Bütün bunlar Azərbaycan dilinə dövlət səviyyəsində qayğının parlaq nümunəsidir



Yüklə 14,63 Kb.
tarix18.04.2022
ölçüsü14,63 Kb.
#85622

  • Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyasının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi- linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi kimi məsələlər həlli vacib prioritet istiqamətlər kimi xüsusi göstərilmişdir.

Bütün bunlar Azərbaycan dilinə dövlət səviyyəsində qayğının parlaq nümunəsidir. Ana dilimizin tədrisində nümunəvi nitq mədəniyyətinə malik hərtərəfli inkişaf etmiş gənclərin yetişdirilməsi məsələsi əsas yerlərdən birini tutur. Respublikamızda Azərbaycan dilinin tədrisi prosesində Təhsil İslahatından irəli gələn vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Bu tələbləri müvəffəqiyyətlə yerinə yetirən dil müəllimləri tələbələrə dilimizin fonetika, orfoqrafiya, leksika, frazeologiya, söz yaradıcılığı, morfologiya və sintaksis, eləcə də digər sahələrinə aid müvafiq elmi-nəzəri bilikləri verir, onlarda hərtərəfli nitq hazırlığı, yəni savadlı yazı, düzgün başa salmaqla gündəlik ünsiyəttin müxtəlif sahələrində öz fikrini şifahi və yazılı şəkildə sərbəst ifadə etmək bacarıqları aşılayırlar.

“Dövlət proqramı”nda ali məktəblərin qeyri-filoloji fakültələrində uyğun ixtisas üzrə “Nitq mədəniyyəti” fənninin tədris olunması nəzərdə tutulur. Çünki ali məktəblərin məqsədi yalnız mütəxəssis hazırlamaq yox, eyni zamanda müasir tələblərə cavab verə bilən ziyalı korpusu hazırlamaqdan ibarət olmalıdır. Ziyalılığın əsas şərtlərindən birincisi, həm də ən başlıcası, hər bir mütəxəssinin öz ixtisası ilə yanaşı, ana dilinin bütün incəliklərini dərindən bilməsi, həmçinin onun şifahi nitqinin sadə, aydın, dəqiq və məntiqi ardıcıllığa malik olmasıdır.



Tədris prosesində təhsil alanın sosial həyatın subyekti kimi özünü inkişaf etdirməsi üçün şəraitin yaradılması təhsil prosesinin xarakterinin dəyərləndirilməsini tələb edir. Ona görə də subyektin sosial şəxsiyyət kimi inkişaf etdirilməsi üçün təlimin kollektiv formalarından istifadə edilməli, təhsil alanın özünü təhlili üçün şərait yaradılmalıdır. Bunun üçün aşağıdakılar vacibdir:

  • Tələbələrlə təmas vaxtının azaldılması və və sərbəst düşünmək, müstəqil fəaliyyət göstərmək üçün daha çox vaxt verilməsi;

  • Təlim prosesində informasiya-kommunikasiya texnologiyalarından və müasir təlim metodlarından istifadə;

Yüklə 14,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə