Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə1/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   82


Nil T. Anderson
BUXOVLARI
QIRAN


Fərdlərin məxfiliyini qorumaq məqsədilə bu kitabda qeyd edilən müəyyən
insanların adları dəyişdirilib.
Ayələr Müqəddəs Kitabdan götürülüb.
Müqəddəs Kitab © MKŞ 2009
Bütün hüquqlar qorunur. Naşirin yazılı icazəsi olmadan bu kitabın heç bir
hissəsi yenidən işlənib hazırlanmamalıdır.
Originally published as:
THE BONDAGE BREAKER
Copyright © 2000 by Neil T. Anderson
Published by Harvest House Publishers
Eugene, Oregon 97402
© 2010 for the Azeri edition.
All rights reserved. Used by permission of Harvest House Publishers  


Minnətdarlıqlar 
«Harvest  House»  nəşriyyatının  bu  kitabın  onuncu 
ildönümündə  ikinci  nəşrinə  razılıq  verdiyinə  görə  mən  çox 
minnətdaram. On il bundan əvvəl ilk dəfə «Buxovları qıran» 
kitabı nəşr edildikdən sonra həyat təcrübəmə çox şeylər əlavə 
olunub.  Mən  bilmirdim  ki,  bu  kitab  və  «Qaranlıq  üzərində 
qələbə» («Regal Books») beynəlxalq bir xidməti yaradacaq və 
otuzdan  çox  kitabın,  gənc  nəşrlər  və  təlim  dərslikləri  buraya 
daxil olmaqla, yazılmasına təkan verəcək, əslində mən heç vaxt 
kitab yazmaq istəməmişəm!
Həmin bu on il ərzində mən çox təcrübə əldə etmişəm və ümid 
edirəm ki, Rəbdə yetkinliyə doğru inkişaf etmişəm. Bu səbəbdən 
də  ikinci  nəşrin  birinci  nəşrdən  daha  yaxşı  olduğuna  inanıram. 
Əsas  mahiyyəti  eynidir,  amma  indi  onu  daha  yaxşı  ifadə  edə 
bilirəm,  çünki  yüzlərlə  aspirant  və  xidmət  yoldaşlarım  bu  kitab 
haqqında öz təkliflərini irəli sürüblər. 
Bu sahədə mənə əziz həmkarım Dr. Robert Sausi kimi kömək 
edən  olmayıb.  Mən  dərk  edirəm  ki,  başqalarına  sadəcə  əxlaqi 
səbəblərə görə deyil, eləcə də mahiyyətin etibarlılığına və xidmətin 
saflığına görə cavabdeh olmalıyam. Bob, sən ruhani münaqişələr 
dənizində mənim sükanım olmusan (və bəzən mən düşünmədən 
addım atmaq istəyəndə mənim lövbərim olmusan). Mən, eləcə də 
Məsihin bədəni sənə borcluyuq. Səninlə «God’s Power at Work 
in  You»  («Allhin  gücü  səndə  iş  görür»)  («Harvest  House») 


4
Buxovları qıran
kitabına  müəlliflik  etməkdən  böyük  məmnunluq  duyuram.  Bu, 
mənim müqəddəsləşmə haqqında düşüncələrimi aydınlaşdırmağa 
kömək etdi. 
Mən  həmçinin,  bu  mövzu  ilə  əlaqəli  beş  kitabımı  oxumağa 
sevə-sevə razılaşan Dr. Brus Uer, Dr. Millard Erikson və Dr. Brus 
Demarestə minnətdaram. Onlar «Məsihdə azadlıq» haqda olan möv-
zumu saflaşdırmağa kömək məqsədilə vacib təkliflər irəli sürdülər. 
Mən həyatlarını mənimlə bölüşmüş bütün insanlara minnətdaram. 
Mən Allahın Məsihdə sizi azad etməsini görməkdən məmnunluq 
duyuram.  Sizin  keçirdiyiniz  ağrını  və  əzabı  yada  salan  çoxlu 
həyəcanlı anlar olub. Siz mənə ruhani səyahətləriniz haqqında da-
nışdıqca hər birinizdən nəsə öyrənmişəm. Allahın həyatlarınızda 
Öz zəngin lütfünü nümayiş etdirməsini görmək necə də gözəldir! 
Talbot  Teologiya  Məktəbinin  tələbəsi  olan  Karolina  orijinal 
əlyazmanı diskə yığdı və birinci nəşrdə Ed Stüard böyük kömək 
etdi. «Harvest House» da redaksiya heyəti bu kitabın, eləcə də 
bütün kitablarımın nəşrində çox yardım ediblər və mənə dəstək 
olublar. 
Cerri və Selli Fraysen kimi mənə kömək edən başqaları olma-
yıb. Siz xidmətdə mənim həmkarlarımsınız və mən bu kitabı sizə 
həsr  edirəm.  Mənə  inandığınıza  və  Məsihdə  azadlıq  xidmətinə 
belə sadiq qalmağınıza görə minnətdaram. Hər ikinizi sevirəm. 
 
Nil T. Anderson
Təlim və əlavə vəsaitlər ilə əlaqədar 
məlumat üçün aşağıdakı ünvana yazın:
Freedom in Christ Ministries 
491 East Lambert Road
La Habra, CA 90631
(562) 691-9128
E-mail: info@fıcm.org
Website: www.fıcm.org


Nəhayət azad! 
Bir  neçə  il  bundan  əvvəl  Cənubi  Kaliforniyadakı  məbəddə 
«New  Age»
1
  («Yeni  dövr»)  hərəkatı  mövzusunda  danışırdım. 
Mənim mətnim 1Timotey 4:1-dən idi: «Ruh aydın şəkildə deyir ki, 
gələcəkdə bəziləri imandan dönəcək, aldadıcı ruhlara və cinlərin 
təlimlərinə qulaq asacaqlar.» Bu çıxışdan sonra səhnənin qarşısın-
da mənim əhatəmə incimiş insanlar toplaşdılar.
Təxminən  məbədin  ortasında,  toplantı  bitən  vaxtdan  bəri  da-
yanmadan ağlayan 22 yaşlı bir qadın oturmuşdu. Bir neçə insan 
onu sakitləşdirməyə çalışmışdılar, amma o, heç kimi yaxına bu-
raxmırdı. Nəhayət, məbəd rəhbərlərindən biri ətrafımdakı izdiha-
mı  yarıb  dedi:  «Camaat,  məni  bağışlayın,  amma  Dr.  Anderson 
bizə təcili lazımdır.» 
Mən cavan qadına yaxınlaşarkən onun ağlaya-ağlaya: «O başa 
düşür! O başa düşür!» sözlərini eşitdim. Biz onu məbəddən çıxara 
bildik və şəxsi ofisə gətirdik. O, sakitləşəndən sonra gələn həftə 
onunla görüşmək üçün görüş təyin etdim. 
Nensi  görüşə  gələndə  onun  sifətində  eybəcər  cırmaq  yaraları 
var idi. «Mən keçən həftədən bəri üzümü cırmaqlamışam, özümü 
ələ ala bilmirəm» — deyə, o, utancaqlıqla etiraf etdi. 
Nensi qara magiya ilə məşğul olmuş cadugər kimi özünü tanı-
dan nənəsinin və onu döyən atasının iştirak etdiyi dəhşətli uşaq-
1
 
Başqa əşyalara, astrologiyaya, spiritizmə və s. şeylərə inam ilə əlaqəli 1980-ci 
ilin sonlarında yaranmış dini cərəyan. 


6
Buxovları qıran
lığını  təsvir  etdi.  «Mənim  üç  yaşım  olanda  bələdçilərimi  –  ruh 
bələdçilərini  əldə  etdim»,  o  davam  etdi.  «Onlar  mənim  yoldaş-
larım  idi,  mənə  necə  yaşamağı  və  nə  söyləyəcəyimi  deyirdilər. 
Anam məni məbəddə uşaqlar üçün olan dərsə aparana qədər mən 
həmişə ruh bələdçilərinin adi bir şey olduğunu düşünürdüm. Sonra 
ruh bələdçilərimin mənim üçün yaxşı olmadığından şübhələnməyə 
başladım. Atamdan bu haqda soruşanda, atam məni döydü. Mən 
daha bir də soruşmadım!»
Ruh bələdçilərinin həyatına gətirdiyi artan əzaba qalib gəlmək 
üçün  Nensi  sərt  şəxsi  intizama  üz  tutdu.  O,  yuxarı  siniflərdə 
oxuyarkən  Məsihə  öz  Xilaskarı  kimi  etibar  etdi.  Amma  çıxıb 
getmək  əvəzinə,  «ruh  bələdçiləri»  onu  narahat  etməkdə  davam 
etdilər.
Məktəbi bitirdikdən sonra Nensi ən ciddi nizam-intizamın oldu-
ğu «Marinlər» hərbi qüvvələrinə (Amerikanın ən çətin qaydalara 
məxsus olan hərbi qüvvələri (tərcüməçinin qeydi)) qoşuldu. Bu-
ranın ən dözümlü qadın üzvü olmaq qərarına gəlib öz intizamı-
na görə mükafatlar qazandı. Amma onun ruhani əzabı ağlına və 
hisslərinə həddən çox təsir edirdi. O, dəli damğasının vurulmasın-
dan qorxaraq, öz əqli mübarizəsi haqqında kiməsə söyləməkdən 
imtina etdi. Nəhayət, təzyiq ona qalib gəldi və onda tutmalar baş 
verdi. Nensi tibbi səbəblərə görə «Marinlər»dən tərxis olunmağı 
sakitcə qəbul etdi və daxili çaxnaşma və ağrı-acı ilə dolu tənhalığa 
qapıldı. Nensi məbədə gəlib mənim aldadıcı ruhlar haqqında da-
nışmağımı eşidəndə belə vəziyyətdə idi. 
«Axır ki, kimsə məni başa düşür!» — deyə, Nensi göz yaşları 
axıdaraq fikrini tamamladı. 
Mən:  «Sən  ruh  bələdçilərindən  azad  olmaq  istərdinmi?»  — 
deyə, soruşdum. 
Bu  zaman  uzun  sükut  çökdü.  «Onlar  həqiqətən  çıxıb 
gedəcəklərmi, yoxsa evə qayıdanda yenə onlarla döyüşəcəyəm?»
«Sən azad olacaqsan» — mən onu əmin etdim. 
İki saatdan sonra Nensi azad idi və özünün heç vaxt bilmədiyi 
açıq ürəklə bizi qucaqladı. «İndi mən insanları evimə qonaq çağıra 
bilərəm!» — o, sevinclə nida etdi. 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə