Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə5/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   82

18
Buxovları qıran
Müşahidə  edilən  və  ya  xəstənin  aşkar  edilmiş  simptomlarına 
əsaslanmış  istənilən  diaqnoz  özlüyündə  problemin  səbəbi  üçün 
heç  bir  izah  vermir.  Şizofreniya,  paranoyya,  psixoz  və  s.  kimi 
terminlər  sadəcə  simptomları  təsnif  edən  adlardır.  Amma  bəs 
simptomlara səbəb olan nədir və ya kimdir? Səbəb ruhani, psi-
xoloji,  hormonal  və  ya  nevroloji  kimyəvi  funksiya  pozğunluğu-
durmu? Əlbəttə, bütün bu seçimlər tədqiq edilməlidir. Yaxşı, əgər 
fiziki və ya psixoloji səbəb tapılmasa, onda necə?
Təbii  dünyagörüşünü  məhdudlaşdırmış  dünyəvi  psixoloqların 
ruhani problemlər üçün təbii izahlar verməsinə təəccüblənməməliyik. 
Onların dünyagörüşlərinə Allah və ya bu dünyanın allahı daxil deyil. 
Hətta növlərin mənşəyi üçün bütün elmi izahları uca səslə rədd 
edən bir çox məsihçilər ruhi xəstəliklər üçün dünyəvi psixoloqların 
izahını sadəlövhlüklə qəbul edirlər. İnsanın ruhani problemlərinin 
elmi  metodla  araşdırılması  səhv  deyil;  bu,  sadəcə,  natamamdır. 
Bu,  ruhani  aləmin  təsirini  nəzərə  almır,  çünki  nə  Allah,  nə  də 
şeytan  bizim  araşdırma  metodlarımıza  tabe  ola  bilməz.  Effektli 
məsihçi məsləhətçisi olmaq üçün təbii və ya psixoloji ruhi xəstəliyi 
beyindəki ruhani döyüşdən fərqləndirməyi öyrənməliyik. Mən ruh 
düşkünlüyü haqqında təzəliklə yazdığım «Finding Hope Again» 
Yenidən ümid tapmaq») (Regal Books) kitabında bunu etməyə 
çalışmışam. Ruh düşkünlüyü bədən, qəlb və ruh problemidir, bu 
problemi həll edərkən hər üç şey nəzərə alınmalıdır. 
3. Bəzi problemlər psixolojidir və bəziləri isə ruhanidir. Mən 
inanıram ki, belə düşüncə yanlış ikiyə bölünməni yaradır, bu, in-
san qəlbi ilə ruhu arasında kəskin fərqi bildirir. Psixoloji olmayan 
daxili münaqişə yoxdur, çünki heç vaxt ağlınızın, emosiyalarınızın 
və iradənizin iştirak etmədiyi elə bir vaxt yoxdur. Buna bənzər 
olaraq ruhani olmayan problem yoxdur. Allahın iştirak etmədiyi 
bir vaxt yoxdur. «O, hər şeyi qüdrətli Kəlamı ilə saxlayır» (İbr. 
1:3).  Müqəddəs  Kitab  gözlərimizlə  gördüyümüz  təbii  aləm  kimi 
görünməyən  ruhani  aləmin  də  gerçək  olduğunu  təqdim  edir. 
«Çünki  görünənlər  gəldi-gedər,  görünməyənlər  isə  əbədidir»  (2 
Kor. 4:18). Müqəddəs Kitab Allahın zirehini çıxarmaq üçün hansı-


Siz kölgələrdə yaşamaya bilərsiniz 
19
sa bir təhlükəsiz vaxtın olduğunu heç vaxt qeyd etmir. Nə qədər 
ki  biz  yer  üzündə  yaşayırıq,  sınağa  çəkilmək,  ittiham  edilmək, 
aldanmaq imkanı həmişə var. Əgər biz bu fikirləri qəbul etsək, biz 
cavabların yalnız tibb sahəsindən, yalnız psixologiya sahəsindən, 
yaxud yalnız ruhani sahədən olduğunu daha fikirləşməyəcəyik. 
«Trinity Evangelical Divinity» İnstitutunda müəllimlik edən 
Dr. Paul söyləyir: «Müasir məsihçilər iki mərtəbəli dünyagörüşünə 
meyil  edirlər.  Allah  fövqəltəbii  mərtəbədə  məhdudlaşır  və  təbii 
mərtəbə müstəqil elmi qanunlara uyğun şəkildə fəaliyyət göstərir. 
Əgər məsihçilər belə düşünməkdə davam etsələr, məsihçilik dün-
yanı dünyəviləşdirən qüvvə olmaqda davam edəcək.»
4.  Məsihçilər  cinlərin  təsirinə  məruz  qala  bilməz.  Bəzi 
məsihçilər inanırlar ki, məsihçilərə cinlər təsir edə bilməz. Hətta 
şeytani  təsirin  problemin  bir  hissəsi  olduğuna  eyham  edərkən 
cəld  imtina  edirlər:  «Mümkün  deyil!  Mən  məsihçiyəm!»  Bu  cür 
düşüncələr məbədi münasib cavab verməkdən və hücuma məruz 
qalanlara kömək etməkdən məhrum edir və belə insanlar ümidsiz 
qalırlar, çünki yalnız bizlər onlara kömək edə bilərik. 
Ruhani problemlərə diaqnoz qoymağa bu yalandan başqa heç nə 
belə böyük zərər vurmayıb. Əgər şeytan məbədə toxuna bilməzsə, 
onda niyə Müqəddəs Kitabda Allahın zirehlərini geyinmək, şey-
tana qarşı durmaq, möhkəm durmaq və ayıq olmaq göstərişləri 
var? Əgər bizim şeytanın tələsinə düşməyə, yaralanmağa imkan 
verən  zəif  yerlərimiz  yoxdursa,  Paul  niyə  qara  qüvvələrə  qarşı 
münasibətimizi mübarizə kimi təsvir edir? Düşmənin dağıtma po-
tensialını  inkar  edənlər  ən  çox  təsirə  məruz  qalanlardır.  (Bizim 
şeytanın müdaxiləsinə və təsirinə məruz qalmağımız bu kitabın 
ikinci hissəsinin mövzusudur).
5.  Şeytani  təsir  yalnız  hiddətli,  yaxud  azğın  davranışda 
və böyük günahda görünə bilər. Mən pastor olanda illərlə belə 
düşünürdüm  və  ona  görə  də  bir  çox  məsihçiləri  bəhrəsiz  edən 
incə  aldanmaları  sezmirdim.  Düzdür,  bu  günlərdə  Luka  8-dəki 
«Legion»  adlı  azğın,  cinə  tutulmuş  adamlara  hərdənbir  rast 


20
Buxovları qıran
gəlinir, amma aldanmış məsihçilərin çoxu səbəbi və həlli tapıl-
mayan  şəxsi  və  şəxslərarası  problemlər  yaşayarkən  nisbi  nor-
mal  həyat  keçirirlər.  Onlar  şeytani  müdaxiləni  yalnız  qatillərə 
və ya dəhşətli seks cinayətlərinə aid etdiklərinə görə bu sadə, 
problemdən təngə gəlmiş fərdlər daxillərində nə baş verdiyini və 
niyə «yaxşılaşa» bilmədiklərini başa düşə bilmirlər. 
Şeytanın  birinci  və  qabaqcıl  strategiyası  aldatmadır.  Paul 
xəbərdarlıq etdi: «…çünki şeytan da işıq mələyi cildinə girir. Şey-
tana  xidmət  edənlərin  salehlik  xidmətçilərinin  cildinə  girməsi 
qəribə deyil» (2 Kor. 11:14, 15). Məbədin gücsüz olmasına səbəb 
bir  neçə  azğın  cinə  tutulmuş  adamlar  deyil,  «normal»  imanlıla-
rın həyatlarında şeytanın incə aldatması və müdaxiləsidir. Mənim 
«Məsihdə azad yaşamaq» konfransıma gələn bir məsihçi psixote-
rapevt demişdi: «Mən 15 illik məsləhətvermə işimdə sizin kon-
fransa gələnə qədər cinə tutulmanın əlamətlərini görməmişdim. 
Mən öz işimə qayıdanda məsləhət üçün yanıma gələnlərin üçdə 
ikisinin, eləcə də özümün əqlən aldandığımı aşkar etdim.»
6. Ruhani əsarətdən azadlıq şeytani qüvvələrin daha böyük 
qüvvə  ilə  toqquşmasının  nəticəsidir.    Ruhani  münaqişələrdən 
və  əsarətdən  azadlıq  böyük  qüvvə  ilə  toqquşmadan  gəlmir;  bu, 
həqiqətlə  üzləşmədir.  Şeytan  aldadandır  və  o,  nəyin  bahasına 
olursa-olsun,  gizlicə  işləyəcək.  Amma  Allah  Kəlamının  həqiqəti 
onu  və  onun  yalanlarını  ifşa  edir.  Onun  cinləri  işıq  görən  kimi 
kölgəyə qaçan tarakanlara bənzəyir. Şeytanın gücü yalandadır və 
onun yalanları həqiqətlə ifşa ediləndə, planları pozulur.
Mən uşaqlıqda fermada yaşayanda atam və qardaşımla məhsulu 
bölüşmək və kömək etmək üçün qonşumuzun fermasına gedərdik. 
Qonşunun  bərkdən  hürən  balaca  iti  var  idi,  bu  it  məni  yaman 
qorxudurdu.  İt  tindən  qəfil  çıxıb  hürəndə  atam  və  qardaşım  öz 
yerlərində dayanırdılar, amma mən qaçırdım. Sizcə it kimin dalın-
ca düşərdi! Balaca it yerdən mənə hürərkən kiçik yük maşınımızın 
üstünə çıxıb canımı qurtarırdım. 
Hamı bilirdi ki, özümün itə verdiyim səlahiyyətdən başqa itin 
üzərimdə  heç  bir  səlahiyyəti  yox  idi.  Bundan  başqa,  itin  məni 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə