Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə2/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   82

Nəhayət azad! 
7
Qaranlıq tərəfin həqiqətən mövcud olması
Bir vaxtlar mən Nensinin başına gələnlərin qeyri-adi, müstəsna 
hal  olduğunu  düşünürdüm.  Onun  probleminin  dərəcəsi  qismən 
qeyri-adi  olsa  da,  mən  indi  başa  düşürəm  ki,  Paul:  «Çünki 
mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər 
başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranları-
na, səmadakı ruhani şər qüvvələrə qarşıdır» (Efes. 6:12) yazarkən 
fikrində  hər  bir  imanlını  nəzərdə  tutmuşdu.  Pastor,  seminariya 
professoru və konfrans spikeri kimi 30 ildən artıq xidmətdən son-
ra mən dünyanın hər yerində aldanan və uğursuz həyat yaşayan 
minlərlə məsihçiyə xidmət etmişəm. Bu, həqiqətən, faciədir, çünki 
onların Göylərdəki Atası Məsihdə azad və məhsuldar həyat yaşa-
malarını arzu edir. 
Mənim  bu  xidmət  sahəsinə  səyahətim  seçimimdən  asılı  ol-
mayıb. Allah məni xidmətə çağırmazdan əvvəl mən çox məntiqi 
düşünən, təyyarə modelini tərtib edən bir mühəndis idim. Hətta 
adi məsihçi olanda belə, cinlərin fəaliyyəti və ya okkultizmlə heç 
vaxt maraqlanmamışdım. Sirli bilik və okkultik güc məni heç vaxt 
şirnikləndirməyib. Mən nə onlarla maraqlanmışdım, nə də onları 
təcrübədən keçirmişdim.
Digər  tərəfdən,  mən  həmişə  Qərb  rasionalizminə  və 
naturalizminə zidd olsa da, Müqəddəs Kitabın ruhani aləm haq-
qında  dediklərinə  inanmağa  meyilli  olmuşam.  Nəticədə  25  il 
ərzində  Rəbb  Nensi  kimi  məsihçiləri  yanıma  gətirib.  Həmin  in-
sanları Məsihdə azad və məhsuldar həyat yaşamaqdan saxlayan 
düşünmə  tərzləri,  vərdişləri  və  davranışları  onları  əsarət  altına 
salmışdı. Onlara kömək etməyim üçün seminariya təlimim məni 
kifayət  qədər  hazırlamamışdı.  Onlara  xidmət  etmək  üçün  erkən 
səylərimdə çoxlu uğursuzluqlar ilə üzləşirdim, amma hər cəhddə 
yeni duyum əldə edirdim. Mən onları azad edəcək həqiqəti axtar-
maq üçün yenə də Kəlama üz tuturdum. 
İllər boyunca öyrənməyimin və xidmətimin sayəsində həqiqətin 
bizi necə azad etdiyini və Allaha tabe olmaqla bərabər iblisə qarşı 
durmalı olduğumuzu (Yaqub 4:7) daha yaxşı başa düşürəm. Nə 


8
Buxovları qıran
ruhani aləmin həqiqiliyini rədd edən psixoterapevtik xidmətlərin, 
nə də problemə yalnız ruhani bir şey kimi baxan cinləri qovma 
xidmətlərinin yetərli cavabı yoxdur. Allah həqiqətdə mövcuddur, 
O, bütün varlığımızla ünsiyyətdədir – və Onun Kəlamı bu güna-
ha batmış dünyada yaşayan bütün insanlar üçün hərtərəfli cavabı 
təmin edir. 
Allah sizin azad olmağınızı və Məsihdə böyüməyinizi istəyir
Bu kitabın ilk nəşrindən bəri mən «God’s Power at Work in 
You»  («Allahın  gücü  səndə  iş  görür»)  (Harvest  House)  adlı 
müqəddəsləşmə haqqında kitaba (Dr. Robert Sausi ilə) müəlliflik 
etmişəm.  Allahın  iradəsi  bizim  həyatlarımız  üçün  müqəddəslik 
olduğundan  (1  Salonik.  4:3)  müqəddəsləşmə  prosesini  anlamaq 
həddən  artıq  vacibdir.  «…bədənin  Başı  olan  Məsihə  bənzəmək 
üçün  hərtərəfli  böyüyək…kamil  insan  səviyyəsinə,  Məsihin  tam 
yetkinliyi  həddinə  çatacağıq»  (Efes.  4:15,  13).  Əgər  Allah  bizə 
Məsihdə yetkin olmaq üçün hər şey veribsə (2 Peter 1:3), onda 
niyə bir çox məsihçi Məsihdə böyümür? Onların bəziləri indi də 
20 il bundan əvvəl olduqları kimi Məsihə bənzəmirlər. Paul de-
yir:  «Bu  əmrin  məqsədi  pak  ürəkdən,  təmiz  vicdandan  və  riya-
sız  imandan  gələn  məhəbbətdir»  (1  Timotey  1:5).  Biz  məsihçi 
həyatımızın  hər  bir  ilində:  «Mən  imanımda  böyümüşəm  və  indi 
Allahı  və  başqalarını  keçən  il  sevdiyimdən  daha  çox  sevirəm» 
deyə bilməliyik. Əgər bunu deyə bilmiriksə, onda biz böyümürük. 
Belə  cismaniliyə  səbəbin  bir  hissəsi  1  Kor.  3:2,  3-də  verilib: 
«Mən sizi bərk yeməklərlə deyil, südlə qidalandırdım. Çünki bərk 
yeməklərə hazır deyildiniz, indi də hazır deyilsiniz. Çünki siz hələ 
də cismanisiniz. Əgər aranızda qısqanclıq və münaqişə varsa, onda 
siz  cismani  deyilsinizmi?  Adi  insanlar  kimi  həyat  sürmürsünüz-
mü?»  Paulun  dediyinə  əsasən,  bəzi  məsihçilər  həyatlarında  olan 
həll edilməmiş münaqişələrə görə Müqəddəs Kitaba uyğun yaxşı 
təlimi  qəbul  edə  bilmirlər.  Bu  şəxsi  və  ruhani  münaqişələri  əsl 
tövbə və Allaha imanla həll etmək üçün bir yol lazımdır. Kitabın 
məqsədi budur; amma problemin ruhani tərəfinə daha çox toxunur. 


Nəhayət azad! 
9
Mənim  ilk  «Qaranlıq  üzərində  qələbə»  («Regal  Books»)  ki-
tabım məsihçinin Məsihdə olan həyatının imana görə yaşanma-
sının şəxsi tərəfinə diqqəti cəmləyir. Kitab sizin Məsihdə kimli-
yiniz  barəsindəki  əsas  məsələlərə  toxunur  və  bu  şeyləri  etmək 
üçün əməli addımları təsvir edir: imanla yaşamaq, Ruhda addım-
lamaq,  əqlən  yeniləşmək,  hissləri  idarə  etmək,  iman  və  bağış-
lanma vasitəsilə keçmişin emosional yaralarından sağalmaq. Tam 
mənzərəni  görmək  üçün  sizə  çox  məsləhət  görərdim  ki,  bu  ki-
tabdan  başqa  «Qaranlıq  üzərində  qələbə»nin  ikinci  nəşrini  də 
oxuyasınız.  Hər  iki  kitabı  «Resolving  Personal  and  Spiritual 
Conflicts»  («Şəxsi  və  ruhani  münaqişələri  həll  etmək»)  adlı 
video və ya audio kasetlərlə birlikdə istifadə edə bilərsiniz, bunları 
məsihçi kitabxanalarından və ya «Freedom in Christ Ministries» 
ofislərindən əldə etmək olar. 
Biz Məsihi qəbul etməzdən əvvəl günaha qul idik. İndi Məsihin 
çarmıxda gördüyü işə görə üzərimizdə günahın gücü dağılıb. Şey-
tanın bizim üzərimizdə sahiblik etməyə və səlahiyyəti olmağa heç 
bir hüququ yoxdur. O, məğlub edilmiş düşməndir, amma o, bizi 
bunu dərk etməkdən saxlamağa çalışır. Yalanın atası keçmişinizin 
törəməsindən  başqa  bir  şey  olmadığınıza  (günaha  təslim,  uğur-
suzluğa  meyilli  olduğunuza  və  vərdişlərinizlə  idarə  edildiyinizə) 
sizi inandıraraq aldada bilsə, məsihçi kimi sizin məhsuldarlığınızın 
qarşısını ala bilər. 
Paul dedi: «Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə 
də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olma-
yın» (Qal. 5:1). Siz Məsihdə azadsınız, amma şeytan sizi keçmi-
şinizin günahlı törəməsindən başqa bir şey olmadığınıza inandıra-
raq aldada bilsə, siz məğlub olacaqsınız. Şeytan sizin Məsihdəki 
mövqeyinizə də heç bir şey edə bilməz, amma o, Kəlamın doğru 
olmadığına sizi inandıraraq aldada bilsə, siz sanki bu, doğru de-
yilmiş  kimi  yaşayacaqsınız.  İnsanlar  inandıqları  yalanlara  görə 
əsarətdədirlər. Ona görə də İsa dedi: «Siz həqiqəti biləcəksiniz və 
həqiqət sizi azad edəcək» (Yəhya 8:32).
Mən  bir  anda  yetkinliyə  çatmağa  inanmıram.  Ağlımızın 
yeniləşməsi və Allahın surətinə uyğunlaşmağımız bütün həyatımız 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə