Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə6/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   82

Siz kölgələrdə yaşamaya bilərsiniz 
21
maşının  üstünə  tullamağa  əsas  gücü  yox  idi;  məni  ora  çıxaran 
mənim  inandıqlarım  idi.  Mən  yalana  inanmağı  seçdiyimə  görə 
itə icazə verdim ki, ağlımı, emosiyalarımı, iradəmi və əzələlərimi 
istifadə etsin, bunların hamısı qorxudan irəli gəlmişdi. Nəhayət, 
mən  cəsarətimi  topladım,  maşından  tullandım  və  tulaya  balaca 
daş atdım. Aaa… görürsən, necə qaçdı! 
Şeytan həmin bərkdən hürən balaca itə bənzəyir: Allahdan daha 
çox ondan qorxmaqla insanları aldadır. Onun gücü yalandadır. O, 
bütün dünyanı aldadan (Vəhy 12:9) yalanın atasıdır (Yəhya 8:44) 
və bunun nəticəsində bütün dünya şər olanın hakimiyyəti altın-
dadır (1 Yəhya 5:19). O, sizin Məsihdə olan mövqeyinizə heç nə 
edə bilməz, amma sizi Allah və özünüz haqqında yalanlara inan-
dıra bilərsə, onda siz yük maşınının üzərində çox oturacaqsınız! 
Onun təsirini əlindən almaq üçün sizə ondan bərk qışqırmaq və ya 
ondan güclü olmaq lazım deyil. Siz, sadəcə, həqiqəti bilməlisiniz. 
Allahın Kəlamına inanın, bəyan edin və siz şeytanın strategiya-
sını dağıdacaqsınız. 
Bu anlayış mənim məsləhətvermə işimə güclü təsir bağışladı. 
Əvvəllər məsləhətvermə işimdə şeytani təsiri ifşa edəndə bu, bö-
yük qüvvə ilə toqquşmaya çevrilirdi. Belə proseslə, mən məsləhətə 
gəlmiş  insanların  keyləşməsini,  otaqdan  qaçıb  getməsini  və  ya 
qəfildən karıxdığını görürdüm. Mən cinlərin üzərində səlahiyyəti 
öz  üstümə  götürməyə  çalışırdım.  Mənim  ilkin  yanaşmam  cinin 
özünü göstərməsinə nail olmaq idi; sonra mən ona çıxıb getməyi 
əmr edirdim. Bu hadisə çox vaxt məsləhətə gələn adamlarda əqli 
iztirab ilə nəticələnirdi. Bəzi irəliləyişlər olsa da, proses, adətən, 
təkrarlanmalı idi.
Amma  mən  Kəlamdan  öyrənmişəm  ki,  həqiqət  azad  edən 
amildir  və  bunun  hər  uğurlu  məsləhətvermə  görüşündə  həqiqi 
olduğu sübut edildi. İsa Həqiqətdir və əsirləri azad edən təkcə 
Odur.  İmanlı  üçün  güc  həqiqəti  bilməkdən  və  seçməkdən  irəli 
gəlir. Biz həqiqəti axtarıb izləməliyik, çünki Məsihdə bizə lazım 
olan bütün qüdrət artıq bizdə var (Efes. 1:18, 19-a baxın). Bun-
dan əlavə, əsarətdə olan insanlar mənim pastor və ya məsləhətçi 
kimi gördüyüm işlərə görə deyil, inanmağı, etiraf etməyi, inkar 


22
Buxovları qıran
etməyi və bağışlamağı seçmələrinə görə azad olurlar. Kəlamda 
bunun izahına diqqət yetirin: 
Onda  siz  həqiqəti  biləcəksiniz  və  həqiqət  sizi  azad 
edəcək (Yəhya 8:32). 
Yol, həqiqət və həyat Mənəm (Yəhya 14:6). 
Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol 
göstərəcək (Yəhya 16:13).
Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı 
Səndən xahiş edirəm…Onları həqiqətlə təqdis et. Sənin 
sözün həqiqətdir (Yəhya 17:15, 17).
Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış…olaraq 
yerinizdə durun (Efes. 6:14). 
Nəhayət, qardaşlar, doğru…bunları düşünün (Filip. 4:8).
Həvarilərin  işləri  5-ci  fəsildə  Allah  ilk  dəfə  erkən  məbədi 
tərbiyələndirərkən bunu çox güclü surətdə etmişdi. Məsələ nədə 
idi: narkotikdəmi, seksdəmi? Yox, məsələ həqiqətdə, daha doğru-
su, onun çatışmazlığında idi. Peter Xananya və Sapfira ilə üzləşdi: 
«Niyə ürəyinə şeytanı buraxıb Müqəddəs Ruha yalan söyləyərək 
torpağın pulunun bir hissəsini özünə götürdün?» (3-cü ayə). Əgər 
aldadan  şeytan  insanı  yalana  inandıra  və  həmin  yalana  əsasən 
yaşada bilsə, bizi məhv edə bilər. Allah istəyirdi ki, məbəd bunu 
bilsin. Ona görə də bizim «hər bir düşüncəni əsir edərək Məsihə 
itaət etdirməyimiz» çox vacibdir (2 Kor. 10:5). Əgər mən xəlvətcə 
məbədə, təşkilata və ya insana soxula bilərəmsə və onları yalana 
inandıra bilərəmsə, onda həyatlarını hansısa ölçüdə nəzarət altına 
sala bilərəm! 
Yaxşı məsihçi aldana bilər? Həvva aldanmazdan və yalana inan-
mazdan qabaq heç vaxt günah etməmişdi. Müqəddəs Kitabın so-


Siz kölgələrdə yaşamaya bilərsiniz 
23
nuncu kitabı son günlərdəki döyüşləri təsvir edir. Bu, zədələnmiş 
ailələr, seksə qurşanma, narkotikə aludə, cinayət və ya başqa əxlaq 
pozğunluqları haqqında kitab deyil. Əslində Vəhy kitabında hətta 
günah sözü qarşıya çıxmır. Məsih və Məsihin əleyhdarı (şeytan) 
arasında döyüş yenə də aşkara çıxır və aldatma şər olanın aparıcı 
strategiyasıdır. Tarixin bu iki dövrü arasında «həqiqətin dirəyi və 
bünövrəsi olan Allahın cəmiyyəti» (1 Timotey 3:15) var və Allahın 
cəmiyyəti olan bizlər xoş xəbəri təbliğ etməyə və həqiqəti yerinə 
yetirməyə çağırılmışıq (Efes. 4:15). 
Ə
sirləri azad etmək
İsanın və həvarilərinin əsirləri azad etmək xidmətinə qarşı olan 
ən  çox  yayılmış  etirazlardan  biri  həvarilərin  məktublarında  bu 
mövzu  haqqında  danışılmamasıdır.  Bildiyimə  görə,  məktublarda 
kimdənsə cinləri qovmaq barəsində xüsusi təlimlər yoxdur. Gəlin, 
məsələni aydınlaşdırmağa kömək edə bilən öz baxışlarımı sizinlə 
bölüşüm.  İcazə  verin,  sizə  həyatlarımızda  şeytani  təsirlə  necə 
üzləşməli olmağımız və əsarətdə olan başqa adamlara necə xidmət 
etməyimiz barəsində məsləhət verim. 
Çarmıxdan əvvəl, ilahi qüdrəti almış insanların (məsələn: İsanın 
və  Onun  xüsusi  təyin  edilmiş  həvarilərinin)  dünyadakı  şeytani 
qüvvələr üzərində səlahiyyəti öz üzərlərinə götürməsi lazım idi. 
İsa  On  İkilərə  Müjdəni  təbliğ  etməyi  tapşırarkən  onlara  dediyi 
birinci şeyə fikir verin. «İsa On İki şagirdi yanına çağırıb bütün 
cinlər üzərində və xəstəliklərə şəfa vermək üçün onlara qüdrət və 
səlahiyyət verdi» (Luka 9:1). Həmin vaxt şeytan məğlub edilmiş 
düşmən deyildi və imanlılar da hələ göylərdə Məsihlə oturmamış-
dılar.
Amma  çarmıxda  və  dirilmədə  ruhani  münaqişələrin  təbiətini 
əbədiyyən dəyişdirən əsaslı bir şey baş verdi. Birincisi, İsanın ölü-
mü və dirilməsi qaranlıq padşahlığının başçılarını və hakimlərini 
tərki-silah  etdi  və  onlara  qələbə  çaldı  (Kolos.  2:15).  İsa  bəyan 
etdi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir» 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə