Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   4   5   6   7   8   9   10   11   ...   61

BəĢər tarixi baĢlayandan (nə vaxtdan baĢlandığı elmdə müəyyənləĢməyib, mübahisəlidir; bu 
haqda sonradan öz fikrimizi bildirəcəyik) 
mif

din
 və 
elm
 bir-birindən yararlanmaqla bərabər, 
həm də bir-birilə kəskin çəkiĢmə, mübarizə və münaqiĢədədirlər. Bir sıra tanınmıĢ tarixçi və 
filosoflar mifi dinin sıxıĢdırıb aradan çıxardığını, bir baĢqaları isə, əksinə, bəĢəriyyətin inkiĢafı 
nəticəsində insan oğlunun mifdən dinə keçdiyini, dinin mifə varis olduğunu yazırlar; belə ki, 
dinlərin hamısında özündən əvvəlki əsatirlərin (miflərin) bir qismi yer tapdı və yaĢadı. 
Dinin  əsatirə  (mifə)  münasibəti  ilə  elmin  mifə  münasibəti  ayrı-ayrıdır.  Din  bir  sıra  əsatirləri 
"saf-çürük"  edib  özünə  gərəklilərlə  ara-sıra  çulğaĢdı  və  onları  öz  içərisinə  aldı.  Elm  isə 
əsatirləri (mifləri) öyrənir, öz məntiqi əsasında təhlil edir, gerçək saydığı yerlərdən fakt, dəlil 
kimi yararlanır, onu öz içərisinə qarıĢdırmır. 
Bir  sıra  tanınmıĢ  filosof  və  alimlər  elmlə  müqayisədə  miflərə,  mifologiyaya  ayrı-ayrı  baxıĢla 
yanaĢır,  müxtəlif  qiymətlər  verirlər.  Görkəmli  türk  tarixçi,  mifoloq,  mədəniyyətĢünas  alimi 
mərhum  Bəhaəddin  Ögəl  yazır: 
"Bugünkü  millətlər  arasında  da  köklü  bir  mifolojiyə  sahib 
olanlar və ya olmayanlar vardır. Məsələn, alman və Skandinaviya qövmləri çox geniĢ və əski 
bir ədəbiyyata sahibdirlər. Bunun üçün də bu məmləkətlər tarixi (traditional) metoda böyük 
bir önəm vermiĢlər. Amerika kimi yeni topluluqlarda isə belə tarixi bir ədəbiyyat yoxdur. Bu 
səbəblə bu məmləkətlərin bilginləri də adəta alman məktəbinə cəbhə almıĢ kimidirlər"
 (Prof. 
Dr. B.Ögəl. Türk mifolojisi, qaynaqlar və açıqlamaları ilə dastanlar. Ġki cilddə. Ankara, 1993, 
1995; I cild, s.V). 
Almanların  doğrudan-doğruya  mifologiyaya  maraqları  çox  böyükdür.  XIX  yüzildə  bu  maraq 
azalmamıĢ,  bir  qədər  də  artmıĢdı.  F.Hegel  (1770-1831)  deyirdi:  mifləri  rədd  etmək  yox, 
onların  yenisini,  hətta  "ağlın  mifologiyasını  yaratmaq  gərəkdir".  "Allah  öldü"  deyən  Fridrix 
NitsĢe  (1844-1900)  mifə  rəğbətlə  yanaĢır.  "ZərdüĢt  belə  demiĢdir"  adlı  dini-mifik  əsərində 
sanki "ağlın mifologiyası"nı yaratmağa çalıĢırdı. 
Emmanuel Kant, Karl Marks, Maks Veber (1864-1920), Fridrix Engels və b. alman tarixçi və 
filosofları mifə və mifologiyaya xüsusi diqqət yetirmiĢlər. Marks, Engels, Karl Yaspers (1883-
1969)  mifologiyanın  tarixi  əhəmiyyətini qiymətləndirməklə  yanaĢı,  onu  elmə  zidd  saymıĢlar. 
K.Yaspers  "Tarixin  məqsəd  və  təyinatı"  adlı  əsərində  eradan  qabaq  VIII-II  yüzillər  arasını, 
daha  doğrusu,  VII-III  yüzilləri  özündə  birləĢdirən  500  ili  tarixin  oxu  (məhvəri)  kimi 
qiymətləndirərək, bütün tarixi bu "ox epoxası"nın ətrafında qurur və qeyd edir ki, məhz bu 
epoxanın təsirindən həmin dövrdə 
"mifoloji epoxa özünün təmkinli dəyanəti ilə sona çatdı… 
Mif din üçün material oldu. Din onun əsl mənasını yox, onu rəmzə çevirərək tam baĢqa nəyi 
isə ifadə etməyə baĢladı".
 
K.Yaspers  qeyd  edir  ki,  mif  tam  ölmədi,  geri  çəkildi,  xalq  kütlələrinin  ona  olan  faktik 
inamından  yararlanıb  "daha  sonra  nəticədə  idrakın  geniĢ  sferasında  yenidən  qələbə  çala 
bildi".  Yaspers mifologiyaya qarĢıdır, dinin  və fəlsəfənin  onun  üzərində qələbəsini alqıĢlayır, 
sevinclə  qarĢılayır,  sonra  fəlsəfəni bütün  inancları əvəz edən  "yeni bir ĠNANC"  kimi görmək 
istəyir və bunu özünün əsərində təbliğ və təlqin etməyə çalıĢır. 
TanınmıĢ  tatar  tarixçi  və  filosofu  Lev  Qumilyov  "Min  il  Xəzər  ətrafında"  əsərində  miflə  elmi 
qarĢı-qarĢıya  qoyaraq  ayrıca  bir  baĢlıqda  ("Mif  elmə  qarĢıdır")  A.Quliqanın  "mif  zaman 
kateqoriyası bilmir, mifdə həyat əbədi təkrardır" fikrinə dayanaraq yazır: 
"Onda buradan belə 
çıxır ki, tarix bir-biri ilə bağlı və ardıcıl hadisələr haqqındakı elm-mifin antipodudur; bu, birinci 
tezisi möhkəmlədir - mif yalanın sferasında yerləĢir".
 
Bu baĢlığa Qumilyov belə sonluq yazır: 
"mifin məlumatlarını yoxlamaq mümkün deyil. Nə vaxt 
ki mif təntənə ilə qalib gəlir, onda elmin, həm də bütün mədəniyyətin əsl tənəzzülü baĢlayır".
 


Bəlli olduğu kimi, mif, din və elm arasında əlaqə və ziddiyyət haqda müxtəlif fikirlər çoxdur. 
Burada  onları  tutuĢdurmaq,  açıqlamaq  qarĢıya  məqsəd  qoyulmamıĢdır.  Sadəcə  olaraq, 
tarixçilərimizə və tariximizin fəlsəfəsi ilə məĢğul olacaq mütəxəssislərə bir məsələni çatdırmaq 
istəyirik ki, Azərbaycanın, ümumiyyətlə, türklərin çox zəngin mifoloji irsi vardır. Biz tariximizi 
yeni  metodla
  yazarkən  diqqətli  olmalı,  miflərə  necə  yanaĢmağı  bilik  yığıncaq,  simpozium, 
konfrans  və  toplantılarında  müzakirə  edib 
üsul
  hazırlamalıyıq.  Bunda 
birincilik  elmə 
verilməli,  mifin  tarixləĢməsinə,  tarix  elminin  mifləĢməsinə,  mif  bataqlığında 
batmasına  heç  cür  imkan  verilməməlidir!
  Farslar  miflərindən  tarix  yaratdıqları  üçün, 
yalanı  gerçəklik  kimi,  mifi  elm  kimi  qələmə  verdikləri  üçün,  bununla  da  öz  tarixlərini 
mifləĢdirdikləri  üçün  nəinki  baĢqalarını,  ən  çox  özlərini  aldatmıĢ,  indi  elmdə,  bütün  ictimai 
elmlərdə özlərini dolaĢdıraraq geridə qalmıĢ, onlara uyanların da idrakı dolaĢığa düĢmüĢdür. 
Bunu az sonra açıq görəcəyik. 
Ġndi də bir neçə sözlə 
dinlə elmin, dinlə fəlsəfənin 
münasibətlərinə baxaq. Bir daha diqqətə 
çatdırmaq istəyirəm ki, biz nə mifologiyanın, nə də dinin əleyhinə deyilik. Ancaq mif və din 
çox  böyük  tarixə  malik  olduğu  üçün  özünütəqdimin  müxtəlif  formalarını  tapmıĢ  və  həm  də 
asan qavranıldığı üçün geniĢ insan kütləsinə təsir edib onu öz tərəfinə çəkə bilmiĢdir. Elm və 
fəlsəfə  isə  həm  özünütəqdimat  baxımından,  həm  də  qavranılma  baxımından  çox 
mürəkkəbdir,  çoxlu  maddi  əsas  və  ağır  zəhmət  tələb  edir.  Ġnsanlar  daha  çox  asana  qaçır, 
daha  çox  mifdə  və  dində  rahatlıq,  dinclik  tapırlar.  Onu  da  yaddan  çıxarmaq  olmaz  ki,  elm, 
fəlsəfə çətin mənimsənilsə də bəĢərin ən böyük nailiyyətləri elmin hesabına olmuĢdur. 
          Qüvvət elmdədir, baĢqa cür heç kəs
 
          Heç kəsə üstünlük eyləyə bilməz.
 
                                        
(Nizami Gəncəvi) 
Dinlər,  miflər  müxtəlifdir,  çox  vaxt  da  bir-birinə  qarĢıdır.  Elm  tək  bir  sistemdir,  dinamikdir, 
daim  inkiĢafdadır,  təkamül  və  sıçrayıĢla  irəliləyir.  Orta  çağlarda  din  hakim  mövqedə  olanda 
bütün elmlərin məcmusunu fəlsəfə təmsil edirdi, elmin adından fəlsəfə çıxıĢ edirdi. O zaman 
din  -  fəlsəfə  münaqiĢəsi  daha  kəskin,  daha  sərt  idi.  ÇatıĢmazlıqlarına  baxmayaraq,  formal 
məntiq  fəlsəfənin  bir  silahı  kimi  mifə  və  dinə  qarĢı  mübarizədə  əsas  yer  tuturdu.  Öz 
dövrlərində dünyanın ən böyük filosofları olan Kindi, Farabi, Ġbn Sina, Ġbn RüĢd, Bəhmənyar 
və b. 
məntiq
 və 
fəlsəfəni
 cəmiyyətdə yüksək bir mövqeyə qaldırmıĢdılar. 
Ġmam  Cəfər  Sadiq,  Əbu  Hənifə,  Məhəmməd  ġafii,  Buxari,  Məhəmməd  Təbəri,  Qəzali  kimi 
nəhəng  müsəlman  ilahiyyatĢünas  alimləri  dinin  nüfuzunu  qoruyur,  onu  yeni  deyim  və 
metodlarla geniĢ kütləyə aĢılayırdılar. Belə demək mümkünsə, "din elmləri"nin fəlsəfə elmləri 
qarĢısında  geri  çəkildiyini  görən  Qəzali 
"Din  elmlərinin  dirildilməsi"
  adlı  dörd  qalın  cilddən 
ibarət əsərini yazmıĢdır. Burada o, Farabi və Ġbn Sina kimi böyük filosofları tənqid edir, kəskin 
Ģəkildə islam dinini fəlsəfəyə qarĢı qoyurdu. Bundan sonra dinlə fəlsəfənin mübarizəsi daha 
da kəskinləĢmiĢdir.  
Yeri  gəlmiĢkən,  qeyd  edək  ki,  Avropada  xristian  dini  fəlsəfəni  sıxıĢdırıb  zorla  meydandan 
çıxarmıĢ,  yüzillər boyu  fəlsəfə  ilə  məĢğul  olmaq  qadağan  edilmiĢ,  fəlsəfə  ilə  məĢğul  olanlar 
amansızcasına  təqib  edilmiĢdir.  Orta  əsrlərdə  islam  dini  xristian  dininə  baxmıĢ  elmə  və 
fəlsəfəyə  loyal  idi.  Qur’anda  elm  yüksək  qiymətləndirilir.  Allah  ən  böyük  bilici  (alim)  sayılır, 
elmi bilmək Allahın ən gözəl keyfiyyətlərindən biri kimi təqdim edilir. 
Qur’anda  bir  ayədə  deyilirdi  ki, 
"elm  müsəlman  kiĢi  və  qadın  üçün  fərzdir"
,  yəni  Allah 
qarĢısında borcudur. Həzrəti-Məhəmməd peyğəmbərin dili ilə hədisdə müsəlmanlara göstəriĢ 
tərzində deyilirdi: 
Utlubul-elm minəl-məhd iləl-ləhd
 
1
.  ("Ləhd"  bizim tələffüzümüzdə  "əlhəd" 
Ģəklini  alıb.  Ġslam  dininə  görə,  insan  öləndə  qəbrə  qoyulub  üstü  örtüləndən  sonra  dirilir, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə