Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   2   3   4   5   6   7   8   9   ...   61

Rus  imperiyasının  dağılacağına  çoxlarının  inanmadığı  dövrdə  Əbülfəz  Elçibəy  dostlarını, 
yoldaĢlarını,  tələbələrini  öz  ətrafına  toplayaraq  hazırlaĢmağa  -  xalqı  təĢkilatlandırmağa 
baĢlamıĢdı.  Azərbaycan  Xalq  Cəbhəsinin  yaranmasında  və  həmin  təĢkilatın  qazandığı 
uğurlarda iyirmi il öncədən baĢlayan bu hazırlığın payı heç də az olmamıĢdır. 
Bu  tarixi  təcrübəyə  dərindən  yiyələnmiĢ  Əbülfəz  Elçibəy  Ġranın  da  dağılacağı  fikrini  ortaya 
qoyarkən  eyni  zamanda  Azərbaycan  xalqının  buna  indidən  hazırlaĢma  zərurətini  də  irəli 
sürməkdədir.  Ə.Elçibəyə  görə, 
Ġran  dağılacaq.  Ġran  dağılacaqsa  bəs  biz  niyə  bu  xarabanın 
altında qalıb əzilməliyik?..
 
Rejim  dəyiĢikliyi  edib  demokratik  federasiya  yaratmaqla  təməlləri  sarsılmıĢ,  dayaqları 
çürümüĢ Ġranın ərazi bütövlüyünü qorumaq xülyasında olanlara qarĢı güclü tarixi təcrübəyə 
əsaslanaraq 
“Ġranda  demokratik  federasiya  yaranarsa,  onun  ömrü  uzun  olmayacaq  -  ya 
tamamilə  dağılacaq,  ya  da  yenidən  diktaturaya  çevriləcəkdir”
-  deyə  cavab  verən  Ə.Elçibəy 
yeganə  doğru  çıxıĢ  yolu  kimi  milli  modeli  irəli  sürür.  Ġranda  yaĢayan  bütün  xalqların  milli 
müstəqilliyini nəzərdə tutan bu modelə görə
“Azərbaycan xalqı Ġrandan ayrılmalı, öz müstəqil 
dövlətini  qurmalı  və  sonra  da  quzeydəki  dövlətlə  danıĢıqlar  aparıb  bütöv,  müstəqil  və 
demokratik Azərbaycan dövlətini yaratmalıdır”

Ə.Elçibəy fundamentalist, terrorçu, antidemokratik Ġrandan qurtulmanın yolunu milli modeldə 
görür və bütün varlığı ilə inanır ki, 
Yuqoslaviya kimi, SSRĠ kimi, Ġran da dağılacaqdır.
 Onun 
fikrincə, 
“xalqlar  həbsxanası”
  olan  Ġran  məhz  milli  model  əsasında  dağılacağına  görə 
Azərbaycan xalqı o günə indidən hazırlaĢmalıdır!
 
Təbii ki, bu hazırlaĢmanın - milli güc yetiĢdirmənin ilk mərhələsi milli ideyanın önə sürülməsi 
və  topluma  hədəf  göstərilməsi  ilə  bağlıdır.  Ə.Elçibəy  hələ  60-cı  illərin  sonu  -  70-ci  illərin 
əvvəllərində bu tarixi zərurəti yerinə yetirmiĢ və Azərbaycan toplumuna siyasi müstəvidə iki 
əsas hədəf göstərmiĢdir: 
1.
 
milli müstəqillik
2.
 
milli bütövlük. 
Azərbaycanın milli müstəqilliyi ideyasının tarixi kökləri müsavatçılıq irsinə dayanır. Ə.Elçibəyin 
yaxın əqidə dostu, görkəmli Azərbaycan alimi mərhum Malik bəy Mahmudov hələ 1962-ci ildə 
Bağdadda olarkən “Müsavat” Partiyasının 1936-cı il proqramını əldə etmiĢ və onu öz mühazirə 
dəftərində sətirlərdəki hərflərin arasına yazaraq gizlicə Bakıya gətirmiĢdir. Müəyyən əlavələr 
etməklə əsas götürülən bu proqram Ə.Elçibəyin bir neçə yaxın əqidə dostu ilə yaratdığı gizli 
özəyin ilk məramnaməsi oldu. 
Müsavatçılığın  “Türklük,  ÇağdaĢlıq,  Ġslam”  fikir  cərəyanları  əsasında  biçimlənmiĢ  həmin 
məramnamədə ən mühüm yenilik Ə.Elçibəy tərəfindən əlavə edilən MĠLLĠ BÜTÖVLÜK ideyası 
idi.  Bu,  müsavatçılığın  tarixi  inkiĢafında  yeni  bir  mərhələnin  baĢlanğıcı  oldu.  70-ci  illərdə 
Azərbaycanın  quzeyində  Ə.Elçibəyin  öndərliyi  (liderliyi)  ilə  yaradılmıĢ  gizli  dərnəklər 
Ģəbəkəsinin əsas ideoloji xəttini təĢkil edən bu ideya çağdaĢ xalq azadlıq hərəkatımızda, ilk 
olaraq AXC-nin, sonra isə bir sıra digər partiyaların proqramlarında öz əksini tapdı. Ə.Elçibəy 
özü bu haqda təvazökarlıqla belə deyir: 
“Bütöv Azərbaycan ideyası təkcə mənim deyil, sadəcə 
olaraq,  mən  onu  AXC-nin  proqramına  daxil  etmiĢəm,  eləcə  də  Azərbaycanda  fəaliyyət 
göstərən bir sıra partiya liderləri ilə danıĢıqlar aparıb onların proqramlarında da bu məsələnin 
yer tutmasına çalıĢmıĢam”

Ə.Elçibəyin  irəli  sürdüyü  milli  bütövlük  ideyası  S.C.PiĢəvəridən  sonra  Azərbaycanın 
güneyindəki milli yönlü qurumlar arasında daha da qızıĢan ideoloji dartıĢmalara, demək olar 


ki, son qoymuĢ və artıq bu gün mövcud olan əksər milli təĢkilatların proqramlarında öz əksini 
tapmıĢdır. 
Ə.Elçibəy  milli  müstəqillik  və  milli  bütövlük  anlayıĢlarını  vəhdətdə  götürür,  milli  bütövlüyə 
gedən  yolun  məhz  milli  müstəqillikdən  keçdiyinə  inanır,  Azərbaycanın  istiqlal  liderlərini 
hörmətlə yad edərək deyir: 
“Tutduğumuz yol böyük öndər M.Ə.Rəsulzadənin yoludur, bu yol 
Səttar xanın, S.C.PiĢəvərinin yoludur və mən əminəm ki, biz… müstəqil, bütöv və demokratik 
Azərbaycana aparan bu yolu Ģərəf və ləyaqətlə davam etdirəcəyik”. 
 
Milli  müstəqillik  və  milli  bütövlük  ideyalarının  kütləviləĢdirilməsi  uğrunda  dönməz  mübariz 
Ə.Elçibəy bu yolda çoxlu kadrlar yetiĢdirmiĢ, böyük tərəfdarlar kütləsi qazanmıĢdır.  
Milli müstəqillik və milli bütövlük ideyalarının gerçəkləĢdirilə bilməsi üçün ən zəruri Ģərtlərdən 
biri millətin bu yöndə təĢkilatlandırılmasıdır. Bu tarixi zərurətin həyata keçirilməsində mühüm 
rol  oynamıĢ  Ə.Elçibəy  hələ  70-ci  illərin  əvvəllərində  Azərbaycanın  quzeyində  geniĢ  yayılmıĢ 
üçlük, beĢlik, yeddilik və doqquzluqlardan ibarət gizli dərnəklər Ģəbəkəsi yaratmıĢ və onlara 
ümumi rəhbərlik etmiĢdir. Həmçinin Azərbaycan Xalq Cəbhəsinin və bir sıra digər milli-siyasi 
təĢkilatların yaranmasında ciddi əməyi olan Ə.Elçibəy bu gün Azərbaycanın güneyində milli-
siyasi  təĢkilatlanmanın  zəruriliyini  vurğulamaqla  və  dünya  Azərbaycan  türklərini  Vətənimizin 
güneyində istiqlaliyyəti gerçəkləĢdirəcək milli-siyasi təĢkilatlanmanı daha da geniĢləndirməyə 
çağırmaqdadır. 
Xalqımıza  milli  həmrəylik  bayramını  qazandırmıĢ  1989-cu  il  31  Dekabr  sərhəd  hərəkatının 
ideya müəllifi Ə.Elçibəyə görə, həmin gün 
“…elimizin, yurdumuzun birliyə doğru… ilk böyük 
addımını  atdığı  gündür”. 
O,  Azərbaycan  yolunda  həmrəyliyin  önəmindən  danıĢaraq  yazır:
 
“Bizə  ilk  addımda  həmrəylik  gərək  -  yurd  uğrunda  həmrəylik,  el  uğrunda  həmrəylik,  dil 
uğrunda  həmrəylik,  din  uğrunda  həmrəylik,  BirləĢmiĢ  Azərbaycan  Yurdları  (BAY)  uğrunda 
həmrəylik!”.
 
ġübhəsiz ki, milli həmrəylikdən baĢlayan yol sonda milli birliyə, milli bütövlüyə qovuĢacaqdır.  
* * * 
Milli  kimlik  Ģüurunun  biçimlənməsi  Ə.Elçibəyin  baxıĢlar  sistemində  çox  önəmli  bir  yer 
tutmaqdadır. Onun fikrincə, 
“...Azərbaycan türkü birinci növbədə öz milli varlığını dərk etməli, 
özünü,  öz  xalqını,  öz  dilini,  tarixini,  mədəniyyətini,  vətənini  və  s.  dərindən  öyrənib  bilməli, 
sevməli, qorumalı, yüksəltməli və onlara sahib çıxmağı bacarmalıdır… Bir sözlə, bu gün bütün 
Azərbaycan  türkləri  öz  milli  müqəddəratlarını  təyin  edə  bilmək  üçün  labüdən  öz  milli 
kimliklərini dərk etməli və bu yolda mübarizə aparmalıdırlar”.
 
Təbii  ki,  Azərbaycan  milli  kimliyinin  təməlində  böyük  türk  varlığına  bağlılığımız  və 
vətənçiliyimiz dayanır. Böyük türk varlığına bağlılığımız türk milli kimliyinin dərkindən baĢlamıĢ 
çağdaĢ anlayıĢla Turan evində birləĢməyədək uzun bir məsafə qət etməkdədir. Vətənçiliyimiz 
isə  öz  etno-coğrafi  hüdudlarımız  çərçivəsində  müstəqil,  bütöv  və  demokratik  Azərbaycan 
dövlətinin  qurulması  deməkdir.  “Vətən”  anlayıĢımızı  darlıqdan  qurtararaq  etno-coğrafi 
hüdudlarımızı əhatə edən Bütöv Azərbaycan səviyyəsinə qaldırmıĢ Ə.Elçibəyə görə, 
“Turanın 
yolu  Bütöv  Azərbaycandan  keçir”
.  Bu  səbəbdən  Azərbaycanın  birləĢməsi  uğrunda  mübarizə 
Turan ülküsünü daĢıyan hər bir türkün milli Ģərəfi və tarixi borcudur.  
Vətənin  və  millətin  bütövlüyünə  qarĢı  yönəlmiĢ  ən  incə  məsələlərə  belə  xüsusi  diqqətlə 
yanaĢan  Ə.Elçibəy  üçün  “azəri”  anlayıĢı,  “Ġran  Azərbaycanı  -  Sovet  Azərbaycanı”,  “Güney 
Azərbaycan - Quzey Azərbaycan” anlayıĢları mövcud deyil. Onun üçün yalnız və yalnız “türk 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə