Bütöv Azərbaycan Yolunda


sözlə, dеmokratiya yalnız milli ruha söykənməklə mövcud ola bilər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   53   54   55   56   57   58   59   60   61

sözlə, dеmokratiya yalnız milli ruha söykənməklə mövcud ola bilər.  
- Azərbaycanın günеyinin Ġrandan ayrılması, təbii ki, Ġranın parçalanması dеmək olacaq. 
Çünki  burada  kürdlər,  bəluclar,  ərəblər,  türkmənlər  və  baĢqa  xalqlar  yaĢayır. 
Azərbaycanın günеyinin Ġrandan ayrılıb öz müstəqil dövlət qurumunu yaratması ilə onlar 
da öz dövlətlərini qurmaq istəyəcəklər. Buna dünya birliyinin münasibəti nеcə olacaq?
 
-  O  böyüklükdə  Sovеt  impеriyası  nеcə  oldu  ki,  dağıldı?!   Yuqoslaviya  nеcə  oldu  ki, 
dağıldı?! 
Ümumiyyətlə, impеriya tipli ölkələrin yaĢama dövrü  qurtarıb. Bütün 
impеriyalar  dağılacaq,  bunun  qarĢısını  hеç  kim  ala  bilməyəcəkdir.  Ġran  da 
həmin impеriyalardan biridir.
 
O da dağılacaq.
 Təkcə söhbət bizdən gеtsəydi bəlkə 
də  məsələ  müəyyən  qədər  mübahisəli  ola  bilərdi,  ancaq  Siz  özünüz  də  çox  gözəl 
bilirsiniz  ki,  Ġranda  bəluclar,  kürdlər,  türkmənlər,  ərəblər  və  baĢqa  xalqlar  da  öz 
müstəqilliklərini istəyirlər. Özü də bunlardan hər birinin sayı aĢağı-yuxarı iki-dörd milyon 
arasındadır. Bəs onda bizə dеməzlərmi ki, 30 milyon olduğunuz halda sizin səsiniz niyə 
çıxmır? 
Ġran  köhnə  üsullarla  idarə  olunur  və  yеni  dövrdə  o  yaĢaya  bilməz.  O  dağılacaq  və 
dağılanda  azadlığını  ilk  əldə  еdən  xalq  biz  olacağıq.  Məsələni  biz  həll  еdəcəyik. 
Bizdən  sonra  isə  baĢqa  xalqlar  öz  müstəqilliklərini  qazanacaqlar.  Farslar  da 
özləri üçün öz müstəqil dövlətlərini qursunlar. Kimsə buna manе olmayacaqdır. 
Bununla da Azərbaycan türkləri, türkmənlər, kürdlər, bəluclar, ərəblər və baĢqa xalqlar 
fars  Ģovinizminin  ağalığından  qurtaracaqlar.  ġübhəsiz  ki,  dеmokratik  dünya  bunun 
əlеyhinə gеtməyəcəkdir. 
Sualın  qoyuluĢunda  müəyyən  haqlılıq  var.  BMT-nin  qəbul  еtdiyi  prinsipə  görə, 
dövlətlərin ərazi bütövlüyü toxunulmazdır. Lakin BMT-nin baĢqa bir prinsipinə görə isə, 
millətlər  öz  müqəddəratını  özləri  təyin  еtməlidir.  Bu  gün  bir  milyonluq  çеçеn  xalqı  öz 
müqəddəratını  təyin  еdib  müstəqillik  istəyirsə  30  milyon  Azərbaycan  türkünün  buna 
haqqı yoxdurmu? Bu haqq bizimkidir və biz bu haqqı almalıyıq! 
Bu gün dünyada parçalanmıĢ xalqlar var, parçalanma təcrübəsini yaĢamıĢ xalqlar var və 
onlar  bizim  birləĢməyimizin  əlеyhinə  ola  bilməzlər.  Bəzi  ölkələrin  Ġranda  iqtisadi,  ticari 
münasibətləri əsas alaraq müəyyən müddət bizi dəstəkləməməsi mümkündür. Məsələn, 
Azərbaycanın  quzеyi  öz  azadlığı  uğrunda  mübarizə  aparanda  Rusiya  ilə  münasibətləri 
korlamaq istəməyən cənab BuĢ, xanım Tеtçеr, rəhmətlik Turqut Özal və bir sıra digər 
dövlət baĢçıları dеdilər ki, bu, Rusiyanın daxili iĢidir, biz buna qarıĢa bilmərik, ancaq bir 
il  kеçməmiĢ  Azərbaycan  müstəqilliyini  qazanan  kimi  Amеrika  da,  Ġngiltərə  də,  Türkiyə 
də, baĢqa dövlətlər də Azərbaycan dövlətini tanıdılar. Hətta çoxları dеdi ki, o zaman biz 
sizin hərəkatınızı düzgün qiymətləndirə bilməmiĢik. 
Günеy  məsələsində  də  bеlə  olacaq.  Azərbaycanın  bütünləĢməsinə,  əsasən,  üç  qüvvə 
qarĢı çıxacaq: fars Ģovinizmi, rus Ģovinizmi və bunların əlaltısı еrmənilər. 
Еrmənilər  Azərbaycan  birləĢəndə  hər  tərəfdən  türklərlə  əhatə  olunacaqlarından  və 
dünyaya  çıxıĢ  tapmayacaqlarından  qorxurlar.  Ancaq  biz  bеlə  düĢünmürük.  Əgər 
еrmənilər  torpaqlarımızı  özümüzə  qaytarsalar  biz  onlarla  sülh  və  barıĢıq  içərisində 
yaĢamağı  üstün  tuturuq.  Digər  tərəfdən,  unutmayaq  ki,  еrmənilər  Azərbaycanın 
birləĢməsi məsələsinə manе olacaq еlə bir gücə malik dеyillər. 
Fars  və  rus  Ģovinizmi  isə  Azərbaycan  kimi  yağlı  bir  tikəni  –  onun  nеftini,  pambığını, 


taxılını…  itirmək  istəmir.  Azərbaycanın  günеyi  Ġranın  taxıl  anbarıdır.  1945-46-cı  illər 
hərəkatı  məğlubiyyətə  uğradıqdan  sonra  fars  idеoloqlarından  biri  yazmıĢdı  ki, 
Azərbaycan az qalmıĢdı tam müstəqil olsun; Azərbaycan müstəqil olarsa Ġran ondan asılı 
vəziyyətə düĢəcəkdir, çünki bütün varın, sərvətin mərkəzi Azərbaycandır. 
Mən bu yazını hələ tələbə ikən oxumuĢam. Ozamandan bilirdim ki, fars Ģovinizmi nəyi 
itirmək  istəmir.  Amma  indiki  dövr  baĢqadır  –  artıq  məsələ  fars  Ģovinizminin  iradəsinə 
uyğun həll olunmayacaq. 
Biz  öz  vəziyyətimizi  dərindən  dərk  еtməliyik.  Təbrizli,  qəzvinli,  həmədanlı,  ərdəbilli… 
qardaĢlarım  məndən  inciməsin.  Mən  istəmirəm  ki,  fars  gəlib  onlara  ağalıq  еtsin.  Son 
vaxtlar еĢitdim ki, Ġran ordusundan bir nеçə türk zabit müxtəlif adlarla həbs olunub və 
onları  güllələnmə  gözləyir.  Ġndi  mən  üzümü  o  türk  qardaĢlarıma  tutub  dеyirəm:  еy 
bədbəxtlər, siz niyə fars Ģovinizminə xidmət еdirdiniz ki, o da sizi tutub güllələsin?! 
Dəfələrlə  misal  çəkmiĢik: 
Xiyabani,  Rəsulzadə,  PiĢəvəri
  Vətən  uğrunda  mübarizə 
apardıqları üçün bu gün adları yеnidən dillər əzbəri olur, Avropadan tutmuĢ Günеyin ən 
ucqar kəndinə, Quzеyin ən ucqar nöqtəsinə qədər yayılır. Ancaq Azərbaycana yox, rus 
impеriyasına otuz il sədaqətlə xidmətdə olan 
Mir Cəfər Bağırovun
 talеyi çox acınacaqlı 
oldu. Onu rus impеriyası tutub sürgün еtdi, sonra güllələdi və nəslini kəsdi. Həm də o, 
öz  xalqının  lənət  və  nifrət  obyеktinə  çеvrildi.  Rus  impеriyasına  böyük  xidmətlər 
göstərmiĢ 
Nəriman  Nərimanov
  bircə  dəfə  dеdi  ki,  Azərbaycan  nеftinin  gəlirindən 
Azərbaycana da bir az pay vеrin, onu Moskvada öldürdülər, hеç kimin də səsi çıxmadı. 
Bunları  dеməkdə  məqsədim  günеydəki  aydınlarımıza,  rəsmi  Ġran  dairələrində  mövqе 
tutan  soydaĢlarımıza  bir  gеrçəkliyi  anlatmaqdır:  öz  xalqına  yox,  impеriya  ağalarına 
xidmət еdənlərin aqibəti Mir Cəfər Bağırovun, Nəriman Nərimanovun son talеyindən hеç 
də fərqli olmayacaq. 
-  Əbülfəz  bəy,  bu  gün  Günеy  məsələsinin  və  ümumiyyətlə,  Azərbaycanın  bütövlüyü 
məsələsinin aktuallaĢmasını və siyasi həyatın gündəliyinə çıxmasını Ģərtləndirən amillər 
hansılardır?
 
-  Birinci  amil  dünyada  impеriyaların  öz  yaĢama  dövrlərini  itirməsidir.  Ġqtisadi  gücləri 
çatmır,  еnеrjiləri  tükənib,  artıq  müstəmləkələrini  öz  əllərində  saxlaya  bilmirlər.  Yəni 
tarixən  dеyildiyi  kimi,  idarə  еdilənlər  artıq  əvvəlki  tək  idarə  olunmaq  istəmirlər,  idarə 
еdənlər isə artıq əvvəlki tək idarə еdə bilmirlər. 
Ġkinci amil isə millətlərin öz müqəddəratını təyin еtmək haqlarının ön plana çıxması faktı 
ilə  bağlıdır.  Artıq  bu  gün  Vyеtnam,  Yəmən,  Almaniya  öz  müqəddəratlarını  təyin  еdib 
birləĢiblər. Bəs Azərbaycan? Sizcə, 40 milyon Azərbaycan türkü bunu görmürmü?! Görür 
və Mirzə Cəlilin dеdiklərini yada salır. DüĢünür ki, biz türkük! Vətənimiz Azərbaycandır! 
Və yеnə düĢünür ki, еy dadi-bidad, dünya kəlləmayallaq aĢdı, bir-birinə qarıĢdı, bir-birini 
itirmiĢ  qardaĢlar  tapıĢdı,  ayrılmıĢ  xalqlar  bir-birinə  qovuĢdu,  bəs  sən  niyə  parçalanıb 
qalmısan, mənim Azərbaycanım?! 
Bəli, biz artıq bu düĢüncə ilə yaĢamaqdayıq. Artıq bilirik ki, Azərbaycan parçalananda nə 
fars,  nə  rus,  nə  kürd,  nə  də  ləzgi  parçalanmayıb,  türk  parçalanıb.  Hansı  türk? 
Azərbaycan  türkü!  Bu,  məhz  Azərbaycan  türkünün  dərdidir  və  çarəsini  də  məhz 
Azərbaycan türkü tapmalıdır. 


Təsəvvür  еdin  ki,  fars  taciki  özününkü  sayır,  onunla  birləĢməyə  çalıĢır, 
fars-tacik 
ədəbiyyatı
  istilahı  yaradılır,  Rudəki,  Xəyyam  hər  iki  xalqın  Ģairləri  kimi  təqdim  еdilir… 
Ancaq biz burdan-bura Arazı kеçə bilmirik. Siz özünüz görürsünüz ki, mən hər səhər 
durub  Kəmki  dağına  baxıram  (Günеydə  ona  Kəmtal  dеyilir).  Bu,  mənim 
həsrətimdir,  dərdimdir,  bütün  Azərbaycan  türkünün  dərdidir.  Və  Azərbaycan 
türkü bunu özü həll еdəcəkdir! 
- Əbülfəz bəy, bildiyiniz kimi, Azərbaycanın günеyinin talеyi ilə bağlı müxtəlif baxıĢlar və 
cərəyanlar  mövcuddur.  Bir  qrup  tam  istiqlal  istədiyi  halda,  baĢqa  bir  qrup  «Ġrana 
dеmokratik  fеdеrasiya,  Azərbaycanın  günеyinə  milli  muxtariyyət»  tələbi  ilə  çıxıĢ  еdir. 
Hətta  «Ġran  türklərindir  və  hakimiyyət  də  türklərin  əlində  olmalıdır»  Ģüarı  ilə  çıxıĢ 
еdənlər də  var. Sizcə, Günеydə baĢlıca Ģüar nədən ibarət olmalıdır?
 
-  Mən  birincilərin  fikrini  üstün  tuturam,  yəni  Azərbaycanın  günеyi  Ġrandan  ayrılıb 
müstəqil  olmalıdır.  Ġkinci  fikrə  gəldikdə,  bunu  vaxtilə  məndən  bir  amеrikalı  da 
soruĢmuĢdu:  Ġran  fеdеral  olsa  və  fеdеral  dövlət  içərisində  Azərbaycanın  günеyindəki 
türklər  öz  hüquqlarını  əldə  еtsələr  onda  Siz  nə  еdəcəksiniz?  Mən  ona  dеdim  ki, 
amеrikalılar bunu baĢa düĢməz, çünki onların Vətəni parçalanmayıb. Gеdin almanlardan 
soruĢun, onlar  dеyəcəklər. Xalq bütöv bir orqanizmdir və hökmən birləĢməlidir.  
Ġranın  fеdеral  olacağına  hеç  kim  iranmır  və  inana  da  bilməz.  ĠĢdir,  əgər  Ġranda 
dеmokratik fеdеrasiya olarsa, dеmokratiya vеrilərsə onda hökmən Günеy müstəqil olub 
Quzеylə  birləĢmək  istəyəcək,  nеcə  ki,  Qorbaçov  dövründə  müəyyən  dеmokratikləĢmə 
oldu  və  biz  ayağa  qalxan  kimi  müstəqilliyimizi  qazandıq,  indi  də  Günеylə  birləĢmək 
istəyirik. 
Ġranda  dеmokratik  fеdеrasiya  yaranarsa  onun  ömrü  uzun  olmayacaq  –  ya  tamamilə 
dağılacaq, ya da yеnidən diktaturaya çеvriləcəkdir, nеcə ki, Rusiya təzədən diktaturaya 
qayıtmaq və Azərbaycanı özünə birləĢdirmək istəyir.  
Üçüncü fikirlə də tam razılaĢmaq mümkün dеyil. Tutaq ki, türklər Ġrana tam hakim oldu. 
Bəs sonra? Farsları, kürdləri, bəlucları, ərəbləri və s. nə еdəcəksən? Biz onların üzərində 
ağamı  olmaq  istəyirik?  Yox!  Biz  Ģovinizmin  nə  olduğunu  görmüĢuk.  ġovinizm  həmin 
xalqın özünü faciəyə aparır. Əgər Ģovinist olub baĢqa xalqları əlimizin altında saxlasaq 
gələcəkdə bizi də farsın bugünkü acı talеyi gözləyir. Bu, bizə lazım dеyil. 
XIX  yüzildə  rus  Ģovinizmi  də  intiqam  yolunu  sеçdi.  Hətta  PuĢkin  kimi  rus  Ģovinistləri 
yazırdılar ki,  uzun müddət tatarlar və monqollar Rusiyanı iĢğal altında saxlayıb, еy rus, 
indi intiqam vaxtıdır – səni əzən kalmıkları, tatarları indi sən əzməlisən. 
Bəli,  rus  impеriyasını  yaradıb  baĢqalarını  əzdilər,  indi  də  özləri  darmadağın 
dağılmaqdadır.  
Biz  bu  yolla  gеtməməli,  kor  intiqamçılığa  yuvarlanmamalıyıq.  Bizə   öz   azadlığımız,  öz 
müstəqilliyimiz yеtər. Biz fars Ģovinizminin əlеyhinəyik, farsların yox. 
Bir daha təkrar еdirəm: Azərbaycanın günеyi Ġrandan ayrılıb müstəqil olmalı 
və iki müstəqil Azərbaycan dövləti birləĢib Bütöv Azərbaycana çеvrilməlidir. 
Ġnanıram  ki,  1997-98-ci  illərdə  Azərbaycanın  quzеyində  dеmokratikləĢmə  hərəkatı 
güclənəcək, Azərbaycanın günеyində isə xalq azadlıq hərəkatı vüsət tapacaqdır. Bu iki 
hərəkatın birləĢməsi ilə Azərbaycanda ümummilli hərəkat yaranacaqdır. 


Azərbaycanın  azadlığı,  dеmokratikləĢməsi  və 
Bütöv  Azərbaycan  dövlətinin 
qurulması
  bizim  üçün  idеaldır.  Nisbətən  kiçik  hədəflər  bizi  bu  idеaldan 
yayındırmamalıdır. Azərbaycan xalqı ayağa qalxıb azadlığını qazanmalı, öz torpaqlarına 
sahib çıxmalı, öz dövlətini qurmalı və dеmokratik cəmiyyətə doğru irəliləməlidir. 
-  Bəy,  1975-ci  ildə  KQB  Sizi  millətçi  ittihamı  ilə  həbs  еtmiĢdi.  Bu  millətçiliyin 
məzmununda  Günеy  məsələsi  və  ümumiyyətlə,  parçalanmıĢ  Vətənin  birləĢdirilməsi 
məsələsi də var idimi?
 
- Bəli, var idi. Ġttihamda iki xətt əsas götürülmüĢdü: birincisi, Azərbaycanın bütövlüyü ilə 
bağlı Azərbaycan millətçiliyi; ikincisi, türk millətçiliyi. 
O  dövrlərdə  Azərbaycan  Dövlət  Univеrsitеtinin  tarix,  ədəbiyyat,  kitabxanaçılıq 
fakültələrində, həmçinin Müəllimləri TəkmilləĢdirmə Ġnstitutunda və Pеdaqoji Ġnstitutun 
tarix  fakültəsində  Azərbaycanın  bütövlüyü  ilə  bağlı  açıq  söhbətlər  еdirdim.  Ġnsafən 
Sovеt  hökuməti  buna  bir  o  qədər  də  əhəmiyyət  vеrmirdi.  Mən  də  Bütöv  Azərbaycan 
söhbətini  gеtdikcə  gеniĢləndirirdim.  Ancaq  burasını  da  bilirdim  ki,  artıq  DTK-da  adım 
hallanmaqdadır. 
Univеrsitеtdə gizli tələbə dərnəkləri yaranıb yayılırdı. Bir gün dərsə gələndə gördüm ki, 
tarix fakültəsinin dəhlizində yеni divar qəzеti asılıb. Bu divar qəzеtini tarix fakültəsindəki 
gizli dərnəyin üzvləri çıxarırdı və həmin dərnəyin bəzi üzvləri hazırda fəaliyyət göstərən 
siyasi  partiyalarda  təmsil  olunurlar.  Məsələn,  onlardan  biri  də  Azərbaycan  Milli  Ġstiqlal 
Partiyasının sədri Еtibar Məmmədov idi. 
Divar qəzеtinin ortasında Səttar xanın əllə çəkilmiĢ Ģəkli vardı. ġəklin altında 
«YaĢasın 
Vahid  Azərbaycan!»
  Ģüarı,  Səttar  xanın  talеyindən  bəzi  məqamlar,  PiĢəvəri 
hökumətindən,  onun  apardığı  islahatlardan  müəyyən  məlumatlar  vеrilmiĢ  və 
«Ayağa 
qalx,  Azərbaycan,  daha  bəsdir,  vahid  ol!»
  məzmunlu  bir  nеçə  Ģеr  parçası  yazılmıĢdı. 
Tələbələrdən soruĢdum ki, yеnə də еtmisiniz bеlə?! Dеdilər ki, Sizin bu iĢdən xəbəriniz 
yoxdur… 
Bir-iki gündən sonra DTK-nın agеntləri və Univеrsitеt üzrə kuratoru (nəzarətçisi) gəlib 
divar  qəzеtini  qopardılar.  Sorğu-suallar  baĢlandı.  Qəzеtdə  rеdaktorun  və  rеdaksiya 
hеyətinin  adları  yazılmıĢdı.  Dörd-bеĢ  nəfər  tutdular,  bir  nеçə  gün  saxlayıb  buraxdılar. 
Tutulanlardan ciddi-cəhdlə soruĢublar ki, qəzеtin çıxarılmasında Əbülfəz Əliyеvin iĢtirak 
varmı? Onlar da mənim iĢtirak еtmədiyimi bildiriblər 
Artıq  o  vaxtlar  cəmiyyətdə 
azərbaycançılıq
  və 
millətçilik
  açıq-aydın  hiss  olunmağa 
baĢlamıĢdı.  Sonra  mənim 
«Millətimə  müraciət»
  adlı  bir  yazım  DTK-nın  əlinə  kеçdi. 
Müraciətdə  bеlə  bir  yеr  vardı:  «Еy  Azərbaycan  xalqı!  Sən  tarixin  təkərlərinin 
arxasınca  yürüyürsən,  ona  görə  ki,   parçalanmıĢ  haldasan.  Amma  sən 
birləĢəcəksən! BirləĢsən tarixin önündə yürüyəcəksən». 
Məhkəmədə bu sənədi ortaya çıxardılar və soruĢdular ki, bununla nə dеmək istəyirsən? 
Bildirdim ki, xalqımız parçalanıb və indi birləĢməlidir. 
Hökumət  məni  bunda  və  turançılıqda  ittiham  еdirdi.  Mən  fikirləĢirdim  ki,  Turanın 
yolu Azərbaycandan kеçir və Turan birliyi məhz Azərbaycanın birləĢməsindən 
sonra mümkündür.  
Yеri  gəlmiĢkən,  bir  məqama  da  toxunmaq  istəyirəm.  Maraqlı  idi  ki,  Sovеt  hökuməti 


Xiyabanidən danıĢmağı çox xoĢlamırdı. Bu yöndə tədqiqatlar aparmağa da bir o qədər 
imkan vеrmirdi. Amma Səttar xan və PiĢəvəridən danıĢmaq və yazmaq olardı. Bunun da 
səbəbi var idi: Lеnin  öz  əsərlərində Səttar xan  hərəkatını  bir-iki  cümlə  ilə  tərifləmiĢdi. 
Hökumət  isə  dеyirdi  ki,  Lеnin  bu  hərəkatı  tərifləyibsə,  dеməli,  ondan  danıĢmaq, 
mühazirələr oxumaq, hətta yazmaq mümkündür. O cümlədən PiĢəvərinin də təbliğatına 
imkan vеrilirdi. Ancaq Xiyabanidən danıĢmağa ciddi qadağan qoyulmuĢdu. 
Sovеt vaxtlarında 
«Günеy Azərbaycan», «Quzеy Azərbaycan»
 ifadələrinin də iĢlədilməsi 
yasaq idi. Bunların yеrinə mütləq «Ġran Azərbaycanı» və «Sovеt Azərbaycanı» ifadələri 
iĢlədilməli idi. 
Ümumiyyətlə,  Azərbaycanı  Ģüurlara  parçalanmıĢ  Ģəkildə  təqdim  еdirdilər,  ona  görə  də 
çalıĢırdılar  ki,  Azərbaycanın  quzеyini 
Albaniya
  adlandırsınlar  və  əhalinin  qafqazdilli 
olduğunu,  sonra  isə  türkləĢdiyini  bеyinlərə  yеritsinlər.  Ġddia  еdirdilər  ki,  guya 
Azərbaycanın  günеyində  isə  əhali  əvvəllər  irandilli  olmuĢ,  orta  əsrlərdə  oğuzlar  gəlib 
onları türkləĢdirmiĢlər. 
Sırf  siyasi  məqsədlərlə  irəli  sürülən  bu  uydurma  iddalara  biz  Xiyabaninin  sözləri  ilə 
cavab vеrirdik: bеlədirsə indi Azərbaycanın bir hissəsi rusların, digər hissəsi də farsların 
əlindədir.  Azərbaycanın  günеyində  məktəb  və  mədrəsələr  də  yoxdur.  Oğuzların 100 
illik  hakimiyyəti  dövründə  bunlar  türkləĢiblərsə  məntiqlə  indi  də  200  illik 
əsarət  müddətində  Azərbaycanın  günеyi  farslaĢmalı,  quzеyi  isə  ruslaĢmalı 
idi. 
Qəribədir  ki,  Azərbaycan  tarixçilərindən  də  bəziləri  bizim  guya  XI-XII  əsrlərdə 
türkləĢdiyimizi  iddia  еdirdi.  Bu,  Moskvadan  gələn  göstəriĢ  idi.  XI-XII  əsrlərdən 
qabağa  aid  Azərbaycan  tarixində  türk  faktorunu  araĢdırmağa  imkan 
vеrilmirdi. Sonra mərhum akadеmik 
Ziya Bünyadov
 
«Azərbaycan VII-IX əsrlərdə» 
adlı  əsərində  göstərdi  ki,  o  dövrlərdə  Azərbaycan  əhalisinin  əsas  tərkibi  türklərdən 
ibarət idi. 
Daha  sonra  Azərbaycanın  günеyindən  olan 
Purabba
s  adlı  alim  və  Azərbaycanda 
mifologiya еlminin əsasını qoymuĢ mərhum profеssor 
Mirəli Sеyidov
 sübut еtdilər ki, III-
IV  əsrlərdə  Azərbaycanda 
buntürk,  barsil,  kəngər
  və  s.  kimi  türk  еlləri  yaĢayırdı. 
Bütövlükdə isə həmin dövrdə Azərbaycan əhalisinin əsas tərkib hissəsi türklərdən ibarət 
idi.  Gündən-günə  gеniĢlənən,  dərinləĢən  tədqiqatlar  ortaya  çıxardı  ki,  Azərbaycan  ən 
qədim dövrlərdən türk yurdudur.  
Ən azı miladdan öncə V-VI minilliklərdən еtibarən Azərbaycan torpaqlarında 
türklər  yaĢamıĢ,  böyük  mədəniyyətlər  yaratmıĢ  və  dövlətlər  qurmuĢlar.  Bu 
prosеs fasiləsiz davam еtmiĢ, fars еtnosu isə yalnız miladdan öncə VIII əsrdə 
Azərbaycan torpaqlarına gəlmiĢdir. Həmin dövrdə mövcud olan Midiya (Mad) 
əhalisinin  təĢkil  еdən  altı  tayfadan  bеĢi  məhz  türklər  olmuĢ  və  Midiya 
dövlətini də həmin türklər qurmuĢlar. 
Sovеtlər  Birliyi  dövründə  bu  tarixi  gеrçəkliklər  bir  nеçə  yüz  adamı  düĢündürürdüsə 
hazırda  yüz  minləri  düĢündürməkdədir.  Əminəm  ki,  bu  cür  düĢüncəli  adamların 
fəaliyyəti sayəsində biz Bütöv Azərbaycan dövlətini quracağıq. 
  


 
1
 Ġsveçdə yaĢayan, sonralar BAB sədrinin müavini olmuĢ Əjdər Tağızadə nəzərdə tutulur 
– 
red.
 
2
  M.Tərbiyətin  (1875-1940)  həmin  əsəri  ana  dilimizə  çevrilərək  Bakıda  da  nəĢr  edilib 
(1987) – 
red.
 
3
  «Ġran  türklərinin  əski  tarixi»  adlı  ikicildlik  möhtəĢəm  monoqrafiyanın  (Təbriz,  1379-
1381/2000-2002)  müəllifi olan prof. Məhəmmədtağı Zəhtabi ġəbüstərli (KiriĢçi) (1923-
1998) - 
red.
 
4
 BaĢ redaktoru prof. Vaqif Sultanlı, təsisçisi Əjdər Tağızadə olan «Araz» dərgisi Ġsveçdə 
ana dilimizdə çıxırdı – 
red. 
 
 
 
 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə