Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   2   3   4   5   6   7   8   9   ...   61

sarsıda  bilmək  üçün  çeĢidli  üsullarla  “ayır-buyur”  siyasətini geniĢ tətbiq  edərək  Azərbaycanı 
mənən,  ruhən  parçalamağa  can  atdı.  Həmin  üsullardan  biri  də  Azərbaycanın  quzeyini 
güneyindən  süni  Ģəkildə  fərqləndirmək,  qüzeydəki  əhalini  və  onun  dilini  baĢqa  adla 
adlandırmaq cəhdi idi.  
Rusiyanın  ozamankı  görkəmli  Ģəxsiyyətlərindən  olan,  sonralar  Tehrana  səfir  göndərilən  və 
orada xalq  tərəfindən  doğranılan  Qriboyedov  Peterburqa  öz  hesabatında yazırdı ki,  bu xalq 
birdir və hamısı özünü türk sayır. Biz ya Azərbaycanı bütövlükdə iĢğal etməliyik, ya da onu 
parçalayıb  Arazdan  Ģimalda  yaĢayanlara  “oğuz”,  yaxud  “tatar”  adı  qoymaqla  onları  bir-
birindən ayırmalıyıq.
 
BaĢqa  bir  hesabatda  isə  təklif  edilirdi  ki,  onları  ölkənin  adına  uyğun  azərbaycanlı… 
adlandırmaq daha doğru (oxu: imperiya məqsədlərinə daha yararlı) olardı. Bəli, xalqın “türk” 
adını  “azərbaycanlı”  adı  ilə  əvəz  etmək  fikri  elə  Türkmənçay  müqaviləsi  bağlanan  andan 
meydana çıxmıĢdı. 
 
XX yüzildə rus çar imperiyasının varisi olan rus sovet imperiyası da eyni yolu izləmiĢ, 30-cu 
illərin ikinci yarısında adımızı yenidən dəyiĢdirmiĢdir. 
Azərbaycanın  güneyində  isə  1924-cü  ildə  hakimiyyətin  türk  Qacar  sülaləsindən  fars  Pəhləvi 
sülaləsinə keçməsi ilə baĢqa bir üsul - etnik tariximizin inkar olunması, kökümüzün uydurma 
irandilli azəri etnosuna bağlanması tətbiq edilməyə baĢlandı. Qondarma “azəri” adı meydana 
çıxdı  (hər  cür  ad  olar,  təki  türk  adı  olmasın!).  Ona  görə  də  bu  gün  qardaĢ  Türkiyədə  bizə 
“azəri” deyilməsi, sadəcə, təəssüf doğurur… 
Lakin hər iki imperiyanın (fars və rus) milli varlığımızı və milli bütövlüyümüzü inkar etməyə və 
parçalanmağa  yönəlmiĢ  “ayır-buyur”  siyasəti  nə  qədər  qəddarlıqla,  nə  qədər  hiyləgərliklə 
tətbiq olunsa da Azərbaycan türkünün bütövlük ruhunu parçalaya bilmədi. Tarix sübut etdi ki, 
Azərbaycanın bütövlük ruhu parçalanmazdır!
 Çünki bi milli bütövlük ruhu 
 
dilimizin eyniliyində yaĢamaqdadır; 
 
ədəbiyyatımızın bütövlüyündə yaĢamaqdadır; 
 
tariximizin vahidliyində yaĢamaqdadır; 
 
mədəniyyətimizin bütünlüyündə yaĢamaqdadır; 
 
inanc və mənəviyyat birliyimizdə yaĢamaqdadır; 
 
milli kimlik Ģüurumuzun fərqsizliyində yaĢamaqdadır; 
 
qəhrəmanlarımızın, qəhrəmanlıqlarımızın və dərdlərimizin ortaqlığında yaĢamaqdadır…  
Bir  sözlə,  Azərbaycan  türklüyündə  yaĢamaqdadır!  Bütün  bunlar  isə  tarix  boyu  Azərbaycan 
türkünü iĢdə birliyə sövq etmiĢdir. 
Milli bölünmüĢlük və asılılıq faciəmiz baĢlayan gündən buna qarĢı milli müqavimət hərəkatımız 
da ortaya çıxmıĢ və ardı-arası kəsilmədən davam etmiĢdir. Bu hərəkat fürsət düĢdükdə hərbi 
və  siyasi  müstəvidə  alovlanmıĢ, 
on  illər  boyu  davam  edən  qaçaq  hərəkatı,  çeĢidli  kəndli 
üsyanları,  xalqımızın  ġeyx  ġamil  hərəkatındakı  ciddi  iĢtirakı  və  sair
  meydana  çıxmıĢdır. 
Azərbaycanın  güneyindəki  Səttar  xan  hərəkatına,  Xiyabaninin  “Azadistan”  dövləti 
yaratmasına, PiĢəvərinin milli hökumət elan etməsinə; Azərbaycanın quzeyində Rəsulzadənin 
rəhbərliyi ilə demokratik respublika qurulmasına məhz bu baxımdan yanaĢılmalıdır. 
Hərbi və siyasi müstəvi ilə yanaĢı, xalqımız milli-mədəni müstəvidə də çox ciddi müqavimət 
göstərmiĢ,  Nəbatinin,  M.F.Axundzadənin,  Həsən  bəy  Zərdabinin,  Cəlil  Məmmədquluzadənin, 
M.Ə.Sabirin,  Mirzəli  Möcüzün,  Həbib  Sahirin,  M.ġəhriyarın,  Bulud  Qaraçorlunun  (Səhənd), 


Xəlil Rzanın, Həmid Nitqinin və b. simasında öz milli-mənəvi bütövlüyünü ortaya qoymuĢdur. 
Ümumiyyətlə, milli-mədəni müstəvidə Azərbaycan heç vaxt mənən, ruhən ayrılmamıĢ, həmiĢə 
bütöv  olaraq  götürülmüĢdür. 
Cəlil  Məmmədquluzadənin  “Azərbaycan”  məqaləsi
  bunun  ən 
tipik  örnəyidir.  Milli-mədəni  müstəvidən  fərqli  olaraq,  siyasi  müstəvidə  milli  müqavimət 
hərəkatımız zamanın Ģərtlərinə, dövrün gerçəkliklərinə uygun inkiĢaf etmiĢdir.  
* * * 
XX yüzildə xalqımız Azərbaycanın güneyində 
Səttar xan, Xiyabani, PiĢəvəri
 kimi, Azərbaycanın 
quzeyində  isə  M.Ə.Rəsulzadə  kimi  böyük  liderlər  yetirmiĢdir.  Bir-birini  tamamlayan  bu 
liderlərdən  hər  birinin  tariximizdə  öz  Ģərəfli  yeri  var.  Onlardan  hər  birinin  rəhbərlik  etdiyi 
hərəkata  güneyli-quzeyli  bütün  xalqımız  qatılmıĢ,  bununla  da  Azərbaycan  türkünün  iĢdə 
birliyini ortaya qoymuĢdur.  
Hansı dövlətin təbəəsi olmalarına baxmayaraq, Azərbaycan oğulları imperiyaya qarĢı həmiĢə 
birgə  çıxıĢ  etmiĢlər.  Bunun  mahiyyətini  baĢa  düĢməyən  Lenin  yazırdı  ki,  Gəncədə,  Bakıda, 
yəni Azərbaycanın quzeyində və Qafqazda yaĢayan türklər Rusiya təbəəsi olduqlarını yaddan 
çıxararaq və bunu nəzərə almayaraq Səttar xan hərəkatında çox fəal iĢtirak edirdilər.
 
Azərbaycanın  quzeyində  cərəyan  edən 
Müsavat  hərəkatı  iĢtirakçılarının  böyük  bir  qismi 
Azərbaycanın  güneyindən  olan  soydaĢlarımız  idi.  Elə  Azərbaycan  hökumətinin  baĢ  nazirinin 
Xoylu Fətəli xan olması çox mətləbləri açıqlayır.
 
Lakin  unutmayaq  ki,  bütün  bu  hərəkatların  hər  birində  baĢlıca  mübarizə  hədəfi  ya 
Azərbaycanın  güneyi,  ya  da  quzeyi  olmuĢdur.  BaĢqa  sözlə,  siyasi  mübarizə  meydanında 
Azərbaycan bütöv olaraq hədəf götürülməmiĢ və Bütöv Azərbaycan uğrunda hərəkatın ideya 
əsasları  irəli  sürülməmiĢdir.  Əsrin  əvvəllərindən  bəri  meydana  çıxan  milli  azadlıq 
hərəkatlarımızdakı  bu  boĢluğu  əsrin  sonunda  məhz  ƏBÜLFƏZ  ELÇĠBƏY  fenomeni  ortadan 
qaldırmaqdadır.  
* * * 
Xalqımızın  ruhunda,  folklorumuzda,  poeziyamızda,  nəğmələrimizdə…  yaĢayan  Bütöv 
Azərbaycan düĢüncəsini siyasi müstəviyə çıxaran ilk yolbay (rəhbər) Əbülfəz Elçibəydir. Hələ 
1975-ci  ildə  rus  sovet  imperiyası  tərəfindən  həbs  edilərkən  Əbülfəz  bəy  Bütöv  Azərbaycan 
ülküsünün  (ideyasının) mahiyyətini müdrik  bir bənzətmə  ilə  belə  açıqlamıĢdır: 
“Fil  nə  qədər 
böyük olur-olsun, onu iki yerə parçalasan hərəkət edə bilməz. QarıĢqa isə nə qədər kiçik olsa 
da parçalanmadığına görə hərəkət edər… Bu səbəbdən hazırda ən kiçik xalqlar belə irəliləyə 
bilir,  Azərbaycan  isə  böyük  olmasına  baxmayaraq,  parçalandığına  görə  yüz  ildən  bəri 
yerindəcə durur”.
 
70-ci  illərin  əvvəllərində  rüs  sovet  imperiyasının  çox  yaĢamayacağını  öncədən  görən,  əqidə 
dostlarına,  yoldaĢlarına,  tələbələrinə  “…  bu  quruluĢ  dağılacaq”
  söyləyən  Əbülfəz  Elçibəy  bu 
gün 
“Ġranı  da  SSRĠ-nin  taleyi  gözləyir”
  düĢüncəsini  irəli  sürməkdədir.  Ġnanırıq  ki, 
o  gün 
uzaqda deyil… O gün gəlir.
 
Vaxtilə  Əbülfəz  Elçibəy  rus  imperiyasının  dağılacağını  deyəndə  və  o  gün  üçün  indidən 
hazırlaĢma zərurətini irəli sürəndə çoxları ona inanmırdı. Rus imperiyası dağıldı… və o günə 
tam  hazır  olmayan  Azərbaycan  xalqı  (yalnız  bizmi?!)  imperiyanın  xarabalıqları  altından 
çətinliklə can qurtarmaqdadır… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə