Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   2   3   4   5   6   7   8   9   ...   61

milləti”,  “Azərbaycanın  quzeyi  və  guneyi”  (həm  də  doğusu  və  batısı),  bir  sözlə,  “Bütöv 
Azərbaycan” gerçəkliyi vardır.  
Ə.Elçibəyin  Bütöv  Azərbaycan  və  Turan  təməli  üzərində  köklənmiĢ  millətçiliyinə  Ģovinizm 
tamamilə yaddır. O, Ġranda müxtəlif xalqların yaĢadığını nəzərə almayan, 
“Ġran türklərindir və 
hakimiyyət  türklərə  məxsus  olmalıdır”
  iddiasında  olanlara  etiraz  edərək  deyir:
  “Biz  onların 
üzərində ağamı olmaq istəyirik? Yox! Biz Ģovinizmin nə olduğunu görmüĢuk. ġovinizm həmin 
xalqın  özünü  faciəyə  aparır…  Bizə  öz  azadlığımız,  öz  müstəqilliyimiz  yetər.  Biz  fars 
Ģovinizminin əleyhinəyik, farsların yox”.
 
Ġngiltərənin keçmiĢ baĢ naziri M.Tetçerin ifadəsi ilə desək, “Böyük demokrat Əbülfəz Elçibəy” 
üçün Azərbaycanın müstəqilliyi və bütövlüyü demokratiyadan ayrı düĢünülə bilməz O, Bütöv 
Azərbaycan  dövlətini  sivil,  dünyəvi  (laik),  demokratik  hüquq  dövləti  olaraq  görür,  çünki 
“demokratiya Allahın çağdaĢ Türklərə verdiyi ən böyük nemətdir”

* * * 
Bu  gün  40  milyonluq  Azərbaycan  türklüyü  böyük  bir  yola  çıxmaqdadır  -  Bütöv  Azərbaycan 
Yoluna!  Yolbay  Elçibəyin  göstərdiyi  Bütöv  Azərbaycan  yolumuz  açıq  olsun!  Bu  müqəddəs 
yolda Ulu Tanrı millətimizə QUT versin! Amin! 
Arif Rəhimoğlu, Çingiz Göytürk 
Kələki, 3 may 1997-ci il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


I BÖLÜM. MƏQALƏLƏR 
 
AZƏRBAYCAN 
(Tarixdən bir neçə söz) 
 
Mənim varislərim yoxdur, mənim varislərim gerçək alimlərdir.
 
Hz. Məhəmməd peyğəmbər 
  
Tarixi yazmaq onu yaratmaq qədər zordur.
 
M.K.Atatürk 
Ey Ulu Tanrı, düĢüncənin və duyğunun anladığı və anlamadığı nə varsa Səndən baĢlar, Səndə 
qurtarar.  Ulusan,  Ucasan,  Böyüksən,  Sevənsən,  Sevilənsən!  Bizləri  də  Səni  sevmək  və 
qanmaq  üçün  yaratdın  və  dedin: 
"Mən  səni  Məni  qanmaq  üçün  yaratdım"
.  AlqıĢ  Sənə  də, 
bütün yaratdığına da, yaratdığın və sevdiyin Türklərinə də. 
Azərbaycan Ulu Tanrının su ilə odun öpüĢündən sevə-sevə yaratdığı, Xızır Ġlyas peyğəmbərin, 
Qut savçısı Qutay peyğəmbərin, Azər peyğəmbərin, Lut peyğəmbərin, AzərdüĢt peyğəmbərin, 
Yafəs peyğəmbərin və onun oğlu Türkün sevimli, gözəl, görklü yurdudur. 
Azərbaycan  dünyanın  qədimdən-qədim  insan  məskənlərindən  və  ilkin  mədəniyyət 
mərkəzlərindən biri, varlı təbiətli, əzəli və əbədi bir türk yurdudur. Bu gün Azərbaycanda 40 
milyon türk 183 il bundan qabaq rus imperiyası tərəfindən parça-tikə və pay-püĢ edilmiĢ ulu 
yurdlarının  birləĢdirilməsi  istəyi  ilə  yaĢayır.  Demək  olar  ki,  bu  istək  uğrunda  mübarizə  artıq 
baĢlamıĢdır. 
* * * 
Bu gün rus imperiyası hərtərəfli böhran içərisində tənəzzülə uğramaqdadır. Rus imperiyasının 
düĢümü  ilə  Azərbaycanın  yüksəliĢi  tərs  mütənasibdir.  Son  səkkiz  ildə  Azəpbaycanda  baĢ 
vermiĢ  Xalq  hərəkatı  və  Azərbaycanın  addım-addım  Azadlığa  yürüməsi  bütün  dünyanın 
baxıĢlarını özünə çəkmiĢdir. Dünyaya yeni bir AZƏRBAYCAN doğulmaqdadır. 
Uzun müddət rus və fars Ģovinizminin qanlı hakimiyyəti altında olan Azərbaycan türkləri azad 
olduqca hər Ģeyi yenidən yaratmalı, qurmalı və yazmalıdır. Tarixi də! Bunu göz önünə alaraq 
tariximizlə bağlı ən qədim və qədim tarixə ötəri də olsa göz yetirməyi gərəkli saydıq. 
* * * 
ÇağdaĢ  tarixçilik  hərtərəfli  araĢdırmalardan  sonra  toplam  belə  bir  sonuca  gəlmiĢdir  ki, 
ən 
qədim
 mədəni insan məskəni Çayhun və Sayhun (Amu-dərya və Sır-dərya) çaylarının hövzəsi, 
Aral  gölünün  ətrafı  və  Turan  ovalığı  olmuĢdur.  Dünyada  mədəniyyət  ilk  dəfə  burada 
mərkəzləĢmiĢdir. Daha doğrusu, Doğu Türküstandan Xəzər dənizinin sahillərinədək olan ərazi 
dünyanın ən qədim mədəniyyət mərkəzi olmuĢdur. Buna görə də bir vaxtlar "tarix ġumerdən 
baĢlayır" dediyimiz halda, indi 
"tarix Orta Asiyadan (ya da Turandan) baĢlayır"
 deməyi tarix 
elmi  bizdən  tələb  edir.  Heç  də  təsadüfi  deyil  ki,  dünyanın  böyük  rəmzlərindən  olan 
səkkizbucaqlı, ya da səkkiz çıxıntılı ulduz, dünyanın bütövlüyünü göstərən baĢ-ayaq butalar, 
xaç,  svastika  və  baĢqalarının  ən  qədim  nümunələri  son  illərdə  aparılan  qazıntılar  zamanı 
məhz  bu  ərazidən  tapılmıĢdır.  Bu  ilk  mədəniyyət  mərkəzinin  yaranma  və  varolma  tarixi 
eradan qabaq X-VI minilliklərə aid edilir. 


Dünyanın 
ikinci
  qədim  mədəniyyətinin  toplandığı  mərkəz  Xəzərin  qərb  sahillərindən 
baĢlayaraq qərbə doğru Kür-Araz ovalıqları, Qızılüzən boyu və Urmiya gölü ətrafını əhatə edir. 
Bu mədəniyətin yaranma və varolma tarixi eradan qabaq VII-II minilliklərə dayanır. 
Tarix baxımından ġumer 
üçüncüdür
. Dəclə və Fəratın hövzəsi, yuxarı axını, Patağ [(Zaqros)] 
dağlarının qərb ətəklərindən Ərəbistan səhrasının Ģimal-Ģərqinədək olan ərazini əhatə edir və 
eradan öncə IV-II minilliklərə bağlanır. 
Bu  baxımdan  Aralıq  dənizinin  (Ağ  dəniz)  doğusu  və  Nil  hövzəsi  (Misir) 
dördüncü
  (eradan 
qabaq  IV-I  minilliklər),  Quanxe  (Xuanxe)-Yançju  (Çində)  çaylarının  arası 
beĢinci
  (eradan 
qabaq  III-I  minilliklər),  Hind-Qanq  çaylarının  ərazisi 
altıncı
  (eradan  qabaq  II-I  minilliklər) 
mərkəz sayılır. 
Dünya mədəniyyətinin köçmələri və ya yerdəyiĢmələri nəzəriyyəsinə dayansaq, bütün sonrakı 
mədəniyyətlər  özündən  əvvəlkilərin  varisləridir.  Orta  Asiya,  Kür-Araz  (Xəzərdən  Patağ 
dağlarınadək)  və  ġumer  mədəniyyətləri  daha  çox  varislik  əlaqələri  ilə  bağlıdır;  [bunlar] 
bütövlükdə  səkkiz  min  il  davam  edən  böyük  bir  mədəniyətin  üç  böyük  mərhələsi  kimi  də 
qəbul edilə bilər. Bu mədəniyyətlərin yaranmasında çağdaĢ dünya xalqlarının bir çoxunun ulu 
babaları  iĢtirak  etmiĢdir.  Bunların  içərisində  türklərin  ulu  dədələri  önəmli,  demək  olar  ki, 
birincilər  sırasında  yer  tutmuĢlar.  Azərbaycan  bu  böyük  mədəniyyətin  həm  yaranmasında, 
həm  gəliĢməsində,  həm  də  bir-biri  ilə  bağlanmasında,  iliĢkilənməsində  ən  önəmli  yer 
tutmuĢdur.  "Azərbaycan  birincinin  (Çayhun-Sayhun)  davamı,  üçüncünün  (ġumer)  özülüdür" 
deyə  bilərik.  Buna  görə  də  Parsa’nın  yaranmasınadək  Azərbaycanın  qədim  tarixinə  ötəri bir 
nəzər salmaq burada qaçılmazdır.  
Yaxın və Orta ġərqin tarixini araĢdıran bütün tarixçilər Azərbaycanın dünyada ən qədim insan 
məskənlərindən biri olduğunu bildirirlər. Dünyada ən az öyrənilmiĢ tarix bəlkə də Azərbaycan 
tarixidir.  Azərbaycanın  öz  tarix  qaynaqları  az  öyrənildiyindən,  bir  sıra  tarix  qaynaqları məhv 
olduğundan  və  ya  məhv  edildiyindən,  əldə  olan  tarix  qaynaqları  düĢmən  qələmindən 
çıxdığından  və  hətta  bizim  öz  tarixçilərimizin  də  öz  taiximizə  düĢmən  tarixçilərin  gözü  ilə 
baxdığından, BÜTÖV AZƏRBAYCAN tarixini və mədəniyyətini öyrənmək üçün 
ayrıca araĢdırma 
metodu
  yaradılmadığından,  daha  nələr,  daha  nələri  də  düĢünsək,  Azərbaycan  tarix  və 
mədəniyyətinin araĢdırılma, öyrənilmə mənzərəsi tam aydınlığı ilə göz önünə gələr.  
Çox yığcam bir misal göstərək. Ġstərsəniz açın, Azərbaycana aid tarix araĢdırmalarına baxın. 
Ən  qədim  tariximiz  ġumer,  Babil,  Akkad,  Assur qaynaqlarına  dayanaraq  araĢdırılır.  Özü  də, 
hansı  anlara  [dayanaraq]?  O  anlara  ki,  həmin  anlarda  bunların  dördü  də  Azərbaycanla 
müharibə  Ģəraitində  olub.  Yəni  düĢmənçiliyin  ən  düĢmən  zirvəsində.  DüĢmənin  bizim 
haqqımızda yazdıqlarından nə çıxarırsınız çıxarın, yenə də bizim tarixi əyri göstərəcək.  
Orta  əsrlər  ərəb,  fars,  erməni  qaynaqları,  yeni  dövr  rus  qaynaqları  da  eyni  təsirə  malikdir. 
Rusiya  tarixçi,  səyyah  və  agentləri  Azərbaycana  aid  nə  varsa  hamısını  "Persiya"ya  aid 
etmiĢlər: 
"Persidskiy Azerbaydjan", "Persidskaya Djulfa (Culfa)", "Persidskaya Astara"
 və s.  
Çox qəribədir ki, öz adlarımızı (insan, yer, tayfa, el və s.) da yabançı qaynaqlarda yazılan kimi 
oxuyur, ya da elə tanıyırıq. Məsələn: 
Türk
 - turukku, turuku, turuxi; 
Quz (Oğuz)
 - qus, ğuz, quĢ, kuĢ; 
Qaz
 - kass, kas, kassit, kaspi, kasan, kaĢan, kaĢ; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə