (əvvəl  Ziyarilərin  qoĢun  baĢçıları  üç  qardaĢ  Ziyariləri  devirdilər)  Abbasi 
xilafətində,  Pəhləvilər  Qacar  dövlətində  eyni  Ģəkildə  dövlət  çevriliĢi  ilə  və  xarici  güclərin 
köməyi  nəticəsində  hakimiyyətə  gəlmiĢ  sülalələr-xanədanlar  olmuĢlar.  Parslar-farslar  bütün 
tarix  boyu  cəmi  dörd  dövlətin  baĢında  dayanmıĢlar.  Bunların  içərisində  parslar  üçün  ən 
önəmlisi  və  bir  yandan  fars  milli  ruhunun,  bir  yandan  da  fars  Ģovinizminin  əsas 
qaynaqlarından biri olan 
Sasanilər
 dövləti olmuĢdur. 
Sasanilər  dövlətinin  özülünü  ƏrdəĢir  Papakan  qoymuĢdur.  Ancaq  deyilənlərə  görə,  onun 
babası  Sasan  Parsanın  Parfiyaya  tabe  hakimlərindən  olmuĢ,  buna  görə  də  sülalənin 
hakimiyyətə gəlməsini onunla bağlayaraq, dövlət "Sasanilər dövləti" adlandırılmıĢdır. Sasanın 
özü haqqında tarixdə elə bir məlumat yoxdur. Bəlli olduğu kimi aĢağı-yuxarı 477 il (m.ö. 250-
dən miladın 227-ci ilinədək) yaĢayan Parfiya dövləti Parsanı da öz tabeliyində saxlayır, oranın 
hakimlərini təyin edirdi. Sasan da o hakimlərdən biri olmuĢ, onun yerinə keçən oğlu ƏrdəĢir 
(ArdaĢir) Parfiya hakim sülaləsi ArĢakların caniĢini idi.  
II  yüzilin  sonlarından  Parfiya  tənəzzülə  uğrayır.  Parfiyanın  tənəzzülü  daxildəki  çəkiĢmələrlə 
yanaĢı, elat alanların hücumları ilə bağlı idi. Bunu görən romalılar Parfiyanın batı torpaqlarını 
iĢğal  etdilər.  Onlar  ikiçayarasının  (Mesopotamiya)  böyük  hissəsini  də  qoparıb  öz  ərazilərinə 
qatdılar.  Dövlətin mərkəzi  Ktesifon  (sonralar Mədain), onsuz  da,  süquta  uğramıĢdı.  Belə  bir 
durumda  Parsanın  caniĢini  ƏrdəĢir  öz  hökmdarının  yıxıldığını  görüb  ona  qarĢı  çıxdı,  daha 
doğrusu, yıxılana balta vurdu, ArĢaklıların son nümayəndəsi V Artabanı hakimiyyətdən devirib 
taxt-tacı  ələ  keçirdi.  Ktesifon-Selevkiya  paytaxt  olaraq  qaldı.  O,  227-ci  ildə  Ktesifonda 
hökmdar  elan  edildi  (227-239).  Onun  oğlu  I  ġapurun  hakimiyyəti  illərində  (239-272)  sanki 
Parfiya yenidən bərpa edildi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə