Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə14/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   82

48
Buxovları qıran
heç bir günah yox idi. Bu gün də O, Atanın sağ tərəfində oturan-
da Onda heç bir günah yoxdur. Biz də Məsihlə birlikdə dirildilib 
səmada onunla oturduğumuza görə günaha münasibətdə ölmüşük. 
Biz Müqəddəs Kitabda vəd taparkən yeganə düzgün cavab onu 
mənimsəməkdir. Biz Kəlamda əmr taparkən ona itaət etməliyik. 
Amma Kəlam artıq bizim kim olmağımız və Məsihin artıq etdiyi 
iş haqqında həqiqəti deyəndə, yeganə düzgün cavab ona inanmaq-
dır. Mən bunu vurğulayıram, çünki Rom. 6:1-10-da ayələr itaət 
edilməli olan əmrlər deyil; onlar inanmalı olduğumuz həqiqətdir. 
Məsih artıq günahın müqabilində öldü və Onda olduğunuza görə 
siz də günaha münasibətdə öldünüz. Məsihin artıq sizin üçün etdi-
yini özünüz üçün edə bilməzsiniz. Rom. 6:1-11-də keçmiş zaman-
dan  istifadə  olunduğuna  diqqət  yetirin  (kursivlə  verilmiş  vurğu 
əlavə edilib): «Biz günaha münasibətdə ölmüşük» (2-ci ayə); «Biz 
hamımız  Məsih  İsa  ilə  birləşmək  üçün  vəftiz  olunarkən  həmin 
vəftizlə  Onun  ölümü  ilə  birləşdik»  (3-cü  ayə);  «Biz  də  Onunla 
birgə dəfn olunduq» (4-cü ayə); «Günahlı bədənin aradan qaldı-
rılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz 
Onunla birlikdə çarmıxa çəkildi» (6-cı ayə); «Çünki ölmüş adam 
günahdan azad olub» (7-ci ayə); «Əgər Məsihlə ölmüşüksə, Onun-
la yaşayacağımıza da inanırıq» (8-ci ayə). Bu ayələrdə feillər bi-
zim haqqımızda artıq həqiqət olanı bildirərək keçmiş zamandadır. 
Bizim yeganə cavabımız onlara inanmaqdır. 
11-ci ayə günaha münasibətimiz və Məsihdə mövqeyimiz haq-
qında  nəyə  inanmalı  olduğumuzu  bizə  söyləyir:  «Beləcə,  siz  də 
özünüzü  Məsih  İsada  olaraq  günaha  münasibətdə  ölü,  Allaha 
münasibətdə isə diri sayın.» Paul feilin əmr formasından istifadə 
edir, çünki biz daim bu həqiqətə inanmalıyıq. İnanmaq onu həqiqi 
etmir. Biz ona inansaq da, inanmasaq da o, həqiqət olaraq qalır. 
Siz günaha münasibətdə ölü olduğunuzu hiss etməyə bilərsiniz, 
amma siz bunu belə saymalısınız, çünki bu, belədir. Bu ayəyə 
səhv  cavab  belə  verilir:  «Bunun  həqiqi  olması  üçün  mənim  nə 
cür təcrübəm olmalıdır?» Yeganə zəruri təcrübə Məsihin çarmıxda 
təcrübəsidir,  bu,  artıq  baş  verib;  və  bu  həqiqəti  mənimsəməyin 
bircə  yolu  ona  inanmaqdır.  Buna  oxşar  tərzdə  bəzi  məsihçilər 


Sizin azad olmaq hüququnuz var 
49
köhnə mənliyi öldürməyə çalışırlar və edə bilmirlər. Niyə? Çünki 
köhnə mənlik çarmıxa çəkilib və ona görə də artıq ölüdür.
Biz təcrübələrimizlə heç nəyi həqiqətə çevirmirik. Biz Allahın 
dediklərinin həqiqət olduğuna inanmağı seçirik, sonra imana uy-
ğun  yaşayırıq;  və  bizim  təcrübəmizdə  həqiqət  üzə  çıxır.  Bizim 
etdiyimiz  əməllər  kimliyimizi  təyin  etmir.  Bizim  kimliyimiz  nə 
etməli olduğumuzu təyin edir. Mən Allahın bir gün məni qəbul 
edəcəyi  ümidi  ilə  meynə  bağında  işləmirəm.  Allah  artıq  məni 
qəbul edib və buna görə də mən meynə bağında çalışıram. Mən 
Allahın bir gün məni sevəcəyi ümidi ilə iş görmürəm. Allah məni 
sevir və buna görə də gördüyüm işi mən edirəm. 
Məsihdə olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə 
diri olduğunuza görə biz bir imanlı kimi günah ilə necə əlaqə sax-
laya bilərik və ya ünsiyyətdə ola bilərik? Paul Rom. 6:12, 13-də ca-
vab verir: «Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə 
hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz. 
Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim 
etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, 
bədəninizin  üzvlərini  də  salehlik  aləti  olmaq  üçün  yenə  Allaha 
təslim edin.» Günah onun hakimiyyəti altında olanlardan xidmət 
tələb  edən  güclü  hökmdardır.  Siz  günaha  münasibətdə  ölmüsü-
nüz, amma siz bədəninizi günahın ixtiyarına verəndə hələ də ona 
xidmət etmək bacarığınız olur. Öz bədəninizin ya günah, ya da 
salehlik üçün istifadə edilməsinə icazə verməyi seçmək sizin öz 
əlinizdədir. Bütün günahların kökündə olan şeytan neytral qalmaq 
istəyən hər bir kəsdən sui-istifadə edəcək.
Məsələn,  fərz  edək  ki,  sizin  pastorunuz  kasıblara  yemək 
səbətlərini paylamaq üçün, oğru isə bankı yarmaq üçün maşını-
nızdan  istifadə  etmək  istəyir.  Bu,  sizin  maşınınızdır  və  siz  onu 
necə  istəyirsinizsə,  istər  yaxşı,  istərsə  də  pis  məqsədlə  istifadə 
edilməsinə  yol  verə  bilərsiniz.  Hansını  seçərdiniz?  Buna  şübhə 
edilməməlidir. 
Eləcə  də  ya  Allaha,  ya  da  günaha  və  şeytana  xidmət  etmək 
üçün  istifadə  olunmaqda  bədəniniz  sizindir,  amma  seçim  sizin 
əlinizdədir. Buna görə də Paul inadla yazır: «Beləliklə, ey qardaş-


50
Buxovları qıran
lar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi 
diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim 
edin; bu, sizin ağılla etdiyiniz ibadətdir» (Rom. 12:1). Məsih gü-
nah üzərində qələbə çaldığına görə siz günah etməməyi seçməkdə 
azadsınız.  Fani  bədəninizdə  günahın  hökm  sürməsinə  icazə 
verməmək sizin məsuliyyətinizdir.
Gəlin,  bunu  bir  çoxlarının  cinsi  əxlaqsızlıq  günahı  ilə  olan 
mübarizəsinə  tətbiq  edək.  Öz  bədəninizi  haqsızlıq  aləti  kimi 
istifadə etmədən belə günah edə bilərsinizmi? Mən bilmirəm siz 
bunu necə edə bilərsiniz. Ona görə də cinsi günah işlətmisinizsə
siz bədəninizi haqsızlıq aləti kimi istifadə etmisiniz və beləliklə, 
siz  fani  bədəninizdə  günahın  hökm  sürməsinə  yol  vermisiniz. 
Əgər biz başqa insanla cinsi günah ediriksə, 1 Kor. 6:15, 16-ya 
əsasən hər ikimiz bir bədən oluruq. Adi etiraf, yəqin ki, bunu həll 
etməyəcək. Biz bədənlərimizdən istifadə etdiyimizə görə bundan 
imtina etməliyik, Allaha diri qurbanlar kimi təqdim etməliyik və 
sonra ağlımızı yeniləşdirərək dəyişməliyik. Rom. 12:1, 2-ci ayə bu 
ardıcıllığı dəqiq göstərir (Seksual problemlərə necə qalib gəlmək 
üzrə tam müzakirə üçün Harvest House tərəfindən nəşr edilmiş 
«A Way of Escape» – «Çıxış Yolu» kitabıma baxın.). 
S
iz günahın gücündən azad ola bilərsiniz 
Ola bilsin ki: «Nil, bədənimdə günahın hökm sürməsinə icazə 
verməmək  gözəl  səslənir,  amma  siz  mənim  günahla  necə  ağır 
mübarizə  apardığımı  bilmirsiniz»  —  deyə,  düşünürsünüz.  «Mən 
istəmədiyim pis şeyi edirəm, amma istədiyim yaxşı şeyi etmirəm. 
Bu, daimi mübarizədir.»
İnanın  mənə,  mübarizənin  necə  çətin  olduğunu  bilirəm;  Mən 
özüm  onunla  üzləşmişəm.  Eləcə  də  həvari  Paul  Rom.  7:15-25-
də eyni şeydən əzab çəkir. Bu hissə qanunun bizi azad etməkdə 
gücsüz  olduğunu  aydın  göstərir.  Bu  ayə,  eləcə  də  bizim  güna-
hın fani bədənlərimizdə hökm sürməsinə icazə verdiyimiz halda 
mübarizənin necə olacağını aşkar edir (Bəziləri bu hissənin Paulun 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə