Bütöv Azərbaycan Yolunda


Uzun illər gəzdi o əldən-ələ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   18   19   20   21   22   23   24   25   ...   61

          Uzun illər gəzdi o əldən-ələ,
 
          Onu hər kəs istərdi əzbər bilə.
 
          YetiĢdi nəcibzadə bir pəhləvan -
 
          Ağıllı, cəsarətli, söz anlayan,
 
          Qədim dövr tarixini öyrənən,
 
          Əsatirə min dürlü məna verən.
 
          Bütün ölkədən yığdı möbidləri,
 
          Tapılsın deyə hər sözün cövhəri.
 
Bəli, bu tarixçi, əsatirçi (mifçi) "qəhrəman" möbidləri (din xadimlərini, din böyüklərini) də bir 
araya gətirib, nə edir? 
          
Böyüklər ona söylədi birbəbir
 
          
Qədim Ģahların macərası nədir.
 
          
Rəvayətləri dinlədi qəhrəman,
 
          
Gedib baĢladı bir böyük dastan.
 
          
O da dünyada qoydu bir yadigar,
 
          
Böyüklər onu hörmət ilə anar.
 
Buradan hamıya aydındır ki, Firdovsinin dediyinə görə, bu əfsanə, əfsun, rəvayət və qədim 
tarixləri iki ayrı-ayrı nəsil yazıbdır. Firdovsi sonra "ġair Dəqiqinin dastanı" bölməsində əvvəlki 
fikrini davam etdirərək yazır: 
          
Kitabdan bu dastanları bir zaman
 
          
Seçib, sevdi söz qədrini anlayan.
 
          
Ağıllı, bilikli adamlar ki var,
 
          
Bu dastanların aĢiqi oldular.
 
          
YetiĢdi, nəhayət, igid bir cavan -
 
          
Gözəl söz deyən, təbii, Ģeri rəvan.
 
          
Dedi: - Bu kitabı çəkim nəzmə mən.
 
          
Ona "afərin"  söylədi hər görən.
 
          
… …
 
          
Qara bəxt əlindən alıb içdi cam,
 
          
Ölüb getdi, qaldı əsər natamam.
 
Buradan  hamıya  aydındır  ki,  Firdovsi  Ģair  Dəqiqinin  yazdığı  "ġahnamə"dən  danıĢır.  Belə  ki, 
Dəqiqi də keçmiĢ əfsanələri, əfsanələĢdirilmiĢ (mifləĢdirilmiĢ) Ġran-fars tarixini nəzmə çəkmiĢ, 
min (1000) beyt (2 min misra) yazmıĢdır. Dəqiqini öz xidmətçisi gənc yaĢında öldürmüĢ, əsər 
yarımçıq (natamam) qalmıĢdır. Firdovsi həmən "ġahnamə"ni götürmüĢ, həmən Ģer vəzni ilə 
davam  etdirmiĢdir.  Dəqiqinin  min  beyti  indi  Firdovsinin  adına  yazılan  "ġahnamə"dədir. 
Dəqiqinin yarımçıq (natamam) "ġahnamə"sini bitirmək niyyətində olan Firdovsi yazır: 
          
Dedim onda mən: -Bəxtim olsa kömək
 
          
Yazıb bu kitabı bitirmək gərək.
 
          
Deyirdim: -Bu iĢdə geciksəm əgər,
 
          
Girər ortaya baĢqa bir bəxtəvər.
 
Gördüyümüz kimi, həmin dövrdə ərəb iĢğalı altına düĢmüĢ farslar ərəb xilafətinin dağılıb tam 
parçalanmasından istifadə edərək fars ruhunu yenidən dirçəltmək üçün öz əfsanəli tarixlərinə 
əl atmıĢdılar. Firdovsi davam edir: 
          
ġəhərdə dost idi mənə bir nəfər,
 


          
Yanımda əzizdi o, canım qədər.
 
          
Mənə söylədi: -Fikrinə afərin,
 
          
Sənin tutduğun doğru yoldur, yəqin.
 
          
Tapıb pəhləvicə bu dastanı mən
 
          
Gətirrəm, yolundan geri dönmə sən!
 
          
… … …
 
          
Cəsarətlə çək nəzmə "ġahnamə"ni,
 
          
Böyüklər böyük iĢlə sevsin səni.
 
          
Yazıb mətni dostum gətirdi mənə,
 
          
Yeni canla ilham yetirdi mənə.
 
Firdovsinin  bu dostu  da çoxlu  mətnlər toplamıĢ, özü də bir çox  mətni nəzmə  çəkmiĢdir. O, 
bütün bunları Firdovsiyə verir və deyir: 
          
Deyirdi: -Yazarsansa "ġahnamə"ni,
 
          
ÇalıĢ, Ģahlara çatdır o töhfəni.
 
Bəlli olduğu kimi Firdovsi və onun dostu sözsüz ki, türk sultanı Mahmud Qəznəvini (969/70-
1030) nəzərdə tuturdular. Firdovsi "Sultan Mahmudun vəsfi" adlı bölmədə yazır: 
          
O gündən ki yoxdan var olmuĢ cahan,
 
          
Hələ gəlməmiĢdir belə hökmran.
 
          
… …
 
          
Bəzək verdi dünyaya baĢdan-baĢa,
 
          
Dönər altuna, əl vurarsa daĢa.
 
          
Oyandı mənim taleyim bir zaman,
 
          
DüĢündüm: -BaĢımdan çəkilmiĢ duman.
 
          
Dedim: -Ġndi, artıq, olar söz demək,
 
          
Keçən əsrlər olsun aĢkar gərək.
 
Bəli,  göründüyü  kimi,  hər  Ģey  aydındır.  Türk  hökmdarları  ərəb  ağalığını  yenmiĢdilər,  əcəmi 
(qeyri-ərəbləri) ərəb zülmündən xilas etməkdə idilər. Bundan ustalıqla yararlanan farslar türk 
qılıncına sığınaraq, öz milli keçmiĢlərini yenidən tərənnüm edərək bütün ciddi-cəhdləri ilə fars 
milli ruhunu və fars Ģovinizmini dirçəltməyə çalıĢırdılar. Nə yazıq ki, türklərin əli, pulu, qızılı, 
himayəsi  sayəsində  dirçəldilən  bu  fars  Ģovinizmi  əslində  ərəblərdən  daha  çox  türklərə  qarĢı 
idi,  açıq-aydın  fars  Ģovinizmi  türk  düĢmənçiliyi  demək  idi.  Bütün  fars  tarixi,  fars  əfsanələri, 
"keçən əsrləri aĢkarlayan" farsdilli əsərlər türklərin təmsil etdiyi Turanla farsların təmsil etdiyi 
Ġran  arasında  gedən  müharibələrə  həsr  edilmiĢ,  həyatda  tam  tərsinə  olduğu  -  yəni  həmiĢə 
türklərin  qələbəsi  olduğu  halda  yazıda  farsların  qələbəsi  tərənnüm  edilmiĢ,  dünyada  yaxĢı, 
bəĢəri  nə  varsa  farslar,  fars  hökmdarlarının  ayağına  yazılmıĢdır.  Dünyada  ilk  dövləti  farslar 
yaratmıĢ,  fars  hökmdarları  bütün  dünyaya  hakim  olmuĢ,  dünyada  ən  gözəl  varlıqları  fars 
Ģahları tapmıĢ, yaratmıĢ, bəĢərin istifadəsinə vermiĢ, daha nələr, nələr. Bir-iki misal: Firdovsi 
"Kəyumərs" baĢlıqlı bölmədə yazır: 
          Ata söyləmiĢ oğluna bir xəbər
          
Gəzər dilləri, keçsə də əsrlər.
 
          Cahanda kim ilkin olub hökmdar, 
          Böyüklər ona göstərib etibar? 
          
Qədim dövr tarixini
 izləyən, 
          Böyük Ģahlar haqqında dastan deyən 
          DemiĢ: -ġah birinci Kəyumərs idi, 
          BaĢa tac qoyub, "padiĢaham" dedi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə