Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   2   3   4   5   6   7   8   9   10   ...   61

VuruĢan,  ölən,  siyasəti  və  dövləti  idarə  edən  türklər  olduğu  halda,  tarixdə,  Rusiya  dövlət 
sənədlərində, mətbuatında və arxiv sənədlərində "persidskiye dokumentı" ("fars sənədləri"), 
"voyna s Persiyey" ("Persiya ilə müharibə") və s. yazılırdı. Bütün məsələlər də Azərbaycanla 
bağlı idi. Məsələyə dərindən yanaĢsaq dövlət Qacarlar dövləti, Azərbaycan və Fars ona daxil 
olan  əyalətlər  idi.  Müharibələr  Azərbaycanda  gedirdi  və  əslində  Rus[iya]-Azərbaycan 
müharibələri idi, tarixə isə "Rossiysko-persidskiye voynı" ("Rusiya-Persiya müharibələri") adı 
ilə daxil edilirdi. Bütün bunlar dünən (XIX yüzildə) baĢ vermiĢ və tarix gözümüzün qabağında 
saxtalaĢdırılmıĢdır. 
Bunları sadalamaqda məqsədim odur ki, hörmətli oxucu bir daha diqqətli olub, Azərbaycanın 
və  onun  ən  qədim  və  ilk  sakini  olan  türklərin  qədim  və  orta  əsrlər  tarixinin  necə 
saxtalaĢdırıldığını az da olsa təsəvvüründə canlandıra bilsin. Və təsəvvür etsin ki, Azərbaycan 
tarixinin  gerçəkliyini  üzə  çıxarmaq  istəyən  tarixçilər  necə  çətin,  ağır  duruma  düĢmüĢ,  necə 
böyük axın halında olan hücumlara məruz qalmıĢ, hansı mənəvi sarsıntıları keçirmiĢlər. Son 
30  ildə  mən  özüm  bu  konfrans,  seminar  və  yığıncaqların  iĢtirakçısı  və  tanığı  olmuĢam. 
Alimlərimizdən Ziya bəy Bünyadov, Süleyman bəy Əliyarov, Yusif bəy Yusifov, Mahmud bəy 
Ġsmayılov,  ġövkət  xanım  Tağıyeva,  mərhum  Mirəli  bəy  Seyidov,  mərhum  Xudu  bəy 
Məmmədov, mərhum Aydın bəy Məmmədov, mərhum Zelik Yampolski, mərhum Məmmədəli 
bəy Hüseynov, Tofiq bəy Hacıyev, Kamil bəy Vəliyev, Zakir bəy Məmmədov, Ġsa bəy Qəmbər, 
mərhum Malik bəy Mahmudov, mərhum Əbülfəz bəy Hüseynli, Yaqub Mahmudov, Qeybulla 
bəy  Qeybullayev,  Məhəmməd  bəy  Tantəkin  və  b.  (adlarını  çəkmədiklərim  məni  bağıĢlasın) 
hər  cür  hücum  və  təzyiqlərə  məruz  qalır,  “millətçi”,  “pantürkist”,  “feodal  dövrünün 
tərənnümçüsü”  və  s.  damğalarla,  37-38-ci  illərin  havası  ilə  təhdid  edilirdilər  (ölənlərə  min 
rəhmət, qalanlara Tanrı yar olsun!). 
Bir daha təkrar edirik ki, birgə götürdükdə türk tarixini, ayrıca olaraq da Azərbaycan tarixini 
araĢdırmağın  tək  bir 
metodu
  yoxdur,  halbuki  bunsuz  gərəkli  ölçüdə  irəli  getmək  mümkün 
olmayacaq. Alimlərimizin demək olar ki, hamısı tarixi marksist-leninçi metodologiya əsasında 
araĢdırıb.  Qısaca  olaraq,  bu,  nə  deməkdir:  bütün  tarix  boyu  4  quruluĢ  olub:  ibtidai  icma, 
quldarlıq,  feodalizm,  kapitalizm;  beĢincisi 
həm  də  sonuncu  olacaq
,  onu  kommunistlər 
quracaq, adı da kommunizmdir, sosializm onun birinci mərhələsidir. Tarix siniflərin mübarizəsi 
tarixidir.  Ġbtidai  icma  quruluĢunda  siniflər  olmayıb,  dövlət  olmayıb,  çünki  dövlət  bir  sinfin 
baĢqa sinif üzərində ağalığını təmin edən alətdir, kommunizmdə də siniflər aradan qalxacaq, 
deməli, dövlət ölüb gedəcək. Quldarlıq eradan qabaq III minillikdən baĢlayır; feodalizm indiki 
eranın  III  yüzilindən  baĢlayır;  kapitalizm  (yeni  dövr)  Ġngiltərədəki  burjua  inqilabından 
baĢlayır; Rusiyada oktyabr inqilabından ən yeni dövr baĢlayır və baĢqa, və baĢqa hökmlər… 
Tarixi saxtalaĢdırmaqda bundan eybəcər metodologiya düĢünmək və tapmaq mümkün deyil! 
Tarix elmi Sovet Ġttifaqında yalan marksist ideologiyanın yalançı quluna çevrildi. Ġstər-istəməz 
belə  bir  tezis  yaranırdı:  əgər  III  yüzildən  öncə  hər  hansı  bir  dövlət  olubsa,  deməli,  quldar 
dövlət olub; bundan qırağa çıxmaq olmaz. Quldarlıq quruluĢu öz növbəsində ən mürtəce, ən 
pis quruluĢ olub. Sovet tarixçiləri yeni tezis meydana atdılar: ruslar, ümumiyyətlə götürdükdə 
slavyanlar,  qul  olmayıblar,  quldarlıqdan  yan  keçiblər,  birbaĢa  feodalizmə  daxil  olublar.  Çox 
qəribə bir mənzərə yarandı - almanlar da quldarlıqdan yan keçiblər. Bunun ardınca gürcü və 
erməni tarixçiləri dəridən-qabıqdan çıxıb sübut etmək istəyirdilər ki, gürcülər də, ermənilər də 
quldarlıqdan  yan  keçiblər.  Sonra  bu  Sovet  tarixçiləri  dilemma  qarĢısında,  iki  yol  ayrıcında 
qaldılar: bu ölkələrdə feodalizm IX yüzildən sonra baĢlayıb, quldarlıq da olmayıb, deməli, X 
yüzilədək bu xalqların 
dövləti olmayıb?
 Onda iki yol seçildi: birinci, bu ölkələrdə feodalizmin 
tarixini qədimə sürükləmək; ikincisi, Marksın əsərlərində bir-iki yerdə iĢlətdiyi "Asiya istehsal 
üsulu" ifadəsini əsas götürmək, ona yeni Ģərhlər vermək, quldarlıq istehsal üsulundan fərqli 
olan yeni bir istehsal üsulu tapmaq və oraya daxil olmaq. Nəticədə daima "Asiya feodalizmi", 
"hərbi-demokratiya  dövlətləri",  "tayfa  dövlətləri"  və  baĢqa  təyinatlar  meydana  çıxdı.  "Asiya 


istehsal üsulu" haqqında mübahisələrə 1938-ci ildə Stalinin göstəriĢi ilə qadağa qoyuldu, 60-cı 
illərdə  sovet  tarixçiləri bir daha  bu problemi ortaya atdılar,  içindən  heç  nə  çıxmadı… Sonra 
Sovet Ġttifaqı dağıldı, marksist-leninçi metodologiya da onunla birlikdə hara atıldısa bəlli deyil. 
KeçmiĢ sovet tarixçiləri ideologiyasız və metodologiyasız qaldı. Bizdə bir zərbi-məsəl var: "Ara 
qarıĢdı (bəzən də "qızıĢdı" deyirlər), məzhəb itdi". Bəli, ara qızıĢdı və qarıĢdı, marksist-leninçi 
məzhəb itdi. 
Haylı-küylü,  qanlı-qadalı,  dünyanı  qorxuya  salan,  yalanı  həyat  kredosu  edən  zalım  və 
müstəbid sovet diktaturası tarixə düĢdü. Böyük Füzuli demiĢkən: 
          PadiĢahi-mülk dinarü dirəm rüĢvət verib,
 
          Fəthi-kiĢvər qılmağa eylər mühəyya ləĢkəri.
 
          Göstərən saətdə dövrani-fələk bir inqilab
 
          Həm özü fani olur, həm ləĢkəri, həm kiĢvəri.
 
"Sovet Ġttifaqı" adlı rus imperiyası fani oldu, yerində müstəqil dövlətlər yarandı. Azad xalqlar 
keçid  dövrünü  yaĢayırlar,  keçmiĢ sovet tarixçiləri  də marksist-leninçi qandallardan  qurtuldu, 
yeni  metodologiyaya  üz  tutdu.  Ancaq  bir  həqiqət  vardır  ki,  siyasət,  iqtisadiyyat  və 
ictimaiyyətdə  birindən  obirinə  keçmək,  dəyiĢmək,  uyğunlaĢmaq  ideya,  fikir  və  təfəkkürdə 
adaptasiya  olunmaqdan  qat-qat  asandır.  Onda  biz  tarixçilər  (əgər  mən  də  özümü  tarixçi 
saysam və tarixçilər məni tarixçi saysalar) nə etməliyik?  
Demokratiya  biz  fikir  qullarını  azad  etdi,  o  cümlədən  Azərbaycan  sovet  tarixçilərini.  Azad 
olmuĢ yox, azad edilmiĢ qul nə edəcəyini bilməz - ya keçmiĢ qulluğunun həsrətini çəkər, ya 
da yeni ağa axtarar. Nəticəsi nə olacaq? Ya marksist-leninçi metodologiyadan əl çəkməyəcək, 
ya da klassik burjua metodologiyasının - nisbətən yaxĢı ağanın qulu olacağıq. Bu isə qoyunun 
ayıdan qurtulub insanın əlinə düĢməsinə oxĢayır. Hər iki halda onu ölüm gözləyir. Birincinin 
adı  aydındır,  ikincinin  adı  ən  yaxĢı  halda  qurbanlıqdır.  Nəticə  eynidir.  ÇıxıĢ  yolu?  Var! 
Azərbaycan tarixçiləri (Güneyli-Quzeyli) bir yerə yığıĢıb (əgər toplaĢmağa imkan versələr və 
yaxud  biz  toplaĢmağı  bacarsaq)  Azərbaycan  tarix  və  mədəniyyətinin  araĢdırılmasının 
metodologiyasını yazmalıyıq, sözün əsl mənasında yaratmalıyıq! 
Bu  gün  kimə  sorsan  ki,  hansı  metodologiyaya  əsasən  elmi  iĢ  iĢləyirsən?  Cavab  verə  bilmir. 
Mən  təklif  edirəm  ki,  hələlik  ilkin  olaraq 
tarix-məntiq  metodunu
  qəbul  edək.  Bu  metod  nə 
üçün təqdim edilir? Birinci, ona görə ki, istər Azərbaycanın, istər türklərin, istərsə də bütün 
dünyanın qədim və ən qədim tarixi ya həddən az, üzdən öyrənilib, ya da heç araĢdırılmayıb, 
öyrənilməyib.  Buna  görə  də  birinci  vəzifə  kimi  qarĢıda  empirik  məlumatların  toplanması 
gərəkdir. Sonra bu məlumatlar "empirik və xronoloji tarixliyə" toplanmalıdır. 
Ġkincisi, bu empirik məlumatlar bir məntiqə dayanmalıdır. Bu da 
tarixsəl məntiqdir
. Məsələn, 
empirik məlumat ya mifdən, ya dildən, ya dindən gələ bilər. Bunların öz məntiqi, öz sistemi 
vardır.  Ümumi  götürsək,  min  illərlə  bəĢərin  yararlandığı  "formal  məntiq"  adlanan  məntiq 
(loqos)  bunları  qəbul  etmir.  Bəlli  olduğu  kimi,  miflər  loqosa  tab  gətirməyərək  öz  yerini 
dinlərə,  onlar  da  zaman-zaman  tab  gətirməyərək  öz  yerlərini  elmə,  fəlsəfəyə  verməkdədir. 
Hər bir dilin isə öz məntiqi vardır və onlar ümumi formal məntiqdən fərqlidir. 
Üçüncüsü, tarixsəl məntiq nə üçün gərəkdir? 
Bir mənanı deyə bilərik ki, tarixin fəlsəfəsini anlamaq və yaratmaq üçün. Çünki hələlik, bəlkə 
də bir neçə yüzil son söz tarix fəlsəfəsinindir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə